Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-923/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3275/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 102134,50 ABŞ doları miqdarında maddi zərərin, 30563 ABŞ dolları miqdarında cərimənin, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 16742 ABŞ dolarının (ezamiyyət xərci), həmçinin 2000 manatın (hüquqi xidmətlərlə bağlı) cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3275/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 05.07.2021ci il tarixli qərardadı qəbul edildikdən sonra İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 24.06.2021-ci il tarixli qərardaddan verilən şikayətin baxılmamış saxlanılmasını və işin apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinə göndərilməməsini xahiş etmiş, eyni zamanda qeyd etmişdir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırılaraq iddiaçı tərəfindən yenidən məhkəməyə müraciət olunacaqdır. Lakin mülki prosessual qanunvericlikdə şikayətin baxılmamış saxlanılması institutu mövcud deyil və qanunvericlikdə yalnız şikayətdən imtina edilməsi və ya geri qaytarılması institutları (MPM-in 363.1.4 və 369-cu maddəsi) mövcuddur ki, iddiaçı bununla bağlı ərizə verməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı qəbul edildikdən sonra İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 23.06.2021-ci il tarixdə təqdim edilən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Göstərilən halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3275/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-923/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-923/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver