Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-91/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi Açar söz: öhdəliyin gecikdirilməsinə görə məsuliyyət. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2179/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Tərəflər arasında 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı, 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı “Malların alqı-satqı müqavilələri” bağlanmışdır.
2. “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT- 2023094 saylı müqavilənin 2.3-cü bəndinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesabfakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir.
3. “Müxtəlif qalınlıqlı 273 mm ölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı Müqavilənin 2.3-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir.
4. “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023- cü il tarixli, NQT-2023161 saylı müqavilənin 2.4-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir.
5. Cavabdeh tərəfindən təqdim olunmuş arayışa əsasən, 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə gecikmə məbləği (illik 5%) 18424,32 manat təşkil edir.
6. İddiaçı tərəfindən cavabdehə 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə EBDM 065338 saylı (613205,90 manat), EBDO 821957 saylı (561527,26 manat), EBDP 239244 saylı (582933,10 manat), EBDR 013446 saylı (80153,40 manat) elektron qaimələr təqdim edilmişdir.
7. İddiaçıya məxsus bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə EBDM 065338 saylı qaimə üzrə xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü ildə 150000 manat, xx.xx.2023-cü ildə 260360,29 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 22845,61 manat, EBDO 821957 saylı qaimə üzrə xx.xx.2023-cü ildə 327154,39 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 100000 manat, xx.xx.2024-cü ildə 47459,36 manat, xx.xx.2024-cü il tarixdə 36913,51 manat, EBDP 239244 saylı qaimə üzrə xx.xx.2024-cü ildə 582933,10 manat, EBDR 013446 saylı üzrə qaimə xx.xx.2024-cü ildə 80153,40 manat vəsait ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə təqdim olunmuş mallara görə 700 000.01 manat, “Müxtəlif qalınlıqlı 273 mm ölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT- 2023129 saylı müqavilə üzrə təqdim olunmuş mallara görə 1 500 000 manat və “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023-cü il tarixli, NQT- 2023161 saylı müqavilə üzrə 826 830.22 manat olmaqla, cəmi - 3 026 830.23 manat borcun; iddiaçının bank qarşısında götürdüyü öhdəliklərin icrasında yaranan gecikmələrə görə bank tərəfindən iddiaçıya hesablanmış 104 471.96 manat məbləğində əlavə faiz ödənişlərinin; yaranan gecikmələr səbəbindən "xxxx" QSC tərəfindən iddiaçıya hesablanmış 58 725 manat məbləğində cərimənin; cavabdehin sifarişi əsasında iddiaçının ölkəyə gətirdiyi malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı ödədiyi 20 000 manatın; hüquqi yardım üçün ödənilən 500 manatın; dövlət rüsumu kimi ödənilən 2396 manatın cavabdehdən tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – tərəflər arasında bağlanmış 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı, 04 avqust 2023- cü il tarixli, NQT-2023129 saylı və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı “Malların alqısatqı müqavilələri” nə əsasən İddiaçı təşkilat Cavabdeh təşkilata mallar təqdim etmişdir. “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı Müqaviləüzrə "xxxx" MMC Cavabdehnə 16 avqust 2023-cü il tarixdə 613 205, 90 (altı yüz on üç min iki yüz beş manat, 90 qəpik) manat dəyərində, 26 sentyabr 2023-cü il tarixdə 561 527, 26 (beş yüz altmış bir min beş yüz iyirmi yeddi manat, 26 qəpik) manat dəyərində, 27 sentyabr 2023-cü il tarixdə 582 933, 10 (beş yüz səksən iki min doqquz yüz otuz üç manat, 10 qəpik) manat dəyərində, 23 oktyabr 2023-cü il tarixdə isə 80 153, 40 (səksən min bir yüz əlli üç manat, 40 qəpik) manat dəyərində olmaqla, cəmi - 1 837 819, 66 (bir milyon səkkiz yüz otuz yeddi min səkkiz yüz on doqquz manat, 66 qəpik) manat məbləğində mal təqdim etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir. Satıcı - "xxxx" MMC təhvil verdiyi malların dəyərinin ödənilməsi ilə bağlı Alıcı yalnız 1 137 819,65 (bir milyon bir yüz otuz yeddi min səkkiz yüz on doqquz manat, 65 qəpik) manatını ödəmiş, qalan 700 000.01 (yeddi yüz min manat, 01 qəpik) manat məbləğində borcu isə ödəməmişdir. “Müxtəlif qalınlıqlı 273 mm ölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı Müqavilə əsasında isə "xxxx" MMC Cavabdehnə 04 oktyabr 2023-cü il tarixdə 182 622,04 (bir yüz səksən iki min alt yüz iyirmi iki manat, 04 qəpik) manat dəyərində, 28 oktyabr 2023-cü il tarixdə 1 307 847,18 (bir milyon üç yüz yeddi min səkkiz yüz qırx yeddi manat, 18 qəpik) manat dəyərində, 07 noyabr 2023-cü il tarixdə isə 97 012,02 (doxsan yeddi min on iki manat, 02 qəpik) manat dəyərində olmaqla, cəmi – 1 587 481,24 (bir milyon beş yüz səksən yeddi min dörd yüz səksən bir manat, 24 qəpik) manat dəyərində mal satmışdır. Həmin müqavilənin 2.3-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir. Satıcı - "xxxx" MMC təhvil verdiyi malların dəyərinin ödənilməsi ilə bağlı Alıcı Cavabdehnə hesab-fakturalar göndərmiş, lakin Alıcı aldığı malların dəyərinin yalnız 87 481.24 (səksən yeddi min dörd yüz səksən bir manat, 24 qəpik) manatını ödəmiş, qalan 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində borcu isə ödəməmişdir. “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı Müqavilə əsasında isə "xxxx" MMC Cavabdehnə 25 dekabr 2023-cü il tarixdə 336 608.54 (üç yüz otuz altı min altı yüz səkkiz manat, 54 qəpik) manat dəyərində, 19 yanvar 2024-cü il tarixdə 525 221.68 (beş yüz iyirmi beş min iki yüz iyirmi bir manat, 68 qəpik) manat dəyərində olmaqla, cəmi - 861 830.22 (səkkiz yüz altmış bir min səkkiz yüz otuz manat, 22 qəpik) manat dəyərində mal satmışdır. Həmin müqavilənin 2.4-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir. Satıcı - "xxxx" MMC təhvil verdiyi malların dəyərinin ödənilməsi ilə bağlı Alıcı - Cavabdehnə hesab-fakturalar göndərmiş, lakin Alıcı aldığı malların dəyərinin yalnız 35 000 (otuz beş min) manatını ödəmiş, qalan 826 830.22 (səkkiz yüz iyirmi altı min səkkiz yüz otuz manat, 22 qəpik) manat məbləğində borcu isə ödəməmişdir. "xxxx" MMC həmin müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı həm Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR), həm də Cavabdehnə pretenziya məktubları göndərmiş və yaranmış borcun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən göndərilmiş 14 dekabr 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki – Müəssisənizlə bağlanılmış müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində Trest tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Cavabdehnə göndərilən 03 dekabr 2023-cü il tarixli pretenziya məktubuna Cavabdeh tərəfindən göndərilmiş 20 dekabr 2023-cü il tarixli cavab məktubunda isə - sifarişçi təşkilatlardan vəsait daxil olduqda, həmin müqavilələr üzrə yaranmış borc məbləğinin ödəniləcəyi bildirilmişdir. Lakin indiyədək həmin borc üzrə heç bir ödəniş edilməmişdir. Qeyd olunan müqavilələr üzrə təqdim olunmuş mallara görə Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu borcun ümumi məbləği hazırda 3 026 830.23 (üç milyon iyirmi altı min səkkiz yüz otuz manat, 23 qəpik) manat təşkil edir. Bundan başqa, "xxxx" MMC Cavabdeh qarşısında götürdüyü yeni öhdəliklər üzrə idxal etməli olduğu malların ödənişlərini bank vəsaiti hesabına (faktorinq xəİi) qarşılamağa çalışsa da, ödənişlərdə yaranan gecikmələr "xxxx" MMC- nin bank öhdəliklərinin də icrasını gecikdirmiş və nəticədə bank ödənişləri üzrə "xxxx" MMC-yə 104 471.96 (bir yüz dörd min dörd yüz yetmiş bir manat, 96 qəpik) manat məbləğində əlavə faiz ödənişləri