Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-920/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə "ERC Distribution Azerbaijan” MMC-nin X1 və Cavabdeh1 qarşı iddia ərizəsinin geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (iddiaçı) X1 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 62 590,80 manat əsas borcun, 24 723,05 manat məbləğində dəbbə pulunun, 26 601,07 manat məbləğində əldən çıxmış fayda məbləğinin, 405 manat məbləğində mediasiya xərclərinin, 1600 manat vəkil qonorarı xərcinin, ümumilikdə 115 010,92 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 19 iyul 2024-cü il tarixli qərardadı ilə, Cavabdeh1 iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni elektron kabinet vasitəsi ilə çatdırılmadığı əsas göstərilməklə ərizənin geri qaytarılması qərara alınmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin 01 avqust 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh1 qarşı tələb mülki xarakterlidir və ümumi məhkəmələrdə baxılmalıdır. Çünki, iddiaçının Cavabdeh1 ilə hər hansı sahibkarlıq fəaliyyəti olmamışdır. Belə olan təqdirdə Cavabdeh1 oğluna qarşı iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında baxılmalıdır. Mülki icraat qaydasında baxılan işlər üzrə isə qanunvericilikdə iddia ərizəsinin göndərilməsi tələbi yoxdur. Bu səbəbdən də, mülki icraat qaydasında baxılan tələb üzrə iddia ərizəsinin göndərilməməklə iddiaçı qanunvericiliyin hər hansı tələbini pozmamışdır. Lakin buna baxmayaraq, iddiaçı "ERC Distribution Azerbaijan” MMC Cavabdeh1 iddia ərizəsini elektron qaydada çatdırmışdır. Qaldırılan iddia tələbi həm mülki icraata, həm də kommersiya icraatına aid edildiyi üçün iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə, habelə "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-cu il tarixli Qərarının 16cı bəndinə əsasən, Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəməyə göndərilən zaman iddia tələbinin kommersiya icraatına aid olan hissədə, yəni cavabdeh X1 aid hissədə qanunvericiliyin tələblərini yerinə yetirilmiş və ona pretenziya və iddia ərizəsi elektron kabinet vasitəsilə göndərilmişdir. İddia tələbinin mülki icraata aid olan hissədə, yəni Cavabdeh1n aid hissədə isə iddia ərizəsinin cavabdehə elektron kabinet vasitəsilə göndərilməsinə dair tələb olmadığı üçün iddia ərizəsi Cavabdeh1 göndərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsinə görə, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir; 150.2-ci maddəsinə görə isə, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. İşin materialından görünür ki, iddiaçı qanunvericiliyin göstərilən tələbinə əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5193/2024 saylı iş üzrə 19 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-920/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-920/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver