Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-930/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdehİddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi Açar söz: alqı-satqı müqaviləsi, müqavilənin etibarsızlığı. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2027/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 459/2023 saylı məhsulların təchizat müqaviləsindən görünür ki, təchizatçı əmtəə-nəqliyyat fakturalarınavə elektron qaimə-fakturalara əsasən adda, çeşiddə və miqdarda malı Alıcının mülkiyyətinə verir, Alıcı isə həmin malı qəbul edir və onun dəyərini ödəyir.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı alınmış mala görə ödənişi ƏNF-də göstərildiyi kimi Malın qəbulu günü təqdim olunan elektron qaimə-fakturanın təqdim edilməsindən etibarən 60 (almış) təqvim günü ərzində ödənişi təchizatçının bank hesabına köçürülməsini öhdəsinə götürür.
3. Müqavilənin 2.4-cü bəndinə əsasən Alıcı hazırkı müqavilə üzrə ödənişi vaxtındavə ya tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,2 faizi miqdarında penyanı təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıyaödəməyi öhdəsinə götürür.
4. Müqavilənin 3.5-ci bəndinə əsasən Malın Alıcı tərəfindən qəbulu zamanı malın, həmçinin onun qablaşdırılması, etiketi, aksiz markaları (spirtli məhsullar üçün) və malın vizual tərtibatının digər elementlərinin zədələnmə halları aşkar olunmadıqda və ƏNF-də əks olunmadıqda, Təchizatçı tərəfindən təchiz edilmiş və Alıcı tərəfindən qəbul edilmiş mallazımi keyfiyyətli mal hesab olunur və geri qaytarılmır. Bu halda Tərəflər ƏNF-ni imzalayır.
5. Müqavilənin 3.6-cı bəndinə əsasən əgər müqavilənin 3.5-ci bəndində göstərilən qüsurlar aşkar olunarsa, Alıcı dərhal Təchizatçını xəbərdar edir və ən geci 3 (üç) iş günü ərzində yazılı şəkildə Təchizatçıya pretenziyanı bildirir. Təchizatçı Alıcının pretenziyasına10 (on) iş günü ərzində yazılı şəkildə cavab verməyi öhdəsinə götürür. Əsaslandırılmış pretenziya üzrə Təchizatçı öz istəyi ilə keyfiyyətsiz malı keyfiyyətli mala əvəz etməyi və ya keyfiyyətsiz malın dəyərini Alıcıya qaytarmağı öhdəsinə götürür, bu da müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
6. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 121507,55 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 20900 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 143074,55 manat məbləğində əsas borcun, 9729,10 manat məbləğində müqavilə üzrə gecikdirmə faiz borcunun, 11088,28 manat məbləğində özgəsinin vəsaitindən istifadə üçün faizlərin və 453,89 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 164345,79 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahişetmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MB-459/2023 saylı “Təchizat müqaviləsi” bağlanılmışdır. Müqaviləyə əsasən, Alıcının sifarişi əsasında ona Təchizatçı tərəfindən aşağıdakı cədvəldə qeyd olunan məbləğdəveyplər, yəni elektron siqaretlər təchiz edilmiş, Alıcının isə təchiz edilmiş Mallara görə Təchizatçı qarşısında borcu yaranmışdır. Müqavilənin 3.5-ci bəndinə uyğun olaraq, malın Alıcı tərəfindən qəbulu zamanı malın, həmçinin onun qablaşdırılması, etiketi, aksiz markaları (spirtli məhsullar üçün) və malın vizual tərtibatının digər elementlərininzədələnmə halları aşkar olunmadıqda və ƏNF-də (əmtəə-nəqliyyat fakturasında) əks olunmadıqda, Təchizatçı tərəfindən təchiz edilmiş və Alıcı tərəfindən qəbul edilmiş mal lazımi keyfiyyətli mal hesab olunur və geri qaytarılmır. Bu halda Tərəflər ƏNF-ni imzalayırlar. Cavabdeh yuxarıda qeyd edilən malların qəbulu barədə müvafiq ƏNF-ləri şəxsən imzalamışdır. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə malların təqdim edilməsini təsdiq edən EBDT 061746 xx.xx.2023 20 900,04 manat, EBDT 446583 xx.xx.2023 121 507,55 manat, EBDU 956122 xx.xx.2023 666,96 manat olmaqla hər 3 elektron qaiməni "səhv göndərilib" qeydi ilə düzəlişə göndərmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh iddiaçının ünvanına 2 ədəd boş A4 vərəq olan sifarişli məktub zərfi göndərmişdir. Onların iddiaçıya nə səbəblə göndərilməsini izah etməmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh iddiaçıya AZ1065/********** saylı teleqram göndərmişdir. Teleqramda cavabdeh tərəfindən “aramızda bağlanmış müqavilənin tələbləri arasında uyğunsuzluq olduğuna görə bəzi hallar aydınlaşana qədər bu müqavilənin qüvvəsini birtərəfli qaydada dayandırmağı” xahiş edilmişdir. Qeyd olunmalıdır ki, nə iddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilədə, nə də qüvvədə olan qanunvericilikdə müqavilənin bu cür dayandırılması qaydası nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən Müqavilənin şərtlərinin aydınlaşdırılması ilə əlaqədar hər hansı sualla iddiaçıya müraciət etməsi olmamışdır. Buna görə iddiaçı heç bir ağlabatan səbəb göstərmədən Müqavilənin bu cür qeyri-müəyyən müddətə dayandırılmasına razı olmadığını cavabdehə yazılı surətdə bildirmişdir. xx.xx.2023-cü il tarixində yuxarıda qeyd edilən elektron qaimələr sistem tərəfindən bərpa olunmuş, lakin onların statusu “təsdiq gözləyən” olaraq göstərilir. İddiaçıya təsadüfən məlum olmuşdur ki, fərdi sahibkar Cavabdeh kreditoru olan İddiaçı MMC-yə heç bir xəbərdarlıq etmədən fəaliyyətini dayandırmış və hazırda onun fəaliyyəti aktiv deyildir. Bu isə o deməkdir ki, sözügedən e-qaimələrin statusu cavabdeh fəaliyyətini bərpa edənədək “təsdiq edilmiş” və ya “sistem tərəfindən təsdiq edilmiş” olmayacaqdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflərdənhər biri məhkəmədən kənar birtərəfli qaydada digər tərəfi 7 (yeddi) təqvim günü ərzində yazılı şəkildə xəbərdarlıq etməklə bu müqaviləyə xitam vermək hüququna malikdir. Bu halda bir tərəfin digər tərəfə olan bütün borcları Müqavilənin ləğv olunmasından əvvəl ödənilməlidir. Bir tərəfin o biri tərəfə malın dəyərinin ödənilməsi üzrə öhdəliyi Müqaviləyə xitam verildikdən sonra da ləğv edilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən hərəkətləri son dərəcədə məsuliyyətsizlik və iqtisadidələduzluq kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddiaçı Müqavilənin 5.2-ci bəndini rəhbər tutaraq Müqaviləyə 10 yanvar 2024-cü il tarixindən birtərəfli qaydada xitam verdiyi və Müqavilə üzrə təchiz edilmiş malların 143 074,55 (bir yüz qırx üç min yetmiş dördmanat 55 qəpik) manat məbləğindəki dəyərini həmin tarixədək ona ödənilməsini tələbetdiyi barədə cavabdehi yazılı surətdə xəbərdar etmişdir. Lakin cavabdeh bu barədə xəbərdar edilməsinə baxmayaraq bu günədək sözügedən borc məbləğini iddiaçıya ödəməmişdir.
9. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciətedərək, cavabdehin ilkin iddiasının rədd edilməsi, cavabdehlə aralarındakı xx.xx.2023-cüil tarixli təchizat müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini, eləcə də cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətlərinin olduğunu nəzərə alaraq xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC arasında hara gələk müqaviləni imzalayasınız deyilərək bağlanmış xx.xx.2023-cü il tarixli təchizat müqaviləsi əsasında satılmış malların bir çoxu istifadəyə yararsız vəziyyətdə olmuşdur. Həmin malların istifadəyə yararlıq müddəti ya bitmişdir yada yararlıq müddətinin bitməsinə 1-2 ay qalmışdır. Bu malların yararsız vəziyyətdə olması səbəbindən satılması mümkün olmadığından malların geri götürülməsi dəfələrlə tələb edilsədə cavabdeh mallar geri qaytarıla bilməz deyərək malları geri götürməkdən imtina etmişdir. Belə ki, təqdim olunan mallar xx.xx.2023-cü il tarixində təhvil verilmişdir. Müvafiq mallar satış üçün paylamaya təqdim olunduqdan sonra məlum olmuşdur ki, təqdim olunan malların yararlıq müddəti ötmüşdür. Qanunvericiliyin tələblərinə əsasən satıcı olan cavabdeh alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borclu olmasına baxmayaraq, yararlıq müddəti keçmiş malları iddiaçının iştirakı olmadan təqdim etmişdir. Halbuki qanunun tələblərində verilən əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzındə yararlı olmalıdır tələbi var. Bundan başqa satıcı olan cavabdeh yararlıq müddəti müəyyənləşdirilmiş malları mənə elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək mallardan təyinatı üzrə istifadə edilə bilsin. Lakin cavabdeh yararlıq müddəti bitmiş və ya yararlıq müddətinin bitməsinə qısa müddət qalmış malları geri qaytarıla bilməz şərti iə təqdim edərək qanunun bu tələblərini də pozmuşdur. Dəfələrlə malların geri götürlməsi şifahi tələb edilsə də cavabdeh tərəfindən mallar götürülməmişdir. Hər dəfəsində bildirirdilər ki, narahat olma səndən yalnız satılmış malların pulunu alacağıq. Son olaraq xx.xx.2023-cü ildə tərəfimdən rəsmi məktub göndərilmişdir. Son çarə olaraq isə xx.xx.2023-cü il tarixində teleqram göndərərək yararlıq müddəti keçmiş mallar təqdim olunduğu üçün müqavilənin tək tərəfli xitam edilməsi tələb olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2027/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, Cavabdeh 142407,55 manat məbləğində əsas borc, 3000 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, ümumilikdə 145607,55 (bir yüz qırx beş min altı yüz yeddi manat əlli beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia ərizəsi verilərkən ödənilmiş 253,89 manat dövlət rüsumunun ilk İddiaçı MMC-nin özünə aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 459/2023 saylı təchizat müqaviləsi imzalanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli elektron siqaretlər təhvil verilmişdir. Cavabdeh həmin müqavilə bağlandıqdan 2-3 gün sonra (xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli) təhvil-təslim aktı əsasında malları təhvil almış, aldığı malları iddiaçıya geri qaytarmamış, həmin müqavilə üzrə iddiaçıya (satıcı) xx.xx.2024cü il tarixdə 3803 manat ödəniş etmişdir. Hazırkı halda tərəflər arasında alqı-satqıdan irəli gələn müqavilə münasibətlərinin mövcudluğu yalnız müqavilə ilə deyil, tərəflər arasında bağlanmış təhvil-təslim aktları, o cümlədən cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə edilmiş ödənişlə təsdiqlənir, cavabdeh həmin müqaviləni bəyənərək iddiaçı ilə alqı-satqı münasibətlərinə daxil olduğundan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən müqavilə etibarlı hesab olunur. Məhkəmə cavabdehin aldığı malların ona təhvil verilən zaman yararlılıq müddətinin keçmiş olması barədə dəlilini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut (iddiaçı tərəfindən cavabdehə həqiqətən yararlılıq müddəti keçmiş malın verilməsini təsdiq edən) təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh məhkəmə iclasında verdiyi izahatında malların ona təhvil verilən zaman yararlılıq müddətinin bitməsinə az qalmış olmasını bildiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin üçüncü hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı pul vəsaitinin cavabdeh tərəfindən faydalanması hallarını təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
13. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 324, 351, 337, 357, 462, 467, 598, 600-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2027/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfimizdən məhkəməyə təqdim olunan sübutlar tədqiq edilməmiş, tədqiq edilməməsi barədə qətnamədə hər hansı əsaslandırma öz əksini tapmamışdır. Halbuki sübutlar tədqiq olunsa idi, müqavilənin hansı şəraitdə hansı əsaslarla bağlanldığı, mallar kimin tərəfindən hansı tarixlərdə harada, hansı şərtlərlə təqdim olunduğu müəyyən edilərdi. Tərəfimizdən dəfələrlə bildirilmiş iradlar nəticəsiz qaldıqda isə müqavilənin ləğvi ilə bağlı məktub göndərilmişdir. Məhkəmə tərəfindən əqdin etibarlılığı ilə bağlı heç bir hal araşdırılmamışdır. Məhkəmə tərəflər arasındakı mübahisəli halların ayndınlaşdırılması üçün iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı tərəf olaraq tələbimizin sübutu kimi təqdim etdiyimiz səs yazılarına, videolara, “WhatsApp” yazışmalarına ümumiyyətlə istinad etməmiş, həmin yazıların sübut kimi mötəbərliyinə və iddiaya aidiyyətinə hüquqi qiymət verməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir. 17.Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradəifadəsidir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. - 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etməkhüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. - 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 587-ci maddəsinə əsasən Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi - Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı- satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh tərəfindən ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddianin rədd edilməsi hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2027/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında xx.xx.2023-cü il tarixli 459/2023 saylı təchizat müqaviləsi imzalanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli elektron siqaretlər təhvil verilmişdir. Cavabdeh həmin müqavilə bağlandıqdan 2-3 gün sonra (xx.xx.2023-cü il vəxx.xx.2023-cü il tarixli) təhvil-təslim aktı əsasında malları təhvil almış, aldığı malları iddiaçıya geri qaytarmamış, həmin müqavilə üzrə iddiaçıya (satıcı) xx.xx.2024-cü il tarixdə 3803 manat ödəniş etmişdir. Hazırkı halda tərəflər arasında alqı-satqıdan irəli gələn müqavilə münasibətlərinin mövcudluğu yalnız müqavilə ilə deyil, tərəflər arasında bağlanmış təhvil-təslim aktları, o cümlədən cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə edilmiş ödənişlə təsdiqlənir, cavabdeh həmin müqaviləni bəyənərək iddiaçı ilə alqı-satqı münasibətlərinə daxilolduğundan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən müqavilə etibarlı hesab olunur.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əqdin etibarlı olması barədə kifayət qədər araşdırılma aparılmışdır. Əqdin etibarlı olması üçün nəzərdə tutulmuş hər iki tərəfin iradə ifadəsi mövcud olmuş, əqd imzalanarkən hər hansı kənar təsir formasının olması müəyyən edilməmiş (iş materiallarına bu halla bağlı cavabdeh tərəfindən hər hansı sübut əlavə edilməyib), əksinə əqd bəyənilmiş və hətta icra edilmiş, üzləşmə aktlarına əsasən malların apellyatora təhvil verilməsi təsdiq edilmişdir. Həmin aktlardakı imzanı cavabdeh mübahisələndirməmiş, sadəcə təzyiq altında imzaladığını bildirsə də bu təzyiqin nədən ibarət olmasını əsaslandırmamış və bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan əlavə, əgər tərəf bu barədə sübutlar təqdim etsə belə apellyasiya şikayətinin dəlilləri kimi göstərilmiş malların lazımı keyfiyyətdə olmaması, alqı-satqı müqaviləsi bağlanarkən yararlılıq müddətinin bitməsi müqavilənin etibarsız olması üçün deyil, müqavilənin ləğvi üçün əsas ola bilər. Lakin iş materiallarından və tərəflərin izahatlarından da müəyyən edilir ki, məhkəmədə iddia qaldırılan tarixə qədər cavabdeh tərəfindən iddiaçıya malların yararlılıq müddətinin keçməsi, alqı-satqı müqaviləsinin predmeti olan əşyanın lazımı keyfiyyətdə olmaması barədə cavabdeh tərəfindən iddiaçıya hər hansı pretenziya irəli sürülməmişdir. Belə halların mövcudluğu şəraitində cavabdeh AR MM-nin 587-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmək imkanı mövcud olmuşdur. Həm iddia tələbinə, həm apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, müqavilənin etibarsız hesab olunmasına əsas verəcək hər hansı hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2027/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.