Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-931/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2-2(113)-3265/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2- 2(113)- 3265/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 17825,37 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun məhdudiyyətin qoyulmasına səbəb olmuş əsas aradan qalxanadək (şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş borc məbləğinin mövcudluğu aradan qalxanadək) müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan maraqlı şəxsin vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə maraqlı şəxsin vəkili tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan maraqlı şəxsin nümayəndəsi/vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadının ləğv edilməsini, şikayətin tam təmin edilməsini, işə baxılması üçün apellyasiya şikayətinin iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-791/2023 nömrəli qəradadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizə təmin edilməmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan maraqlı şəxsin nümayəndəsi/vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadının ləğv edilməsi, şikayətin tam təmin edilməsi, işə mahiyyəti üzrə baxılması üçün apellyasiya şikayətinin iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı süründürməçilik xarakteri daşımaqdadır və bununla yanaşı vətandaş Maraqlı şəxs hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə işə qərəzli yanaşaraq və öz səlahiyyətlərindən istifadə edərək hazırkı işin mahiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmasının qarşısını alır. Hakimin maraqlı mövqeyi və qərəzli yanaşması vətəndaşın konstitusion azadlıq hüquqlarını məhdudlaşdırır. Bundan əlavə hakim qanuni əsaslarla vətəndaşın sərbəst hərəkət etmək hüququnu öz qərarlarında formal normaların sadalanması ilə məhdudlaşdırır. Hakim öz qərardadında plenum qərarlarına, digər aktlara istinad edəndə ədalətli məhkəmə araşdırması hüququnun mövcud olmasından xəbərsiz olduğunu və ya qərəzli olaraq maddi və prosessual normalarının tətbiq edilməsindən yayındığını göstərir. Əgər hakimin hərəkətlərində qərəz mövcud deyilsə, bu tip işlərdə vətəndaşın hüquqlarını pozan 5-6 akt qəbul etməzdi. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2-2(113)-3265/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə imzalanmaqla avtomatik olaraq iddiaçı Maraqlı şəxs elektron kabinetində yerləşdirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti verilən zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Həmin apellyasiya şikayəti də müddətin ötürülməsi əsası ilə deyil, digər əsaslarla, yəni forma və məzmuna uyğun olmaması əsası ilə geri qaytarılmışdır. İşin qeyd olunan hallarını, yəni iddiaçı Maraqlı şəxs ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslarla geri qaytarıldığını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 3265/2023 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və Maraqlı şəxs tərəfindən Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2-2(113)-3265/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-931/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-931/2023
25.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver