Məhkəmə qərarları › İş №2-2(103)-936/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-936/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-936/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi Nümayəndə1 oğlunun, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) nümayəndəsi Nümayəndə2 iştrakı ilə iddiaçının cavabdehə qarşı müqavilələrin ləğv edilməsi və nəqliyyat vasitələrinin qaytarılması tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-238/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən hər iki tərəfin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış QSZS 61/0816 nömrəli 01.08.2016-cı il tarixli; QSZS 85/1016 nömrəli 01.10.2016-cı il tarixli; QSZS 99/1116 nömrəli 01.11.2016-cı il tarixli; QSZS 125/1216 nömrəli 28.12.2016-cı il tarixli; QSZS 63/0517 nömrəli 01.05.2017-ci il tarixli; QSZS 115/0718 nömrəli 30.07.2018ci il tarixli və QSZS 152/0918 nömrəli 03.09.2018-ci il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi və 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDE7U66459, dövlət nömrə nişanı **-JF-*** olan Ford 1830 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108004, dövlət nömrə nişanı **-ZF-*** olan Wapco Güwen markalı, y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDE7T67258, dövlət nömrə nişanı **-JV-*** olan Ford 1830 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108081, dövlət nömrə nişanı **-ZF-*** olan Güwen markalı y/qoşqu s/bunker; 2007-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDE6660998, dövlət nömrə nişanı **-JA-*** olan Ford 1830 markalı, y/dartıcı; 2005-ci il buraxılışlı, şassi nömrəsi NP9MS3V276H038053, dövlət nömrə nişanı **-ZH-*** olan METSAN markalı, y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7M66476, dövlət nömrə nişanı **-JG-*** olan Ford 1830 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108007, dövlət nömrə nişanı **-ZF-*** olan CARRİER markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P67392, dövlət nömrə nişanı **-JK-*** olan Ford 1830 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYD015663, dövlət nömrə nişanı **-ZF-*** olan Nursan markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P67333, dövlət nömrə nişanı **-JF-*** olan Ford 1830 markalı y/dartıcı; 2006-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S06108322, dövlət nömrə nişanı **-ZD-*** olan Güwen markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P67426, dövlət nömrə nişanı **-JF-*** olan Ford 1830 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYD015670, dövlət nömrə nişanı **-ZF-*** olan Sement CARRİER markalı y/qoşqu s/bunker; 2008-ciil buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P67502, dövlət nömrə nişanı **-JJ-*** olan Ford 1830 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108003, dövlət nömrə nişanı **-ZH-*** olan GUWEN markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P67310, dövlət nömrə nişanı **-JF-*** olan Ford 1830 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108017, dövlət nömrə nişanı **-ZF-*** olan CARRİER markalı y/qoşqu s/bunker; 2007-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDE7M66577, dövlət nömrə nişanı **-JG-*** olan Ford 1830 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi **********4143, dövlət nömrə nişanı 10-ZF248 olan NEFAZ markalı y/q bortlu; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P67337, dövlət nömrə nişanı **-JF-*** olan Ford 1830 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYDO15604, dövlət nömrə nişanı **-ZF-*** olan NURSAN markalı, y /qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF7P66572, dövlət nömrə nişanı **-JF-*** olan Ford 1830 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYD015608, dövlət nömrə nişanı **-ZF-*** olan NURSAN markalı, y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOC33TEDF8A69114, dövlət nömrə nişanı **-JG-*** olan Ford 1830 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYD015662, dövlət nömrə nişanı **-ZH-*** olan NURSAN markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NLR16C10C8A004704, dövlət nömrə nişanı **-JF-*** olan NAVİGO-125 S markalı Avtobus Otakar; 2008-ci il buraxılışlı, şassi nömrəsi Y7BA092018B001222, dövlət nömrə nişanı **-JG-*** olan İsuzu Baqdan markalı avtobus; 2008-ci il buraxılışlı, şassi nömrəsi Y7BA092018B001245, dövlət nömrə nişanı **-JG-*** olan İsuzu Baqdan markalı avtobus; 2008-ci il buraxılışlı, şassi nömrəsi Y7BA092018B000593, dövlət nömrə nişanı **-JE-*** olan İsuzu Baqdan markalı avtobus; 2008-ci il buraxılışlı, şassi nömrəsi Y7BA092018B001234, dövlət nömrə nişanı **-JG-*** olan İsuzu Baqdan markalı avtobus; 2008-ci il buraxılışlı, şassi nömrəsi E7BA092018B001223, dövlət nömrə nişanı **-JG-*** olan İsuzu Baqdan markalı avtobus; 1998-ci il buraxılışlı, şassi nömrəsi Y3FS**********709, dövlət nömrə nişanı **-JD-*** olan NEMAN 52012 markalı avtobus; 1999-cu il buraxılışlı, şassi nömrəsi WFOLXXGBVLXS56319, dövlət nömrə nişanı **-JC-*** olan Ford Tranzit markalı mikroavtobus; 2007-ci il buraxılışlı, şassi nömrəsi C52236581, dövlət nömrə nişanı **-JT-*** olan KAMAZ 43253 markalı avtonəqliyyat (su daşıyan); 2008-ci il buraxılışlı, şassi nömrəsi NMOB23TEDD8G69972, dövlət nömrə nişanı **-JG-*** olan Ford C 2524 markalı avtonəqliyyat (yanacaq daşıyan); 2007-ci il buraxılışlı, şassi nömrəsi MN1250620, dövlət nömrə nişanı **-JE-*** olan CAMC 340 markalı avtonəqliyyat (sement daşıyan); 2008-ci il buraxılışlı, şassi nömrəsi MMBJNKB408D066285, dövlət nömrə nişanı **-AR-*** olan PİKAP MİTSUBİSHİ L 200-minik markalı avtomaşın; 2007-ci il buraxılışlı, şassi nömrəsi 13GJ070283, dövlət nömrə nişanı 10-A-617 olan XCMGZL30G markalı Frontal yükləyici; 2007-ci il buraxılışlı, şassi nömrəsi XGL71423127, dövlət nömrə nişanı 10-E-763 olan JCB540 markalı teleskop yükləyici; 2014-cü il buraxılışlı, şassi nömrəsi ET614495 olan LiuGongCPCD35 markalı avtokar; 2008-ci il buraxılışlı, şassi nömrəsi C82331321, dövlət nömrə nişanı **-JL-*** olan Kamaz 43253 markalı manipuliator; 2008-ci il buraxılışlı, şassi nömrəsi ZCFA1RF**********, dövlət nömrə nişanı **-JK-*** olan İVEKO 170 E2 markalı su daşıyan; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTC **********6075, dövlət nömrə nişanı **- JD-*** olan Kamaz 43114 markalı yanacaq daşıyan; 2007-ci il buraxılışlı, şassi nömrəsi LGHX3BLD7600146, dövlət nömrə nişanı **-JE-*** olan Donn Feng 1045 markalı bortlu; 2007-ci il buraxılışlı, şassi nömrəsi 54115N72305995, dövlət nömrə nişanı **-JL-*** olan Kamaz 54115 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NMOD19TEDE7M67096, dövlət nömrə nişanı **-JD-*** olan Ford Cargo 3430 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NL9Y4LB758T00464, dövlət nömrə nişanı **- ZF-*** olan Yalcın DORES Lider markalı y/q dayman; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTC54115N72305858, dövlət nömrə nişanı **-JB-*** olan Kamaz 54115 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTC54115N72311103, dövlət nömrə nişanı **-JE-*** olan Kamaz 54115 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108076, dövlət nömrə nişanı **-ZF-*** olan Güven markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYD015667, dövlət nömrə nişanı **-ZF-*** olan CARRİER markalı y/qoşqu s/bunker; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTF**********9110, dövlət nömrə nişanı **-ZF-*** olan NEFAZ markalı y/q bortlu; 2007-ci il buraxılışlı, şassi nömrəsi X1F**********9266, dövlət nömrə nişanı **-ZF-*** olan NEFAZ markalı y/q bortlu; 2007-ci il buraxılışlı, şassi nömrəsi WJMM1VPN004217114, dövlət nömrə nişanı **-JK-*** olan İVEKO 440E35T markalı bortlu; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ08P003727, dövlət nömrə nişanı **-JT-*** olan MAN yük markalı, ağ rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ88M505323, dövlət nömrə nişanı **-JV-*** olan MAN 33.360 yük markalı, qırmızı rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ48P002614, dövlət nömrə nişanı **-JT-*** olan MAN yük markalı, ağ rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ28P002577, dövlət nömrə nişanı **-JG-*** olan MAN TGA33.360 6x4bb-ww yük markalı, ağ rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ88P009100, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.360 6x4 bb ww yük markalı, qırmızı rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ78P003739, dövlət nömrə nişanı **-JT-*** olan MAN yük markalı, ağ rəngli özüboşaldan; 2012-ci il buraxılışlı, şassi nömrəsi XTC654003G1246968, dövlət nömrə nişanı **-JD-*** olan Kamaz 6540 xüsusi markalı, göy rəngli avtokran; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ18P008323, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33- 350 6X4 bbww yük markalı, narıncı rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ88POO8318, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33.360 yük markalı, narıncı rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZX8M504996, dövlət nömrə nişanı **-JF-*** olan MAN TGA33-360 6X4 bbww yük markalı, qırmızı rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ08PO08314, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33-350 6X4 bbww yük markalı, narıncı rəngli özüboşaldan; 2007-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ37M476182, dövlət nömrə nişanı **-AM-*** olan MAN TGA33-350 6X4 bbww yük markalı, ağ rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ68POO8124, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33-350 6X4 bbww yük markalı, narıncı rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ88POO2499, dövlət nömrə nişanı **-JF-*** olan MAN TGA33.360 yük markalı, tünd göy rəngli özüboşaldan; 2008-ci il buraxılışlı, şassi nömrəsi WMAHW2ZZ28POO2384, dövlət nömrə **-JT-*** olan MAN TGA 33360 ww 6X4 yük markalı, tünd göy rəngli özüboşaldan; şassi nömrəsi 22090, dövlət nömrə nişanı 10-R-252 olan LİEBHERRL556 markalı frontal yükləyici; şassi nömrəsi 80973, dövlət nömrə nişanı 10-H-499 olan VOLVO 360 BLC markalı ekskavator; şassi nömrəsi YAUZO840VZT010372, dövlət nömrə nişanı 10-R-182 olan LİEBHERRPR744L markalı buldozer; şassi nömrəsi 80967, dövlət nömrə nişanı 10-C-366 olan VOLVO EC 360 BLC markalı ekskavator; şassi nömrəsi DHKHELX0C60001417, dövlət nömrə nişanı 10-N-809 olan DAEWOO 420 markalı ekskavator; şassi nömrəsi V11335, dövlət nömrə nişanı 10-A- 339 olan Volvo L180 F markalı frontal yükləyici; şassi nömrəsi 80110939, dövlət nömrə nişanı 10-A-464 olan LUİ GONGCLG856 İİ markalı frontal yükləyici; şassi nömrəsi 9F8G02917HH, dövlət nömrə nişanı 10-A-382 olan FOTON FL 958 markalı frontal yükləyici; şassi nömrəsi VCEC360BP00080974, dövlət nömrə nişanı 10-O-602 olan VOLVO EC360BLC markalı ekskavator; şassi nömrəsi 10156, dövlət nömrə nişanı 10-A- 336 olan VOLVO EC700B markalı ekskavator; şassi nömrəsi 80981, dövlət nömrə nişanı 10-C-367 olan VOLVO EC360BLC markalı ekskavator; şassi nömrəsi 9F8G02717HH, dövlət nömrə nişanı 10-A-613 olan FOTON FL-958 G markalı frontal yükləyici; şassi nömrəsi 15G0072883, dövlət nömrə nişanı 10-E-367 olan XCMGZL-50 markalı frontal yükləyici; şassi nömrəsi 15G0072880, dövlət nömrə nişanı 10-A-619 olan XCMGZL-50 markalı frontal yükləyici; şassi nömrəsi JCBJS20CH61203752, dövlət nömrə nişanı 10-L- 974 olan JCBJS-200SC markalı ekskavator; şassi nömrəsi 35B113617, dövlət nömrə nişanı 10-A-323 olan HİDROMEXHMK102B markalı universal yükləyici; şassi nömrəsi 15G0072886, dövlət nömrə nişanı 10-E-368 olan XCMGZL-50 markalı frontal yükləyici; şassi nömrəsi WSK**********7159, dövlət nömrə nişanı 10ZH180 olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********2643, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7163, dövlət nömrə nişanı 10ZF851 olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7165, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULLSKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7161, dövlət nömrə nişanı **-ZF-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********2647, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********2651, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********2654, dövlət nömrə nişanı **-ZF-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7957, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7965, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7175, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7967, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7174, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7954, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7964, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7942, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7170, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7959, dövlət nömrə nişanı **-ZH-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7154, dövlət nömrə nişanı **-ZF-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WSK**********7162, dövlət nömrə nişanı **-ZF-*** olan SCHMİTZ CARGOBULL SKİ36 markalı yarımqoşqu özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ09P010582, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ58P008470, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMANW2ZZ78P005081, dövlət nömrə nişanı **-JE-*** olan MAN markalı nəqliyyat vasitəsi; şassi nömrəsi WMANW2ZZ37M476201, dövlət nömrə nişanı **-AM-*** olan MAN 33.360 6X4 BB-WW markalı nəqliyyat vasitəsi; şassi nömrəsi WMAHW27728P008119, dövlət nömrə nişanı **-JX-*** olan MAN 33350 markalı özüboşaldan; şassi nömrəsi WMANW2ZZ78P008083, dövlət nömrə nişanı **-JP-*** olan MAN 33360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ48P008171, dövlət nömrə nişanı **-JX-*** olan MAN markalı özüboşaldan; şassi nömrəsi MMBJNKB408D065315, dövlət nömrə nişanı **-AR-*** olan MİTSUBİSHİ L200 markalı nəqliyyat vasitəsi; şassi nömrəsi MMBJNKB40DD008208, dövlət nömrə nişanı **-PL-*** olan MİTSUBİSHİ L200 markalı nəqliyyat vasitəsi; şassi nömrəsi WMAHW2ZZ49P014067, dövlət nömrə nişanı **- JP-*** olan MAN TGA33.360 6X4 BB-WW markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZX8P008160, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGS 33.350 markalı özüboşaldan; şassi nömrəsi WMAH28ZZ68M526203, dövlət nömrə nişanı **-JM-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ98P008277, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGS33.350 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ18P003882, dövlət nömrə nişanı **-JF-*** olan MAN TGS33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAH33ZZ88M518782, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGS40.480 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ58P008275, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGS33.350 markalı özüboşaldan; şassi nömrəsi WMAH46ZZ68P007567, dövlət nömrə nişanı **-JM-*** olan MAN 41.480 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ78M505278, dövlət nömrə nişanı **-JF-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ78M505376, dövlət nömrə nişanı **-JF-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ77M476167, dövlət nömrə nişanı **-AM-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZX7M476194, dövlət nömrə nişanı **-AM-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ48P008297, dövlət nömrə nişanı **-JX-*** olan MAN 33.350 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ08P519670, dövlət nömrə nişanı **-JF-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ99P010595, dövlət nömrə nişanı **-JV-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ69P010621, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ78M523696, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ28M523654, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ48P008220, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ88M523674, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ39P010656, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ48P009157, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ99P010662, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ58M526242, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ18M526254, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ48M526331, dövlət nömrə nişanı **-JM-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ38M523730, dövlət nömrə nişanı **-JM-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ88M526218, dövlət nömrə nişanı **-JV-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZ18M523631, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAH28ZZX8M526320, dövlət nömrə nişanı **-JP-*** olan MAN TGA33.480 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZX8P008997, dövlət nömrə nişanı **-JX-*** olan MAN TGA33.400 markalı yəhərli dartıcı; şassi nömrəsi WMAHW2ZZ18P008273, dövlət nömrə nişanı **-JX-*** olan MAN 33.350 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ18P003817, dövlət nömrə nişanı **-JU-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ48M505237, dövlət nömrə nişanı 90J-F-945 olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ18P008130, dövlət nömrə nişanı **-AM-*** olan MAN 33.350 markal özüboşaldan; şassi nömrəsi WMAH33ZZ69P011153, dövlət nömrə nişanı **-JP-*** olanMAN 40.480 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ09P014079, dövlət nömrə nişanı **-JP-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ88P008089, dövlət nömrə nişanı **-JP-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ38P008078, dövlət nömrə nişanı **-JP-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ68P008222, dövlət nömrə nişanı **-AM-*** olan MAN 33.350 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ28P003907, dövlət nömrə nişanı **-JE-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi WMAHW2ZZ68M505367, dövlət nömrə nişanı **-JD-*** olan MAN 33.360 markalı özüboşaldan; şassi nömrəsi NMOB23TEDD7J65620, dövlət nömrə nişanı **-AM-*** olan FORDCARGO 2524 markalı yanacaq maşını; şassi nömrəsi NMOB13TEDD7C64301, dövlət nömrə nişanı **-AM-*** olan FORDCARGO 1824 markalı su maşını; şassi nömrəsi LGAXCHİM575051607, dövlət nömrə nişanı **-JK-*** olan DONGFENG markalı texnika; şassi nömrəsi VCEOG930H00041363, dövlət nömrə nişanı 10-A-307 olan VOLVO G-930 markalı texnika; şassi nömrəsi H1760858, dövlət nömrə nişanı 10-H-813 olan HAMM3518 markalı texnika; şassi nömrəsi G215E008158, dövlət nömrə nişanı 10-A-319 olan XCMGGR-215 markalı avtoqreyder; 2007-ci il buraxılışlı, şassi nömrəsi KMTODO38L02071084, dövlət nömrə nişanı 10-F-890 olan Komatcsu D 155 A İİ markalı buldozer; 2008-ci il buraxılışlı, şassi nömrəsi L220FV6297, dövlət nömrə nişanı 10-O-603 olan Volvo L220 F markalı frontal yükləyici; 2008-ci il buraxılışlı, şassi nömrəsi NMB**********4249, dövlət nömrə nişanı **-JV-*** olan Mercedes AXOR 4140 markalı manipulyator; 2007-ci il buraxılışlı, mühərrik nömrəsi 6G72TJ2000, dövlət nömrə nişanı **-AE-*** olan Mitsubishi Pajero minik markalı nəqliyyat vasitəsi, şassi nömrəsi KMTWA043C01081243, dövlət nömrə nişanı 10-E-836 olan Komatsu WA480-5 markalı frontal yükləyici; şassi nömrəsi CO23291, dövlət nömrə nişanı 10-R-254 olan Liebherr 254 markalı ekskavator; şassi nömrəsi KMTWA043H01081230, Komatsu VA480-5 Ser.8 markalı bırcalovlu frontal yükləyici, 10-E-760 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin (avtomobillərin, texnikaların və s.) cavabdeh tərəfindən ona geri qaytarılması və ya onların dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanmış QSZS 61/0816 nömrəli 01.08.2016-cı il tarixli müqavilə (həmçinin 16.08.2016 tarixli 1 nömrəli Əlavə) üzrə 523.607,68 manat, QSZS 85/1016 nömrəli 01.10.2016-cı il tarixli müqavilə üzrə 267.160 manat, QSZS 99/1116 nömrəli 01.11.2016-cı il tarixli müqavilə üzrə 955.769,56 manat, QSZS 125/1216 nömrəli 28.12.2016-cı il tarixli müqavilə üzrə 59.350,15 manat, QSZS 63/0517 nömrəli 01.05.2017-ci il tarixli müqavilə üzrə 304.452,59 manat, QSZS 115/0718 nömrəli 30.07.2018-ci il tarixli müqavilə üzrə 4.130 manat, QSZS 152/0918 nömrəli 03.09.2018-ci il tarixli müqavilə üzrə 67.606,24 manat olmaqla, ümumilikdə 2.182.076,22 manat məbləğdə əsas və 392.773,72 manat ƏDV məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə, 2017-2020-ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi həmin məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi - illik 8%-lə hesablanmış 823.929 manat məbləğdə faizlərin iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilərək, iddialar verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumlarının onu ödəyən tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan hər iki tərəf ondan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin qismən, yəni ilk iddia rədd edilən hissədə ləğv edilərək, ilk iddianın təmin edilməsini, cavabdeh qətnamənin qismən, yəni qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilərək, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə malın dəyərini ödəmək öhdəliyinin icra edilməməsi iddiaçının müqavilələrin icrasından birtərəfli qaydada imtina etmək hüququnu yaratmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Beləliklə də, bu əqdlər etibarsız hesab olunmaqla, qeyd edilən müqavilələr üzrə cavabdehin ödədiyi 2.182.076,22 manat əsas və 392.773,72 manat ƏDV məbləği iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələri öz apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat verərərk, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, İddiaçı MMC-nin 19.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, 30.12.2013-cü il tarixdə "xxxx" ASC-nin yenidən təşkili nəticəsində yaradılmış İddiaçı MMC-nin adı 27.09.2016-cı il tarixdə dəyişdirilərək "xxxx" MMC olmuş, sonradan adı yenidən dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. Nizamnamənin 1.3.2-ci bəndinə görə, İddiaçı MMC, "xxxx" MMC-nin 27.09.2016-cı il tarixdə və "xxxx" MMC-nin qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onların tam hüquqi varisidir. Cavabdeh MMC-nin 13.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, AR Vergilər Nazirliyinin 14 nömrəli ərazi vergilər idarəsi tərəfindən 23.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X3” MMC 13.11.2018-ci il tarixdə adının dəyişməsi nəticəsində Cavabdeh MMC adlandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi tərəfindən qeydiyyata alınmış nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışlarına və alqı-satqı müqavilələrinə əsasən müəyyən edilir ki, hazırkı mübahisə predmeti olan 171 ədəd nəqliyyat vasitələrindən 141 ədədi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılmışdır. Sözügedən 141 ədəd avtomobillərə dair “X4” MMC-nin mülkiyyət hüququ mübahisə predmeti olan alqısatqı müqavilələri əsasında deyil, İddiaçı MMC ilə “X4” MMC arasında bağlanmış 6, 7, 8, 12, 13 dekabr 2016, 08 may 2017, 22 avqust 2017, 21 avqust 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 16.04.2021-ci il tarixli AXA 25/01-07-936 nömrəli məktubdan müəyyən olunur ki, iddia ərizəsində göstərilmiş nəqliyyat vasitələrinin (xüsusi texnikaların) 27 ədədi üzrə əmlak hüquqlarının dövlət qeydiyyatı Agentlik tərəfindən aparılmış, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində əldə edilmiş məlumata əsasən həmin xüsusi texnikaların 23 ədədi üzərində mülkiyyət hüququ alqı-satqı əsasında "xxxx" ASC-nin mülkiyyətindən “X3” MMC-yə keçmişdir. Siyahıda göstərilmiş qalan 4 ədəd xüsusi texnika isə hal-hazırda “Akkord Sənaye Tikinti Korporasiyası ASC-nin mülkiyyətində olmaqla “X3” MMC-nin mülkiyyətinə verilməmişdir. Hər iki tərəfin nümayəndələri birinci instansiya məhkəməsinə qarşı tərəfin iddiasına iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişlər. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilir ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh MMC (əvvəlki adı “X4” MMC) arasında QSZS 61/0816 nömrəli 01.08.2016-cı il tarixli, QSZS 85/1016 nömrəli 01.10.2016-cı il tarixli, QSZS 99/1116 nömrəli 01.11.2016-cı il tarixli, QSZS 125/1216 nömrəli 28.12.2016-cı il tarixli, QSZS 63/0517 nömrəli 01.05.2017-ci il tarixli, QSZS 115/0718 nömrəli 30.07.2018ci il tarixli və QSZS 152/0918 nömrəli 03.09.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən satıcı İddiaçı MMC cəmi 171 ədəd nəqliyyat vasitəsi və xüsusi texnikanı alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin nəqliyyat vasitələri və xüsusi texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisəli alqı-satqı müqavilələrinin predmeti olan nəqliyyat vasitəsi və xüsusi texnikalar cavabdehə verildiyi halda həmin malların dəyərinin hal-hazıradək ödənilmədiyini irəli sürür və alqı-satqı müqavilələrinin ləğv edilməsini və alqı-satqının predmeti olan 171 ədəd nəqliyyat vasitələrinin və xüsusi texnikanın qaytarılmasını, cavabdeh isə mübahisəli alqısatqı müqavilələri üzrə pul ödənildiyi halda iddiaçı tərəfindən nəqliyyat vasitələri və xüsusi texnikanın onların mülkiyyətinə verilmədiyini, eləcə də alqı-satqının predmeti olan nəqliyyat vasitələri və xüsusi texnikanın heç vaxt satıcı İddiaçı MMC-nin mülkiyyətində olmadığını, eyni zamanda həmin müqavilələrin qanunvericilikdə göstərilmiş qaydada təsdiq edilmədiklərini, buna görə alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olduğunu əsas göstərərək, alqı-satqı müqavilələrinə əsasən ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasını və həmin pul vəsaitlərinin saxlanmasına görə bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsini Məhkəmədən xahiş edirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddiaları rədd etməsi qanuni və əsaslı olmuşdur. Əvvəlcə qarşılıqlı iddiaya münasibətdə qeyd olunmalıdır ki, cavabdeh alqı-satqı müqavilələri üzrə ödənilmiş pulun geri qaytarılmasına dair qarşılıqlı iddiasını mübahisəli alqı-satqı müqavilələrinin notariat qaydasında və ya DYPİ-də təsdiq edilməməsi, belə olan halda isə qanunvericiliyin tələblərini pozmaqla bağlanmış əhəmiyyətsiz əqd olması ilə əsaslandırmışdır. İşdən müəyyən edilir ki predmeti nəqliyyat vasitələrinin və xüsusi texnikaların alqı-satqısı olan mübahisəli müqavilələr sadə yazılı formada bağlanmış, notariat qaydasında və ya BDYPİ-də təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.9-cu bəndinə əsasən, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. 01.03.2018-ci il tarixədək qüvvədə olmuş AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 21.02.2000-ci il tarixdə təsdiq edilmiş “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol - tikinti maşınlarının dövlət qeydiyyatı haqqında Təlimat”ın 2.7-ci bəndinə görə, texnikalara sahiblik, nömrəli aqreratların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: - qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğvetmə müqaviləsi, yaxud texnikaya mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 01.03.2018-ci il tarixli Q-02-18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın 2.11.2-ci bəndinə görə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatına alınması üzrə: 2.11.2.5. nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və DAİM-də təsdiq olunmuş alqı-satqı (5 nömrəli Əlavə), yaxud dəyişmə müqaviləsi (6 nömrəli Əlavə). Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti DAİM-də satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. Göründüyü kimi, mübahisəli alqı-satqı müqavilələri qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlandığından, əhəmiyyətsiz əqdlərdir. Belə ki, Mülki Məcəllənin 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... MM-nin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, MM-nin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.” Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli Qərarında isə şərh etmişdir ki, “... əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, QSZS 61/0816 nömrəli 01.08.2016-cı il tarixli QSZS 85/1016 nömrəli, 01.10.2016-cı il tarixli QSZS 99/1116 nömrəli, 01.11.2016-cı il tarixli QSZS 125/1216 nömrəli, 28.12.2016-cı il tarixli alqı-satqı müqavilələri üzrə ödənişlər 2016-cı ildə, QSZS 63/0517 nömrəli 01.05.2017-ci il tarixli müqavilə üzrə 2017-ci ildə, QSZS 115/0718 nömrəli 30.07.2018-ci il tarixli və QSZS 152/0918 nömrəli 03.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə isə sonuncu ödəniş 13.09.2018-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı qarçılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Göründüyü kimi, mübahisəli əqdlərin icrasına ən geci 2018-ci ildə başlanıldığı halda, əhəmiyyətsiz əqdlərin etibarsızlığı nəticələrinin tətbiqi tələbinə dair qarşılıqlı iddia cavabdeh tərəfindən 2020-ci ildə qaldırılmış, bununla da sonuncu, göstərilən tələbin irəli sürülə bilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Odur ki, alqı-satqı müqavilələri əsasında ödənilmiş pulun geri qaytarılması tələbinə dair hissədə qarşılıqlı iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Mübahisəli əqdlər əsasında ödənilmiş pulun geri qaytarılması tələbi rədd edildiyindən, qarşılıqlı iddia pul vəsaitinin saxlanmasına görə faizlərin tutulması hissədə də əsassızdır. İlk iddia da əsaslı deyil. Belə ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Mübahisəli alqı-satqı müqavilələri etibarlı əqdlər olmadığından, həmin əqdlər əsasında tərəflərin hüquq və öhdəlikləri yaranmamışdır. Buna görə də cavabdehin həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsinə əsaslanan iddiaçı müqavilələrin ləğv edilməsi və alınmış malların geri qaytarılması tələbini irəli sürməkdə haqlı olmamışdır. Digər tərəfdən, iddiaçının qaytarılmasını tələb etdiyi nəqliyyat vasitələrinin və xüsusi texnikaların üzərində cavabdehin mülkiyyət hüququ mübahisəli müqavilələr əsasında deyil, başqa alqı-satqı müqavilələrinə əsasən dövlət qeydiyyatına alınmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddiaların rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunveiciliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı (MPM-in 384.0.1-ci maddəsi), şikayətlər təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-238/2021 nömrəli iş üzrə 21 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar