Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-94/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3561/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli malların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı (bundan sonra “xidmət”) öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilməli “xidmət” üzrə satış obyekti və onun satış qiyməti, bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilə əlavəsi ilə müəyyənləşdirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin müqavilə əlavəsi üzrə ödədiyi “xidmət” haqqı (satış obyektinin satış qiyməti) qarşılığında sifariş verilmiş satış obyektini sifarişçiyə təhvil verməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı bu müqavilə və müqavilə əlavəsi üzrə nəzərdə tutulan şərtlər daxilində xidməti icra etməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmət üzrə satış obyekti və satış obyektinin satış qiyməti icraçı və sifarişçi tərəfindən öncədən müəyyən edilir. Bütün bunlar və hesablaşma qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan müqavilə əlavəsində öz əksini tapır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesablaşma Azərbaycan Respublikasının milli valyutası olan manat (AZN) ilə aparılır.
2. . İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli malların nisyə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə Müqavilə əlavəsi imzalanmışdır.
3. Birinci tərəf – İddiaçı MMC, ikinci tərəf – Cavabdeh2, üçüncü tərəf – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən bugünə olan 9145 manat borc öhdəliyinin icra edilməsinə dair “birinci tərəf” (İddiaçı MMC), “ikinci tərəf' (Cavabdeh2) və “üçüncü tərəf’ (Cavabdeh1) arasında razılıq əldə edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən bugünə olan 9145 (doqquz min yüz qırx beş) manat borc öhdəliyini “ikinci tərəf” (Cavabdeh2) tam şəkildə ödənilməsinə dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən birinci tərəf (İddiaçı MMC) xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən satış obyekti olmuş “Elos Trio (Mənşə ölkəsi: Çin)” cihazını və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələrin bu müqavilənin 1-ci bəndi nəzərə alınmaqla ikinci tərəfdə qalmasına razılıq verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən qalıq ümumi borc məbləği, öhdəliyi 9145 manat təşkil edir. Həmin müqavilənin 4-cü bəndinə əsasən bu müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş qalıq ümumi borc məbləği, öhdəliyi 9145 manat ikinci tərəfdən (Cavabdeh2) 19 ay müddətinə ödənilməklə aşağıdakı cədvələ əsasən icra ediləcək. Həmin müqavilənin 5-ci bəndinə əsasən ikinci tərəf (Cavabdeh2) ödəniş öhdəliyini icra edərkən gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 3 %-i miqdarında cərimə ödənilməsinə dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən ödəniş öhdəliyi tam icra edilənədək satış obyekti olan “Elos Trio (Mənşə ölkəsi: Çin)” cihazının və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələrin birinci tərəfin (İddiaçı MMC) mülkiyyəti olmasını ikinci tərəf (Cavabdeh2) qəbul edir. Həmin müqavilənin 7-ci bəndinə əsasən ikinci tərəf (Cavabdeh2) ödəniş öhdəlikləri icra etmədiyi və ya natamam icra etdiyi halda, ödənilmiş bütün məbləğin, pul vəsaitinin geri tələb edilmədən satış obyektlərinin birinci tərəfə (İddiaçı MMC) qeyri-şərtsiz geri qaytarılmasına dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 8-ci bəndinə əsasən üçüncü tərəf (Cavabdeh1) ikinci tərəf (Cavabdeh2) ödəniş öhdəliklərini icra etmədiyi və ya natamam icra etdiyi halda birinci tərəfə (İddiaçı MMC) ödənişlərin özü tərəfindən (Cavabdeh1) tamamlanmasına dair öhdəlik götürür.
4. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə Cavabdeh1 1718 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında ona çatdırılmalı olan yuxanda adları (1) Elos Trio, 2) Alət masası, 3) Lampa lupa, 4) Həkim stulu, 5) Həkim üçün eynək, 6) Pasiyent üçün eynək, 7) Stabilizator, 8) Reklam üçün Roll up, 9) Distillə su) qeyd olunmuş bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil aldıdığını və heç bir etirazım yolmadığı, Yuxanda adları qeyd olunmuş bütün predmetlərin öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və onları arzu etdiyim keyfiyyətə sahib olmaqla təhvil aldığını təsdiq etmişdir.
5. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə qalıq borc 3373 manat, 48,10 manat gecikmə faizinin və 55 manat ödənilmiş dövlət rüsumu təşkil edir.
6. xx.xx.2022-ci il tarixli, ƏXZ/1 seriyalı, 832925 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 2000 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 11550 manat olduğu qeyd olunur.
7. 14.11.2022-ci il tarixli, ƏXZ/1 seriyalı, 832928 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 11069 manat olduğu qeyd olunur.
8. 14.12.2022-ci il tarixli, ƏXZ/1 seriyalı, 832931 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 10588 manat olduğu qeyd olunur.
9. 14.01.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832934 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 10107 manat olduğu qeyd olunur.
10. 15.02.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832938 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 9626 manat olduğu qeyd olunur.
11. 14.03.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832940 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 9145 manat olduğu qeyd olunur.
12. 15.04.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832943 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 8664 manat olduğu qeyd olunur.
13. 13.05.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832945 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 8182 manat olduğu qeyd olunur.
14. 14.06.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832948 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 7700 manat olduğu qeyd olunur.
15. 15.07.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832949 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 479 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 7221 manat olduğu qeyd olunur.
16. 14.08.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832950 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 6738 manat olduğu qeyd olunur.
17. 14.09.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832951 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 6257 manat olduğu qeyd olunur.
18. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832955 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 5775 manat olduğu qeyd olunur.
19. 14.11.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832956 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 500 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 5275 manat olduğu qeyd olunur.
20. 14.12.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832958 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 460 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 4815 manat olduğu qeyd olunur.
21. 15.01.2024-cü il tarixli, ƏXZ/1 seriyalı, 832962 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 480 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 4335 manat olduğu qeyd olunur.
22. 15.02.2024-cü il tarixli, ƏXZ/1 seriyalı, 832963 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 484 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 3851 manat olduğu qeyd olunur.
23. 16.03.2024-cü il tarixli, ƏXZ/1 seriyalı, 832967 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 478 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 3373 manat olduğu qeyd olunur.
24. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş pretenziya məktublarından görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
25. 06.09.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə isə 06 nömrəli əlavəyə istinad edilməklə ƏDV daxil olmaqla 1469,34 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
26. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə qalıq ümumi borc məbləği olan 3373 manat borcun, 48,10 manat gecikmə faizinin və 55 manat dövlət rüsumu qismində ödənilmiş məbləğ olmaqla, cəmi 3476,10 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli nisyə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh1 təhvil verilmişdir. Bildirilir ki, xx.xx.2022-ci il tarixli təhviltəslim aktı Cavabdeh1 tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən satış obyektinin toplam satış qiyməti 13550 manat müəyyən edilmişdir. Müqavilə əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh1 tərəfindən hissə-hissə olmaqla ümumilikdə 10177 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh1 tərəfindən birtərəfli qaydada pozulmuşdur, xx.xx.2024-cü il tarixdə isə 481 manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh1 tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd edilir ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Əlavə olaraq, 1718 nömrəli, 08 oktyabr 2022-cü il tarixli müqavilə üzrə xx.xx.2023cü il tarixli öhdəlik müqaviləsinin 1- ci bəndinə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən bugünə olan 9145 manat borc öhdəliyini “ikinci tərəf” (Cavabdeh2) tam şəkildə ödənilməsinə dair üzərinə öhdəlik götürür. Lakin iddiaçı tərəfindən bir neçə dəfə şifahi şəkildə qalıq ödəniş öhdəliyinin icra edilməsi tələb edilməsinə baxmayaraq, qeyd edilən ödəniş öhdəliyi bugünədək icra edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 421.2, 430.1-ci, 442-ci, 445.1-ci, 445.2.1, 445.2.2, 600.5-ci maddələrinə istinad olunmuşdur.
28. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 İddiaçı MMC-nin xeyrinə tutulması” sözlərini “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMCnin xeyrinə tutulması” sözləri ilə əvəzlənməsi və qalıq ümumi borc məbləği olan 3373 manat borcun, 48,10 manat gecikmə faizinin və 55 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-3922/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3373 manat əsas borc, 20 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,21 manat olmaqla, cəmi 3447,21 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
30. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 1718 nömrəli malların nisyə alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Daha sonra birinci tərəf – İddiaçı MMC, ikinci tərəf – Cavabdeh2, üçüncü tərəf – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə iddiaçı həmin öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada qalıq ümumi borc məbləği olan 3373 manatın pulun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiklərini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3373 manat əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. iddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 48,10 manat məbləğində cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin əsaslı mənafelərini, gecikdirilmə müddətini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 20 manat həcmində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
31. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3922/2024 saylı qətnaməsinin ləğv edilməsini və Cavabdeh1 münasibətdə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, Cavabdeh1 iddiaya cavab verməli olan cavabdeh olub-olmamasını araşdırmamışdır. Belə ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli nisyə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh1 təhvil verilmişdir. Müqavilə bağlandığı vaxtdan yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək hər ay ödənişləri həyata keçirmişdir. Lakin sonradan sağlamlığında problemlər yarandığından, həkimlər ona lazer şüası ilə işləməyi qadağan etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdən Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirə bilmədiyindən, İddiaçı MMC-nin razılığı ilə həmin alqı-satqı müqaviləsinin predmeti olan “Elos Trio” markalı cihazıCavabdeh2 satmışdır. Bu barədə həm iddiaçı, həm Cavabdeh2 arasında razılaşma olmuşdur. Alqı-satqı müqaviləsinin predmeti olan cihazı Cavabdeh2 təhvil verərək müalicə üçün Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmiş və 2024-cü ildə geri qayıdan zaman Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və alqı-satqı müqaviləsinin predmeti olan cihazı satdığını bilmişdir. Bu səbəbdən, iddianın ona aid hissəsində qətnamə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsi işə baxarkən, sübutlara obyektiv qiymət verməmiş, formal tələblərə uyğun qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
34. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın ona münasibətdə rədd edilməsini xahiş etdi.
35. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Digər cavabeh Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlmməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştiraı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
37. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -453.1-ci maddəsinə görə kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. -453.2-ci maddəsinə görə əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. --462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
38. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı hər bir cavabdehə qarşı ayrıca tələb irəli sürməmiş, alqı-satqı müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Odur ki, cavabdehlərə irəli sürülən tələb vahid tələb olduğundan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı hər iki cavabdehə qarşı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, qətnamə əsas borcun, dəbbə pulunun və məhkəmə xərclərinin müştərək qaydada Cavabdeh1 tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, eyni zamanda qətnamənin icra qaydası müəyyən edilərək Cavabdeh2 qətnaməni icra etmədikdə və ya tam icra etmədikdə qalıq borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməli olması müəyyən edilməlidir.
43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh1(alıcı) arasında bağlanmış 08 oktyabr 2022-ci il tarixli 1718 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 nisyə mallar təqdim edilmiş, sonuncu təqdim edilmiş malları tam şəkildə ödəməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı MMC, Cavabdeh2 və Cavabdeh1 arasında “öhdəlik” müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə olan 9145 manat məbləğində borc öhdəliyi Cavabdeh2 verilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən Cavabdeh2 ödəniş öhdəliklərini icra etmədiyi və ya natamam icra etdiyi halda Cavabdeh1 İddiaçı MMC-yə ödənişlərin özü tərəfindən tamamlanmasına dair öhdəlik götürmüşdür. Hazırda iddiaçı 08 oktyabr 2022-ci il tarixli 1718 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə 3373 manat borcun ödənilmədiyini iddia edir, həmin borcun və dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 qarşı olan hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 600.1-ci və 462-ci maddələri təşkil edir.
45. Həmin hissədə məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıya mübahisəli nisyə alqı-satqı müqaviləsi üzrə 3373 manat borcunun ödənilməmiş qaldığını, öhdəliyin verilməsi barədə üçtərəfli müqaviləyə əsasən həmin öhdəliyinin digər Cavabdeh2 verildiyini, belə olan halda isə iddiaçının Cavabdeh2 qarşı həmin borcun ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də öhdəliyin verilməsinə dair müqavilədə borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasının şərtləndirildiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Cavabdeh2 3373 manat əsas borc və 20 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
46. İddia tələbinin borcun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, müştərək (birgə) məsuliyyətin yaranma əsaslarını müəyyən edən Mülki Məcəllənin 500.2-ci maddəsinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hazırkı halda müştərək qaydada icra edilməsi tələb edilən öhdəliyin predmeti puldur, yəni bölünən əşyadır. Odur ki, hazırkı halda birgə öhdəlik yalnız qanun və müqavilə əsasında yarana bilərdi. Lakin qanunda öhdəliyin verilməsi müqaviləsi üzrə əvvəlki borcunun görə yeni borclu ilə birgə məsuliyyət daşıması nəzərdə tutulmamışdır.
47. Hazırkı halda müştərək məsuliyyətin yaranması üçün müqavilə əsasının mövcud olub-olmamasına münasibətdə isə kollegiya qeyd edir ki, İddiaçı MMC Cavabdeh1 mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərə görə digər Cavabdeh2 ilə birgə məsuliyyət daşımalı olması barədə mövqeyinə faktiki əsas kimi öhdəliyin verilməsi barədə müqavilənin 8-ci bəndinə istinad etmişdir.
48. Bununla bağlı kollegiya qeyd edir ki, həmin bənd mahiyyət etibarilə Cavabdeh1 Cavabdeh2 öhdəliklərinin icra etməsinə zamin durmasını nəzərdə tutan zaminlik barədə razılaşmadır.
49. Əsas öhdəliyinin icrasına görə zaminin məsuliyyətini tənzimləyən Mülki Məcəllənin 472.1-ci maddəsinin məzmunundan isə görünür ki, zamin bir qayda olaraq əsas borclu ilə birgə məsuliyyət daşısa da, müqavilədə zaminin subsidiar məsuliyyət daşıması da nəzərdə tutula bilər.
50. Birgə və subsidiar məsuliyyətin fərqləri ilə bağlı kollegiya qeyd edir ki, birgə məsuliyyət zamanı borclulardan hər biri öhdəliyə görə eyni qaydada məsuliyyət daşıyır, kreditor isə öhdəliyin həm birgə borclulardan birgə qaydada, həm də istənilən borcludan tam şəkildə icra edilməsini tələb etmək hüququna malikdir. Subsidiar (əlavə) məsuliyyət zamanı isə öhdəlikdə əsas borclu ilə yanaşı əlavə borclu (subsidiar məsuliyyət daşıyan şəxs) mövcud olur və kreditorun əsas borclu öhdəliyi icra etmədikdə və ya tam icra etmədikdə həmin öhdəliyinin icrasını subsidiar məsuliyyət daşıyan şəxsdən tələb etmək hüququ vardır.
51. Hazırkı halda müqavilənin 8-ci bəndinin məzmunundan aydın olur ki, həmin bənddə Cavabdeh1 əsas borclu Cavabdeh2 öhdəliklərinə görə sonuncu ilə birgə məsuliyyət daşıması deyil, əsas borclu öhdəliyi icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə həmin öhdəliyin icrasını tamamlamaq öhdəliyi, yəni subsidiar məsuliyyəti müəyyən edilmişdir. Odur ki, sözügedən müqavilədə Cavabdeh1 əsas öhdəliyinin icrasına görə subsidiar məsuliyyət daşıması nəzərdə tutulduğundan Mülki Məcəllənin 472.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 əsas öhdəliyinin icra edilməsinə görə Cavabdeh2 ilə birgə məsuliyyət daşıması istisna edilir.
52. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi nisyə alqısatqı üzrə borcun hər iki cavabdehdən müştərək qaydada tutulmasını qət etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.
53. Odur ki, borcun, dəbbə pulunun və məhkəmə xərclərinin Cavabdeh1 müştərək qaydada tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
54. Digər tərəfdən məhkəmə kollegiyası tərəflər arasında bağlanmış öhdəliyin verilməsi barədə üçtərəfli müqaviləyə əsasən Cavabdeh1 digər Cavabdeh2 müqavilə üzrə öhdəliklərinə görə subsidiar məsuliyyət daşımasının müəyyən edildiyini və hazırkı iddia tələbinin əsas borclu Cavabdeh2 ilə yanaşı subsidiar borclu olan Cavabdeh1 qarşı da irəli sürüldüyünü nəzərə alaraq hesab edir ki, lüzumsuz olaraq yeni iddianın qaldırılmasının qarşısı almaq və mübahisəli birmənalı həll etmək məqsədilə iş üzrə qətnamənin icra qaydası müəyyənləşməli və Cavabdeh2 qətnaməni icra etmədiyi və ya tam şəkildə icra etmədiyi halda borc məbləğinin (və ya qalıq borc məbləğinin) Cavabdeh1 tutulmalı olması müəyyən edilməlidir.
55. Belə ki, MPM-in 220.6-ci maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
56. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 28 manat dövlət rüsumunun 14 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməli, qalan hissəsi isə Cavabdeh1 aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3561/2024 saylı qətnaməsi qismən - əsas borcun, dəbbə pulunun və məhkəmə xərclərinin müştərək qaydada Cavabdeh1 tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Eyni zamanda qətnamənin icra qaydası olaraq müəyyən edilsin ki, Cavabdeh2 qətnaməni icra etmədiyi və ya tam şəkildə icra etmədiyi halda tutulması qət edilmiş pul vəsaitinin (ümumilikdə 3447,21 manat) ödənilməmiş hissəsi Cavabdeh1 tutulmalıdır. Apellyasiya şikayəti üçün ödənilmiş 28 manat dövlət rüsumunun 14 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh1 ödənilsin, qalan hissəsi isə Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov