Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-907/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 27148 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh MMC cavabdeh Nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə1 ilə Cavabdeh MMC arasında imzalanmış 04.08.2018-ci il tarixli, 04/08/2018 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.11.2020-ci il tarixli e-2-2(113)-3606/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-3606/2020 saylı iş iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş e-2-2(113)-2071/2020 saylı işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli, e-2-2(113)-185/2021 saylı qətnaməsi ilə iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi barədə iddia təmin edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia təmin edilməmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin 2-ci cildinin 60-cı vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli, e-2-2(113)-185/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 06 may 2021-ci il tarixdə saat 16:52-də Cavabdeh MMC-nin direktoru Nümayəndə2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti 08 iyul 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 07 iyun 2021-ci il tarixdə bitdiyi halda, Cavabdeh MMC-nin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 08 iyul 2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdeh MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-907/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-907/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver