Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-916/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2-2(113)-4160/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5113,21 manat, İşsizlikdən sığorta fonduna olan 136,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 813,01 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 136,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 5113,21 manat, İcbari Tibbi Sığorta Fonduna 813,01 manat olmaqla, ümumilikdə 6062,3 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********309300, xx.xx.2023-cü il tarixli **********072500, xx.xx.2023-cü il tarixli **********292800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir
3. Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2-2(113)- 4160/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
4. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4160/2023 nömrəli qətnaməsini ləğv edərək, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. İş üzrə maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun İşsizlikdən sığorta fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna borcunun olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə yalnız vergi ödəyicisinin bank hesabından çıxarışa istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlillərə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Halbuki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda görürük ki, ərizə üzrə tələb olunan borc tam deyil, yalnız MDSS üzrə borc məbləğinə aid hissədə ödənilməklə digər fondlara olan borc ödənilməmiş qalır. Maraqlı şəxs tərəfindən həmin borcların ödənilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməyib. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, maraqlı şəxs vergi orqanına olan borcunu tam şəkildə ödəmişdir. Lakin şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Dövlət Sosial Müdafiə Fonduna borcun ödənilməsinə baxmayaraq, məhkəməyə müraciət edilmiş ərizə üzrə xx.xx.2023-cü il tarixə İşsizlikdən sığorta fonduna 136,08 manat, İcbari Tibbi Sığorta Fonduna 813,01 manat ödənilməmiş borcu qalmaqdadır. Məhkəmə qərar qəbul edərkən qeyd edilən halları nəzərə almamış, subyektiv yanaşma sərgiləmiş, işin obyektiv araşdırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən qərar qəbul edilən zaman vergi münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cümaddəsi ilə vergi orqanına verilmiş hüququn realizə edilməsinə əsassız olaraq maneə yaradılmışdır. Məhkəmə ölkədən getmə hüququnun məhdudlaşdırılmasıilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə təmin edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcları mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
10. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
11. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
12. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
13. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.
17. Hazırkı işin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 136,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 5113,21 manat, İcbari Tibbi Sığorta Fonduna 813,01 manat olmaqla, ümumilikdə 6062,3 manat borcu mövcud olmuşdur.
18. Bununla yanaşı müəyyən olunur ki, maraqlı şəxs tərəfindən 6100 manat ödəniş həyata keçirilmişdir.
19. Kollegiya qeyd edir ki, maraqlı şəxs vergi orqanına olan borcunu tam şəkildə ödəmişdir.
20. İşdən göründüyü kimi maraqlı şəxs birinci instansiya məhkəməsində icraat gedən zaman vergi orqanının bildirişlərinə biganə qalmayaraq müvafiq borcları ödəmiş və onun Dövlət Sosial Müdafiə Fonduna borcu qalmamış, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna isə cüzi məbləğdə (müvafiq olaraq 813,01 manat və 136,08 manat) borcu olduğunu qəbul etsək belə, maraqlı şəxs birinci instansiya məhkəməsində icraat gedən zaman borcları əhəmiyyətli dərəcədə ödədiyinə və hazırda dövlət büdcəsinə və İşsizlikdən Sığorta Fonduna isə cüzi məbləğdə borcu qaldığına görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa İnsan Hüquqları Məhkəməsinin və Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına uyğun sayıla bilməz.
21. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarılkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsi borcun məbləği, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, öhdəliyin icrasının gecikdirilmə dövriliyi, bununla bağlı üzrlü səbəblərin olub-olmaması, borclunun həmin öhdəliyə münasibətdə davranışını (borcun hissə-hissə ödənilməsi və s.), məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtlər araşdırılmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyini nəzərə alınmalıdırlar.
22. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
25. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən elektron sistemə əlavə edilmiş xx.xx.2023-cü il çapolunma tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən hər hansı borcun mövcud olduğu müəyyən edilməmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas mövcud olmadığından ərizə rədd edilməlidir.
27. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2-2(113)-4160/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2-2(113)-4160/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov