Məhkəmə qərarları › İş №2-2(103)-904/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-904/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-904/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “məlumatların təkzib olunması, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X18 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndəsi X15 və nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-977/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh MMC-yə məxsus “Youtube” platformasında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X10” başlıqlı videoçarxdan görünür ki, özünü Rəna Məmmədova kimi təqdim etmiş şəxs və Cavabdeh MMC-nin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Rəna Məmmədovanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazı alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, Cavabdeh MMC tərəfindən cihazın müayinəsi və cihazın mənşəyi barədə Rəna Məmmədovaya məlumat verilməməsi və s. barədə fikirlər səsləndirmişdir. Videoçarxın 07:07-09:30-cu dəqiqələrində Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 MMC-nin adından çıxış edərək aşağıdakı bildirir: - “Sizin cihazın adının “FG 2000D” olduğunu və Çində yerləşən “ADSS” zavoduna məxsus olduğunu siz bizim tərəfimizdən öyrənmisiz... Bizim şirkətin bu məlumatı sizə verdiyinə qədər siz cihazınızın mənşəyi barədə hər hansı məlumat bilirdiz?...Cihazınızın üzərində mənim müşahidə etdiyim qədər cihaza aid heç bir informasiya yox idi. Cihazınızın üzərində heç bir məna kəsb etməyən “Vertex” sözü dayanırdı...Burda məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək, ömür boyu, nə qədər ki, o cihaz və onu satan şirkət və vasitəçi var, alıcıya ömrünün sonuna kimi ehtiyat hissələrini özləri satsınlar... bu hallar alıcını özündən asılı vəziyyətə salmaq, ondan sui-istifadə etmək, ömrü boyu ona dəfələrlə baha qiymətə başlıq, ekran, su pompası və ya əlavə ehtiyat hissələri satmaqdır. Mən sizi əmin edirəm ki, siz məni tapmasaydınız, mənim videolarımı, çıxışlarımı və yaxud mənim şirkətim haqqında məlumatınız olmasaydı siz, sizə avadanlıq verənlərdən daim asılı qalacaqdız. Siz hələ də elə biləcəkdiniz ki, aldığınız avadanlığın adı “Vertex”dir...”

2. Cavabdeh MMC-yə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımların üzərində “40000-ə xarab cihaz satdılar” “Servis xidməti göstərilmədi” və s. kimi ifadələr qeyd edilmişdir.

3. Cavabdeh MMC-yə “Youtube” platformasında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X6” başlıqlı videoçarxdan görünür ki, özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxs və c Cavabdeh MMC-nin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Xalima Ustayevanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazını alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, cihazın mənşəyi barədə məlumat verilməməsi, mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın mənşəyinin gizlədilərək alıcını satıcı şirkətdən asılı vəziyyətdə saxlamaq və s. bildirmişdir. Videoçarxda Cavabdeh MMCnin qanuni təmsilçisi Qanuni nümayəndə2 əvvəlki çıxışın davamı olaraq mövzunun əvvəlki çıxışdakı mövzu ilə eyni olduğunu bildirir. Daha sonra 900 Vt gücündə cihazın mövcud olmadığını vurğulayır və “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (03:41-ci dəqiqə) başlığı əks olunur...”. Bundan başqa cihazın mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın üzərinə mənası bilinməyən adın qeyd olunması, satıcı şirkətin alıcını ömür boyu özündən asılı vəziyyətə salması və s. (07:45-08:58)bildirmişdir.

4. Cavabdeh MMC-yə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımlarda xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X6” başlıqlı videoçarxda özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxsin fotoşəkili və üzərində “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Zaqatala rayonundan Xalima xanım da aldadıldı. Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (elektron kabinet vasitəsi ilə kağız daşıyıcıda təqdim olunan) kimi ifadələr qeyd edilmişdir.

5. Cavabdeh MMC-yə məxsus “Youtube” platformasında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC-nin adından müraciət edərək Çin Xalq Respublikasında tibbi avadanlıqlar istehsal edən zavodlarda ziyarətdə olması, “Futai” adlı sexdə olması, onların təklifi ilə getməsi barədə məlumat verir, iddiaçının onun barəsində paylaşdığı videoçarxa istinad etməklə iddiaçıya qarşı fikirlər səsləndirir. Videoçarxda Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 MMC-nin adından çıxış edərək bildirir: - “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız…(03:25-03:38-ci dəqiqə) “Mən də bu çıxışımda çalışıram ki, sizin bir kollektiv olaraq nə işlər gördüyünüzü, nə cür gəlir əldə etdiyinizi, hazırda da nə işlər gördüyünüzü izləyicilərimizə çatdırım (03:58-04:17-ci dəqiqə)” “...Bu çox böyük və qəbul edilməz yalandır. “Kohorent” şirkətinin istehsalı olan bar... qiyməti A 7 və A 8 cihazlarının içərisində olan bardan 4-5 dəfə baha olur... bu cihazın diod lazer epilyasiya cihazının ümumi dəyərinin 40-60% bu hissə təyin edir. Reklama baxın, “Amerika” istehsalı. Yəni, ay alıcı, 5 manatlıq deyil, 25 manatlıq qurğu var bunun içində, bu dəhşət bahalı bir şeydir... A 7 və A 8 modelinin yüzlərlə istifadəçisi var halhazırda. Məni izlədikdən sonra getsinlər başlığın şüşə hissəsindən içəriyə baxsınlar. Görsünlər bunu görürlər ya yox. Amma bunu mümkünsüzdür ki görsünlər. Çünki “Amerika istehsalı qurğu bu cihazın içərisində olmayıb, bu gün də yoxdur. (09:49-11:36-cı dəqiqə)” “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir…(11:37- 11:50)”, “Yüzlərlə istifadəçi ADSS zavoduna məxsus “FG 2000” modelinin istifadəçisidir ölkəmizdə və bu gün də həmin avadanlıq satılır... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil (12:28-13:54-ci dəqiqə)”…

6. . “Tiktok” platformasından çıxarışdan görünür ki, “Cihazımı söndürdülər” yazılı paylaşımın şərhlər bölməsində “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına Cavabdeh MMC-yə məxsus “Azcosmetics_mmc” adlı hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavabı yazılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

7. . İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X10” başlıqlı videoçarx tam silinməklə, orada səsləndirilmiş “Rəna xanımın qarşılaşdığı bu halla bağlı bildirmək istəyirəm ki, məqsəd avadanlığın mənşəyini müştəridən gizlədərək alıcını özündən asılı vəziyyətə salmaq, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satmaqdır” fikirlərinin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə “Youtube” hesabında paylaşılmış “Diqqət Ehtiyatlı olun aldanmayın” başlığı altında qısaldılmış və paylaşılmış, hazırda isə silinmiş həmin video üzərinə qeyd edilmiş “Rəna Məmmədovaya 40 000 manata xarab cihaz satılmışdır”, “Servis xidməti göstərilmədi” kimi fikirlərin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X6” başlıqlı videoçarxın həmin hesabdan tam silinməsi, sözügedən videonun eyni tarixdə cavabdehə məxsus “Tiktok” hesabında yayımlanmış və sonradan silinmiş qısaldılmış video üzərində qeyd edilmiş “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” fikirlərinin həmin hesabda həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın həmin hesabdan silinməklə, orada səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız... İddiaçı MMC öz məhsullarının satışını və reklamını həyata keçirərkən onların mənşəyini gizlədir. “Az Estetik” şirkəti sizi aldadıb, “Az Estetik” şirkəti sizi aldatmağa davam edir. “ADSS” zavodunun istehsal etdiyi “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar sistemləri Amerika istehsalı deyil. “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” məzmunlu fikirlərinin həmin hesabda videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Tiktok” platformasında xx.xx.2023 tarixdə paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin, həmçinin cavabdehə məxsus “Tiktok” platformasında istifadəçi hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş iddiaçı və onun satdığı mallara dair “Sizdən xəbərsiz, sizi izləyirlər” fikrinin həqiqətə uyğun olmadığı əsası ilə eyni hesabdan videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehin üzərinə gələcəkdə də bu cür paylaşımların edilməməsi öhdəliyinin qoyulması və cavabdehin qanunazidd əməlləri nəticəsində əldən çıxmış faydaya görə 130 000 manat, istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 30 000 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 8.1. iddiaçı ilə eyni sahədə kommersiya fəaliyyəti ilə məşğul olan rəqib şirkət Cavabdeh MMC tərəfindən iddiaçının əleyhinə bazarda üstünlük əldə etmək və işgüzar nüfuzuna zərər vurmaq məqsədilə hüquqazidd əməllərə yol verilmişdir. Qeyd olunan əməllər cavabdeh şirkətə məxsus olan istifadəçi hesabları vasitəsilə sosial şəbəkə seqmentində törədilmişdir. Belə ki, cavabdehə məxsus olan “AzCosmetics MMC” adlı “Youtube” istifadəçi hesabında iddiaçının işgüzar nüfuzunu hədəf alan bir sıra videoçarxlar paylaşılmışdır. 8.2. Bunlardan biri xx.xx.2023-cü il tarixli “Lazer cihazı aldı və aldandı. X11” başlıqlı videoçarxdır. Cavabdeh şirkətin direktoru Qanuni nümayəndə2 həmin videoçarxın əvvəlində avadanlığın müştərinin məlumatı olmadan yoxlayıcı qurğu vasitəsilə söndürülməsini tənqid edərək paylaşımın 6:02-6:10-cu dəqiqəsində İddiaçı MMC ilə Rəna Məmmədova arasında bağlanmış alqısatqı müqaviləsində avadanlığın daxilində yoxlayıcı qurğunun yerləşdirilməsinə dair məlumat müşahidə etmədiyini bildirmişdir. Halbuki sözügedən müqavilənin 2.1.8-ci bəndində müvafiq məlumat öz əksini tapmışdır. Göründüyü kimi, Qanuni nümayəndə2 bu cür təhrif olunmuş məlumat verməklə müqavilənin mətni ilə tanış olmayan izləyicilər arasında İddiaçı MMC barəsində mənfi rəy formalaşdırmağa çalışmışdır. Cavabdeh şirkətin rəhbəri sözügedən paylaşımın 7:00-9:30cu dəqiqələrində həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməklə hüquqazidd əməlinə davam etmişdir. Cavabdeh bu bəyanatları aşağıdakı ifadələri səsləndirməklə geniş izləyici kütləsinə çatdırmışdır: “Rəna xanımın qarşılaşdığı bu halla bağlı bildirmək istəyirəm ki, məqsəd avadanlığın mənşəyini müştəridən gizlədərək alıcını özündən asılı vəziyyətə salmaq, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satmaqdır. Sizi əmin edirəm ki, şirkətimizi və məni tanımasaydınız siz sizə avadanlıq satan şirkətdən (İddiaçı MMC) daima asılı qalacaqdınız”. Rəna Məmmədova və Qanuni nümayəndə2 tərəfindən səsləndirilmiş fikirlərin həqiqətə uyğun olmaması Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. 8.3. Sözügedən kanalda eyni başlıqla, yəni “Lazer cihazı aldı və aldandı” başlığı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində daha 2 videoçarx paylaşılmışdır. Həmin videoçarxlar Qanuni nümayəndə2la iddiaçının barəsində məhkəməyə müraciət etdiyi müştərilərinin arasında dialoq formatında, müştərilərin iddiaçı ilə bağlı səsləndirdiyi mənfi fikirlər kontekstində qurulmuş, paylaşımın açıqlama hissəsinə isə “Tək estetik cihazların satışında deyil, bütün sahələrdə belə dələduzlar var” ifadəsindən istifadə edilmişdir. Göründüyü kimi, cavabdeh sözügedən paylaşımla iddiaçının işgüzar nüfuzunu hədəf alaraq heç bir əsas olmadan iddiaçını dələduzluqla məşğul olmaqda ittiham etmişdir. 8.4. Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna zərbə vuran əməllərə digər sosial şəbəkə platformalarında da yol verilmişdir. Belə ki, Rəna Məmmədova ilə birlikdə hazırlanmış videoçarx cavabdehə məxsus “AzCosmeticsmmc” adlı “Tiktok” istifadəçi hesabında da paylaşılmışdır. Həmin videoçarxda qeyd olunur ki, Rəna Məmmədovaya 40 000 manata xarab cihaz satılmışdır. Halbuki həmin şəxs ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.1-ci maddəsində öz əksini tapmışdır ki, müqavilə predmeti olan sözügedən avadanlıq 37 000 manata satılmışdır. Görünür, cavabdeh iddiaçının tətbiq etdiyi qiymətlərlə bağlı bu cür həqiqəti əks etdirməyən məlumatlar vasitəsilə alıcıları yanlış yönləndirərək iddiaçının təsərrüfat fəaliyyətinə müdaxilə etməyə çalışmışdır. Digər tərəfdən, “xarab” olduğu bildirilən cihazın təhvil-təslim aktında onun yeni cihaz olduğu və texniki cəhətdən lazımi keyfiyyətlərə malik olduğu görünür. Bununla yanaşı, cihaz Rəna Məmmədova tərəfindən müəyyən müddət heç bir texniki nasazlıq baş vermədən istifadə edilmişdir. Bu faktın özü də cihazın Rəna Məmmədovaya satıldığı zaman nasaz olmadığını və sözügedən videoçarxda cihazın “xarab” vəziyyətdə satılması ilə bağlı məlumatın tamamilə yanlış olduğunu göstərir. Yenə həmin videoçarxda “Servis xidməti göstərilmədi” ifadələrindən istifadə edilmişdir. Bu məlumat da tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçının servis xidməti tərəfindən müxtəlif vaxtlarda, bir neçə dəfə Rəna Məmmədovanın müqavilə üzrə aldığı avadanlığa servis xidməti göstərilməsinə baxmayaraq, sözügedən videoçarxda cavabdeh tərəfindən elə bir görüntü yaradılmışdır ki, izləyicilər bunun əksinə inansınlar və İddiaçı MMC-nin alıcıları şirkətin onlara satılan mallara münasibətdə laqeyd olduğunu və heç bir xidmət göstərilmədiyi düşünsünlər. Bu əsassız iddiaların hər birinin ən başlıca məqsədi iddiaçının alıcı və potensial alıcı kütləsinə onun işgüzar nüfuzuna müxtəlif xarakterli hücumlar təşkil edərək zərər vurmaqdır. 8.5. Həmin paylaşıma münasibətdə yazılmış izləyici rəyləri cavabdeh tərəfindən yalan informasiyalardan istifadə edilməklə cavablandırılmışdır. Cavabdeh həmin paylaşıma münasibətdə ictimaiyyətə açıq yazdığı rəylərin birində iddiaçının əlavə pul əldə etmək məqsədilə müştərilər tərəfindən ödəniş icra olunduqda belə, cihazları söndürdüklərini iddia etmişdir. Hətta cavabdeh digər rəyləri ilə iddiaçı tərəfindən müştərilərə satılan malların dəyəri tam ödənildikdən sonra belə, avadanlıqların deaktiv edildiyini, bu yolla iddiaçının əlavə pul əldə etdiyini, eləcə də yoxlayıcı qurğu haqqında müştərilərə heç bir məlumat vermədiyini əminliklə təsdiqləmişdir. 8.6. Cavabdeh iddiaçının nüfuzunu zədələmə fəaliyyətini yalnız Rəna Məmmədova deyil, digər müştərilər vasitəsilə də həyata keçirməyə çalışmışdır. Belə alıcılardan biri də Ustayeva Xalimadır ki, cavabdeh ondan da eyni məqsədlə iddiaçının əleyhinə istifadə etməyə çalışmışdır. Belə ki, cavabdehə məxsus, “Tiktok” sosial şəbəkəsində qeydə alınmış “AzCosmeticsmmc” adlı istifadəçi hesabından K.X12 ilə birlikdə çıxış etdikləri videoçarx paylaşılmışdır. Həmin videoçarxda “600 Vt gücünə sahib “Wertex” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” ifadələrindən istifadə edilmişdir. Bu məlumat tamamilə yanlışdır. Belə ki, avadanlığın texniki pasportundan və istehsal zavodu tərəfindən ünvan məktubdan da görünür ki, sözügedən cihazın gücü 900 Vt-dır. Adıçəkilən videoçarxda “Cihazını qıraqdan idarə edərək pul tələb etdilər” ifadəsi öz əksini tapıb. Bu ifadə də avadanlığa tamamilə fərqli məqsədlə yerləşdirilən və alıcılara da barəsində məlumat verilən cihaz haqqında işlədilib və qəsdən fakt barədə yanlış məlumat verilərək yenidən iddiaçının işgüzar nüfuzuna və bazardakı mövqeyinə xələl gətirmək məqsədi daşımışdır. 8.7. Cavabdeh MMC-yə məxsus “AzCosmeticsjnmc” adlı “Tiktok” platformasında qeydə alınan istifadəçi hesabında paylaşılan bir videoda Qanuni nümayəndə2 yenidən başqa bir əsassız ittihamla çıxış etmişdir. Belə ki, həmin videoda “Sizdən xəbərsiz sizi izləyirlər” ifadəsi öz əksini tapmışdır. Qanuni nümayəndə2 İddiaçı MMC barədə paylaşdığı digər videolardan və iddiaçıya qarşı mövqeyindən açıq şəkildə başa düşülür ki, sözügedən videoda əksini tapan həmin ifadə də məhz İddiaçı MMC-yə yönəlmişdir. Videoda sözügedən cihaz İddiaçı MMC-nin alıcıları ilə bağladığı bütün müqavilələrdə satılan avadanlığa yerləşdirilən və funksiyaları barədə açıq şəkildə məlumat verilən bir cihazdır. Həmin cihazın funksiyası müqavilə üzrə satılan avadanlığın olduğu yeri müəyyənləşdirmək və avadanlıq barədə monitorinq-yoxlamalar aparmaq, zərurət yarandıqda onun istifadəsini kənardan məhdudlaşdırmaqdır. Qeyd edilən bu funksiyalar həmin cihazı istehsal edən zavodun onlara ünvanladığı məktubda da öz əksini tapmışdır. Qanuni nümayəndə2 İddiaçı MMC-nin alıcıları olan Xalima Ustayeva və Rəna Məmmədova ilə çəkdiyi və sosial şəbəkə hesablarında paylaşdığı, yuxarıda da qeyd olunmuş videolarında bildirir ki, hər iki şəxsin İddiaçı MMC ilə bağladığı müqavilələrdə avadanlığa yerləşdirilən kənardan idarəetmə qurğusunun (çip) mövcudluğu barədə bənd öz əksini tapmamışdır. Lakin sözügedən hər iki müqavilədə, müvafiq olaraq 2.1.10-cu və 2.1.8-ci bəndlərdə həmin cihaz və onun həyata keçirdiyi funksiya barədə məlumat öz əksini tapmışdır. 8.8. “Youtube” platformasında Cavabdeh MMC-yə məxsus, “Az Cosmetics MMC” adı ilə qeydiyyatdan keçirilmiş istifadəçi hesabında xx.xx.2024-cü il tarixində “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqqda düzgün texniki məlumatlar” başlıqlı videoçarx paylaşılmışdır. Həmin videoçarxın 03:26-03:36 dəqiqələri arasında Qanuni nümayəndə2 tərəfindən belə bir ifadə işlədilir: “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız...” Qeyd edilən bu ifadələr həqiqəti əks etdirməməklə birlikdə birbaşa olaraq iddiaçının alıcıları arasında onun barəsində yanlış fikir formalaşdırmaqla təsərrüfat fəaliyyətini nüfuzdan salmağa yönəldilmişdir. Videoçarxın 04:51-05:05 dəqiqə aralığında Qanuni nümayəndə2 istifadə etdiyi ifadələrlə belə bir fikir formalaşdırmağa çalışır ki, İddiaçı MMC öz məhsullarının satışını və reklamını həyata keçirərkən onların mənşəyini gizlədir. Bu fikir də tamamilə yanlışdır. Belə ki, İddiaçı MMC tərəfindən malların satışı həyata keçirilərkən satılan avadanlıq və onun mənşəyi barədə alıcıya ətraflı məlumat verilir və malın mənşəyini təsdiq edən müvafiq sənədlər alıcılara təqdim edilir. Belə bir halda heç bir “mənşə gizlətmə” fəaliyyətindən bəhs etmək mümkün deyildir. Açıq-aşkar görünür ki, Cavabdeh MMC-nin rəhbəri alıcılar arasında belə bir təsəvvür yaratmaqla İddiaçı MMC-nin satdığı məhsulların keyfiyyəti barədə mənfi fikir formalaşdırmağa cəhd edir. Videoçarxın 08:35-ci dəqiqəsindən 11:35-ci dəqiqəsinə kimi Qanuni nümayəndə2 tərəfindən “A 7” və “A 8” adlanan lazer cihazlarının bar sistemi barədə məlumat verilir. O, videoda qeyd edir ki, guya İddiaçı MMC tərəfindən satılan və reklamlarında “Amerika istehsalı Coherent bar sistemi”nə malik olduğu bildirilən bar əslində Çin istehsalıdır. Ardınca həmin videoçarxın 11:36-11:50 dəqiqə aralıqlarında isə qeyd edir: “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir”. İşgüzar etika ilə bir araya sığmayan ifadələr vasitəsilə böyük izləyici kütləsinə yayımlanan bu məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Hərçənd ki bu cür ittihamlar qarşısında doğrunu sübutetmə yükü iddiaçıya məxsus deyil və iddiaçının öhdəliyi deyil, əksinə bunu ittihamı irəli sürən tərəf sübut etməlidir. Belə ki, İddiaçı MMC tərəfindən satılan “Diode laser A 7” və “Diode laser A 8” adlı lazer aparatlarında istifadə olunan bar sistemi ABŞ-da “USA Coherent Company” adlı şirkətə məxsusdur və iddiaçının sözügedən məhsulla bağlı yayımladığı reklamlarda da bildirdiyi kimi, həmin lazer aparatlarının bar sistemi tamamilə Amerika istehsalıdır. Bu avadanlıqları istehsal edən zavod olan “X5 Co., LTD” şirkətinin ünvanladığı məktubda da bildirilir ki, “Diode laser A 7” və “Diode laser A 8” lazer aparatlarının bar sistemi “USA Coherent Company”dən idxal olunur, lazer aparatının özü isə Çində istehsal olunur. Odur ki, iddiaçı tərəfindən alıcılara çatdırılan məlumatlarda heç bir yanlışlıq əks olunmayıb. Əksinə, yanlışlığa yol verən və bunu qəsdən və şüurlu şəkildə edən Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə2dur. O, İddiaçı MMC və onun satışını həyata keçirdiyi məhsullar barədə - onun mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri barədə bu cür yalan məlumatları yaymaqla, iddiaçının təsərrüfat fəaliyyəti barədə istehlakçıları çaşdırmaqla onlar arasında mənfi rəy yaratmağa cəhd göstərmişdir. Videoçarxın 11:50-12:12-ci dəqiqə aralıqlarında Qanuni nümayəndə2 verdiyi yanlış məlumatların davamı olaraq izləyicilərin nəzərinə çatdırır ki, guya iddiaçının satdığı avadanlıqlar onlar tərəfindən vəd edilən keyfiyyətə uyğun gəlmədiyi üçün “..süni şəkildə baha qiymətə satılır”. Bu vasitə ilə o, iddiaçının elmi-texniki və istehsal imkanları haqqında məlumatları təhrif olunmuş şəkildə açıqlayaraq hər vəchlə iddiaçının təsərrüfat fəaliyyətinin nüfuzdan salınmasına çalışır. Sözügedən videoçarxın 13:41-13:54-cü dəqiqə aralıqlarında Qanuni nümayəndə2 qeyd edir ki, “ADSS” zavodunun istehsal etdiyi “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar sistemləri Amerika istehsalı deyil”. Növbəti addım iddiaçının satışını həyata keçirdiyi digər bir cihaz haqqında yanlış məlumatlar vermək, həmin cihazın istehsal keyfiyyəti və xüsusiyyətləri barədə alıcıları yanlış məlumatlandırmaqdan ibarətdir.

9. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci maddələri göstərilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-977/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X10” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X6” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: 11.1. Cavabdehə məxsus “Youtube” platformasında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X10” başlıqlı videoçarxdan görünür ki, özünü Rəna Məmmədova kimi təqdim etmiş şəxs və cavabdehin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Rəna Məmmədovanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazı alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, Cavabdeh MMC tərəfindən cihazın müayinəsi və cihazın mənşəyi barədə Rəna Məmmədovaya məlumat verilməməsi və s. barədə fikirlər səsləndirmişdir. Videoçarxın 07:07-09:30-cu dəqiqələrində cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından çıxış edərək aşağıdakı fikirləri səsləndirir: - “Sizin cihazın adının “FG 2000D” olduğunu və Çində yerləşən “ADSS” zavoduna məxsus olduğunu siz bizim tərəfimizdən öyrənmisiz... Bizim şirkətin bu məlumatı sizə verdiyinə qədər siz cihazınızın mənşəyi barədə hər hansı məlumat bilirdiz?...Cihazınızın üzərində mənim müşahidə etdiyim qədər cihaza aid heç bir informasiya yox idi. Cihazınızın üzərində heç bir məna kəsb etməyən “Vertex” sözü dayanırdı...Burda məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək, ömür boyu, nə qədər ki, o cihaz və onu satan şirkət və vasitəçi var, alıcıya ömrünün sonuna kimi ehtiyat hissələrini özləri satsınlar... bu hallar alıcını özündən asılı vəziyyətə salmaq, ondan suiistifadə etmək, ömrü boyu ona dəfələrlə baha qiymətə başlıq, ekran, su pompası və ya əlavə ehtiyat hissələri satmaqdır. Mən sizi əmin edirəm ki, siz məni tapmasaydınız, mənim videolarımı, çıxışlarımı və yaxud mənim şirkətim haqqında məlumatınız olmasaydı siz, sizə avadanlıq verənlərdən daim asılı qalacaqdız. Siz hələ də elə biləcəkdiniz ki, aldığınız avadanlığın adı “Vertex”dir...” Məhkəməyə təqdim edilən cavabdehə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımların üzərində “40000-ə xarab cihaz satdılar” “Servis xidməti göstərilmədi” və s. kimi ifadələr qeyd edilmişdir. Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək iddiaçıdan cihaz almış alıcı ilə fikir mübadiləsi zamanı çıxış edərək iddiaçının məqsədinin avadanlığın mənşəyini alıcıdan gizlətmək olması, alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə cihazın başlıq, ekran, su pompası və ya əlavə ehtiyat hissələri satmaq olmasını qeyd etmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi təsdiq etmişdir ki, “Tiktok” platformasındakı hesablarında “40000 manata xarab cihaz satdılar” “Servis xidməti göstərilmədi” kimi ifadələr qeyd edilən paylaşımlar “Youtube” platformasındakı hesablarında paylaşılmış videonun hissələrə ayrılaraq qısa videoçarxlar şəklində yerləşdirilməsidir. Cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olduğunu qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. Əksinə iddiaçının təqdim etdiyi sübutlara nəzər yetirdikdə görünür ki, həmin məlumatlar həqiqi məlumatlar deyildir. 11.2. Cavabdehə məxsus “Youtube” platformasında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X6” başlıqlı videoçarxdan görünür ki, özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxs və cavabdehin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Xalima Ustayevanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazını alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, cihazın mənşəyi barədə məlumat verilməməsi, mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın mənşəyinin gizlədilərək alıcını satıcı şirkətdən asılı vəziyyətdə saxlamaq və s. barədə fikirlər səsləndirilmişdir. Videoçarxda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 əvvəlki çıxışın davamı olaraq mövzunun əvvəlki çıxışdakı mövzu ilə eyni olduğunu bildirir. Daha sonra 900 Vt gücündə cihazın mövcud olmadığını vurğulayır və “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (03:41-ci dəqiqə) başlığı əks olunur...”. Bundan başqa cihazın mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın üzərinə mənası bilinməyən adın qeyd olunması, satıcı şirkətin alıcını ömür boyu özündən asılı vəziyyətə salması və s. (07:45- 08:58) fikirlər səsləndirilmişdir. Məhkəməyə təqdim edilən cavabdehə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımlarda xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X6” başlıqlı videoçarxda özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxsin fotoşəkili və üzərində “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Zaqatala rayonundan Xalima xanım da aldadıldı. Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (elektron kabinet vasitəsi ilə kağız daşıyıcıda təqdim olunan) kimi ifadələr qeyd edilmişdir. 39. Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək iddiaçıdan cihaz almış alıcı ilə fikir mübadiləsi zamanı iddiaçının məqsədinin avadanlığın mənşəyini alıcıdan gizlətmək olması, alıcını özündən asılı vəziyyətə salmaq olmasını, 900 Vt gücündə cihazın mövcud olmadığını qeyd etmiş, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” başlığı əks olunmuşdur. Həmçinin həmin videoçarx hissəvi şəkildə cavabdehə məxsus “Tiktok” hesabında paylaşılmış və videolar üzərində “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Zaqatala rayonundan Xalima xanım da aldadıldı. Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” başlıqlar qeyd olunmuşdur. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi “Tiktok” platformasındakı hesablarında qısa videoçarxların paylaşıldığını mübahisələndirməmişdir. Cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olduğunu qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. Əksinə, iddiaçının təqdim etdiyi sübutlara nəzər yetirdikdə görünür ki, həmin məlumatlar həqiqi məlumatlar deyildir. 11.3. Cavabdehə məxsus “Youtube” platformasında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxdan görünür ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından müraciət edərək Çin Xalq Respublikasında tibbi avadanlıqlar istehsal edən zavodlarda ziyarətdə olması, “Futai” adlı sexdə olması, onların təklifi ilə getməsi barədə məlumat verir, iddiaçının onun barəsində paylaşdığı videoçarxa istinad etməklə iddiaçıya qarşı fikirlər səsləndirir. Videoçarxda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından çıxış edərək aşağıdakı fikirləri səsləndirir: - “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız…(03:25-03:38-ci dəqiqə) “Mən də bu çıxışımda çalışıram ki, sizin bir kollektiv olaraq nə işlər gördüyünüzü, nə cür gəlir əldə etdiyinizi, hazırda da nə işlər gördüyünüzü izləyicilərimizə çatdırım (03:58-04:17-ci dəqiqə)” “...Bu çox böyük və qəbul edilməz yalandır. “Kohorent” şirkətinin istehsalı olan bar... qiyməti A 7 və A 8 cihazlarının içərisində olan bardan 4-5 dəfə baha olur... bu cihazın diod lazer epilyasiya cihazının ümumi dəyərinin 40-60% bu hissə təyin edir. Reklama baxın, “Amerika” istehsalı. Yəni, ay alıcı, 5 manatlıq deyil, 25 manatlıq qurğu var bunun içində, bu dəhşət bahalı bir şeydir... A 7 və A 8 modelinin yüzlərlə istifadəçisi var halhazırda. Məni izlədikdən sonra getsinlər başlığın şüşə hissəsindən içəriyə baxsınlar. Görsünlər bunu görürlər ya yox. Amma bunu mümkünsüzdür ki görsünlər. Çünki “Amerika istehsalı qurğu bu cihazın içərisində olmayıb, bu gün də yoxdur. (09:49-11:36-cı dəqiqə)” “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir…(11:37- 11:50)”, “Yüzlərlə istifadəçi ADSS zavoduna məxsus “FG 2000” modelinin istifadəçisidir ölkəmizdə və bu gün də həmin avadanlıq satılır... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil (12:28-13:54-ci dəqiqə)”… Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək “A 7” və “A 8” lazer cihazlarında və “FG 2000 D” model cihazda bar qurğularının “Amerika” istehsalı olmadığı, iddiaçının cihazın qiymətini dəyərindən yüksək göstərmək üçün bar qurğularının “Amerika” istehsalı olduğunu bildirərək müştərilərə illərlə yalan danışdığı, aldatdığı və s. kimi məlumatlar bildirib. Məhkəmə bildirir ki, cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olmadığını qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. 11.4. Məhkəmə ilk növbədə “Tiktok” platformasında cavabdehə məxsus hesabda xx.xx.2023-cü il tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş “Sizdən xəbərsiz, sizi izləyirlər” yazısının təkzibi ilə bağlı qeyd etmişdir ki, həmin paylaşımdan çıxarışdan görünür ki, qeyd olunan ifadə paylaşım üzərində qeyd edilmişdir, lakin iddiaçı həmin videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin sonuncu baxış iclasında cavabdehə məxsus “Youtube” və “Tiktok” platformasında hesablarına baxış keçirilmiş, lakin həmin tarixli qeyd olunan videoçəkiliş və paylaşım aşkar olunmamışdır. Cavabdeh də bu ifadənin iddiaçıya münasibətdə qeyd edildiyini təsdiqləməmiş, əksinə iddiaçıya aid olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. 11.5. “Tiktok” platformasında Cavabdeh MMC-yə məxsus “Azcosmetics_mmc” adlı istifadəçi hesabında (hesabın adını “Azcosmetics_mmc”dən “Medikal_Media”yə dəyişiblər) xx.xx.2023 tarixdə paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin təkzib olunması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi “Tiktok” platformasından çıxarışdan görünür ki, “Cihazımı söndürdülər” yazılı paylaşımın şərhlər bölməsində “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus “Azcosmetics_mmc” adlı hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavabı yazılmışdır. Məhkəmə qeyd etmişdir ki, “Tiktok” platformasında olan paylaşımın şərhlər bölməsində yazılan istənilən yazı üçüncü şəxslərə çatımlığı olan açıq məlumat olduğundan yayılmış hesab olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, bu iddiaçıdan cihaz almış şəxslərlə dialoq formatında çəkilən videoçarxın hissəvi paylaşımının şərhlər bölməsində yazılmışdır. Bu isə onu deməyə əsas verir ki, qeyd olunan şərhdə ifadə olunan fikir iddiaçıya münasibətdə qeyd edilmişdir. Qanuni nümayəndə2 şərhin onun yazmadığını bildirir. Məhkəmə qeyd etmişdir ki, bu xarakterli işlər üzrə cavabdeh qismində çıxış edən hüquqi şəxsin qanuni təmsilçisi ilə bərabər digər işçilərinin etdiyi hərəkətlər də hüquqi şəxsin adından edilmiş hərəkətlərdir. Ona görə də qanuni təmsilçinin şərhi yazmaması hüquqi şəxsi bu hissədə tələbə cavab verməkdən azad etmir. 11.6. İddiaçı cavabdehin üzərinə gələcəkdə də bu cür paylaşımların edilməməsi öhdəliyinin qoyulması tələbi ilə bağlı məhkəmə əvvəla qeyd etmişdir ki, yayılan məlumatın fiziki və ya hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumat olub-olmaması qiymətləndirmədən asılıdır və bu qiymətləndirmə məhkəmə icraatı çərçivəsində məhkəmə tərəfindən həyata keçirilir. Bu zaman isə əsas məqam məlumatın həqiqətə uyğun məlumat olub-olmamasıdır ki, həqiqətə uyğun məlumatın yayılması məlumatı yayan şəxsin cavabdehliyini istisna edir. Həmin halın müəyyən edilməsi isə sübutetmədən asılı olub məhkəmə icraatı çərçivəsində aydınlaşdırıla bilər. Belə olan halda cavabdehin iddiaçı barəsində hər hansı məlumatı yaymasına məhdudiyyətin qoyulması fikir və söz azadlığına ciddi müdaxilə olub cavabdehin paylaşacağı məlumatı qiymətləndirmə, həqiqi olubolmamasını müəyyən etmə səlahiyyətinin iddiaçıya və ya hər hansı üçüncü şəxs verilməsi olacaqdır ki, bu yolverilməzdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır. 11.7. Məhkəmə əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, hüquqi şəxs işgüzar nüfuza dəymiş zərərə görə ancaq vurulmuş maddi zərərin ödənilməsini tələb edər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə iddiaçı əldən çıxmış fayda və işgüzar nüfuza dəymiş zərər olaraq tələbini irəli sürsə də, hər ikizərər maddi zərər olmaqla real zərər və əldən çıxmış fayda şəklində dəymiş zərəri ifadə edir. Bu mənada isə məhkəmə bildirir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürsə də, dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandırmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi dəymiş zərər hissəsində əsassız olduğundan rədd olunmalıdır.

12. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-977/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - iddia tələbinin təmin edilən hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunur ki, məlumatlar cavabdeh tərəfindən deyil, iddiaçının özünün məhkəməyə verdiyi müştəriləri tərəfindən yayılmışdır. Bundan həmin məlumatların doğru olması cavabdeh tərəfindən sübut edilmişdir. Cavabdeh iddiaçını təqdim etdiyi reklamlardan fərqli avadanlıqlar satmasını, detalların amerika istehsalı adı ilə çin istehsalı kimi təqdim edilməsini, 900 VVATT gücündə avadanlıq və detalların mövcud olmamasını tənqid etməsini, mülkiyyətçilərin təqdim etdiyi sübutlara istinad etməklə məlumatları təqdim etməsini işgüzar nüfuzun pozulması kimi qiymətləndirilməsi əsassızdır. Cavabdeh tənqidi çıxışındakı məlumatlar doğru olduğu və təsdiqin tapdığı halda həmin məlumatların təkzib edilməsi əsassızdır, iddiaçının əksini sübut edəcək faktlar sonradan hazırlanma, bir tərəfli hazırlanma və natamam məlumatlardır. Cavabdehin ümumiyyətlə “Tiktok” platformasında hesabı olmamış, lakin buna baxmayaraq cavabdehin üzərinə özünə aid lmayan hesabdan təkzib verilməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2024-cü il tarixli İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı tələbin həcmini artırmışdır. Halbuki məhkəmə prosesinin həmin mərhələsində tələbin həcminin artırılmasını əsaslandırmalı idi. Məhkəməyə buna dair təqdim edilən etiraza hüquqi qiymət verməmişdir. Az EstetikGroup” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X8 qarşı Şəki Kommersiya Məhkəməsində baxılan 2-2(117)-882/2023 saylı iş üzrə, xx.xx.2023-cü il tarixli qətnaməndə, Gəncə Apelleyasya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində Balakən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-478/2024 saylı iş materiallarında olan iddia ərizələrindən müəyyən olunur ki, X25” MəhdudMəsuliyyətli Cəmiyyəti eyni əsaslarla məhkəməyə müraciət edib cavabdehlərdən təkzib və maddi ziyan tələb etdiyi halda eyni əsaslarla da hazırkı iddianı təqdim etmişdir. Halbuki həmin əsaslara artıq hüquqi qiymət verilərək iddiaya münasibət bildirilmişdir. xx.xx.2023-cü il tarixli videoçarxda səsləndirilən, tənqid edilən fikirlər Rəna Məmmədovanın həm özü tərəfindən səsləndirilmiş, həm məhkəmədə qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir. Cavabdehin nümaynədəsinin mənbəyi məlum olan fikirlərə istinad etməklə tənqidi yanaşmasının qanunsuz hesab edilməsi əsassızdır. İddiaçının iddia ərizəsində təkzib edilməsini tələb etdiyi ifadələr videoçarxdan əvvəl məhkəməyə təqdim edilmiş və sonradan məhkəmə tərəfindən hüquqi qiymət verilmiş ifadələrdir, bəziləri isə xx.xx.2023-cü il tarixli videoçarxda müəllifi Rəna Məmmədova tərəfindən ifadə olunan və cavabdeh Qanuni nümayəndə2 istinad etdiyi ifadələrdir. xx.xx.2023-cü il tarixli videoçarxda səsləndiridiyi fikirlərin həqiqətə uyğun olduğunu təsdiq etmiş və bundan başqa təkzib edilməsi tələb olunan fikirlərə artıq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. İddiaçı cavabdeh X8 qarşı Balakən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)- 478/2024 saylı qərardadından görünür ki, Ustayeva XalimaÖmər qızının qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qeyd edilən iş üzrə iddiaçı X9 məhz işgüzar nüfuzlarına ziyan vurulması barədə xx.xx.2023-cü il tarixdə imzalanmış iddia ərizəsi təqdimedərək X16 tərəfindən ikinci əl avadanlıq satmalarına dair, antireklam xarakterli işlər aparmasına dair fikirlərə görə iddialarını əsaslandırmışlar. X16 isə həmin iş üzrə qarşılıqlı iddia ərzəsində VVERTEX 900 Vvattadı ilə satılan əslində FG2000-D600 VVatt olan 2-ci əl lazer cihazı barədə qruplarda şəkil və səsli mesajlar göndərdiyini, maddi ziyan vurulduğunu qeyd etmişdir. Məhkəmə tərəfindn işin bu halalrı araşdırılmamışdır. Mənşə sertifikatı İddiaçı tərəfindən sonradan məhkəmə gedişində məhkəmənin tələbi ilə təqdim edilmişdir. Mənşə sertifikatından heç bir alıcının məlumatı yoxdur. Qeyd edilən sənədin əsli ümumiyyətlə təqdim edilməmişdir. İddiaçı tərəfindən bu sənədlər Rəna Məmmədova təmir üçün müraciət etdikdən sonra satılan məhsullara görə tərtib edilmiş müqavilə zəmanət və təhvil təslimdir. Artıq mübahisə olduğundan və sosial şəbəkələrdə bu poroblemlərə dair məlumatlar olduğundan məcbur olub müqavilələrdə düzgün formada mənşə göstərmişlər. İlkin alqı-satqı müqaviləsində və aparatın üzərində mənşəyi barədə heç bir məlumat olmamışdır. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Rəna Məmmədovaya satılan aparatın mənşəyi barədə düzgün məlumat verilmir, bu da xoş niyyət kimi qiymətləndirilə bilməz. Rəna Məmmədova bidlirir ki, -cəmiyyətdən əvvəlcə 12000 manat qiyməti olan cihaz almaq istəmiş, ona demişlər ki, bu cihaz zəifdir onu ancaq diod kimi işlətmək olar, daha güclüsünü alın həm də alexsandrit kimi işlədin. Lakin cihazı o, ancaq diod kimi işlədə bilmişdir. Bu barədə cəmiyyətin rəhbəri Rəşad müəllimə iradını bildirəndə ona demişdir ki, onlar belə söz deməmişlər. O demişdir ki, internetdə olan reklamınıza baxın, bütün reklamınızda bu cihazın həm alexsandrit, həm də diod kimi işləməsi göstərilmişdir. Məhkəmə qətnamələrində İddiaçı Rəna Məmmədovanın bu fikrini təkzib etməmiş, mübahisələndirməmiş, əksinə əvvəllər heç kimə təqdim etmədiyi mənşə sertifikatını təqdim etməklə hesab etmişdir ki haqlıdır. Halbuki məhkəmə mübahisəsi baş verənədək mənşə sertifikatından heç kimin məlumatı olmamış, cihazın üstündə isə İddiaçınə məxsusolmayan addan istifadə edilməklə mənşəyi göstərilməyən ad qeyd edilmişdir. “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X6” başlıqlı videoçarxdavə guya cavabdehə məxsus “Tiktok” hesabında xx.xx.2023-cü il tarixdə yayımlannmış videoçarxda X16 özü öz ifadəsində aldadıldığını bildirir. Daha sonra X16 bildirir ki, “əslində texniki problemlər deyilmiş cihaz kənardan idarə olunurmuş, onu da mən bilmirdim.” Daha sonra X16 cihaz haqqında məlumatın verilmədiyini bildirir. Göründüyü kimi bu halda da məhkəmə məhz Qanuni nümayəndə2 tərəfindən məlumatların təqdim edilməsini sübut edə bilməmişdir. Məhkəmə ümumiyyətlə video çarxları tam araşdırmamış, yalnız iddiaçının təqdim etdiyi video çarxlardakı saniyələri araşdırmaqla kifayətlənmişdir. Cavabdehin ümumiyyətlə “Tiktok” hesabının olmadığını araşdırmamış, işə əlavə edilən məhkəmə qərarlarında X7 özü tərəfindən səsləndirlən fikirlərə istinadən cavabdeh KənanZeynalov tərəfindən fikirlər səsləndirdiyi müəyən olunur. Buna baxmayaraq məhkəmə həmin ifadələrin məhz Qanuni nümayəndə2 tərəfindən təkzib edilməsini qət etmişdir. İddiaçı MMC-ni ncavabdeh X4rşı Şəki Kommersiya Məhkəməsində baxılan 2-2(117)-882/2023 saylı iş üzrə, xx.xx.2023-cü il tarixli qətnamənin məzmununda iddia ərizəsində iddianın əsası kimi qeyd edilir ki cavabdeh X16 whatsapp qrupuyaratmış, həmin qrupa şəxsləri onların icazəsi olmadan daxil etmiş və onların şirkəti və işçilərinin yalançı, ikiüzlü olduğunu bildirmiş, həmçinin, şirkətin əmtəə nişanı olmadan aparat satdığını, aparatın içində uzaqdan idarə edilən çiplə söndürüldüyünü bildirmişdir. Bununla da şirkətin işgüzar nüfüzuna ciddi zərər vurmuşdur. Aparatın içində çip olması barədə müqavilədə də qeyd öz əksini tapmışdır. Bu da alıcının aparatın ödənişini gecikdirməsinin, həmçinin oğurlanmasının qarşısını almaq məqsədilə edilmişdir. "xxxx" MMC tərəfindən təkzib edilməsi hesab edilən məlumatlar X16 tərəfindən təkzib edilməsi tələb edilməklə həmin ifadələrin X8 məxsusolmasını özü öz iddiasında qeyd etmişdir. Sonradan qətnamədə qeyd edilən bu ifadələrə istinadən Qanuni nümayəndə2 tərəfindən ifadə edərək tənqidi yanaşması qanunsuz hesab edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndəsi X20 və nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyşdirilmədən saxlanılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. -23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. -23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. -23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarına görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

17. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və cavabdehin apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsinə yönəldiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, İddiaçı MMC Cavabdeh MMC-yə məxsus “Youtube” və “Tiktok” platformasındakı hesablarında onun işgüzar nüfuzunu ləkələyən həqiqətəuyğun olmayan məlumatların yayılmasını iddia edir və həmin məlumatları əks etdirən videoçarxların silinməsi və məlumatların təkzib edilməsini tələb edir.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işgüzar nüfuzun müdafiəsi barədə iddialara baxılarkən məhkəmələr tərəfindən üç hal- məlumatların işgüzar nüfuzu ləkələyici xarakter daşıması, məlumatların həqiqətəuyğun olmaması və məlumatların yayılması faktı müəyyən edilməlidir.

24. Araşdırılmalı olan birinci məsələ, yəni təkzib edilməsi xahiş edilən məlumatların ləkələyici xarakter daşıyıb-daşımamasına münasibətdə kollegiya qeyd edir ki, işgüzar nüfuz şəxsin (hüquqi və ya fiziki şəxsin)qanunla qorunan qeyri-maddi nemətlərindən biri olmaqla həmin şəxsin fəaliyyətinin onun işgüzar keyfiyyətləri baxımından qiymətləndirilməsi, şəxsin işgüzar fəaliyyəti və peşəkar keyfiyyətləri barədə formalaşan ictimai rəy deməkdir. İşgüzar nüfuzu ləkələyən məlumatlar isə üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və keyfiyyətləri barədə mənfi rəy yaradılmasına yönəldilən məlumatlardır.

25. Hazırkı halda videoçarxlarda cavabdehin qanuni nümayəndəsi tərəfindən səsləndirilən informasiya – iddiaçının müştəriləri aldatması, xarab cihaz satması, servis xidməti göstərməməsi, satdıqları aparatların mənşəyini gizlətməsi, müştərilərə aparatların iş gücü barədə və aparatlarda Amerika istehsallı hissələrinin olması barədə yalan informasiya verməsi, ödəniş edilməyəndə aparatları kənardan söndürməsi və s. potensial müştərilərdə iddiaçı şirkətin işgüzar fəaliyyəti barədə mənfi rəy yaradılmasına, iddiaçının etibarsız və vicdansız bir kontragent olması barədə fikrin formalaşmasına səbəb olur. Odur ki, həmin informasiyanın ləkələyici xarakter daşıması şübhə doğurmur.

26. Lakin şəxsin fəaliyyəti barədə mənfi fikir yaradan istənilən informasiya “işgüzar nüfuzu ləkələyən məlumat” kimi qiymətləndirilə bilməz. Belə ki, yayılan informasiyanın işgüzar nüfuzu ləkələyən məlumat olub-olmaması qiymətləndirilərkən həmin informasiyanın “məlumat” və ya “subyektiv fikir” olması istiqamətində də hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, “məlumat”lardan fərqi olaraq “subyektiv fikirlər” Mülki Məcəllənin 23-cü maddəsi ilə müəyyən edilmiş məhkəmə müdafiəsinin predmetinə daxail deyil.

27. Bununla yanaşı hazırkı halda cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərindən biri də videoçarxlar vasitəsilə tərəfindən yayılmış informasiyanın “tənqidi fikirləri” ifadə etməsidir.

28. “Məlumat”ların və “subyektiv fikirlər”in ayrılması meyarlarına gəldikdə məsələnin həll edilməsində informasiyanın ifadə forması xüsusi əhəmiyyət kəsb edir: informasiya hər hansı faktları təsdiq edirmi, təsdiqedici formada ifadə edilibdirmi və yaxud qiymətləndirici mülahizələri və subyektiv fikirləri əks etdirirmi? Bu zaman informasiya ifadə edilərkən istifadə edilən qrammatik konstruksiyalara fikir verilməlidir. (Məsələn, “fikrimcə, “ola bilər”, “ehtimal edilir ki” kimi konstruksiyalar ifadə edilən informasiyanın fikir olmasına dəlalət edir.)

29. Lakin “məlumat və “subyektiv fikir”lərin ən vacib fərqləndirmə meyar həmin informasiyanın həqiqətə uyğunluğunun yoxlanılmasının mümkünlüyüdür.

30. “Linqes Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında məlumatlarla fikirlər arasında fərqi belə ifadə etmişdir.”Faktların mövcudluğu sübut oluna bilər, qiymətləndirici mülahizələrin həqiqiliyi isə heç də həmişə sübuta edilə bilmir.

31. Hazırkı halda mübahisələndirilən videoçarxlarda cavabdehin adından qanuni təmsilçisi tərəfindən səsləndirilən “Youtube” platformasındakı hesabında videoçarxda cavabdehin adından onun qanuni təmsilçisi tərəfindən səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi”; “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr, “Tiktok” platformasındakı hesabında paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələrə nəzərə saldıqda aydın olur ki, həmin informasiya ifadə tərzində onun subyektiv fikir və ya mülahizə olmasını göstərən konstruksiyalardan istifadə edilməyib, informasiya təsdiqedici və qəti formada əks olunub.

32. Bu baxımından cavabdehin həmin fikirlərin iddiaçının müştərilərinin adından səsləndirməsi barədə dəlillər də əsassızdır. Belə ki, yuxarıda göstərilən ifadələrin müştərilərin adından səsləndirilməsini göstərən konstruksiyalardan da istifadə edilməmişdir(məs.Rəna Məmmədovanın iddia etdiyi kimi, Xəlimə Ustayevinın fikrincə və s.), əksinə informasiya cavabdehin adından səsləndirilmişdir.

33. Digər tərəfdən mübahisələndirilən videoçarxlarda səsləndirilən müştərilərin lazer aparatların mənşəyi barədə aldadılması, yəni cavabdeh tərəfindən müştərilərə qəsdən yalan informasiya verilməsi, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satması, xarab cihaz satılması, servis xidmətinin göstərilməməsi, cihazların texniki göstəricilərinin şişirdilməsi, FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı olub-olmaması, pul ödənilməyəndə lazer aparatların kənardan bağlanması həqiqiliyi yoxlanıla bilən faktlardır. Odur ki, mübahisələndirilən ifadələrin subyektiv mülahizə kimi qiymətləndirilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

34. Mübahisələndirilən məlumatların həqiqətə uyğun olub-olmamasına münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 23.1-ci maddəsinin məzmunundan da göründüyü kimi ləkələyici xarakter daşıyan məlumatlara münasibətdə onların həqiqətəuyğunsuzluğu prezumpsiyası qüvvədədir. Yəni cavabdeh tərəfindən həmin halların həqiqətəuyğunluğu sübuta yetirilənədək həmin məlumatlar həqiqətəuyğun olmayan hesab edilir.

35. Bununla bağlı məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, hazırkı halda cavabdeh videoçarxlarda səsləndirdiyi məlumatların həqiqətəuyğun olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə həmin halların həqiqətəuyğun olması iddiaçının təqdim etdiyi sübutlarla təkzib edilir.

36. Araşdırılmalı olan sonuncu məsələ, yəni məlumatların yayılıb-yayılmaması ilə bağlı kollegiya qeyd edir ki, hazırda iddiaçının təkzib edilməsini xahiş etdiyi məlumatlar “Youtube” və “Tiktok” platformasındakı hesablarında paylaşılmaqla ( “tiktok” Platformasındakı paylaşımların şərhlər hissəsində yazılar da daxil olmaqla) həmin sosial şəbəkələrdən istifadə edən qeyri-müəyyən şəxslər dairəsinə bildirilmişdir. Odur ki, həmin məlumatların yayılması faktı şübhə doğurmur. Sözügedən məlumatların cavabdeh tərəfindən yayılıb-yayılmamasına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, “Youtube” platformasında yayılan videoçarxların hamısının cavabdehin həmin platformasında yayımlanması və həmin çarxlarda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 çıxışlar etməsi işin mübahisəsiz hallarıdır. ”Tiktok” platformasında yayılmış məlumatlara gəldikdə cavabdeh apellyasiya şikayətində “Tiktok”da ona məxsus hesabın olmamasını bildirsə də, işə birinci instansiya məhkəməsində baxılarkən ”Tiktok” platformasında “Azcosmetics_mmc” adlı istifadəçi hesabının ona aid olmasını, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş ”Tiktok” platformasından çıxarışların həqiqiliyini mübahisələndirməmiş, əksinə birinci instansiya məhkəməsində keçirilmiş iclaslarda iştirak etmiş cavabdehin qanuni təmsilçisi qısaldılmış videoçarxların və həmin videoçarxlara qoyulmuş başlıqların onlara aid olmasını təsdiq etmişdir.

37. Digər tərəfdən “Tiktok” platformasından çıxarışlardan da görünür ki, həmin platformada istifadəçi hesabının adı “Azcosmetics_mmc” olmuş və həmin hesabda “Youtube” kanalında yerləşdirilmiş videoçarxların qısaldılmış formaları paylaşılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar da “Tiktok” platformasındakı hesabın cavabdehə məxsus olmasına dəlalət edir.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Tiktok” platformasında hesabının olmaması barədə cavabdehin dəlilləri özümüdafiə xarakteri daşıyır.

39. “Tiktok” platformasında xx.xx.2023 tarixdə paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin onun tərəfindən yazılmaması barədə cavabdehin qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin şərh cavabdeh "xxxx" MMC-yə məxsus hesabdan, məhz "xxxx" MMC-nin adından yazılmışdır. Cavabdeh isə həmin şərh yazılarkən cavabdehin sosial həmin şəbəkədəki hesabına müdaxilə olunmasını (bu barədə X19 məlumat verməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

40. Yuxarıda göstərilən hallar ona dəlalət edir ki, mübahisələndirilən məlumatlar cavabdeh tərəfindən yayılmışdır.

41. Beləliklə, məhkəmə kollegiyas belə qənaətə gəlir ki, işin yuxarıda göstərilən halları ilə iddiaçının işgüzar nüfuzunu ləkələyən həqiqətəuyğun olmayan məlumatların cavabdeh tərəfindən yayılması öz təsdiqini tapır. Odur ki, iddiaçı işgüzar nüfuzunun məhkəmə tərəfindən müdafiə edilməsini tələb etməkdə haqlıdır.

42. Məlumatların təkzibi qaydası ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır ki, hazırkı iş üzrə iddiaçı məlumatın cavabdehə məxsus “Youtube” və “Tiktok” platformasındakı hesablarda yayıldığına istinad edir. Qeyd olunan platformalardan, əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs olan media subyektləri tərəfindən kütləvi informasiyanın yayılmasında alət və vasitə kimi istifadə olunsa da, hazırkı iş üzrə həmin platformalardan cavabdeh öz fəaliyyət məqsədləri üçün istifadə etdiyindən və sonuncu media subyekti olmadığından məlumat mediada yayılmış hesab olunmur. Belə olan halda isə təkzib qaydası Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyənləşdirilə bilər.

43. Odur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X10” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X6” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsini qtə etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

44. İddiaçının işə baxılmağa hazırlanması yekunlaşdırdıqdan sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verməsi və məhkəmə tərəfindən həmin ərizənin qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan da göründüyü kimi ki, həmin ərizə ilə iddianın həcmi artırılmamış, iddia tələbinin məzmunu təkzib üsulu hissəsində dəqiqləşdirilmiş və həmin dəqiqləşdirmə məhkəmə araşdırması gedişində “Tiktok” platformasında “Azcosmetics_MMC hesabının adının dəyişdirilməsi ilə bağlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq pozuntusuna yol verilmədiyindən cavabdehin istinad etdiyi hallar mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas vermir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-977/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar