Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-948/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMCnin cavabdeh “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyininə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı, keyfiyyət ilə bağlı şərtin pozulması, müqavilənin qəti icrası müddəti ilə bağlı şərtin pozulması, alıcının marağının itməsi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri Nümayəndə1 və X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı “pul”, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyininə qarşı “pul”, tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1212/2025 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “X4 Company Limited” AR Nümayəndiliyi (“alıcı”) ilə Cavabdeh MMC(“satıcı”) arasında imzalanmış 01 iyun 2022-ci il tarixli, BEOCL/2022/011 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən, Satıcı Müqavilənin ayrılmaz hissəsini təşkil edən Bölmə 2də nəzərdə tutulan malları (“Mallar”) tədarük etmək, Alıcı isə ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan 02 mart 2022-ci il tarixli Alış Sifarişinin şərtləri əsasında həmin malları qəbul edib, onların razılaşdırılmış dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. 2.1-ci bəndinə əsasən, 143.000 ABŞ dolları müəyyən edilmişdir. 02 mart 2022-ci il tarixli, PO-22-000167 nömrəli Alış Sifarişinin şərtlərinə əsasən, həmin məbləğin 50%-nin avans şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Malların çatdırılması üçün müddət isə 80- 90 gün olaraq müəyyən edilmişdir. 2.4-cü bəndinə əsasən, Alış Sifarişində başqa cür nəzərdə tutulmamışsa, ödəniş malların hazırkı müqavilə şərtləri əsasında çatdırılmasından və müvafiq çatdırılma sənədi olan Qaimə-Fakturanın imzalanmasından sonra həyata keçirilməlidir. Mallar sifarişdə göstərilən tarixdə və ya həmin müddət ərzində çatdırılmalı və ya yerinə yetirilməlidir. Alıcı bu müqavilə üzrə edilməli olan hər hansı bir ödənişi, müqavilənin ayrılmaz hissəsi sayılan alış Sifarişində nəzərdə tutulmuş ödəniş şərtinə əsasən, satıcının bank hesabına ödəməlidir. 3.1-ci bəndinə əsasən, satıcı təchiz olunan malların alış sifarişində müəyyən edilən standart və tələblərə, eləcə də tətbiq edilə bilən qanunvericiliyə (bu qanunvericilik malların mənşə ölkəsinin qanunvericiliyini və Azərbaycan Respublikasının qanunvericiliyini əhatə edir) uyğun olmasına dair alıcıya zəmanət verir. Bu baxımdan, satıcı müvafiq keyfiyyət sertifikatlarını və tələb olunan digər sənədləri, əgər alıcı tərəfindən başqa cür tələb edilməmişsə, malların təhvil verilməsi zamanı təqdim etməlidir. 3.2-ci bəndinə əsasən, satıcı alıcıya aşağıdakı zəmanətləri verir: (a) mallar qənaətbəxş keyfiyyətə malik olacaq və satıcının həyata keçirdiyi məqsədə uyğun gələcək; (b) mallar bütün həbs və girovlardan, eləcə də dizayn, material və istehsal keyfiyyəti baxımından qüsurlardan azad olacaq; (c) mallar istehsalçı tərəfindən müəyyən edilən zəmanət müddəti ərzində və ya alıcının mallardan nəzərdə tutulan məqsədlə istifadə etməyə başladığı tarixdən etibarən 12 ay müddətində (hansı daha uzundursa – “Zəmanət müddəti”) bütün texniki və normativ tələblərə cavab verməlidir. Zəmanət müddəti ərzində Satıcı mallarda və ya göstərilən xidmətlərdə yaranan bütün çatışmazlıqları və qüsurları öz hesabına aradan qaldıracaq və ya təmir edəcəkdir. Əgər təmir mümkün deyilsə, Satıcı qüsurlu malı dərhal yenisi ilə əvəzləməlidir. Alıcının spesifikasiyalarına və ya zəmanətlərə uyğun gəlməyən mallar və ya xidmətlər qəbul edilməyəcək və Satıcının hesabına ya dəyişdirilməli, ya da geri qaytarılmalıdır. Bu halda, mallar satıcının risk və xərci hesabına geri qaytarılır və ya çıxarılır. Malların alış sifarişinin tələblərinə cavab verməsini təmin etmək məqsədilə tələb olunan bütün sınaqlar və yoxlamalar Satıcı tərəfindən həyata keçiriləcəkdir. Əgər alıcı bu sınaqları və yoxlamaları öz üzərinə götürmək barədə yazılı razılıq verməyibsə, bütün müvafiq xərclər satıcının hesabına olacaqdır. 