Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-945/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMM-in vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2093/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış alqısatqı müqavilələrinə əsasən 14.410,76 manat malın dəyərini təşkil edən əsas borc məbləğinin və 2.594,95 manat ƏDV məbləğinin, o cümlədən iddia qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğdə dövlət rüsumunun, cəmi 17.035,7 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6.103,74 manat əsas borc, 1.098,6 ƏDV məbləği, cəmi 7.202 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-cu il tarixli qətnaməsinə düzəliş edilməsi barədə 02.07.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-cu il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək aşağıdakı kimi qeyd edilsinmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin” Bundan sonra, Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadına düzəliş edilməsi barədə 15.07.2021-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki: “Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-cu il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş “Beləliklə üzləşmə aktında ümumi məbləğin 34.267 manat olduğunu nəzərə alaraq cavabdehin ƏDV ilə birlikdə 14.267 manat (34.267-20.000=14.267) borcu qalmışdır”; “Məhkəmə qeyd edir ki, 14.267 manat qalıq borcun, əsas hissəsi 11.698,94 manat, ƏDV məbləği isə 2568,06 manat təşkil edir”; “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11.698,94 manat əsas borc, 2568,06 ƏDV məbləği, cəmi 14.267 manat məbləğində pul GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilməlidir” sözləri aşağıdakı kimi oxunsun: “Beləliklə üzləşmə aktında ümumi məbləğin 27552,90 manat olduğunu nəzərə alaraq cavabdehin ƏDV ilə birlikdə 7552.90 manat (27552,90 -20.000=7552,90) borcu qalmışdır”; “Məhkəmə qeyd edir ki, 7552,90 manat qalıq borcun, əsas hissəsi 6193,38 manat, ƏDV məbləği isə 1359,52 manat təşkil edir”; “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6193,38 manat əsas borc, 1359,52 ƏDV məbləği, cəmi 7552,90 manat məbləğində pul GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilməlidir.” Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin nəticə hissəsi aşağıdakı kimi qeyd oxunsun: İddia qismən təmin edilsin. 6193,38 manat əsas borc, 1359,52 ƏDV məbləği, cəmi 7552,90 manat məbləğində pul GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti GFC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadında göstərilmiş “Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvi düzəlildilməli və qətnamənin nəticə hissəsinin 2-ci abzasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMMnə ödənilsin” sözləri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMMnə ödənilsin” sözləri ilə əvəz edilməlidir.” Sözləri aşağıdakı kimi oxunsun: “Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvi düzəlildilməli və qətnamənin nəticə hissəsinin 2-ci abzasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin” sözləri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin”. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-cu il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadının nəticə hissəsi aşağıdakı kimi oxunsun: Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-cu il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək aşağıdakı kimi qeyd edilsin: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Fayton LTD MMM-nə ödənilsin”” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, 24.06.2021-ci il tarixli qətnamənin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək aşağıdakı kimi qeyd edilməsi barədə: “14.410,76 manat əsas borc, 2.594,95 ƏDV məbləği, cəmi 17.005,7 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-nə ödənilməsinə” dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, göstərilən qərardadda yanlışlığın nədən ibarət olması əsaslandırılmamışdır. Məhkəmə iş üzrə 3 dələ hesablama aparsa da, sonda düzgün və ədalətli məbləği müəyyən edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 228.1-ci maddəsinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası izah edir ki, MPM-in 228.1-ci maddəsinin mənasına görə, məhkəmə qətnaməsi dəyişməzlik və təkrar olunmazlıq kimi mühüm xassəyə malikdir. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla qiyabi qətnamənin, şəxsin xəbərsiz itkin düşməsi və ya ölmüş elan edilməsi haqqında qətnamənin onun çıxarmış məhkəmənin (hakimin) özü tərəfindən ləğv edilməsi halları istisna olmaqla, məhkəmənin qətnaməsi yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv oluna bilər. Sözügedən norma qətnamənin mahiyyətinə toxunmadan və ya onun mahiyyətini (məzmununu) dəyişmədən oradakı yanlışlıqların və ya açıq hesab səhvlərinin qətnaməni çıxarmış məhkəmə (hakim) tərəfindən düzəldilməsi imkanını nəzərdə tutur. Qanunvericiliklə nəzərdə tutulmuş belə bir imkan məhkəmə qətnaməsində düzəlişlər edilməsinin üsullarından biridir. MPM-in 228-ci maddəsində qətnamədə yol verilmiş səhvlərin iki növü müəyyən edilmişdir: yanlışlıqlar və açıq hesab səhvləri. Qətnamədəki yanlışlıqlar, bir qayda olaraq, ayrı-ayrı sözlərin və ya ifadələrin yazılışı zamanı yol verilmiş yazı xətaları, qrammatik və orfoqrafik səhvlərlə əlaqədar olur. Açıq hesab səhvləri, adətən, hesablama əməliyyatlarının düzgün aparılmaması və bu zaman təsadüfi, cavabdehdən tutulmalı olan pul məbləğlərinin düzgün toplanmaması kimi, səhvlərə yol verilməsi ilə əlaqədar olur. Nəzərə alınmalıdır ki, qətnamədəki hesab səhvlərinə qanunun düzgün başa düşülməməsi və ya düzgün tətbiq olunmaması nəticəsində yol verildikdə, həmin səhvlər MPM-in 228-ci maddəsində nəzərdə tutulan qaydada deyil, yalnız həmin qətnamədən verilmiş şikayət əsasında müvafiq yuxarı instansiya məhkəməsi tərəfindən qətnamənin dəyişdirilməsi və ya ləğv olunaraq yeni qətnamə (qərar) çıxarılması yolu ilə düzəldilə bilər. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 13.1-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvləri düzəldə bilər. Lakin işdən müəyyən edildiyi kimi, birinci instansiya məhkəməsi 15.07.2021-ci il tarixli qərardadı ilə nəinki 02.07.2021-ci il tarixli qərardada düzəliş etmiş, həmin qərardadla 24.06.2021-cu il tarixli qətnamənin mahiyyətini tam dəyişərək, yeni bir qətnamə qəbul etmişdir ki, bu da MPM-in 228-ci maddəsinin kodud pozuntusu olmaqla, məhkəmə qətnaməsinin dəyişməzliyi prinsipinin də zədələnməsidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2093/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMM-in şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüsyenov
Məhkəmə qərarları › İş №2-2(103)-945/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-945/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver