Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-915/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-505/2024 nömrəli qətnaməsindən ilk iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə dəymiş ümumilikdə 26532 ABŞ dolları və 20293 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, cavabdeh İddiaçı MMC-dən 17517 (on yeddi min beş yüz on yeddi) manat daşımadan yaranan əsas borc, 16590 (on altı min beş yüz doxsan) manat 01 yanvar 2024-cü il tarixinə olan cərimə borcu, 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manat saxlanc xərcləri, iddianın verilməsi ücün ödənilən 270 manat, cəmi 59367 (ǝlli doqquz min üc yüz altmış yeddi) manat məbləğin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-505/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdehndən 16928 (on altı min doqquz iyirmi səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçındən 17402,50 manat (on yeddi min dörd yüz iki manat əlli qəpik) əsas borc, 1200 (min iki yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,14 manat (səksən dörd manat on dörd qəpik) olmaqla, cəmi 18686,64 manat (on səkkiz min altı yüz səksən altı manat altmış dörd qəpik) məbləğində pul tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İlk iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-505/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-505/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
6. İlk iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Medigroup MMC sənədlərlə görünən və görünməyən formada maddi zərərlərə məruz qalmış və hal-hazırda da zərər çəkməyə davam edir. Məhkəmənin gəldiyi nəticə üçün mümhüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutların bir hissəsinə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə "xxxx" MMC-nin qarşılıqlı iddia tələbini qismən təmin edərkən, onun müqavilə şərtlərinin tələblərini pozmasını, yüklərin gətirilən hissəsinin gecikmə ilə gətirməsini, yüklərin gecikmə ilə gəlsə belə həmin yüklərin ölkə ərazinə gələcəyi vaxtla bağlı heç bir məlumat verməməsini, ölkə əırazisinə gətirdiyi yükləri ümumiyyətlə təhvil verməməsini nəzərə almamaış, Bu xüsusatlarla bağlı təqdim edilmiş sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Nəticədə isə müqavilə tələblərini pozmasına baxmayaraq məhkəmə həm əsas borc kimi, həm də cərimə borcu kimi pulun ilkin iddiaçıdan tututlması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mümhüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmaması ədalətsiz məhkəmə qərarı qəbul edilməsinə səbəb olmuş və məhkəmə qərarının ədalətli olması ilə bağlı prinsipləri kobud şəkildə pozmuşdur. Çünki görünən odur ki, "xxxx" MMC yüklərin bir hissəsini gecikdirmiş, bir hissəsini ümumiyyətlə gətirməmiş, onun hərkətləri ilə ilkin iddiaçı sənədlərlə görünən və görünməyən saysız zərərlərə məruz qalmış, lakin bütün bu pozuntuların baş verməsinə səbəb olmuş yükdaşıma şirkəti həm artıqlaması ilə pulunu almış, həm də əlavə olaraq cərimə kimi 1200 manat pul əldə etmişdir. Bu hadisədə ümumiyyətlə ədalətdən söhbət gedə bilməz. Bundan başqa məhkəmə "xxxx" MMC-nin 1500 manat cərimə edilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsində də gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır. Belə ki, ilkin idxal bəyamnaməsi verilməsi üçün zəruri olan sənədlər yükdaşıma şirkətində olur. Yəni yükün sərhəddlərdən keçməsini təsdiq edən və yükün müşaiyət sənədləri. Bu sənədlər olmadan qısa idxal bəyamnaməsini vermək mümkün deyil. Çünki qısa idxal bəyamnaməsi elektron formada doldurulur və həmin sənədlərlə bağlı məlumatlar elektron bazaya daxil edilir. iş materiallarından da görünür ki, yükdaşıma şirkəti nə malın gələcəyi vaxtla bağlı məlumat verməmiş, nə də ki, ümumiyyətlə yükü müşaiyət edən sənədləri təqdim etməmişdir. Hətta qeyd etdiyimiz kimi yük ölkə ərazisinə çatdıqdan sonra belə yükü təhvil verməmişdir. Belə olan halda qısa idxal bəyamnaməsi verilməsi mümkün ola bilməzdi və sırf bu səbəbdən də cərimə tətbiq edilməsində təqsirkar tərəf yükdaşıma şirkətidir. Məhkəmə bu hissədə də ədalətsiz qərar qəbul etmişdir. Görünən odur ki, məhkəmə ilkin iddia üzrə iddiaçının real olaraq ödədiyi 1500 manat pulun tələb edilməsi ilə bağlı tələbi rədd edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçının öz vəzifələrini kobud şəkildə pozmasına baxmayaraq onun üçün cərimə məbləğini təmin edir. Nəzərə alsaq ki, qeyd edilən əlil arabaları dövlət sifarişi ilə gətirilirdi. Bu əlil arabalarının gecikdirilməsi Medigroup MMC-dən başqa dövlətin də nüfuzuna ciddi zərər vurmuşdur. Belə ki, əlil arabası ilə təmin edilməyən müharibə veteranları və digər formada sağlamlığını itirmiş şəxslər dövlətdən narazı qalmışdır. Həmçinin Medigroup MMC isə növbəti tenderlərdə iştiraka belə buraxılmamışdır. Çünki onun icra edilməmiş öhdəlikləri olmuşdur. Bu gün də Medigroup MMC əziyyət çəkir və maddi ziyanlara düçar olur. Lakin məhkəmə bunların heç birini nəzərə almamışdır. Həmçinin məhkəmə zədələnmiş üzlüklərə görə sonradan alınmış dəri üzlüklərin ölkə ərazisinə daxil olması ilə bağlı ödənilmiş 1023 manat rüsuma dair ilkin iddiaçının iddia tələbini təmin etməməklə də ədalətsiz qərar qəbul etmişdir. Belə ki, yükdaşıma şirkəti həm məhkəmədə həm də təqdim etdiyi sübutlarda dəfələrlə bildirir ki, şaxtalı hava şəraiti ilə bağlı uzun müddət daşıdığı yük gecikmişdir. Yəni məhkəmə şaxtalı hava şəraitində maşınların hərəkətinin məhdud olması ilə bağlı məsələni qəbul edirsə həmin maşının içərisində olan əlil arabalarının dəri örtüklərinin şaxtanın təsirindən zədələnməsinin mümkünlüyünü qəbul etməli idi. Bu isə hesab edirik ki, doğru qənaət deyildir. Həmçinin məhkəmə qeyd edir ki, bu barədə təhvil təslim aktı tərtib edilməyib və bu zədələr göstərilməyib. Biz isə dəfələrlə qeyd etmişik ki, yükdaşıma şirkəti yükləri ümumiyyətlə təhvil verməyib. Halbuki yükləri təhvil vermək öhdəliyi vardır. Təhvil verilməyən yüklərin qüsurları barədə qeydiyyatın aparılmamasında təqsirkar tərəf də yükdaşıma şirkətidir. Bu səbəbdən də hesab edir ki, məhkəmə bu qənaətə gəlməklə ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam şəkildə sübut edilməmiş, belə ki məhkəmə qeyd edilən sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Belə ki, yükdaşıma şirkəti ilə müqavilə bağlandıqdan sonra yükdaşıma şirkəti yükləri daşımaq üçün dərhal tam şəkildə qəbul edir. Lakin bir günlük məsafəni iki aya gəlməsinin səbəblərini izah etmir. Məhkəmə isə bu xüsusata ümumiyyətlə hüquqi qiymət vermir və qüsur kimi qəbul etmir. Halbuki bu yükdaşıma ilə bağlı formalaşmış beynəlxalq və yerli adətlərlə də qəbul edilməz bir haldır. Birinci insatansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun deyil. Çünki müqavilə öhdəliklərini kobud şəkildə pozan qaşılıqlı iddia üzrə iddiaçı olan yükdaşıma şirkətinin tələbini qismən təmin etməklə məhkəmə əslində onun heç bir formada zərərə düşməməsinə şərait yaratmışdır. Lakin ilkin iddia üzrə iddiaçının tələbini qismən təmin etməklə isə məhkəmə faktiki olaraq ilkin iddiaçının gözlə görünən və sənədlərlə sübuta yetirilən zərərlərini təmin etməmişdir. Belə olan halda məhkəmə ədalətsiz nəticəyə gəlmişdir və ilkin iddia üzrə iddiaçının müdafiə hüquqlarını pozmuşdur.
7. Qarşılıqlı iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin şərtlərindən irəli ğələrək Cavabdeh MMC hər kub ücün dəyəri 382 (üc yüz cəksən iki) manat 50 qəpik olan (225 ABŞ dolları ) əl arabasından ibarət "xxxx" MMC-yə məxsus 95 kub (430 ədəd əl arabası) yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilmiş və xx.xx.2023-cü il tarixində həmin yük "xxxx" MMC-yə təhvil verilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, "xxxx" MMC-yə təhvil verilən yukun daşıma xərci 36 452 (oyuz altı min dörd yüz əlli iki ) manat (95 kub x 382.50 azn) olmasını və həmi məbləğdən 18 935 (on cəkkiz min doqquz yüz otuz beş) manat məbləğin (17 720 + 1 215 azn) avans şəkində ödənilməsini nəzərə alaraq qeyd olunan yükün daşınma xidməti üzrə 17 517 (on yeddi min beş yüz on yeddi) manat borcu yaranmışdır. Bununla əlaqədar, müqavilə şərtlərinə əsasən, 31 yanvar 2023-cü il tarixində Cavabdehin təhvil verilən yüklə bağlı gostərilən xidmətin əvəzini təşkil edən məbləğin ödənilməsinə dair xx.xx.2023-cü il tarixində 030 sayli Hesab Faktura təqdim edilmişdir. Lakin bununla belə hesab fakturanın təqdim olunmasından xx.xx.2024-cü il tarixinə qədər 316 gün kecməsinə baxmayaraq tədim olunmuş hesab –faktura üzrə ödəniş həyata kecirilməmişdir. Eyni zamanda tərəflər arasında , olan müqavilənin 2.1.8 –ci maddəsinə əsasən Xidmətlərin dəyəri ödənilmədikdə, Daşıyıcının, yükü saxlamaq və yükü və ya nəqliyyat sənədlərini yükalana, yükgöndərərnə və ya onların nümayəndələrinə verməmək hüququ vardır. Yük tutulub saxlandığı zaman, daşıyıcı öz istəyinə uyğun olaraq yükü ya konteynerdə/nəqliyyat vasitəsində saxlaya bilər, ya da yükü anbara və ya digər təhlükəsiz yerdə yerləşdirə bilər. Bu halda, yükün boşaldılması, yerləşdirilməsi, saxlanması nəqliyyat vasitəsinini boş dayanması ilə bağlı xərclər və ...... digər xərclər Sifarişçinin hesabına ödənilməlidir. Bu baxımdan hesab edir ki, iddiaçı tərəf hazırkı şikayətin 14,15,16,17–ci bəndləri üzrə qeyd olunan öhdəlikləri yerinə yetirmədiyindən aralarında olan müqavilənin 2.1.8 –ci maddəsinə əsasən cavabdehin iddiaçıya məxsus yükü verməmək hüquqları yaranmışdır, ilkin iddiaçı isə, yalnız üzərinə düşən öhdəlikləri yerinə yetirdikdən sonra cavabdeh, Cavabdeh MMC – nin 230 ədəd yük ilə bağlı, öhdəliklərin yerinə yetirilməsini tələb edə bilərdi. Bundan əlavə, məhkəmə qarşılıqlı iddia ilə bağlı hissədə qarşılıqlı iddianın cərimənin tam ödənilməməsi ilə bağlı hissəsində iddanı tam təmin etməmiş və bununla bağlı hər hansı bir hüquqi əsas göstərməmişdir. Belə ki, əl arabasından ibarət "xxxx" MMC-yə məxsus 95 kub (430 ədəd əl arabası) yükün xx.xx.2023-cü il tarixində yükün "xxxx" MMC-yə təhvil verilməsi öz təsdiqini tapmış və 31 yanvar 2023-cü il tarixində cavabdehin təhvil verilən yüklə bağlı gostərilən xidmətin əvəzini təşkil edən məbləğin ödənilməsinə dair xx.xx.2023-cü il tarixində 030 sayli Hesab Faktura təqdim edilmişdir. Lakin bununla belə hesab fakturanın təqdim olunmasından xx.xx.2024-cü il tarixinə qədər 316 gün kecməsinə baxmayaraq tədim olunmuş hesab–faktura üzrə ödəniş həyata kecirilməmişdir. Halbuki, müqavilənin 3.8-ci bəndinə əsasın, - Hazırkı müqavilənin 3.4–cü bəndində nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, Sifarişçı gecikdirilmiş hər gün ücün ödənilməmiş məbləğin 0,3 % miqdarında Daşıyıcıya cərimə ödənilməsi barədə tərəflər razılığa gəmişlər. Bundan əlavə , məhkəmə qətnamə qəbul edən zaman cərimə məbləğini azaldan zaman ilkin iddia üzrə iddiaçının mənafelərini nəzərə almamışdır. Məhkəmə qalıq qalan 230 ədəd əl arabasının verilmədiyini və bununla da iddiaçıya ziyan dəydiyini göstərsə də iddiaçı tərəfindən öhdəliklərini yerinə yetirmədiyini və tərəflər arasında olan müqavilənin 2.1.8–ci maddəsi üzrə yükü saxlamaq və verməmək kimi hüquqlarının mövcudluğunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir.
15. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
16. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
17. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.
18. Həmin Məcəllənin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, sifarişçi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Ortopedik İstehsalat və X4 Hüquqi Şəxsi ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 16/2022 nömrəli mallarının satınalma müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən sifarişçi sanitarqovşaqlı kreslo-arabalar satın alınması məqsədi ilə icraçının ƏDV ilə birlikdə 177000 (bir yüz yetmiş yeddi min) manat məbləğində təklifini qəbul etmiş, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürmüş, malların tam şəkildə sifarişçiyə təhvil verilmə tarixinin müqavilənin əlavəsində göstərilmiş qəbul qrafikinə uyğun olması, Malların 2 saylı əlavədə göstərilmiş müddətlər ərzində təhvil verilməsi razılaşdırılmışdır. Həmin müqavilə üzrə öhdəliklərin icra olunması, kreslo-arabaların alınması məqsədilə İddiaçı MMC ilə Çin şirkəti olan “X7 Equipment Manufactory” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış, 660 ədəd əlil arabası sifariş edilmiş və həmin arabaların dəyəri olan 48020 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən həmin şirkətə ödənilmişdir. Qeyd olunan malların daşınmasını həyata keçirmək məqsədilə daşıyıcı qismində Cavabdeh MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli “Yüklərin daşınması xidməti üzrə” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən yükün Çin Xalq Respublikasından çıxdığı andan 15-20 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuşdur. Müqaviləyə əsasən daşıyıcı sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində nəqliyyat vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanın həyata keçirir. Yük daşıma müqaviləsinin ümumi dəyəri 52720 manat müəyyən edilmiş, razılığa əsasən ödəniş sifarişçi tərəfindən daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında daşıma xərcinin 30%-nin avans ödəniş kimi, qalıq qalan 70% ödənişin isə malın təhvil verilməsi anına qədər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra müqavilə dəyəri olan 52720 manat məbləğdən Cavabdeh MMC-nin təqdim etdiyi hesab faktura əsasında 25 noyabr 2022-ci il tarixdə 17720 manat, xx.xx.2023-cü il tarixdə isə 1215 manat, ümumilikdə 18935 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. 24 noyabr 2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin aldığı 660 ədəd əlil arabasının hamısı Çin Xalq Respublikasında satıcıdan təhvil alınmış, lakin həmin malların bir qismi, daşıyıcının qəbul etdiyi 660 ədəd əlil arabasından 430 ədədi xx.xx.2023 tarixdə İddiaçı MMC-yə çatdırılmış, yəni malların tam və vaxtında çatdırılması ilə bağlı öhdəliklər daçıyıcı tərəfindən lazımınca icra olunmamış, 660 ədəd əlil arabasının qalan 230 ədədi hazırkı vaxtadək İddiaçı MMC-yə təhvil verilməmişdir.
27. Qeyd edilənlər müqavilələr, proforma invoyslar, müqaviləyə əlavə, ödəniş tapşırıqları və digər sənədlərlə təsdiqlənmişdir.
28. İddiaçı Cavabdeh MMC tərfindən öhdəliklər pozulduğuna görə ziyana məruz qaldığını iddia etmiş, ona görə də qeyd olunan məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
29. İddiaçı satıcıya ödədiyi 48020 manat məbləğdən 31092 ABŞ dolları dəyərində olan 430 ədəd əlil arabasının gətirildiyini, 16928 ABŞ dolları dəyərində olan 230 ədəd əlil arabasının isə Cavabdeh MMC tərəfindən təhvil verilmədiyini bildirərək, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, arabaların 610 ədədinin qiyməti 45445 ABŞ dolları (hər biri 74,50 ABŞ dolları olmaqla), 50 ədədinin qiyməti isə 2575 ABŞ dolları (hər biri 51,50 ABŞ dolları olmaqla), ümumilikdə 48020 ABŞ dolları olmuşdur.
30. Məhkəmənin qənaətinə əsasən 16928 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, əvvəla, iddiaçı həmin məbləğdə vəsait ödəmiş, lakin əvəzində heç nə əldə etməmiş, məhrumiyyətə məruz qalmışdır. Cavabdeh malların qalan hissəsinin iddiaçıya çatdırılmamasının üzrlü səbəbləri və s. barədə hər hansı inandırıcı dəlillər təqdim etməmişdir. Halbuki tərəflər arasında bağlanmış daşıma müqaviləsinə əsasən yükü təyinat yerinə çatdırmaq və yükü yükalana, yaxud yükalanın səlahiyyətli nümayəndəsinə təhvil vermək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuş, lakin həmin öhdəlik lazımınca icra olunmamışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. MM-nin 859.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nətcəyə gəlmişdir ki, iddiaçı ona dəymiş maddi ziyana görə 16928 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçıya dəymiş həmin məbləğdə ziyanı ödəmək vəzifəsi daşıyır. Ona görə də ilkin iddia həmin hissədə təmin olunmalı və Cavabdehndən 16928 (on altı min doqquz iyirmi səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
32. Məhkəmə hesab etmişdir ki, ilkin iddia qalan hissələrdə təmin olunmamalıdır.
33. Belə ki, iddiaçı onun tərəfindən 660 ədəd əlil arabası üçün xaricə köçürülmüş ümumilikdə 48020 ABŞ dolları pul vəsaitinin müqabilində mallar tam şəkildə ölkə ərazisinə daxil olmadığı üçün həmin məbləğin 20 faizi həcmində, yəni 9604 ABŞ dolları məbləğində cərimə tətbiq ediləcəyini bildirmiş, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, həmin hissədə tələb ehtimallara əsaslanmışdır, bu, baş verə də bilər, verməyə də bilər. Ona görə də iddia həmin hissədə də əsassızdır.
34. Bundan başqa, iddiaçı iddia ərizəsində 660 ədəd əlil arabasını satınalma müqaviləsi üzrə vaxtında təhvil vermədiyi üçün 17700 manat məbləğində cərimə edildiyini bildirsə də, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
35. İddiaçı daşıyıcı tərəfindən sifarişçiyə öncədən məlumat verilmədiyi üçün İddiaçı MMC qısa idxal bəyannaməsi təqdim edə bilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1182/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə 1500 manat məbləğində cərimə edildiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə həmin hissədə də iddianı əsassız saymışdır. Belə ki, qısa idxal bəyannaməsi təqdim etmək iddiaçının vəzifəsidir. Bununla bağlı pozuntulara yol verdiyinə ödədiyi cərimənin ziyan kimi cavabdehdən tutulmasının tələb etməkdə haqlı deyil.
36. İddiaçı Cavabdeh MMC tərəfindən zədəli şəkildə təhvil verilmiş əlil arabalarının oturacaqlarının bərpa edilməsi üçün əlavə alınmış üzlüklərə görə 1023 manat xərc çəkildiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, lakin əlil arabalarının oturacaqlarının zədəli olmasının cavabdehin təqsiri üçündən baş verdiyinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə iddia həmin hissədə də təmin olunmamışdır.
37. Qarşılıqlı iddianın bir hissəsi cavabdeh İddiaçı MMC-dən 17517 (on yeddi min beş yüz on yeddi) manat daşımadan yaranan əsas borcun tutulmasından ibarətdir.
38. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia həmin hissədə qismən təmin olunaraq, İddiaçındən daşıma xidmətinə görə 17402,50 manat (on yeddi min dörd yüz iki manat əlli qəpik) məbləğində pul vəsaiti qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır.
39. Belə ki, qarşılıqlı iddiaçı bildirmişdir ki, Cavabdeh MMC tərəfindən hər kub üçün dəyəri 382,50 manat olan ǝlil arabasından ibarət İddiaçı MMC-yə məxsus 95 kub (430 ədəd əlil arabası) yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilmiş və xx.xx.2023-cü il tarixində həmin yük İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-yə təhvil verilən yükün daşıma xərci 36452 manat (95 kub x 382.50 manat) olmuş və həmi məbləğdən 18935 (on sǝkkiz min doqquz yüz otuz beş) manat məbləğ (17720+1215) avans şəkində ödənilmiş, lakin qeyd olunan yükün daşınma xidməti üzrə 17517 manat məbləğ ödənilməmişdir.
40. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddiaçı daşınaraq İddiaçı MMC-yə təhvil verilən malların daşıma haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Daşınan malların hər kub metri üçün dəyərin 382,50 manat olması, həmçinin daşınan yüklərin həcmi tərəflər arasında razılaşdırılmışdır. Qarşılıqlı iddiaçının hesablamalarında yanlışlıqlara yol verilmişdir. Belə ki, 95 kub metr daşıma haqqı 36337,50 manat (95X382,50=36337,50) təşkil edir. Həmin məbləğdən ödənilən məbləği çıxdıqda 17402,50 manat (36337,50-18935=17402,50) qalır. Ona görə də qarşılıqlı iddia göstərilən hissədə qismən təmin olunmalıdır.
41. Cavabdeh MMC gecikdirməyə görə 01 yanvar 2024-cü il tarixinə hesablanmış 16590 manat məbləində cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir.
42. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən daşıma haqqı iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən qarşılıqlı iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, 1200 manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
43. Qarşılıqlı iddiaçı cavabdehǝ məxsus 42,5 kub (230 ədəd) yükün daşınmasının dayandırıldığını və saxlanc üçün Çin - Qazaxıstan ölkələri arasında yerləşən “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün təhvil verildiyini bildirərək, 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manat saxlanc xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, həmin hissə ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin etirazını əsaslı sayaraq, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin həmin hissə ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.
44. İlk iddiaçı apellyasiya şikayətində qarşılıqlı iddiaçının malları gecikdirməsini və buna dair heç bir məlumat verməməsini bildirmişdir. Məhkəmənin bu hala diqqət yetirməməsini qeyd etmişdir.
45. Cavabdeh MMC məktubla İddiaçı MMC-yə müraciət edərək bildirmişdir ki, qeyd olunan yükün daşıyıcıya istehsalçı zavod tərəfindən təhvil verilməsi həmin tarixdə deyil, bir həftə sonra, yəni xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir və bu hal gecikmə səbəblərdən biri kimi nəzərə alınmışdır. Digər tərəfdən yükün daşınması yeni il ərəfəsinə təsadüf etdiyindən və yeni il ərəfəsində Çin mallarına olan tələbat xüsusi ilə artdığından Çin Qazaxıstan sərhədində daşıyıcı nəqliyyat vasitələrinin uzun növbəsi yaranmışdır ki, bu da həvalə olunmuş yükün vaxtında çatdırılmasına öz mənfi təsirini göstərmişdir. Bundan əlavə, həvalə olunmuş yükün daşınması dekabr ayına qış ayına təsadüf etmişdir və Qazaxıstan Respublikasında hava şəraitinin çox sərt olması yolları iflic vəziyyətinə salmış və daşınma xidmətinin həyata keçirilməsi üçün təhlükə yaratmışdır. Bu səbəbdən Qazaxıstan Respublikası hökumətinin göstərişinə əsasən xx.xx.2022-ci il tarixinə qədər Respublikadan kənar istiqamət üzrə yük nəqliyyat vasitələrinin hərəkət etməsinə qadağa qoyulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq və hava şəraitinin kəskin ağır olmasını əsas tutaraq gecikmə səbəblərini fors-major kimi qəbul edilməsi xahiş edilmişdir.
46. Göründüyü kimi ilk iddiaçının qeyd edilən dəlili əsassızdır. Belə ki, işdən görünür ki, qarşılıqlı iddiaçı gecikmə barədə ilk iddiaçıya məlumat vermişdir.
47. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
48. İlk iddiaçı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsaslanıb 1500 manat məbləğində cərimənin qarşılıqlı iddiaçıdan tutulmasını tələb etmişdir. Lakin ilk iddiaçı mal gəlməmişdən qabaq qısa idxal bəyannaməsinin elektron formada gömrük orqanına təqdim edə bilməməsini qarşılıqlı iddiaçının hərəkətləri səbəbindən baş verməsini sübuta yetirə bilməmişdir. Əksinə qüvvəyə minmiş apellyasiya məhkəməsinin qərarı ilə bu əməldə ilk iddiaçının təqsiri müəyyən edilmişdir.
49. İlk iddiaçının şikayətdə qeyd etdiyi məhkəmənin təmin etdiyi zərərdən başqa digər zərərə düşməsi hallarına əsaslansa da, təsdiq edən sübutları məhkəməyə təqdim eməmişdir.
50. İlkin iddiaçının şikayətindən aydın olur ki, dəri üzlüklərlə bağlı düşdüyü zərəri sübut edə bilmir.
51. Qeyd edilənlərdən aydın olur ki, ilkin iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı və qanuni hesab edilə bilməz.
52. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə dəbbə pulunu qismən rədd edərkən əsaslandırma aparmamışdır.
53. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
54. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
55. Məhkəmə dəbbə pulunun məbləğini müəyyən edərkən işin hallarını, cavabdehin malların qismən təhvil verməsini, tərəflərin mənafelərini nəzərə almışdır. Məhkəmə dəbbə pulu ilə bağlı nəticəyə gələrkən əsaslandırma aparmışdır. Həmin məbləğin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ədalətlidir.
56. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
57. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlk iddia üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-505/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.