Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-946/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-2(82)- 355/2017 nömrəli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" (Azərbaycan) ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2016-cı il tarixində bağlanmış 2016-2264 422085 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu 31045,7 manat pulun, 30 manat dövlət rüsumunun və 5411,9 manat cərimə, cəmi 36487.5 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 10 may 2017-ci il tarixli 2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh-dən 31045.7 manat əsas borc, 5411,9 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 36487.6 manat tutularaq İddiaçı-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qiyabi qətnamə cavabdehin ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Lakin poçt şöbəsinin əməkdaşları tərəfindən göndərişin ünvan sahibinə çatdırılması hüquqi şəxsin həmin ünvandan köçməsi səbəbindən mümkün olmamışdır. Qeyd olunan qiyabi qətnamə xx.xx.2017-ci ildə icra olunması üçün Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. İşdə olan “sənədin təqdim edilməsinə dair Qəbz”dən görünür ki, 10 may 2017-ci il tarixli 2-2(82)-355/2017 nömrəli “qiyabi qətnamə və əlavə sənədlər” xx.xx.2023-cü il tarixində Cavabdeh-nin nümayəndəsi Qanuni nümayəndə təqdim edilmişdir. Daha sonra 07 avqust 2023-cü il tarixində Cavabdeh-nin nümayəndəsi Qanuni nümayəndə yenidən məhkəməyə ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2017-ci il tarixli 2-2(82)-355/2017 nömrəli qiyabi qətnaməsini və ona əlavə olunmuş sənədlərin təqdim edilməsini xahiş etmişdir. İşdə olan “sənədin təqdim edilməsinə dair Qəbz”dən görünür ki, 10 may 2017-ci il tarixli 2-2(82)-355/2017 nömrəli “qiyabi qətnamə və əlavə sənədlər” xx.xx.2023-cü il tarixində Cavabdeh-nin nümayəndəsi Qanuni nümayəndə yenidən təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2017-ci il tarixli 2- 2(82)-355/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işi təzələyərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(82)-355/2017 saylı iş üzrə qəbul edilmiş məhkəmənin qiyabi qətnaməsindən xəbəri olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh-nin nümayəndəsi Qanuni nümayəndə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 355/2017 saylı xx.xx.2017-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi apellyasiya şikayətini məhkəmə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(82)-355/2017 saylı qərardadı ilə Cavabdeh-nin nümayəndəsi Qanuni nümayəndə prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 10 may 2017-ci il tarixli 2-2(82)-355/2017 saylı qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(82)-355/2017 saylı qərardadının ləğv edilərək, buraxılmış müddəti üzürlü hesab edələrək bərpa edilməsini və işin apellyasiya qaydasında baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi Qanuni nümayəndə oğu qiyabi qətnamənin surətini xx.xx.2023-cü il tarixdə aldıqdan sonra günvurma səbəbindən 9 saylı Şəhər Poliklinikasının həkiminə, həmçinin də xx.xx.2023-cü il tarixdə “Platon” Tibb Mərkəzinə də müraciət edib və ona ev şəraitində müalicə yazıldı və evdən çıxmamaq tapşırıldı. Bu ərəfələrdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 355/2017 saylı, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsini qeyri-müəyyən şəraitdə itirmişdir. Xəstə olmağına baxmayaraq, 2-ci dəfə Bakı Kommersiya Məhkəməsinə müraciət edib, xx.xx.2023-cü il tarixdə qiyabi qətnamənin surətini alıb və səhəri gün qiyabi qətnamənin ləğvi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Yuxarıda qeyd edilən səbəblərə görə o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-355/2017 saylı xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş bir aylıq prosessul müddəti ötürmüş olub. Elektron qaydada müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti verən zaman, üzrlü səbəbdən həmin tibbi sənədləri ərizəsinə əlavə edə bilməmişdi, lakin müddətin bərpası barədə ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılan günə kimi xəstəliyi barədə tibbi sənədləri əldə edib. Əldə etdiyi tibbi sənədləri elektron qaydada məhkəməyə təqdim etmək istəsə də, lakin elektron kabinetlə eletron məhkəmə sisteminə daxil olanda “Əlaqəli yeni sənəd əlavə etmək” bölməsi görünmədiyi üçün o tibbi sənədləri elektron qaydada məhkəməyə göndərə bilməyib. Lakin məhkəmə iclasında həmin sənədləri hakimə göstərdi. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəni təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(82)-355/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(82)-355/2017 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri çatmadığından cavabdeh iclaslarda iştirak etməmiş, işə qiyabi icraat qaydasında baxılmışdır. Eyni zamanda işdən görünür ki, qətnamə icraya yönəldikdən sonra Nizami rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə akt tərtib edilmiş, aktda Cavabdeh-nin hüquqi ünvanında fəaliyyət göstərmədiyi, həmin ünvanın yaşayış ünvanı olduğu qeyd edilmişdir. Cavabdehin qanuni təmsilçisinə qətnamə kağız daşıyıcıda ilk dəfə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmişdir. İşdən görünür ki, cavabdeh məhkəməyə ikinci dəfə qətnamənin təqdim edilməsi üçün müraciət etmiş, qətnamə ikinci dəfə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Cavabdehin qanuni təmsilçisi tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizədə qeyd edilir ki, iyul ayında xəstə olmuş, ev şəraitində müalicə almışdır. Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kəskin respirator virus infeksiyasından müalicə alması barədə “Platon” Tibb Mərkəzinin arayışı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddəyə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin məhkəmə prosesləri barədə məlumatsız olduğunu, ədalət mühakiməsinin hər iki tərəfin dinlənilmə hüququ təmin edilməklə çəkişmə prinsipi əsasında həyata keçirilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin qətnaməni əldə etdikdən sonra qanuni təmsilçisinin səhhətində olan problemlərlə əlaqədar müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli, buraxılmış müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(82)-355/2017 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(82)-355/2017 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-355/2017 nömrəli xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-946/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-946/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver