Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-90/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X8, Cavabdehin vəkili X9 və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı ATSC-nin cavabdeh “Elmi-Tədqiqat X1 İnstitutu” ASC-yə qarşı borc tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-983/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X14 Cəmiyyəti cavabdeh “Elmi-Tədqiqat X1 İnstitutu” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Elmi- Tədqiqat Layihə-Konstruktor NeftMaşınqayırmaİnstitutu” AçıqSəhmdar Cəmiyyətindən 25.243,85 manat məbləğində pul vəsaitinin, həmçinin həmin vəsaitin məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizlərin, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 610 manat miqdarında xərclərin vəməhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı X14 Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 983/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, - “X2” TASC (sifarişçi) ilə İddiaçı X14 Cəmiyyəti (icraçı) arasında xx xxxxxx 2017-ci il tarixli, 01 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi müəssisədə sifarişlərin yerinə yetirilməsi üçün lazım olan mal-materialların satın alınmasını icraçıya həvalə etmiş, icraçı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınmanı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə görə sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini qaimə-faktura ilə həyata keçirir və həmin malların dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxxxx 2017-ci il tarixli, 01 saylı müqaviləyə yanvar ayı üçün əlavə qiymət razılaşdırma protokolunda təqdim edilməli olan malların adları, ölçü vahidi, miqdarı, vahidinin qiyməti və məbləğ qeyd olunmuş və həmin malların dəyərinin cəmi 2809 manat olması müəyyən edilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxxxx 2017-ci il tarixli, AİA seriyalı, 118340 saylı qaimə-fakturaya əsasən İddiaçı X14 Cəmiyyəti tərəfindən “X2” TASC –yə 2809 manat məbləğində mallar təhvil verilmişdir. Qaimə-faktura “X2” TASC-nin adından etibarnamə üzrə nümayəndə X4 tərəfindən imzalanmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə qaiməfakturaya əlavə edilmişdir). - xx xxxxxx 2017-ci il tarixli, 01 saylı müqaviləyə fevral ayı üçün əlavə qiymət razılaşdırma protokolunda təqdim edilməli olan malların adları, ölçü vahidi, miqdarı, vahidinin qiyməti və məbləğ qeyd olunmuş və həmin malların dəyərinin cəmi 9.217,80 manat olması müəyyən edilmişdir. - xx xxxxxx 2017-ci il tarixli, AİA seriyalı, 118341 və 118342 saylı qaiməfakturalara əsasən İddiaçı X14 Cəmiyyəti tərəfindən “X2” TASC –yə 9.217,80 manat məbləğində mallar təhvil verilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Qaimə-faktura “X2” TASC-nin adından etibarnamə üzrə nümayəndə X4 tərəfindən imzalanmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə qaimə fakturaya əlavə edilmişdir). - xx xxxxxx 2017-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsinə mart ayı üçün əlavə qiymət razılaşdırma protokolunda təqdim edilməli olan malların adları, ölçü vahidi, miqdarı, vahidinin qiyməti və məbləğ qeyd olunmuş və həmin malların dəyərinin cəmi 7341 manat olması müəyyən edilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxx 2017-ci il tarixli, AİA seriyalı, 118343 saylı qaimə-fakturaya əsasən “İnconServis” X14 Cəmiyyəti tərəfindən “X2” TASC –yə 7341 manat məbləğində mallar təhvil verilmişdir. Qaimə-faktura “X2” TASC-nin adından etibarnamə üzrə nümayəndə X4 tərəfindən imzalanmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə qaimə fakturaya əlavə edilmişdir). - xx xxxxxx 2017-ci il tarixli, 01 saylı müqaviləyə aprel ayı üçün əlavə qiymət razılaşdırma protokoluna əsasən təqdim edilməli olan malların adları, ölçü vahidi, miqdarı, vahidinin qiyməti və məbləğ qeyd olunmuş və həmin malların dəyərinin cəmi 3910 manat olması müəyyən edilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxxx 2017-ci il tarixli, AİA seriyalı, 118344 və 118345 saylı qaiməfakturalara əsasən İddiaçı X14 Cəmiyyəti tərəfindən “X2” TASC –yə 3910 manat məbləğində mallar təhvil verilmişdir. Qaimə-faktura “X2” TASC-nin adından etibarnamə üzrə nümayəndə X4 tərəfindən imzalanmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə qaimə fakturaya əlavə edilmişdir). - xx xxxxxx 2017-ci il tarixli, 01 saylı müqaviləyə iyul ayı üçün əlavə qiymət razılaşdırma protokolunda təqdim edilməli olan malların adları, ölçü vahidi, miqdarı, vahidinin qiyməti və məbləğ qeyd olunaraq həmin malların dəyərinin cəmi 2.176,50 manat olması müəyyən edilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İyul 2017-ci il tarixli, AİA seriyalı, 118348 saylı qaimə-fakturaya əsasən “İnconServis” X14 Cəmiyyəti tərəfindən “X2” TASC -ya 2.176,50 manat məbləğində mallar təhvil verilmişdir. Qaimə-faktura “X2” TASC-nin adından etibarnamə üzrə nümayəndə X4 tərəfindən imzalanmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə qaimə fakturaya əlavə edilmişdir). - Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 259 saylısərəncamı ilə “X2” və “X6 Bürosu” Törəmə Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrin “Azərbaycan Elmi Tədqiqat və Layihə X3sı İnstitutu” Açıq Səhmdar Cəmiyyətinə keçməsi qərara alınmışdır. - “X2” TASC-nin idarə heyətinin sədti E.Ə.Əliyev və “xxxx” TASC-nin idarə heyətinin sədri Ə.H.Əliyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli təhviltəslim aktı ilə müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin xx xxxxxxx 2018-ci il tarixli, 259 saylı “X2” Törəmə Açıq Səhmdar Cəmiyyətinin və “X6 Bürosu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan Elmi Tədqiqat və Layihə X3 İnstitutu” Törəmə Açıq Səhmdar Cəmiyyətinə birləşdirilərək yenidən təşkil olunması barədə sərəncamının icrası ilə əlaqədar “X2” Törəmə Açıq Səhmdar Cəmiyyətinin kreditor borcları, o cümlədən İddiaçı ATSC-yə olan 25.243,85 manat məbləğində borc Azərbaycan Elmi Tədqiqat və Layihə X3 İnstitutu” Törəmə Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. - İddiaçı ASC tərəfindən pretenziya məktubu ilə cavabdeh Azərbaycan Elmi Tədqiqat və Layihə X3 İnstitutu” Törəmə Açıq Səhmdar Cəmiyyətinə müraciət edilərək 25.243,85 manat borcun 30 gün müddətində ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə cavabdehin hüquqi sələfi “X2” Törəmə Açıq Səhmdar Cəmiyyəti arasında malların satınalınması müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə təhvil versə də, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə “X2” Törəmə Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya 25.243,85 manat məbləğində borcu yaranmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 259 saylı sərəncamı ilə “X2” və “X6 Bürosu” TASC-lərin fəaliyyətlərinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrin hazırkı iş üzrə cavabdeh “Azərbaycan Elmi Tədqiqat və Layihə X3sı İnstitutu” ASC-yə keçməsi qərara alınmış və xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktı “X2” TASC-nin xx.xx.2018-ci il tarixinə olan kreditor borcları, o cümlədən iddiaçıya olan 25.243,85 manat məbləğində borc cavabdeh “Azərbaycan Elmi Tədqiqat və Layihə X3sı İnstitutu” ASC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdənçəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyəriniödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 25.243,85 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iddia tələbinə etirazına əsas kimi istinad etdiyi borcun yaranması üçün əsas olmuş müqavilənin formal xarakter daşıması, qaimə-fakturalarında göstərilən malların cavabdehin hüquqi sələfi olan “X2” TASC-yə təhvil verilməməsi barədə dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh göstərilən dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə işin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdehin istinad etdiyi yuxarıda göstərilən dəlillər iş materiallarına əlavə edilmiş “X2” TASCnin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qaimə-fakturalarla təkzib edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsas borcun tutulması hissəsində iddianın rədd edilməsi üçün əsas vermir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 25.243,85 manat borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin bir hissəsi olan vəkilin xidmətlərinə görə ödənilmiş məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni doğru hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.2.-ci maddəsinə əsasən Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3.-cü maddəsinə əsasən Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bunları nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi doğru nəticəyə gəldiyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-983/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Elmi-Tədqiqat X1 İnstitutu” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 983/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-2(103)-90/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-90/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver