Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-897/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti) “borcun tutulması” tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 191.764 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı MMC arasında tərtib edilmiş 12 yanvar 2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı və qaimə-fakturaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən "xxxx" ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edlməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-34/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli, e-2- 2(113)-483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və kommersiya mübahisəsinin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 242/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-2(103)- 34/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı MMC-nin direktoru tərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiadan imtina olunduğu bildirilmiş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin vəkili "xxxx" ASC-nin qanuni təmsilçisi X2 tərəfindən imzalanmış ərizə təqdim edərək, hazırda ilkin iddia tələbi üzrə iddiaçı iddia tələbindən imtina etdiyi üçün qarşılıqlı iddia tələbindən imtina etdiklərini bildirərək ilkin və qarşılıqlı iddia tələbləri üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İş üzrə ilk iddia üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, ilk iddia üzrə İddiaçı MMC və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş ərizələri araşdıraraq, hesab edir ki, iddiadan imtina barədə ərizələr təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı MMC və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin iddialarından imtina etmələri və həmin iş üzrə icraata xitam verilməsi işdə iştirak edən şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil. Bununla əlaqədar olaraq İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti) “borcun tutulması” tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaya dair iş üzrə ilkin və qarşılıqlı iddiaçıların iddiadan imtina etmələri məhkəmə tərəfindən qəbul olunmalı, Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsi ləğv edilməli, MPM-in 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-in 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 384.0.5, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə İddiaçı MMC və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin iddia tələbindən imtina etmələri barədə ərizələri təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti) “borcun tutulması” tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilsin. İzah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-897/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-897/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver