Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-928/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3532/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 245840 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, müqavilə öhdəlikləri üzrə təhvil verilməmiş beton məhsullarının cavabdehlərdən alınaraq iddiaçı Cavabdeh MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh MMC tərəfindən nağd şəkildə İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə və X2 ödənilmiş külli miqdarda pul vəsaitlərinin İddiaçı MMC-nin hesabına mədaxil edilməməsi və mənimsənilməsi faktının prokurorluq orqanları tərəfindən araşdırılması məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3532/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Lakin, hazırkı iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş 20 günlük müddət ərzində verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin iddiası xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmiş, iş üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmiş, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq irəli sürülmüş iddia tələbinə etiraz etdiyini bildirmiş, həmçinin həmin günə təyin edilmiş məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixinə məhkəmə baxışı iclası təyin edilmişdir. Qarşılıqlı iddia ərizəsi də xx.xx.2023-cü il tarixində EMİS-ə yüklənmişdir. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin MPM-in 154.1-ci maddəsində nəzərdə tutulduğu müddətin keçməsindən sonra, həm də məhkəmə baxışı iclasında verilməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf yeni sübutlar yükləyib (elektron qaimələr) və cavabdeh tərəfin həmin sübutlarla 20 gün ərzində tanış olub münasibət bildirmək hüququ mövcuddur. İddiaçı tərəfindən təqdim edilmiş yeni sübutlara dair cavabdeh tərəfindən gətirilmiş dəlillərlə bağlı kollegiya qeyd edir ki, həmin sübutlar yeni sübut kimi qiymətləndirilə bilməz. Belə ki, işdən görünür ki, məhkəməyə müraciət edilən zaman ilkin olaraq yüklənmiş elektron qaimələr və ödəniş sənədləri, növbəti dəfə iddiaçı tərəfindən vergi orqanından əldə edilməklə, yəni əvvəlki elekron qaimələrin təkrarı yüklənilmişdir. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin təkrar yüklənmiş elektron qaimələri yeni sübut kimi qiymətləndirməsi və buna görə də qarşılıqlı iddia ərizəsini 20 günlük müddəti buraxmaqla (iddianın məhkəməyə daxil olduğu gündən üç ay sonra) və baxış mərhələsində verilməsi qanunauyğun hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsində isə təsbit olunmuşdur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa qarşılıqlı iddia ərizəsində İddiaçı MMC ilə yanaşı Qanuni nümayəndə və X3 da cavabdeh qismində qeyd edilmiş və onlara qarşı da iddia tələbi irəli sürülmüşdür. Halbuki, Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddianın geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3532/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-928/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-928/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver