Məhkəmə qərarları › İş №2-2(103)-934/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-934/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-934/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1752/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Aqroservis” MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 32334 manat məbləğində məbləğində pul vəsaitinin, 187 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq, İddiaçı MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1752/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 32.334 (otuz iki min üç yüz otuz dörd) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 187 (yüz səksən yeddi) manat tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1752/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: məhkəmədə müəyyən olunur ki, mən alqı-satqı əməliyyatını Həsənov Elsevərlə etmişəm və E.Həsənovun şəxsi bank kartına sövdələşdiyimiz məbləği belə ödədiyim halda məhkəmə görüntü xarakteri daşıyan Aktı əsas tutaraq məndən ikinci dəfə qanunsuz olaraq pul məbləğini tutumuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı çəkişmə prinsipinə əməl etməmiş, tərəfimdən iş üzrə təqdim edilmiş sübutları və iş üzrə verdiyim dolgun izahatımı qəbul etməmişdir. İddiaya etirazda dəlilləri qeyd etmişəm, lakin məhkəmə onları nəzərə almayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh səhhəti ilə bağlı iclasın təxirə salınmasına dair ərizə göndərmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh təxir əsasına dair sübut təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranmış, İddiaçı MMM ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən, sonuncuya bitki mühafizə vasitələri satılmış, lakin dəyəri tam ödənilməmişdir. Cavabdehin ödənilməmiş qalan borcu cəmi 32.334 manat təşkil edir. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla üzləşmə aktı və qismən ödəniş sənədləri ilə təsdiq olunduğu üçün tələbin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Qeyd olunanlardan göründüyü kimi cavabdeh borcu olmasını qəbul etmiş, eyni zamanda buna dair də üzləşmə aktı tərtib edilməklə imzalanmışdır.

23. Cavabdeh məhkəmənin müəyyən etdiyi bu halı qəbul eməmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, malları ona iddiaçı yox iddiaçının nümayəndəsi Elsevər Həsənov satmışdır. İddiaçı tərəfindən təqdim edilən akt görüntü xarakterlidir.

24. Lakin işdən görünür ki, xx.xx.2023-cü il tarixli ********* saylı qəbzə əsasən Cavabdeh2 tərəfindən 500 manat, xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş qəbzinə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş qəbzinə əsasən 1400 manat, xx.xx.2023cü il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən 1100 manat, xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş qəbzinə əsasən 485 manat və xx.xx.2023-cü il tarixli 51830057 saylı ödəniş qəbzinə əsasən 500 manat məbləğində ödənişlər edilmişdir.

25. X9 ilə aparılan qeydiyyat dəftərindən görünür ki, o, xx.xx.2023-c il tarixə 33574 manat borcun olduğunu və sonra edilən ödənişlər nəticəsində borcunun 32334 manat olduğunu öz imzası ilə təsdiq edib (məhkəmə iclaslarında imzanın ona məxsusluğunu təsdiq etmişdir).

26. İddiaçı MMM-in aqronomu X6, MMM-in nümayəndəsi Nümayəndə və X9 arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh X9 xx.xx.2023-cü il tarixə alınmış toxum və bitki mühafizə vasitələrinə görə xx.xx.2023-cü il tarixə 10000 manat və pomidor, xiyar ştillərinə və dərman vasitələrinə görə xx.xx.2023-cü il tarixə 23574 manat, cəmi 33574 manat borcu olduğu və aktda göstərilənlər ilə Cavabdeh2 razı olduğunu və imzasıyla təsdiq etdiyi qeyd olunmuşdur.

27. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi whatsapp-yazışmasından görünür ki, Cavabdeh2 X6 xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli 500 manatlıq ödəniş qəbzini göndərir və aşağısında 38124 – 500 =37624 manat qeydini yazır (həmin yazışma məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə nümayiş etdirildi və Cavabdeh2 həmin yazının onun tərəfindən yazıldığını etiraf etdi).

28. Göründüyü kimi iş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Mübahisələndirilən aktın mötəbər sübut olmamasına cavabdeh israr etsə də, iş materialları ilə bu müəyyən edilməmiş, əksinə aktın mötəbər sübut olması müəyyən edilmişdir.

29. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1752/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar