Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-930/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı göstərilmiş xidmətlərin haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: göstərilmiş xidmətlərin haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1nin vəkili və nümayəndəsi Vəkil2 Məmmədəli oğlunun, Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə göstərilmiş xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1381/2*22 nömrəli iş üzrə 24 iyun 2*22-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (icraçı) və Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (sifarişçi) arasında bağlanmış *3.*3.2*21-ci il tarixli KOL-SY-SC-139 nömrəli Material daşınması üzrə xidmət müqaviləsinə əsasən, icraçı sifarişçinin sifariş etdiyi ölçü və miqdar üzrə karxanadan doğranmış çınqıl materialının sifarişçinin təyin etdiyi material saxlama sahəsinə daşıyaraq təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi isə bu müqaviıənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən təmin edilib təhvil verilən materialların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmiş Müqavilənin: - 2.1. Doğranmış çınqıl materiallarının sifarişçinin təmin etdiyi yerə daşınması qiyməti 1 tonunun 1 km. məsafəyə daşınmasına görə *,*8 manat təşkil edir; - 2.3. Hesablaşmaların aparılması üçün bir ay 3* gündür; - 2.4. Ödənişlər sifarişçinin Şabran rayonundakı layihə düşərgəsində təhvil aldığı tərəzi ölçmə sənədləri əsasında həyata keçiriləcəkdir; - 2.5. Hər ay görülən işlər üçün ödəmə sertifikatı hazırlanacaqdır. Ödəniş Azərbaycan manatı ilə nağdsız qaydada həyata keçirilir; - 2.6. Sifarişçi tərəfindən tərtib edilmiş ödəmə sertifikatı növbəti ayın ilk 5-7 günləri arasında icraçı tərəfindən imzalanmalıdır. Əks halda icraçı öz gecikdirməsindən dolayı ödəmə sertifikatını sözügedən tarixdə imza etməzsə, onda aylıq ödəmə sertifikatı birtərəfli qaydada təsdiq edilmiş hesab ediləcək və sifarişçiyə verən iradı qəbul edilməyəcəkdir; - 3.2.4. Sifarişçi icraçı üçün verdiyi yanacağı ödəmə sertifikatından kəsinti edəcəkdir.
3. *3.*6.2*21-24.*6.2*21-ci il tarixləri arası dövrü əhatə edən qaimələrə görə, həmin qaimələrdə "xxxx" MMC-yə məxsus **-JC-*** və **-JY-*** dövlət nömrə nişanlı maşınların daşıdığı yükün getdiyi istiqamət, çəkisi və sahəyə giriş-çıxış saatları göstərilmişdir. Qaimələrdə çəkilmiş imzaların qabağında imzanı icra etmiş şəxsin adı, eləcə də hansı tərəfi təmsil etməsi göstərilməmiş, eləcə də qaimələr möhürlə təsdiq edilməmişdir.
4. 1*.*6.2*21-26.*6.2*21-ci il tarixləri əhatə əsasən Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verildiyi irəli sürülən qəbzlərdə göstərilmişdir ki, **-JC-*** və **-JY-*** dövlət nömrə nişanlı maşınlara Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən müxtəlif miqdarda benzin verilmişdir. Həmin qəbzlər Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi adından Sənan adlı şəxs tərəfindən imzalanmış və möhürlə təsdiqlənməmişdir.
5. 14.*8.2*2*-ci il tarixli təhvil-təslim aktlarından müəyyən edilir ki, 25.*5.2*12-ci il tarixli 482/12/2*12 nömrəli və 28.*8.2*21-ci il tarixli 5*3/*33/2*12 nömrəli daxili maliyyə lizinqi müqavilələrinə əsasən 2 ədəd - 2*12-ci il buraxılışlı şassi nömrəsi LZZ5EXSD2CN663125 mühərrik nömrəsi 12*117*31497 və şassi nömrəsi LZZ5EXSD5CN675222 mühərrik nömrəsi 12*517**11517 olan HOWO markalı özüboşaldan yük maşınları lizinq verən “Beynəlxalq Lizinq“ QSC tərəfindən lizinq alan X2 təhvil verilmişdir.
6. AD 884225 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə, şassi nömrəsi LZZ5EXSD2CN663125 mühərrik nömrəsi 12*117*31497 olan HOWO özüboşaldan yük maşınının dövlət nömrə nişanı **-JY-***-dir.
7. AD 886154 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, LZZ5EXSD5CN675222 mühərrik nömrəsi 12*517**11517 olan olan HOWO özüboşaldan yük maşınının dövlət nömrə nişanı **-JC-***-dir.
8. EBBB 447233 nömrəli *8.*5.2*21-ci il tarixli elekron qaiməyə görə, X3 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 4.763,28 məbləğinə dair (mart ayı üçün ümumi məbləğin 5*%-nə görə) elektron qaimə göndərilərək, sistem tərəfindən təsdiqlənmişdir. - EBBC 2*1897 nömrəli 25.*5.2*21-ci il tarixli elekron qaiməyə görə, X3 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 1*.236,72 manat məbləğinə dair (mart ayı üçün 4.763,28 manat, aprel ayı üçün 5.473,44 manat) elektron qaimə göndərilərək, sistem tərəfindən təsdiqlənmişdir; - EBBF 561*73 nömrəli 29.*7.2*21-ci il tarixli elekron qaiməyə görə, X3 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 6.213,3* manat məbləğinə dair (aprel ayı 2.727,24 manat, may ayı üzrə 3.486,*6 manat) elektron qaimə göndərilərək, sistem tərəfindən təsdiqlənmişdir; - EBBG 847757 nömrəli 24.*8.2*21-ci il tarixli elekron qaiməyə görə, X3 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 6.213,3* manat məbləğinə dair (may ayı üzrə qalıq) elektron qaimə göndərilərək, sistem tərəfindən təsdiqlənmişdir.
9. *8.*5.2*21-ci il tarixli OD19 nömrəli ödəniş tapşırığına əsasən, Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X2 4.763,28 manat məbləğdə ödəniş edilmişdir; - *8.*5.2*21-ci il tarixli OD19 nömrəli ödəniş tapşırığına əsasən, Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X2 4.763,28 manat məbləğdə ödəniş edilmişdir; - 26.*5.2*21-ci il tarixli **1İNT121146*318 nömrəli ödəniş tapşırığına əsasən, Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X2 1*.236,72 manat məbləğdə ödəniş edilmişdir; - 3*.*7.2*21-ci il tarixli **********9* nömrəli ödəniş qəbzinə əsasən, Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X2 6.213,3* manat məbləğində ödəniş edilmişdir; - 27.*8.2*21-ci il tarixli 15 nömrəli ödəniş tapşırığına əsasən, Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən X2 6213,3* manat məbləğində ödəniş edilmişdir. 1*. İnternet Vergi İdarəsinin rəsmi səhifəsindən çıxarışa görə, X3 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə iyun ayında göstərilmiş yükdaşınma xidmətlərinə görə göndərilmiş EBBK 2*3636 nömrəli *7.1*.2*21-ci il tarixli elektron qaimə sonuncu tərəfindən təsdiqlənməmiş və düzəliş üçün qaytarılmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
11. İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən 4.747 manat məbləğdə pul vəsaiti, 6* manat mediasiya xərci, 5** manat məbləğdə vəkil xərci və 7.47 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 24.*6.2*22-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85*, 854.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, məhkəmə iddiaçının daşıma ilə bağlı təqdim etdiyi sübutları yüklə bağlı olan qaimə kimi əsassız olaraq qəbul etməmişdir. Halbuki, həmin sənədlərdə, o cümlədən yanacaqla bağlı məhkəməyə təqdim edilmiş sənədlərlə iddiaçı tamamilə sübuta yetirmişdir ki, 2*21-ci ilin iyun ayında hansı daşımaları, hansı çəkidə, hansı məsafəyə həyata keçirmişdir. AR Mülki Məcəlləsinin 854.7.-ci maddəsi tərəflərə qaimə olmadıqda, yük daşınmasını hər hansı digər vasitə, sənədlə sübuta yetirməyə imkan verir. Belə bir vasitələrə isə iddiaçının təqdim etdiyi sarı rəngli xüsusi rəngli kağızda çap olunmuş tərəzi sənədləri, yanacaqla təmin olunma sənədləri də aid edilə bilər. Həmin sarı rəngli xüsusi rəngli kağızda çap olunmuş tərəzi sənədləri və yanacaqla təmin olunma sənədləri məhz cavabdeh tərəfindən çap edilmiş və iddiaçıya təqdim edilmiş sənədlərdir. Həm də, yanacaqla təmin olunma sənədlərində cavabdeh öz adı olan loqosunu, KOLİN adını cap etdirmişdir. Məhkəmə əsassız olaraq Mülki Məcəllənin 854.7-ci maddəsini tətbiq etməmişdir. Əgər elektron qaimə-fakturaya kimi qaydalara uyğun təhvil-təslim sənədləri olmadan yalnız elektron qaimə-faktura üzrə rəsmiləşdirilmə aparılmışdırsa, onda malların, işlərin və xidmətlərin təhvil-təsmini təsdiq edən sənəd elektron qaimə-faktura sayılır. Bundan başqa, iş materiallarına iddiaçı 2*21-ci ilin iyun ayında həyata keçirdiyi daşıma üçün cavabdehə elektron qaimə-faktura verməsi sübut olunur. Həmçinin, iş materiallarına əsasən sübut olunur ki, cavabdeh həmin elektron qaiməni qəbul etmiş, lakin düzəliş edilməsi üçün geri qaytarmışdır. Yəni ləğv etməmişdir, yalnız düzəliş üçün qaytarmışdır. Əgər doğrüdan da cavabdeh 2*21-ci ilin iyun ayında daşıma olmadığını iddia edirsə, onda həmin dövrlə bağlı qaimənin ləğvi barədə müraciət etməli idi. Lakin cavabdehin belə bir müraciət etməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bu isə, 2*21-ci ilin iyun ayında iddiaçı tərəfindən daşıma həyata keçirildiyini sübut edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı cavabdeh Nümayəndəliyin yazılı etirazında göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçı tərəfindən xidmətin göstərilməsi faktı qanunla və ya müqavilə ilə müəyyən edilmiş sübutlarla təsdiq edilmir. Məsələn, 2*21-ci ilin iyun ayında həyata keçirilməsi iddia edilən yük daşınmaları ilə bağlı müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödəniş sertifikatının tərtib edilərək müqavilə tərəfləri tərəfindən imzalanması iş materialları ilə öz təsdiqini tapmır. Bu əsasla da iddianın rədd edilməsi qanuni və əsaslıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehlərin nümayəndələri şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 39*.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 85*. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; Maddə 854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2.*2.2*21-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir; 2.18. Elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir; 2.3. Elektron qaimə-fakturada (malların emala verilməsi barədə elektron qaiməfaktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-2.3.17-ci və 2.3.23-cü yarımbəndləri və emal prosesi keçmiş malların qaytarılması barədə elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13-cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbəndlərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir: 2.3.5. əsas; 2.3.27. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı; 2.3.28. elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı; 3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir; 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər; 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir; 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində.
2*. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2*21-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2*.*4.2*22-ci il tarixli Qərarı: “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18.*3.2*19-cu il tarixli Qərarı: “Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.”
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.*7.2**7-ci il tarixli qərarı: “Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının sair pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, iddiaçı ilə cavabdeh Nümayəndəlik arasında *3.*3.2*21-ci il tarixli material daşınması üzrə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 2*21-ci ilin mart-may aylarında cavabdehin sifarişi əsasında çınqıl materialının daşınması həyata keçirilmiş, cavabdeh tərəfindən isə sözügedən yük daşınmaları üçün haqq ödənilmişdir. Hazırda iddiaçı 2*21-ci ilin iyun ayında da sözügedən müqavilə üzrə yük daşınmalarını həyata keçirdiyini, lakin həmin daşınmalara görə haqqın ona ödənilmədiyini əsas göstərərək, 4.747 manat məbləğdə haqqın cavabdehlərdən tutulmasını tələb edir.
27. Cavabdehlər 2*21-ci ilin iyun ayında iddiaçı tərəfindən Nümayəndəliyin sifarişinə əsasən yük daşınmalarının həyata keçirilmədiyini əsas göstərərək, iddianın rədd edilməsini tələb edir.
28. Daşıyıcı iddiaçının haqqının ödənilməsini tələb etdiyi yük daşınmalarının həyata keçirib-keçirməməsi işin mübahisəli halını təşkil edir.
29. Bu kontekstdə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. 3*. İlk olaraq, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icraçı tərəfindən göstəriləcək yükdaşıma xidmətləri üzrə hesablaşmanın aparılması qaydası müəyyən edilsə də, iddiaçı dəyərinin ödənilməsini tələb etdiyi yük daşınması xidmətlərinin göstərilməsinin müqavilədə göstərilən qaydada rəsmiləşdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birincisi, 2*21-ci ilin iyun ayında həyata keçirilməsi iddia edilən yük daşınmaları ilə bağlı müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödəniş sertifikatının tərtib edilərək, müqavilə tərəfləri tərəfindən imzalanması iş materialları ilə öz təsdiqini tapmır. İkincisi, iddiaçı məhkəməyə təqdim etdiyi qaimələrin müqavilənin 2.4-cü bəndində göstərilən tərəzi ölçmə sənədləri olduğunu irəli sürsə də, onların özünün və məzmununun həqiqiliyini, müəyyən etməyə imkan verən imza, möhür və digər atributlar mövcud deyil. Üçüncüsü, benzin verilməsi barədə qəbzlər də iki tərəfin adından imzalansa da, qəbzləri imzalamış şəxslərin kimliyi və tərəflərin adından göstərilən sənədlərə imza etmək səlahiyyətinə malik olub-olmaması işdən müəyyən edilmir. Cavabdeh həm tərəzi ölçmə sənədlərini, həm də benzin verilməsi barədə qəbzləri qəbul etmir.
31. Bununla da, işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli müqavilə əsasında 2*21-ci ilin iyun ayında yük daşınmalarının həyata keçirilməsi faktını təsdiq edən, həmin müqavilənin şərtlərinə uyğun şəkildə və ya mülki qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş mötəbər yazılı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının göstərilən halı təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyi isə şübhə doğurmaqla, yük daşınmalarının göstərilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.
32. Əvvəlki aylarda göstərilmiş yük daşınması xidmətləri üzrə hesablaşmaların eyni növlu sənədlər (iddiaçının təqdim etdiyi elektron qaimələr) əsasında aparılması barədə işin halına gəldikdə isə, əvvəla, tərəflər arasında əvvəlki aylar üzrə hesablaşmaların eyni növlü sənədlər əsasında aparılması iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, ən azından iyun ayından fərqli olaraq əvvəlki aylarda yük daşınmalarının həyata keçirilməsi iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən etiraz olunmadığından sistem tərəfindən təsdiqlənmiş elektron qaimələrlə də təsdiq edilir. İyun ayında həyata keçirilməsi iddia edilən yük daşınmalarına görə göndərilmiş elektron qaiməyə isə cavabdeh tərəfindən etiraz edilmiş və qaimə iddiaçıya qaytarılmışdır. İkincisi, tərəflər arasında belə bir işgüzar adətin formalaşması ehtimal edilsə və iddiaçı tərəfindən təqdim edilmiş sənədlər iyun ayında yük daşınması xidmətlərinin göstərilməsini təsdiq edən sübutlar kimi məhkəmə tərəfindən qəbul edilsə, həmin sənədlər əsasında həyata keçirilmiş yük daşınmalarına görə ödənilməli olan haqqın məbləğini müəyyən etmək mümkün deyil (sənədlərdə yük maşınlarının qət etdiyi məsafə qeyd edilmədiyi üçün). Odur ki, göstərilən halda belə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər yük daşımasına görə haqqın tutulması barədə iddianın hansı hissədə əsaslı olması barədə nəticəyə gəlmək üçün yetərli sübut hesab edilə bilməzdi. Belə ki, Müqavilənin 2.1ci bəndinə əsasən çınqılın daşınması qiyməti 1 ton üçün 1 km. məsafəyə görə 8 qəpikdən hesablanmalı olduğundan və həmin qeyri-mötəbər sənədlər əsasında iddia ilə tələb olunan 4.747 manat məbləğin dəqiq hesablanması mümkün olmadığından, tələb iddiaçının istəyindən asılı olaraq 2.747 və ya 6.747 manat həddində də göstərilə bilərdi. Başqa sözlə, Müqavilənin 2.1-ci bəndində təsbit olunan qaydada hesablana bilməyən, təsdiqini tapmayan iddia tələbi əgər 4.747 manat həddə təmin oluna bilərdisə, eyni sənədlərə əsasən daha az yaxud daha çox məbləğdə də təmin oluna bilərdi.
33. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
34. Sübutların qiymətləndirilməsi isə hüquqi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
35. Bundan əlavə, kommersiya mübahisələrinə mülki mühakimə icraatı qaydasında baxılır, həmin icraata çəkişmə prinsipi hakimdir, çəkişmə prinsipinin ümumi cəhətləri ikidir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
36. Bu mənada apellyasiya şikayətinin cavabdehin elektron qaiməni qəbul etməsi, lakin düzəliş edilməsi üçün geri qaytarması barədə dəlili də əsassızdır. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə görə, cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün 1) ya qaytarıla, ya da 2) təsdiqlənə bilər ki, cavabdeh də qaytarmışdır. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura iddiaçı tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilərdi.
37. Şikayətin Mülki Məcəllənin 854.7-ci maddəsinə istinad edən dəlili də əsaslı deyil. Belə ki, iş üzrə müqavilənin mövcudluğu və məzmunu mübahisəsizdir, mübahisəli olan Müqavilənin 2.1-ci bəndi ilə müəyyən edilən qaydada hesablanan daşıma haqqının məbləğidir.
38. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392 və 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1381/2*22 nömrəli iş üzrə 24 iyun 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova