Məhkəmə qərarları › İş №2-2(103)-917/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-917/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-917/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2504/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 17 avqust 2023-cü il tarixli, xx/xx/2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qivməti (haqqı) ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti cari bazar qiymətinə uyğun satıcı tərəfindən müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən satıcının alıcıdan malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək, alıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən alıcının malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək və müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək vəzifəsi vardır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan müddətlərə əməl edilməməsinə görə tərəflər məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 20.09.2023-cü il tarixli, EBDO seriyalı, 546458 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 405,92 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

3. 30.09.2023-cü il tarixli, EBDP seriyalı, 483801 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1010 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

4. 05.10.2023-cü il tarixli, EBDP seriyalı, 828975 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 147 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

5. 05.10.2023-cü il tarixli, EBDP seriyalı, 827240 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 195,88 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

6. 09.10.2023-cü il tarixli, EBDP seriyalı, 972005 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 365,99 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

7. 09.10.2023-cü il tarixli, EBDP seriyalı, 972737 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

8. 14.10.2023-cü il tarixli, EBDQ seriyalı, 475742 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 268,69 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

9. 13.10.2023-cü il tarixli, EBDQ seriyalı, 387761 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1460 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

10. 31.10.2023-cü il tarixli, EBDR seriyalı, 683508 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 228,88 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

11. 13.11.2023-cü il tarixli, EBDS seriyalı, 363194 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1180 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

12. 13.11.2023-cü il tarixli, EBDS seriyalı, 362937 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 226,56 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

13. 13.11.2023-cü il tarixli, EBDS seriyalı, 548141 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2938,16 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

14. 16.11.2023-cü il tarixli, EBDS seriyalı, 807322 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 525,24 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

15. 20.11.2023-cü il tarixli, EBDT seriyalı, 025592 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 217,71 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

16. 04.12.2023-cü il tarixli, EBDU seriyalı, 162281 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,91 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

17. 06.12.2023-cü il tarixli, EBDU seriyalı, 468891 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 180,54 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

18. 19.12.2023-cü il tarixli, EBDV seriyalı, 397929 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2679,78 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

19. 20.12.2023-cü il tarixli, EBDV seriyalı, 511446 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 510,53 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

20. 08.01.2024-cü il tarixli, MT2401 seriyalı, 00082098 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 180,54 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

21. 15.01.2024-cü il tarixli, MT2401 seriyalı, 00233908 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 679,68 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

22. 17.01.2024-cü il tarixli, MT2401 seriyalı, 00265438 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 506,22 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

23. 10.06.2024-cü il tarixli, MT2406 seriyalı, 10482019 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5101,14 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

24. 12.06.2024-cü il tarixli, MT2406 seriyalı, 10577959 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1633,356 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

25. 25.06.2024-cü il tarixli, MT2406 seriyalı, 11347253 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4594,212 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

26. 09.08.2024-cü il tarixli, MT2408 seriyalı, 10584607 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 112,336 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.

27. 16.12.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 772 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDO seriyalı, 546458 nömrəli, EBDP seriyalı, 483801 nömrəli, EBDP seriyalı, 827240 nömrəli, EBDP seriyalı, 972737 nömrəli, EBDP seriyalı, 972005 nömrəli, EBDQ seriyalı, 387761 nömrəli, EBDQ seriyalı, 475742 nömrəli, EBDR seriyalı, 683508 nömrəli, EBDS seriyalı, 362937 nömrəli elektron qaimələr qeyd edilmişdir. EBDS seriyalı, 362937 nömrəli elektron qaimə üzrə 25,63 manat qalıq borc qalmışdır.

28. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 450 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 362937 nömrəli, EBDU seriyalı, 162281 nömrəli, EBDT seriyalı, 025592 nömrəli, EBDV seriyalı, 511446 nömrəli, MT2401 seriyalı, 233908 nömrəli, MT2401 seriyalı, 265438 nömrəli elektron qaimələr qeyd edilmişdir.

29. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 363,63 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 362937 nömrəli, EBDS seriyalı, 363194 nömrəli, EBDS seriyalı, 807322 nömrəli, EBDV seriyalı, 511446 nömrəli elektron qaimələr qeyd edilmişdir.

30. "xxxx" QSC tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 4288,94 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 362937 nömrəli, EBDT seriyalı, 025592 nömrəli, EBDU seriyalı, 162281 nömrəli, EBDV seriyalı, 511446 nömrəli, MT2401 seriyalı, 233908 nömrəli, MT2401 seriyalı, 265438 nömrəli elektron qaimələr qeyd edilmişdir.

31. "xxxx" QSC tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 2500 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDO seriyalı, 546458 nömrəli, EBDP seriyalı, 483801 nömrəli, EBDP seriyalı, 827240 nömrəli, EBDP seriyalı, 828975 nömrəli, EBDP seriyalı, 972737 nömrəli, EBDP seriyalı 972005 nömrəli, EBDQ seriyalı, 387761 nömrəli, EBDQ seriyalı, 475742 nömrəli, EBDR seriyalı, 683508 nömrəli, EBDS seriyalı, 362937 nömrəli elektron qaimələr qeyd edilmişdir. EBDS seriyalı, 362937 nömrəli elektron qaimə üzrə qismən ödəniş edilmişdir.

32. "xxxx" QSC tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 2020,12 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 363194 nömrəli, EBDS seriyalı, 362937 nömrəli, EBDS seriyalı, 807322 nömrəli, EBDV seriyalı, 511446 nömrəli elektron qaimələr qeyd edilmişdir.

33. 15.01.2024-cü il tarixli satış fakturasının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-yə ümumi dəyəri 9107,4 manat olan mal satılmışdır. Faktura Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır.

34. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025- ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

35. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) borc və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında sürtkü yağlarının alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə xx/xx/2023 saylı müqavilə bağlanmışdır. Cavabdeh bu müqavilə əsasında iddiaçıdan ümumi dəyəri ƏDV daxil 27139,30 manat (iyirmi yeddi min yüz otuz doqquz manat otuz qəpik) nisyə almış və onlara dair elektron qaimələr təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, xx/xx/2023 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh nisyə aldığı malların pulundan bugünə kimi cəmi ƏDV daxil 10394,69 manat (on min üç yüz doxsan dörd manat altmış doqquz qəpik) pul ödəmişdir və cavabdehin hazırda bugünə kimi 16744,61 manat (on altı min yeddi yüz qırx dördmanat altmış bir qəpik) borcu ödənilməmiş qalmaqda davam edir. Qalan borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Odur ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə cavabdehə satılmış mallara görə yaranmış 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) borc və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

37. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427, 442, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.

38. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

39. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2504/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140,24 manat (yüz qırx manat iyirmi dörd qəpik) olmaqla, ümumilikdə 16884,85 manat (on altı min səkkiz yüz səksən dörd manat səksən beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

40. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 elektron qaimə üzrə ümumi dəyəri 27139,3 manat olan məhsul "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından aydın olur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 10394,69 manat ödəniş edilmişdir. Belə olan halda, Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan borcu 16744,61 (27139,3-10394,69=16744,61) manat olacaqdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş (cavabdeh və qanuni nümayəndəsinin elektron kabineti var), mübahisə predmeti olan borcla bağlı ödənişləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

41. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 567, 598.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

42. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini vicdanlılıq prinsipi çərçivəsində yerinə yetirmişdir və iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə üzrə ödənilməli məbləği ödəmişdir. İddia tələbində qeyd olunan mallar faktiki olaraq cavabdehə verilməmişdir. Bununla bağlı təhvil-təslim aktları da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında bu aktların mövcud olmamasını mübahisələndirsələr də, məhkəmə öz qətnaməsində cavabdeh məhkəmə iclasında iştirak etməmişdir kimi birtərəfli mövqe sərgiləmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz:

44. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar:

45. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab edərək bildirdi ki, qarşı tərəf birinci instansiya məhkəməsində rəsmi işçi olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Hesab edir ki, kağız formasında təqdim edilmiş müqavilə əsaslı deyildir, arayış təqdim olunmalı idi. Kağız formasında olması önəmli deyil, əsas elektron bildiriş təsdiq olunmuş formada təqdim olunduqda qüvvəyə minir. Bu günə qədər elektron formada daxil edilmədiyindən hesab edirik ki, şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinin əsası ondan ibarət olmuşdur ki, mallar çatdırılmamışdır, lakin onların təqdim etdikləri qaimələrdən və elektron formada sistemdə də görünür ki, qarşı tərəfin özü tərəfindən həmin qaimələr təsdiq olunmuşdur. 25 ədəd qaimə mövcuddur ki, qarşı tərəf bu qaimələrin müxtəlif hissələrindən ödəniş etmişdir. Qarşı tərəfin hal-hazırda 16744 manat borcu vardır. Məhkəmə proseslərindən kənar bu məsələ ilə bağlı müzakirələri olmuşdur, qarşı tərəf digər borclarının da olduğunu bildirmiş və bu borclar bitdiyi zaman onlara münasibətdə olan borclarını da ödəyəcəklərini bildirmişlər. lakin bunların hər biri prosesi uzatmaq məqsədi daşıyır, eyni zamanda qarşı tərəf göndərilən qaimələri də hər hansı bir etirazı olmadan təsdiq etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

46. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

47. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

48. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

49. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

50. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

51. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

52. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

53. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının hədləri:

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

56. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 17 avqust 2023-cü il tarixli, xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər (bundan sonra "mallar" adlandırılacaq) alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

59. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissədə iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə ümumi dəyəri 27139,3 manat olan məhsulu təqdim etməsi faktı iş materiallarına əlavə edilmiş 25 elektron qaimə ilə öz təsdiqini tapır. Lakin ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 10394,69 manat ödəniş edilmiş, qalan məbləğ isə ödənilməmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini tam icra etməmişdir.

61. Belə olan halda, məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olan iddiaçı tərəfindən alıcı olan cavabdehə 27139,3 manat mal verilməsi faktının işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını, cavabdehin isə həmin malların müqabilində yalnız 10394,69 manat məbləğində pul ödədiyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 16744,61 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

64. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2504/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Səməd Cəfərov

Hakimlər Elnur Həsənov

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar