Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-927/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2-2(113)-3809/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X5” X1 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4870,72 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 39,25 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 39,25 manat), Dövlət Sosial Müdafiə Fonduna ,35 manat olmaqla, ümumilikdə 4910,32 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********156500 xx.xx.2019-cu il tarixli **********206900, nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2-2(113)-3809/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı kommersiya məhkəməsinin e-2- 2(113)-3809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edərək, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs və ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X5” X1 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4870,72 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 39,25 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 39,25 manat), Dövlət Sosial Müdafiə Fonduna 35 manat olmaqla, ümumilikdə 4910,32 manat borcu vardır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X5” X2 vergi borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və hazırda apellyasiya şikayəti verilmiş qətnamə ilə ərizə təmin edilmişdir Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 noyabr 2023-cü il tarixli qərarı ilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhdudlaşmaya səbəb olan borc məbləği azaldığı üçün götürülmüşdür. Göründüyü kimi ərizəçi tərəfindən Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə uyğun qərar qəbul edilmişdir. Həmin maddədə isə göstərilmişdir ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanı tərəfindən dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, artıq mübahisə həll olunub və məhkəmə müstəvisində baxış predmeti mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2-2(113)-3809/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-927/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-927/2023
21.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver