Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-926/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı1 Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2240/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı1 ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 14 saylı alqısatqı müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) əsas, 7527,86 ABŞ dolları (yeddi min beş yüz iyirmi yeddi dollar səksən altı sent) faiz və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsinə əsasən cavabdehin satın aldığı mallara görə iddiaçı qarşısında 75278,60 ABŞ dolları məbləğində borcu yaranmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən cavabdehin ünvanına hissə-hissə (partiya şəkilində) ümumilikdə 77661 ABŞ dolları məbləğində mal-material göndərilmişdir. Cavabdeh isə iddiaçı tərəfindən ünvanına göndərilən malların dəyərini lazımınca ödəməmişdir. Yaranmış borcla bağlı cavabdeh tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli rəsmi yazılı məktubla borcun xx.xx.2021ci il tarixədək tam şəkildə ödənilməsi bildirilsə də, müsbət heç bir nəticə olmamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcun ödənilməsindən yayınmışlar. Cavabdehin iddiaçıya olan külli miqdarda borcu vaxtında qaytarmaması iddiaçının maliyyə vəziyyətinin çətinləşməsinə, pisləşməsinə səbəb olmaqla, sonuncuya ciddi zərər dəymişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2240/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 5646 (beş min altı yüz qırx altı) ABŞ dolları olmaqla, cəmi 80924,60 ABŞ dolları (səksən min doqquz yüz iyirmi dörd dollar altmış sent) məbləğində pulun İddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iştirakı olmadan bitərəf qətnamə çıxartmış və yalnız iddiaçının sübut kimi təqdim etdiyi sənədlərə əsaslanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olsa da, cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl olumuş və xx.xx.2020-ci il tarixində iddiaçıya 14094 ABŞ dolları pul ödənilmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə 77661 ABŞ dolları həcmində mal verilmiş və cavabdeh tərəfindən yuxarıda göstərilən məbləğ tam olaraq ödənilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
14. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
17. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
18. Sonuncu iki fakt aşağıdakı sənədlərlə təsdiq olunur.
19. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Türkiyənin İddiaçı1ndən idxal etdiyi mallar haqqında məlumat” adlı sənəddən görünür ki, Cavabdeh MMC İddiaçı1ndən ümumilikdə dəyəri 77661,60 ABŞ dolları məbləğində olan malları idxal etmişdir.
20. Cavabdehin apellyasiya şikayətində də iddiaçı tərəfindən cavabdehə 77661 ABŞ dolları həcmində mal verilməsi etiraf olunmuşdur.
21. Eyni zamanda, Cavabdeh MMC tərəfindən tərəfindən tərtib edilərək X6 Dairəsi Müdürlüyünə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 18 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC İddiaçı1ndən idxal etdiyi mallarla əlaqədar borcunun olduğunu etiraf edərək, ümumilikdə 75278,60 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2021xx.xx.2021-ci il tarixləri aralığında ödəyəciyini bildirmişdir.
22. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında 75278,60 ABŞ dolları məbləğində borclu olduğunu etiraf etmişdir.
23. Bununla yanaşı kollegiya hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tam təmin edilə bilməz.
24. Belə ki, cavabdeh tərəfindən təqdim olunan ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, onun tərəfindən iddiaçının hesabına xx.xx.2021-ci il tarixdə 4593,6 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2500 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2500 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2500 ABŞ dolları olmaqla ümumilikdə 14.093,6 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.
25. Məhkəmə iclasında da iddiaçının nümayəndəsi və vəkili həmin sənədlərin həqiqilyini mübahisələndirməmişdir.
26. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etməmişdir (cavabdehin ünvanına yazılı məktublar göndərilsə də, MPM-in 135.8-ci maddəsinə əsasən elektron qaydada məlumatlandırma olmamışdır). Ona görə də, MPM-in 372.2-ci maddəsinə əsasən həmin ödəniş sənədləri sübut kimi qəbul edilir.
27. Cavabdeh tərəfindən edilmiş həmin ödəniş məbləğləri nəzərə alındıqda isə müəyyən olunur ki, cavabdehin əsas borcu 61185 ABŞ dolları təşkil edir (75278,6 - 14093,6 = 61185).
28. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 61185 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia qismən əsaslıdır.
29. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz məbləğinin tutulması barədə tələblər də qismən əsaslıdır.
30. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 4588,2 ABŞ dolları məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (61185 x 5% / 12 x 18 = 4588,2).
31. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, cavabdehdən 61185 ABŞ dolları əsas və 4588,20 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2240/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh MMC-dən 61185 ABŞ dolları məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 4588,2 ABŞ dolları olmaqla, cəmi 65773,2 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı1nə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova