Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-917/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "Hacı Camalxan" X6 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqovdan və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlunun, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "Hacı Camalxan" X6 Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-63/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Alıcı “Hacı Camalxan” X12 satıcı olan Cavabdeh MMC ilə arasında 2019-cu il 13 mart tarixli 07/19 saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya “əlavə”də göstərilən məhsulları satmağı, “alıcı” isə satın aldığı məhsulları qiymətlərin razılaşdırılması protokoluna əsasən ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə “alıcı”ya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “alıcı” satdığı malların dəyərini “satıcı”ya bank yolu ilə ödəyir; 3.1-ci bəndinə əsasən mallar “alıcı”ya “satıcı”nın nəqliyyat və çatdırılma məsrəfləri hesabına təhvil verilir. Malın təhvili elektron qaimə-fakturalar ilə rəsmiləşdirilir.
2. 2019-cu il 12 mart tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən “DKC6630SEED” və “DKC6724SEED” çeşidində mallar hər iki çeşid üçün 153 manat qiymət olmaqla ümumilikdə 30.600 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır.
3. 2019-cu il 15 iyun tarixli EAAV seriyalı, 865135 saylı elektron qaiməyə əsasən ümumilikdə 30.600 manat məbləğində məhsul iddiaçıya təhvil verilmişdir.
4. 2019-cu il 12 mart tarixli 54 nömrəli və 2019-cu il 28 mart tarixli 72 nömrəli ödəniş tapşırığına əsasən 15.300 manat məbləğində ödəniş cavabdehin hesabına köçürülmüşdür.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 2019-cu il 26 iyul tarixli 13 saylı məktubda qeyd olunur ki, tərəflər arasında bağlanmış Müqaviləyə və bu müqaviləyə 1 saylı əlavəyə əsasən iddiaçıya ümumi dəyəri 30.600 manat məbləğində olan qarğıdalı toxumu (DKC 6630 SEED DKC 6724 SEED) satılmışdır. Həmin Müqaviləyə əsasən iddiaçıya satılmış qarğıdalı toxumları zəruri keyfiyyətlərə malik olmadığından, eləcə də yararlıq müddəti keçdiyindən toxumların bitməsi demək olar ki, olmamışdır. Bu səbəbdən müəssisəyə ciddi maddi ziyan dəymişdir. Müqavilənin 4.1-ci bəndinin tələblərini rəhbər tutaraq müəssisəyə dəymiş zərərin faktiki məbləğinin müəyyənləşdirilməsində iştirak etmək üçün səlahiyyətli nümayəndənin təyin edilməsi və dəymiş ziyanın müəyyənləşdiriləcək məbləğinin ödənilməsinin təmin olunması xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2019-cu il 2 avqust tarixli 26 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, bağlanmış Müqaviləyə əsasən satılmış bütün hibrid qarğıdalı çeşidləri məhsulun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edilmiş və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən lazımi arayışlar və idxal icazələri alınmışdır. Alınan toxumların cücərməsi və çıxışı ilə bağlı iyul ayının ikinci on günlüyündə edilən şikayətə əsasən 2019-cu il 16 iyul tarixində cavabdehin əməkdaşları əkin yerlərini ziyarət etmiş və problemlə tanış olmuşlar. Əldə edilən məlumata görə toxumlar 2019-cu il 5 may tarixində əkilmişdir və toxum cücərməsi ilə bağlı problemləri dünya təcrübəsində də olduğu kimi toxum əkildikdən 15 gün ərzində müşahidə edərək onlara məlumat verilməsi daha doğru olardı, bu halda problemin əsl səbəbini aşkarlamaq mümkün olacaqdı. Satılan toxumlardan nümunələr almış və bu toxumların öz əkin sahələrində, cücərmə testini həyata keçirmiş və nümunələrin cücərməsində və çıxışında heç bir problem olmadığını aşkarlanmışdır. Satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsini təklif edilmişdir. Əgər nümunə əkin prosesində toxum cücərməsində və çıxışında toxumların keyfiyyət sənədlərində bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqlarını bildirmişlər. Həmçinin qeyd edilmişdir ki, “Dekalb” şirkətinin qarğıdalı hibridləri eyni dövrdə bir çox digər müştərilərə də satılmış və əkinləri həyata keçirilmişdir, heç bir şikayət daxil olmamışdır. Tələb olduğu təqdirdə, digər müştərilərin əkin sahələrində də bu əkinləri nümayiş etdirməyə hazırdırlar.
7. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 2019-cu il 5 sentyabr tarixli 19 saylı məktubda qeyd olunur ki, iddiaçıya ünvanlanmış 2019-cu il 2 avqust tarixli 26 nömrəli məktubda Müqaviləyə əsasən onlara satılmış hibrid qarğıdalı çeşidləri məhsulunun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edildiyinə və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən lazımı arayışlar və idxal icazələrinin alındığına istinad olunaraq, müştərilərə daha yüksək xidmətlərin göstərilməsinin ən önəmli məqsəd olduğu qeyd edilərək satılmış toxumların neytral bir ərazidə əkinin həyata keçirilməsi təklif edilmişdir. Qeyd olunmuşdur ki, cəmiyyətə Müqaviləyə əsasən satılmış toxumların 2016-cı il istehsallı olması işin mübahisəsiz halıdır və bu xüsusat alınmış toxumların kisələri üzərində göstərilmişdir. Toxumların yararlılıq müddətinin keçməsinin onun məhsuldarlığının aşağı düşməsinə səbəbdir. Belə olan təqdirdə nümunə yoxlama əkininin keçirilməsini əhəmiyyətli və mübahisənin həllində faydalı həlli hesab etmirlər. Odur ki, müəssisəyə dəymiş ziyanın ödənilməsinin təmin olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqları verilməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı "Hacı Camalxan" X12 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 30.600 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə ilə satılması nəzərdə tutulmuş, dəyəri ödənilmiş hibrid qarğıdalı toxumları satıcı tərəfindən təhvil verilmiş, qarğıdalı toxumları təyinatı üzrə əkilmiş, lakin əkilmiş toxumlar yalnız 45-50% bitmişdir ki, bu da analoji toxumun məhsuldarlığa yararsız olması deməkdir. Lazımi qaydada aqrotexniki qulluq göstərilməsinə baxmayaraq toxumların məhsuldar olmamasından narahat olaraq iddiaçı araşdırma aparmışdır. Məlum olmuşdur ki, 2016-cı ilin istehsalı olan, satıcı tərəfindən Türkiyədən idxal edilərək ona satılmış toxumların, məhsuldar bitməsi (cücərməsi) mümkünsüz olduğundan, əslində onların satışı dayandırılmışdır. Həm yararlılıq müddətinin bitməsinə, həm də digər aqrotexniki amillərə əsasən cavabdeh tərəfindən satılan toxumların bitmə imkanının olmadığı əvvəlcədən satıcıya məlum olmuşdur. Müstəqil surətdə aparılmış araşdırmalar, toxumların idxal olunduğu ölkədəki mütəxəssislərdən alınan məlumatlar əsasında qeyd edirlər ki, cavabdeh tərəfindən satılmış toxum çeşidlərinin cücərməyəcəyi və məhsuldar bitməyəcəyi əvvəlcədən məlum olmuşdur. 2016-cı il istehsalı olan bu toxumlar istehsalçı şirkətin özü tərəfindən dövriyyədən çıxarılmasına baxmayaraq, cavabdehin bu çeşidləri ona satması kommersiya və müqavilə münasibətlərində vicdanlılıq meyarlarına uyğun deyil. Cavabdehin fəaliyyəti sahəsində xüsusi bilikli, bazarda vicdanlı davranan tərəfdaş kimi tanımış və bu səbəbdən yararlılıq müddəti bitmiş toxumların ona satıla biləcəyinə şübhə etməmişdir. Lakin toxumların cücərməməsi halından sonra aparılan araşdırmalar o qənaətə gəlməyə əsas verir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyərək iddiaçıya yararlı olmayan toxumları satmış, bunun nəticəsində ən azı müqavilə üzrə ödənilən məbləğdə maddi ziyan vurmuşdur. Hazırda mütəxəssislər tərəfindən cavabdehin bu hərəkəti nəticəsində məruz qaldıqları əlavə maddi ziyan və əldən çıxmış fayda məbləğləri də hesablanır.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 389.1, 389.2, 442.1, 567, 587.1, 587.2, 588.1, 588.2-ci maddələrinə istinad edilmişdir.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qarğıdalı toxumlarının əkini mart-aprel aylarında aparılır. Toxumlar əkildikdən sonra 15 gün ərzində həmin toxumların cücəribcücərməməsi barədə məlumat almaq olar. Lakin qarşı tərəf onlara 4 ay sonra yaranmış problemlə bağlı müraciət etmişdir. Uzun müddət keçdiyi üçün hazırda cücərmənin hansı səbəbdən baş vermədiyini aydınılaşdırmaq qeyri-mümkündür. Toxumların 2016 və ya 2017-ci ildə istehsal olunması onların məhsuldarlığına heç bir təsir etmir, sadəcə olaraq cücərmə faizini aşağı sala bilir. Cücərmə faizi isə Türkiyə Respublikasında həmin toxumların istehsalı zamanı verilən müvafiq sertifikatlar təsdiqləyir ki, qeyd olunan məhsullar istifadəyə yararlıdır. Bu barədə toxum qarşı tərəfə satılarkən məlumat verilmişdir. Əlavə olaraq qarşı tərəf toxumlarda yaranmış problemlərlə əlaqədar məlumat verdiyi zaman onlara eyni toxumun bir sıra şirkətlərə də satılması, həmin ərazilərə birlikdə baxış keçirilməsi və ya neytral bir zonada eyni toxumlardan əkin aparılması təklif olunsa da, qarşı tərəf bu təkifləri rədd etmişdir. İş üzrə keçirilən ekspert rəyi zamanı təqdim olunan nümunələr də, uzun müddət keçiyi üçün onların cücərmə faizi aşağı düşmüşdür. İddiaçıya 2 çeşid- “6630 və 6724” çeşiddə toxumlar satılmışdır. Hazırda “6724” çeşidi ilə bağlı mübahisə mövcuddur ki, qeyd olunan toxum növü 2016-cı ildə onlara satılmış və satış zamanı Türkiyə Respublikasında verilən sertifikatlar onlara təqdim edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli e-2-2(113)-63/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
15. Həmin məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, müqavilə üzrə təhvil alınmış malın dəyəri ödənilmişdir. Alınmış malın keyfiyyəti alıcı tərəfindən mübahisələndirilmiş, satılmış malın keyfiyyətsiz olduğundan ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuşdur. İddiaçı satılmış qarğıdalı toxumlarının cücərmə faizinin dövlət standartlarında normallaşdırılan göstəricilərdə nəzərdə tutulmuş faizdən cox aşağı olması ilə əsaslandırmışdır. Cavabdeh satılmış toxumların sertifikatının olması, eyni zamanda, 15 gün ərzində qeyd edilən iradla müraciət etmək imkanının olduğu halda 5 mayda əkilmiş toxumların cücərməsi ilə bağlı iyul ayının ikinci on günlüyündə şikayət edildiyini bildirərək iddia tələbini qəbul etməmişdir. Ekspert rəyində təqdim edilmiş qarğıdalı toxumlarının cücərmə qabiliyyəti və enerjisin 50 faizdən aşağı olması müəyyən edilmişdir.
16. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2-2(103)-1091/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Cavabdeh kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-309/2022 saylı qərarı ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1091/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
20. Həmin qərarda göstərilmişdir ki, mübahisəli məsələ üzrə tərəflər 2019-cu il 13 mart tarixli müqavilənin 3.3-ci bəndində razılığa gəlmişlər ki, «Mal «Alıcı»ya təhvil verildiyi andan malların keyfiyyəti yoxlanıldıqdan sonra zay olunmuş mallar aşkar olunarsa aktlaşdırılır və zay olunmuş mallar öhdəliyi hesab edilmir. Sağlam və keyfiyyətli malın zədələnməsi, korlanması, itməsi və ya təsadüfən məhv olunması riskləri tamamən «Alıcı» ya keçir və «Alıcı» malları təhvil aldıqdan sonra onun keyfiyyəti və ya kəmiyyətinə görə «Satıcı»ya hər hansı tələb, pretenziya və ya irad təqdim edə bilməz.. «….tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2018-ci il 11 iyun tarixli qərarı). Baxılan işdə, tərəflər Müqavilənin 3.3-cü bəndi ilə keyfiyyətli malın təhvil verilməsini və bundan sonra risklərin alıcıya keçməsini şərtləşmişlər. İşin materiallarına Müqavilə üzrə malın alıcı olan iddiaçıya təhvili zamanı, onun keyfiyyət tələblərinə uyğun olmamasına dair sonuncu tərəfindən hər hansı pretenziya və ya irad irəli sürülməsinə dair sübutlar əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki tərəfin dəlillərinə qiymət verərkən, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinin birinci cümləsinə istinad etsə də, həmin bəndin digər hissəsi üzrə hüquqi dəyərləndirmə aparmamış, malın təhvil anında keyfiyyət tələblərinə uyğun olub-olmaması aydınlaşdırılmamışdır. Nəzərə alınmalıdır ki, dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmadıqda toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir (“Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsi). Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir (MM-nin 586-cı maddəsi). Bununla bağlı cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, satılmış toxumların keyfiyyətini təsdiq edən bütün sənədlər iddiaçıya təqdim edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi mübahisəyə MM-nin 586.1, 586.3-cü maddələrini tətbiq etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə ilk növbədə iddia tələbinin, müqaviləyə əsasən təqdim olunmuş malın keyfiyyətsiz olması məsələsindən yaranmasını nəzərə alır və qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində təqdim olunan malın keyfiyyətinin yoxlanılmasını tənzimləyən ayrıca bənd nəzərdə tutulmamışdır. Bu baxımdan «əşyanın keyfiyyətinin yoxlanılması»na dair MM-nin və qeyd olunan Qanunun istinad olunan tələblərinə satıcı olan cavabdeh tərəfindən əməl olunub-olmamasına hüquqi qiymət verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən belə qiymətləndirmə aparılmamış, sözügedən mala dair işdə olan müvafiq sertifikatlar hər hansı əsaslandırma aparılmadan ümumiyyətlə sübut kimi qiymətləndirilməmiş, bununla da MPM-nin 88 və 217-ci maddələrinin tələbləri pozulmuş, məhkəmənin qətnaməsində istinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Odur ki, işin yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən müqavilə üzrə mal təhvil verilərkən, əşyanın keyfiyyətinin yoxlanılmasının qanunda nəzərdə tutulmuş tələblərinə əməl edilib-edilməməsinə MM-nin və “Toxumçuluq haqqında” Qanunun müvafiq normalarının tələblərinə əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin prosessual hüquq normalarının pozulmasına dair §35-36-da göstərilən dəlillərinə qiymət verərək qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi satılmış toxumların 2016-cı il istehsallı olması və satılan tarixdə yararlılıq müddətinin keçməsinin işin mübahisəsiz halı olmasını qeyd etsə də, işin materiallarından göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında toxumun 2016-cı il istehsalı olmasını təsdiq etmiş, lakin işdə həmin toxumların təhvil verildiyi vaxt artıq yararlılıq müddətinin keçməsinə dair hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh iddiaçıya ünvanladığı 2019-cu il 02 avqust tarixli məktubunda satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsi təklif etmiş, əgər bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqları bildirilmişdir. Bu baxımdan məhkəmənin hansı mötəbər sübuta əsasən satılan toxumların yararlılıq müddətinin keçməsi qənaətinə gəlməsi müəyyən deyildir. Həmçinin, müvafiq toxumların təhvil verildiyi vaxtdan keçən müddət nəzərə alınmadan və həmin toxumların təhvil verildikdən sonra saxlanılma şəraitinin dövlət standartlarının tələblərinə uyğun olubolmaması ayınlaşdırılmadan iş üzrə verilmiş ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsi MPM-nin 88-ci maddəsinin heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbinə zidd olmuşdur.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlu və iddiaçının nümayəndəsi X11 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Məcəllənin 586.1-ci maddəsinə görə qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.
25. Həmin Məcəllənin 586.2-ci maddəsinə görə əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
26. Həmin Məcəllənin 586.3-cü maddəsinə görə əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir.
27. Həmin Məcəllənin 587.2 və 587.2.1-ci maddələrinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
28. “Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsinə görə dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər. Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına yalnız “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilir. Toxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmamışdırsa, toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. İxrac edilən toxumların sortluq və səpin keyfiyyətlərinin ekspertizası X1 (İSTA) qəbul etdiyi qaydalara uyğun aparılır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
31. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 587.2 və 587.2.1-ci maddələri təşkil edir.
32. Həmin maddələrin tələblərinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
8. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün aşağıdakı sübutları təqdim etmişdir.
9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X7 Elmi-Tədqiqat İnstitutu tərəfindən iddiaçının 2020-ci il 21 sentyabr tarixli, 22 saylı məktubuna verilən 2020-ci il 6 oktyabr tarixli 280 saylı cavabda qeyd olunur ki, 2020-ci il 24 sentyabr tarixdə iddiaçının anbarlarından götürülən orta qarğıdalı sort nümunələrinin “ilkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasında səpin keyfiyyətinin təyini ilə bağlı qeyd olunur ki, qarğıdalı bitki növünün “DKC 6630 SEED” hibrid F-1 sortunun cücərmə enerjisi 11%, cücərmə qabiliyyəti 12%, qarğıdalı bitki növünün “DKC 6724 SEED” hibrid F1 sortunun cücərmə enerjisi 8%, cücərmə qabiliyyəti 9.5% olaraq qeyd olunmuşdur.
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X7 Elmi-Tədqiqat İnstitutu tərəfindən 2021-ci il 15 fevral tarixli İH-VS-02/21 saylı vəkil sorğusuna verilən 2021-ci il 19 fevral tarixli 47 saylı mütəxəssis rəyində qeyd olunur ki, X3 Toxumlarının sort və səpin keyfiyyətlərinə dair Azərbaycan Respublikası Dövlət Standartına (AZS 037-99) uyğun olaraq hibrid qarğıdalı toxumunun qrupları üzrə səpin keyfiyyəti aşağıdakı kimi təsbit edilmişdir: - Hibridlər-hibridlərin valideyn formaları - F1- toxumun təmizliyi minimum 98 %, cücərməsi minimum 92%, nəmliyi maksimum 14%-dir. Ərzaq üçün hibridlər - F1 toxumun təmizliyi minimum 98; cücərməsi minimum 92%; nəmliyi maksimum 14% - Sort və hibrid populyasiyası-Orijinal toxumun (OT) təmizliyi minimum 99 %, cücərməsi minimum 92 %; nəmliyi maksimum 14% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, standart və təlimatlarda cücərmə enerjisinin minimum və maksimum həddinin neçə faiz təşkil etdiyi qeyd edilmir. Qarğıdalı toxumunun cücərmə enerjisinin faizlə göstəricisi cücərmə kamerasında 20-30 °C temperaturda 4 gün, cücərmə qabiliyyəti isə 7 gün müddətində təyin edilir. Cücərmə enerjisinin faizlə miqdarı cücərmə qabiliyyətinin faizlə miqdarına nə qədər yaxın olarsa toxumun səpin keyfiyyəti daha yüksək olar.
33. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 fevral 2021-ci il tarixli, 7/795 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən tədqiqata təqdim olunmuş üzərində DDKC6630SEED sözləri yazılmış kisədə qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabilliyəti 49,5% və üzərində DDKC6724SEED sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 43%, cücərmə qabiliyyəti 45 % olması müəyyən edilmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 7/339 nömrəli ekspert rəyində isə qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində DDKC6630SEED sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabiliyyəti 49,5% olması müəyyən edildi. Tədqiqata Cavabdeh MMC tərəfindən “Hacı Camalxan” X9 satılmış “DDKC6724SEED” toxumlar təqdim edilmədiyindən həmin toxumlar üzrə tədqiqat işləri aparılmadı və qərarda qoyulmuş Cavabdeh MMC tərəfindən “Hacı Camalxan” X9 satılmış “DDKC6630SEED” və “DDKC6724” “toxumlarının cücərmə qabiliyyəti və cücərmə enerjisi nə qədər təşkil edir?” sualının 2-ci hissəsi həll edilmədi.
35. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sübutlar satılmış malların (toxumların) qüsurlu olmasını təsdiq etmir.
36. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 13 mart tarixli müqavilənin 3.3-ci bəndinə görə mal «Alıcı»ya təhvil verildiyi andan malların keyfiyyəti yoxlanıldıqdan sonra zay olunmuş mallar aşkar olunarsa aktlaşdırılır və zay olunmuş mallar öhdəliyi hesab edilmir. Sağlam və keyfiyyətli malın zədələnməsi, korlanması, itməsi və ya təsadüfən məhv olunması riskləri tamamən «Alıcı» ya keçir və «Alıcı» malları təhvil aldıqdan sonra onun keyfiyyəti və ya kəmiyyətinə görə «Satıcı»ya hər hansı tələb, pretenziya və ya irad təqdim edə bilməz.
37. Göründüyü kimi, tərəflər müqavilənin 3.3-cü bəndi ilə keyfiyyətli malın təhvil verilməsini və bundan sonra risklərin alıcıya keçməsini şərtləşmişlər.
38. İş materiallarında isə müqavilə üzrə malın alıcı olan iddiaçıya təhvili zamanı, onun keyfiyyət tələblərinə uyğun olmamasına dair sonuncu tərəfindən hər hansı pretenziya və ya irad irəli sürülməsinə dair sübutlar əlavə edilməmişdir.
39. Bundan əlavə nəzərə alınır ki, dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmadıqda toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir (“Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsi).
40. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir (MM-nin 586-cı maddəsi).
41. İş materiallarında da müəyyən edilir ki, satılmış toxumların keyfiyyətini təsdiq edən Türkiyə toxumluq sertifikatları, mənşə şəhadətnaməsi, fitosanitar sertifikatı iddiaçıya təqdim edilmişdir (cild 1, i/v 110-113, 120).
42. Satılmış toxumların yararlıq müddətinin keçməsi barədə dəlillər də əsaslı hesab edilmir.
43. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında toxumun 2016-cı il istehsalı olmasını təsdiq etsə də, həmin toxumların təhvil verildiyi vaxt yararlılıq müddətinin keçməsinə dair hər hansı sübut mövcud deyildir.
44. Əksinə, cavabdeh iddiaçıya ünvanladığı 2019-cu il 02 avqust tarixli məktubunda satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsi təklif etmiş, əgər bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqları bildirilmişdir. İddiaçı isə həmin təklifdən imtina etmişdir.
45. Hazırki iş üzrə keçirilmiş məhkəmə ekspertizaları isə 2021-ci ilin fevral və iyun aylarında, yəni alqı-satqıdan 2 ilə yaxın müddət keçdikdən sonra verilmişdir.
46. Həmçinin, kollegiya nəzərə alır ki, alqı-satqının predmeti olan toxumlar 2019-cu ilin mart ayında Azərbaycan Respublikasına gətirilmiş və aprel ayında iddiaçıya təhvil verilmişdir. Toxumların əkilməsi isə 2019-cu ilin iyun ayında həyata keçirilmişdir.
47. Lakin iddiaçı tərəfindən bu müddət ərzində həmin toxumların saxlanılma şəraitinin dövlət standartlarının tələblərinə uyğun olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
48. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası 51. q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-63/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İş üzrə keçirilmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 180 manat iddiaçı "Hacı Camalxan" X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vahid Sadıqov
Elnur Həsənov