hesablanmışdır. Qeyd olunanlarla yanaşı, yaranan gecikmələr səbəbindən "xxxx" QSC "xxxx" MMC-yə 58725 (əlli səkkiz min yeddi yüz iyirmi beş) manat məbləğində cərimə hesablamış, ödənilməyən borclar səbəbindən isə malların daşınması üzrə sanksiya tətbiq etmişdir. Həmçinin, yaranan gecikmələr səbəbindən "xxxx" MMC gömrük sərhəddindən keçirilən malları üzrə rüsum ödənişlərini vaxtında icra edə bilmədiyi üçün mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş və müvəqqəti saxlanc gömrük proseduruna görə hər gün üçün əlavə komissiya ödənilməklə, "xxxx" MMC-yə əlavə olaraq 20000 (iyirimi min) manat məbləğində zərər vurulmuşdur. Qeyd olunan müqavilələr, bank öhdəlikləri, cərimələr və əlavə ödənişlər üzrə Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu borcun ümumi məbləği hazırda 3 210 027.19 (üç milyon iki yüz on min iyirmi yeddi manat, 19 qəpik) manat təşkil edir.
10. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023- cü il tarixli, NQT2023094 saylı müqavilə üzrə 27280 manat, cavabdehin təqsiri üzündən iddiaçının 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı müqavilə üzrə üzləşdiyi 114026,71 manat və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı müqavilə üzrə üzləşdiyi 64844,93 manat zərər, ümumilikdə 206151,64 manat pulun, hüquqi yardım üçün ödənilən 500 manatın; dövlət rüsumu kimi ödənilən 2396 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2179/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehndən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18424,32 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, 145,28 manat dövlət rüsumu, ümumilikdə 19069,60 (on doqquz min altmış doqquz manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 350,87 (üç yüz əlli manat səksən yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi, artıq ödənilmiş 1899,85 (bir min səkkiz yüz doxsan doqquz manat səksən beş qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılması qət edilmişdir.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 27280 manat olmasını iddia etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı həmin borcun hesablanmasının elektron qaimələr təqdim edildiyi gündən 30 gün sonra olmaqla qaimənin tam ödənildiyi günə qədər olan müddət üçün hesablamışdır. Halbuki materiallardan görünür ki, elektron qaimələr üzrə cavabdeh birdəfəlik ödəniş etməmiş, ayrı-ayrı tarixlərdə qismən ödəmələr olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq faiz borcunun məbləği həmin ödənişlər nəzərə alınmaqla ümumilikdə 18424,32 manat müəyyən edilməlidir. Belə ki, iddiaçıya məxsus bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə EBDM 065338 saylı qaimə üzrə xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü ildə 150000 manat, xx.xx.2023-cü ildə 260360,29 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 22845,61 manat, EBDO 821957 saylı qaimə üzrə xx.xx.2023-cü ildə 327154,39 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 100000 manat, xx.xx.2024-cü ildə 47459,36 manat, xx.xx.2024cü il tarixdə 36913,51 manat, EBDP 239244 saylı qaimə üzrə xx.xx.2024-cü ildə 582933,10 manat, EBDR 013446 saylı üzrə qaimə xx.xx.2024-cü ildə 80153,40 manat vəsait ödənilmişdir. Məhkəmə iddia ərizəsini ikinci hissədə əsassız hesab edir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı birinci müqavilələr üzrə ödəmələrin gecikməsinin səbəbindən maliyyə çətinlikləri ilə üzləşdiyini, bağladığı kredit müqaviləsi üzrə əlavə faizlər ödəməyə məcbur olduğunu, "xxxx" QSC-nin daşıma xidmətlərindən istifadə ilə bağlı xidmət haqlarını vaxtında ödəyə bilmədiyini, nəticədə onun barəsində cərimə və sanksiyalar tətbiq edildiyini, ölkəyə idxal etdiyi malları gömrük prosedurundan keçirən zaman da maliyyə çətinlikləri ilə üzləşdiyini, gömrük rəsmiləşdirilməsi gecikmiş mallara görə əlavə gömrük rüsumlarının hesablandığını, bu səbəbdən ona 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı müqavilə üzrə 114026,71 manat, 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı müqavilə üzrə 64844,93 manat zərər dəydiyini bildirir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, OD1 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 12 saylı Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18424,32 manat faiz borcu və 500 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 21, 23, 443, 445, 448, 1096, 1097-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2179/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edillməsini xahiş etmişlər.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində bildirilir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi R.İsayev iddia tələbini qismən, “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT2023094 saylı müqavilə üzrə tələb edilən illik 5 faiz hissədə qəbul etdiklərini, lakin iddiaçının hesablamanı düzgün aparmadığını, tələb edilməli olan faiz borcunun məbləğinin 27280 manat deyil, 18424,32 manat olduğunu, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Qeyd edək ki, cavabdeh tərəf ümumiyyətlə iddia tələblərini bütövlüklə qəbul etmir, sadəcə “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT2023094 saylı müqavilə üzrə tələb edilən illik 5 faiz hissədə hesablamanın düzgün aparılmadığını və tələb edilməli olan faiz borcunun məbləğinin 27280 manat deyil, 18424,32 manat olduğunu bildirmişdir. Yəni cavabdehin hesablamanı düzgün aparılmadığını bildirməsi, iddia tələbini qəbul etdiyi anlamına gəlmir. Belə ki, müqavilələr üzrə malların dəyəri cavabdeh tərəflərindən tam şəkildə ödənilmiş, iddia ərizəsində göstərilmiş vəsaitlərin vaxtında ödənilməməsi ilə bağlı iddiaçının düşdüyü müxtəlif zərərlərə görə onların hər hansı təqsiri, habelə zərər ilə ödənişlərin vaxtında edilməməsi arasında səbəbli əlaqə olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin ştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. - Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir....icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2179/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 27280 manat olmasını iddia etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı həmin borcun hesablanmasının elektron qaimələr təqdim edildiyi gündən 30 gün sonra olmaqla qaimənin tam ödənildiyi günə qədər olan müddət üçün hesablamışdır. Halbuki materiallardan görünür ki, elektron qaimələr üzrə cavabdeh birdəfəlik ödəniş etməmiş, ayrı-ayrı tarixlərdə qismən ödəmələr olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq faiz borcunun məbləği həmin ödənişlər nəzərə alınmaqla ümumilikdə 18424,32 manat müəyyən edilməlidir. Belə ki, iddiaçıya məxsus bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə EBDM 065338 saylı qaimə üzrə xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü ildə 150000 manat, xx.xx.2023-cü ildə 260360,29 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 22845,61 manat, EBDO 821957 saylı qaimə üzrə xx.xx.2023-cü ildə 327154,39 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 100000 manat, xx.xx.2024-cü ildə 47459,36 manat, xx.xx.2024-cü il tarixdə 36913,51 manat, EBDP 239244 saylı qaimə üzrə xx.xx.2024-cü ildə 582933,10 manat, EBDR 013446 saylı üzrə qaimə xx.xx.2024-cü ildə 80153,40 manat vəsait ödənilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən malların dəyərinin cavabdeh tərəfindən məhkəmə prosesi zamanı ödənilməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş halıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən malların dəyəri elektron qaimə faktura təqdim edildikdən 30 gün müddətində ödənilməlidir. Lakin iş materiallarına əlavə edilmiş və 2023-cü ilin müxtəlif aylarında tərtib edilmiş elektron qaimələr və cavabdehin ödənişi məhkəmə prosesi zamanı etməsi öhdəliyin gecikdirilməsini təsdiq edir, hətta gecikdirilmə günləri ilə bağlı cavabdeh tərəfindən arayış təqdim edilmişdir. Cavabdeh birinci instansiyada tələb edilən məbləği mübahisələndirmiş, gecikdirilmə günlərinin daha az olduğunu qeyd etmiş, gecikdirmə məbləğinin dəqiq hesablanması ilə bağlı məhkəməyə arayış təqdim etmişdir. Hal-hazırda cavabdeh apellyasiya şikayəti verərək gecikdirilmə məbləğini deyil, ümumiyyətlə iddianı o hissədə qəbul etmədiyini bildirir. Kollegiya məhz bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, öhdəliyin gecikdirilməsi yuxarıda qeyd olunanlara əsasən işin müəyyən edilmiş halı olduğundan və gecikdirilmə məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hətta cavabdeh özü həmin məbləği hesabladığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki dövriyyənin sabitliyini qorumaq və kreditorun haqlı mənafeyini təmin etmək üçün qanunvericilik tərəflərii intizamlandırmaq, öhdəliyi vaxtında və tam şəkildə yerinə yetirilməsini naminə bir sıra məsuliyyət tədbirləri və maliyyə sanksiyaları nəzərdə tutmuşdur. AR MM-nin 445-ci maddəsinin tələbləri də məhz bu məqsədlərə xidmət edir. İş materiallarından cavabdehin öz öhdəliyini vaxtında icra etməməsi müəyyən edilir. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən malların dəyərinin cavabdeh tərəfindən məhkəmə prosesi zamanı ödənilməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş halıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən malların dəyəri elektron qaimə faktura təqdim edildikdən 30 gün müddətində ödənilməlidir. Lakin iş materiallarına əlavə edilmiş və 2023-cü ilin müxtəlif aylarında tərtib edilmiş elektron qaimələr və cavabdehin ödənişi məhkəmə prosesi zamanı etməsi öhdəliyin gecikdirilməsini təsdiq edir, hətta gecikdirilmə günləri ilə bağlı cavabdeh tərəfindən arayış təqdim edilmişdir. Cavabdeh birinci instansiyada tələb edilən məbləği mübahisələndirmiş, gecikdirilmə günlərinin daha az olduğunu qeyd etmiş, gecikdirmə məbləğinin dəqiq hesablanması ilə bağlı məhkəməyə arayış təqdim etmişdir. Hal-hazırda cavabdeh apellyasiya şikayəti verərək gecikdirilmə məbləğini deyil, ümumiyyətlə iddianı o hissədə qəbul etmədiyini bildirir. Kollegiya məhz bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, öhdəliyin gecikdirilməsi yuxarıda qeyd olunanlara əsasən işin müəyyən edilmiş halı olduğundan və gecikdirilmə məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hətta cavabdeh özü həmin məbləği hesabladığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, gecikdirmə məbləğinin cavabdeh tərəfindən müəyyən edilməsi və həmin məbləğlə razılaşması iddianın etiraf edilməsi kimi qiymətləndirilməsə də dolayı yolla müqavilə üzrə malların vaxtında təqdim edilməməsinin bəyanı kimi dəyərləndirilir. Belə ki, gecikdirmə məbləğinin hesablanmasının əsasında malların iddiaçıya öhdəlikdə nəzərdə tutulduğu vaxtdan gec təqdim edilməsi faktı dayanır və bu məhz bu fakt sonrakı mexanizmi hərəkətə keçirir, yəni mallar gec təqdim olunmasaydı cavabdeh bu hesablamanı ümumiyyətlə həyata keçirməzdi. Mövcud olmayan faktın əlamətlərini müəyyən etmək ağlabatan deyil. Ona görə də iddiaçının faktı deyil məhz faktdan sonra baş verən və faktla bağlı olan hadisəni təsdiq etməsi ziddiyyətli və qeyri-müəyyəndir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, AR MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsas tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin mənasına görə sübutetmə yükü bölüşdürülür və iddiaçının üzərində yalnız iddia etdiyi tələblə bağlı sübutetmə yükü mövcuddur, həmin tələbə münasibətdə etiraz edən tərəf isə etirazının əsası kimi istinad etdiyi halların ən azından faktiki əsasını məhkəməyə təqdim etməlidir. Sübutlar kifayət qədər aydın, təkzibedilməz və anlaşılan olmalıdır, sübut təqdim edilməyən halı məhkəmə kollegiyası mövcud olmayan kimi dəyərləndirir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2179/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.