3.3-cü bəndinə əsasən, satıcı zəmanət verir ki, bu Müqavilə əsasında malların satılması üçün zəruri olan bütün dövlət icazələrini, lisenziyaları və təsdiqləri almışdır. Eyni zamanda təsdiq edir ki, bu zəmanəti alıcını müqaviləni bağlamağa sövq etmək məqsədilə vermişdir. 3.4-cü bəndinə əsasən, hər hansı digər hüquqi müdafiə vasitələrinə xələl gətirmədən, əgər mallar alış sifarişinə uyğun şəkildə təchiz edilməzsə, alıcı yuxarıda göstərilən zəmanət müddəti ərzində əlavə olaraq malların təmirini, yeni mallarla əvəz edilməsini və ya ödənilmiş məbləğin tam və ya qismən qaytarılmasını satıcıdan tələb etmək hüququna malikdir. 3.5-ci bəndinə əsasən, bu müqavilə əsasında verilmiş bütün zəmanətlər malların təhvil verilməsi və ya xidmətlərin göstərilməsindən sonra da qüvvədə qalır və malların təhvil alınması və ödənişin edilməsi bu zəmanətlərdən imtina edilməsi kimi qəbul edilmir. 3.6-cı bəndinə əsasən, satıcı malların aydın və satış məqsədinə uyğun mülkiyyət hüququna sahib olduğunu zəmanət verir. Satıcının verdiyi zəmanətlər (eləcə də əlavə imtiyazlı zəmanətlər, xidmət strategiyaları və oxşar öhdəliklər) həm alıcının müştərilərinə, həm də Alıcının malları təşkil edən aktivlərindən və ya vasitələrindən istifadə edən digər şəxslərə münasibətdə tətbiq edilə və icra oluna bilər. 4.1-ci bəndinə əsasən, mallarda hər hansı bir qüsur aşkar edildiyi və ya təchiz edilmiş malların bu müqavilədə müəyyən edilən şərtlərə, spesifikasiyalara, miqdar və ya keyfiyyət tələblərinə uyğun gəlmədiyi təqdirdə, satıcı alıcıdan müvafiq reklamasiya aktını aldıqdan sonra iki (2) təqvim günü ərzində və ya tərəflər arasında vicdanla razılaşdırılacaq digər bir müddət ərzində belə qüsurlu malları yeniləri ilə əvəz etməli və malların çatışmayan hissələrini tam şəkildə çatdırmalıdır. Satıcı, qüsurlu malların alıcıya çatdırılması ilə əlaqədar alıcıya dəymiş hər hansı maddi və qeyri-maddi zərər və itkilərə görə məsuliyyət daşıyır. Alıcı, alış sifarişinin şərtlərinə cavab verməyən təchiz olunmuş mallardan imtina etmək hüququna malikdir. Əgər alıcı malları təftiş etmək üçün ağlabatan imkana malik olmayıbsa və ya sonradan ağlabatan müddət ərzində mallarda gizli qüsurlar aşkar edilərsə, bu cür mallar qəbul edilmiş hesab edilməyəcəkdir. Təqdim edilmiş malların yoxlanılmasından sonra, Tərəflər malların keyfiyyəti və miqdarı barədə məlumatların əks olunduğu təhvil-təslim aktını imzalayacaqlar. təhvil-təslim aktının imzalanması və ya bu aktda malların keyfiyyəti ilə bağlı məlumatın yer alması, alıcının gələcəkdə mallarla bağlı irəli sürə biləcəyi hər hansı iddiaları istisna etmir. 4.2-ci bəndinə əsasən, bu Müqavilə ilə nəzərdə tutulmuş mallar alıcıya gec çatdırıldıqda, alıcı bir həftəlik güzəşt müddətindən sonra, hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.1%-i həcmində, lakin ümumi dəyərin 10%-dən artıq olmamaq şərti ilə, cərimə ödənilməsini Satıcıdan tələb edə bilər. Belə tələb olduqda, Satıcı həmin məbləği alıcıdan müvafiq iddia və ya hesab-fakturanın alınmasından sonra 5 gün müddətində ödəməlidir. Bu cərimələr alıcının öz mülahizəsinə əsasən, alıcı tərəfindən Satıcıya ödəniləcək malların dəyərindən də tutula bilər. 4.3-cü bəndinə əsasən, malın çatdırılma müddəti müqavilənin əhəmiyyətli şərtlərindən biridir. Əgər satıcı bu müqavilənin şərtlərinə əsasən malları vaxtında çatdırmasa və ya mallarda aşkar edilmiş hər hansı qüsurlar müqavilədə nəzərdə tutulan müddətlər ərzində aradan qaldırılmasa, alıcı belə hallarda təchiz olunmamış və/və ya qüsurlu malları hər hansı üçüncü tərəfdən satın almaq və bununla əlaqədar dəymiş zərər və çəkilmiş xərclərin satıcı tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən, satıcı, malların istehsalı, qablaşdırılması və çatdırılması ilə bağlı bütün tətbiq edilə bilən normativ hüquqi tələblərə və standartlara riayət etməlidir. 4.5-ci bəndinə əsasən, mallar, alıcının təlimatlarına və/və ya daşıyıcının tətbiq oluna bilən hər hansı normativ sənədlərinə və tələblərinə əsasən düzgün şəkildə nişanlanmalı və alış sifarişində göstərilən çatdırılma yerinə zərərsiz şəkildə çatdırılması üçün lazımi qaydada qablaşdırılmalıdır. Alış sifarişinin nömrəsini əks etdirən qablaşdırma qeydi malın hər bir tədarükündə və ya partiyasında göstərilməlidir. 4.6-cı bəndinə əsasən, əgər mal hissə-hissə tədarük ediləcəksə, bu müqaviləyə ayrıca tədarüklər üzrə deyil, vahid (tək) bir müqavilə kimi baxılacaq. 4.7-ci bəndinə əsasən, mal alış sifarişi əsasında alıcıya çatdırıldıqdan sonra, malın zədələnməsi və ya itirilməsi ilə bağlı risk alıcıya keçir. Malın mülkiyyət hüququ isə çatdırılma anından etibarən alıcıya keçir. Lakin əgər malın çatdırılmasına qədər ödəniş edilmişsə, mülkiyyət hüququ həm ödəniş edildiyi, həm də Alış sifarişində göstərilənçatdırılma anı baş verdiyi andan etibarən alıcıya keçir. Mülkiyyət hüququ alıcıya çatdırılmadan əvvəl keçərsə, bu halda belə, mal ilə bağlı risklər, ziyan və əlaqəli xərclər satıcının məsuliyyəti olaraq qalır. 4.8-ci bəndinə əsasən, satıcı, bu müqavilə çərçivəsində verdiyi zəmanətləri pozduğu və bununla bağlı alıcıya qarşı hər hansı iddia qaldırıldığı halda, alıcının məruz qaldığı bütün məsuliyyətləri və zərərləri tam şəkildə ödəməlidir. 5.1-ci bəndinə əsasən, hazırkı müqavilə 01 iyun 2022-ci il tarixindən etibarən qüvvəyə minir və 01 iyun 2023-cü il tarixinədək qüvvədə qalır. satıcının alış sifarişini yazılı şəkildə təsdiqləməsi, bu alış sifarişini və onun şərtlərini qəbul etməsi hesab edilir. 5.2-ci bəndinə əsasən, alıcı, bu Müqavilənin qüvvədəolma müddətinin başa çatmasından əvvəl istənilən vaxt, satıcıya azı 10 gün əvvəl yazılı bildiriş göndərməklə, hazırkı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda, satıcıya xitamla bağlı bildiriş göndərilməmişdən əvvəl, alıcı satıcının bu müqavilənin şərtlərini icra etmək məqsədilə satın aldığı mallar və xidmətlərlə bağlı çəkdiyi əsaslandırılmış xərclərin əvəzini ödəməlidir. 5.3-cü bəndinə əsasən, əgər satıcı malların təhvil verilməsi üçün nəzərdə tutulan tarixdən etibarən 10 təqvim günü ərzində malları təhvil verməzsə, Alıcı 2 gün əvvəl yazılı bildiriş göndərməklə hazırkı müqaviləyə xitam vermək hüququna malikdir. Bu halda satıcı, alıcının çəkdiyi bütün xərclərin əvəzini ona ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
2. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli 143000 ABŞ dolları məbləğində hesab faktura göndərilmişdir.
3. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında PO-22-000167 saylı 143 000 ABŞ dolları məbləğində alış sifarişi imzalanmışdır.
4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 121550 manat köçürülmüşdür.
5. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, alış Sifarişi əsasında hazırlanmaqda olan mallara baxış keçirilmiş və mühərrik, su radiatorunun yeni olmadığı və kardan val birləşmələrin düz ox boyu tarazlanmadığı aşkar edilmiş və İDS-in rəhbərliyinə irad olaraq bildirilmişdir. Bu Protokol İDS və Bahar Enerji tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
6. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, bu Protokola əsasən isə qeyd edilən Mallara baxış keçirilmiş və sınaq edilmişdir. Yenidən aşkar olunmuş nöqsanlarla bağlı qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra bir»ə təkrar sınaq edilməsi qərara alınmışdır.
7. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında imzalanmış 30 dekabr 2023-cü il tarixli protokola əsasən mallara yenidən baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində nöqsanlar aşkar edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır.
8. İşə birinci instansiya məhkəməsində baxılarkən əhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində iddiaçının işçisi olduğunu, 2021-ci ilin dekabr ayında 2 qaldırıcı qurğu ilə bağlı sifariş olmuşdur. 2022-ci ilin yayında 50% ödəniş edilmişdir. Daha sonra tərəflər arasında iclas keçirilərək sifariş verilən dəzgahın necə işləyəcəyi ilə bağlı danışıqlar olmuşdur. Müqaviləyə əsasən, 80-90 gün ərzində nasos təhvil verilməli idi, lakin bu müddətin keçməsinə baxmayaraq, nasos təhvil verilmədi. 2022-ci ildə, daha sonra 2023-cü ilin fevralın 15-də də iclaslar keçirildi, hamısında qüsurlar aşkar olunsa da satıcı həmin nasoslardakı qüsurları aradan qaldırmadı.
9. Vurucu nasos üçün ümumi tələbləar adlı sənəddə sifariş edilən nasosun texnik xarakteristikaları sadalanmışdır. Sənədə nasos tam hazır olduqdan sonra qurğuya təchizatçının bazasında yekun sınaq və baxış keçirilməsi üçün sifarişçinin əməkdaşlarının iştirakı və təmin olunmalı olması barədə qeyd daxil edilmişdir.
10. Tərəflər arasında aparılmış e-mail yazışmalarından müəyyən edilir ki, tərəflər sifariş edilmiş nasosların çatdırılması və hazırlanması vəziyyəti, sınaqların aparılması, eləcə də müqavilənin ləğv edilməsi ilə bağlı danışıqlar aparmışlar.
Birinci instansiya məhkəməsindəki icraat: a) İlkin iddia
11. İddiaçı “X4 Company Limited” AR Nümayəndəliyi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən avans olaraq ödənilmiş 121.550 manat və həmin məbləğə münasibətdə hesablanmış olmaqla 15.193 manat məbləğində cərimənin, ümumilikdə, 136.693,75 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426.74 manat pulun Cavabdeh MMC-dən İddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 Company Limited” şirkətinin Azərbaycan Respublikasınsda Nümayəndəliyi ilə Cavabdeh arasında 01 iyun 2022-ci il tarixli, BEOCL/2022/011 №-li Alqısatqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı Müqavilənin ayrılmaz hissəsini təşkil edən Bölmə 2-də nəzərdə tutulan Malları tədarük etmək, alıcı isə ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan 02 mart 2022-ci il tarixli alış sifarişinin şərtləri əsasında həmin malları qəbuledib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilə üzrə qiymət müqavilənin 2.1-cimaddəsinə əsasən 143.000 ABŞ dolları müəyyən edilmişdir. 02 mart 2022-ci il tarixli, PO-22- 000167 nömrəli alış sifarişinin şərtlərinə əsasən həmin məbləğin 50% avans şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Malların çatdırılması üçün müddət isə 80-90 gün olaraq müəyyən edilmişdir. Nəticədə, iddiaçı tərəfindən 24 iyun 2022-ci il tarixində 121.550 manat məbləğində pul cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçının müqavilə və alış sifarişinin şərtlərinə tam şəkildə riayət etməsinə baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin şərtlərinə əsasən təhvil verilməli olan mallar qüsurlu olduğuna və həmin qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmadığına görə, onlar bugünədək İddiaçıya təqdim edilməmişdir. Bu hallar keçirilmiş görüşlər və sınaqlar nəticəsində qarşılıqlı surətdə təsdiq edilmiş (o cümlədən Cavabdehin podratçısı“AzELMAŞ” tərəfindən) aktlar, ptotokollar, həmçinin elektron yazışmalarda öztəsdiqini tapır. Belə ki, iddiaçı və cavabdeh arasında 17 may 2023-cü il tarixində imzalanmış protokola əsasən, alış sifarişi əsasında hazırlanmaqda olan mallara baxış keçirilmiş və mühərrik, su radiatorunun yeni olmadığı və kardan val birləşmələrin düz ox boyu tarazlanmadığı aşkar edilmiş və təchizatçı şirkətin rəhbərliyinə irad olaraq bildirilmişdir. Həmçinin 03 noyabr 2023-cü il tarixli protokola əsasən, qeyd edilən mallara baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində vurucu nasosun kardanının nasosa birləşən hissəsində və orta plunjerində yağ, klapanlarında su sızması, yağlama sistemində ventillərin olmaması aşkar edilmişdir. İşçi heyət üçün texniki su çəninin önündə dayanma meydançasının olmaması irad olaraq bildirilmişdir. Mühərrikin dövrlər sayının normadan çox olması və nasosda təzyiq yaratma zamanı“P=25 atm” -də mühərrikin sönməsi müşahidə edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır. Qarşılıqlı surətdə təsdiqlənmiş 30 dekabr 2023-cü il tarixli protokola görə, mallara yenidən baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində mühərrik işə salınan zaman yağ təzyiqinin, ilkin olaraq, “P=4 atm” olması, 13 dəqiqə işlədikdən sonra “P=3 atm” -ə enməsi və mühərrikin dövrlər sayının normadan çox olması, eyni zamanda su radiatorunda qaynatma müşahidə edilmişdir. Vurucu nasosun “P=100 atm” –də plunjerlərinin kipgəclərində sızmalar aşkar edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır. Bütün bunların nəticəsində, İddiaçının əməliyyatlarında ciddi problemlər yaranmış və yubanmalar baş vermişdir. Əlavə olaraq, İddiaçı və Cavabdeh arasında aparılmış elektron yazışmalar da sınaq proseslərində İddiaçının avadanlıqla bağlı bildirdiyi iradlara Cavabdeh tərəfindən vaxtında reaksiya verilməməsini, avadanlığın təhvil verilməsinin müxtəlif bəhanələrlə yubadılması və, ümumiyyətlə, həyata keçirilməməsini təsdiq edir. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin 3.1cimaddəsinə əsasən, satıcı təchiz olunan malların alış sifarişində müəyyən edilən standart və tələblərə və tətbiq edilə bilən qanunvericiliyə (belə qanunvericilik malların mənşə ölkəsinin qanunvericiliyi və Azərbaycan Respublikasının qanunvericiliyidir) uyğun olması barədə alıcıya zəmanət verir və bununla əlaqədar müvafiq keyfiyyət sertifikatları və tələb olunan digər sənədləri, alıcı tərəfindən başqa şəkildə tələb edilməyibsə, mallar təchiz ediləndə təqdim etməlidir. 3.2-ci maddəyə əsasən, Satıcı alıcıya zəmanət verir ki, mallar qənaətbəxş keyfiyyətə malik olacaq və satıcının həyata keçirdiyi məqsədə uyuğun gələcək, bütün həbs və girovlardan və dizayn materialında və istehsal keyfiyyətində qüsurlardan azad olmalıdır və malın istehsalçısı tərəfindən müəyyən edilən zəmanət müddəti və ya alıcı tərəfindən malın nəzərdə tutulan məqsəd üçün istifadəsinin başlanmasından etibarən 12 ay ərzində (“Zəmanət müddəti”), hansı daha uzundursa, həmin müddətdə, bütün tələb və normativlərə cavab verməlidir. Zəmanət müddətiərzində satıcı mallarda və ya xidmətlərdə olan bütün çatışmazlıqları və qüsurları təmir edir (aradan qaldırır). Əgər təmir mümkün deyilsə, satıcı dərhal qüsurlu malı yenisi ilə əvəzləyir. Alıcının spesifikasiyaları və ya zəmanətlərindən fərqlənən mal və ya xidmətlərdən imtina ediləcək və satıcının onları gecikmədən dəyişdirməsi və ya çıxarması üçün saxlanılacaq və ya satıcının öz risk və ya xərci hesabına geri qaytarılacaq. Malların alış sifarişinin tələblərinə cavab verməsini təmin etmək məqsədilə tələb olunan bütün sınaqlar və yoxlamalar satıcı tərəfindən aparılacaq və alıcı xərcləri öz üzərinə götürməsi barədə xüsusi yazılı razılıq vermədikdə, satıcının öz hesabına olacaqdır. Həmin müqavilənin 3.3cü maddəsinə əsasən, satıcı zəmanət verir ki, o, bu müqavilə əsasında malların satılması üçün bütün dövlət icazələrini, lisenziya və təsdiqlərialmışdır və təsdiq edir ki, o alıcını bu müqaviləni bağlamağa sövq etmək məqsədilə zəmanət vermişdir. 3.4-cü maddəyə əsasən, hər hansı bir digər hüquq-müdafiə vasitəsinə xələl gətirmədən, əgər mallar alış sifarişinə uyğun təchiz edilməzsə, alıcı əlavə olaraq satıcıdan yuxarıda müəyyən olunan müddət ərzində malların təmirini və ya yeni malların təchizini və ödənilmiş qiymətin hər hansı bir hissəsinin qaytarılmasını tələb etmək hüququna malikdir. 3.5- ci maddəyə görə, bu müqavilə əsasında verilən bütün zəmanətlər malların tədarükü və ya göndərilməsindən və ya xidmətərin göstərilməsindən sonra da qüvvədədir və sözügedən malların təhvil alınması və belə mallar üçün ödənişin edilməsisəbəbindən bu zəmanətlərdən imtina edilmiş hesab edilməyəcəkdir. 3.6-cı maddəyə görə, satıcı malların aydın və satış məqsədlərinə uyğun mülkiyyət hüququnun olması barədə zəmanət verir. satıcının zəmanətləri (və hər hansı əlavə imtiyazlı zəmanətləri, xidmət strategiyaları və ya oxşar öhdəliklər) alıcının müştəriləri və ya alıcının malları təşkil edən aktiv və ya vasitələrinin istifadəçiləri, həmçinin alıcı tərəfindən icra edilə biləndir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, mallarda hər hansı bir qüsurun aşkar edildiyi və ya təchiz olunan malların bu müqavilədə müəyyən edilən şərtlərə və/və ya spesifikasiyalara və/və ya miqdara və/və ya keyfiyyətə uyğun gəlmədiyi təqdirdə, satıcı alıcıdan müvafiq reklamasiya aktını aldıqdan sonra 2 təqvim günündən gec olmayan müddət ərzində və ya tərəflər arasında vicdanla razılaşdırıla bilən başqa bir müddətdə belə qüsurlu malları əvəzləmək və malların çatışmayan hissələrini çatdırmaq barədə məsuliyyət daşıyır. Alıcı malları təftiş etmək üçün ağlabatan imkana malik olmayanadək və ya sonradan ağlabatan müddət ərzində mallarda gizli qüsurun aşkara çıxdığı halda, bu cür malı qəbuletmiş hesab edilməyəcəkdir. 4.2-ci maddəyə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş mallar alıcıya gec çatdırıldıqda, alıcı 1 həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0,1%-i həcmində, lakin gecikdirilmiş Malların ümumi dəyərinin 10%- dən artıq olmamaq şərtilə cərimə ödənilməsini satıcıdan tələb edə bilər. Belə tələb olduqda, Satıcı həmin məbləği alıcıdan müvafiq iddia və/və ya hesab-fakturanın alınmasından sonra 5 gün müddətində ödəməlidir. Bu cərimələr alıcının öz mülahizəsinə əsasən alıcı tərəfindən satıcıya ödəniləcək malların dəyərindən də tutula bilər. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, malın çatdırılması müddəti müqavilənin əhəmiyyətli müddəalarındandır. Satıcı hazırkı müqavilənin şərtlərinə əsasən hər hansı malı vaxtında çatdırmadığı və ya mallarda aşkar edilmiş hər hansı qüsurların müqavilədə nəzərdə tutulan müddətlərdə aradan qaldırılmadığı təqdirdə, alıcı belə təchiz olunmamış/qüsurlu malları hər hansı üçüncü tərəflərdən satın almaq və satıcıdan bu cür satınalma ilə əlaqədar bütün zərərləri/xərcləri ödəməsini tələb etmək hüququna malikdir. b) Qarşılıqlı iddia tələbi
13. 25.12.2024-cü il tarixdə cavabdeh “Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin “İntegrated Drilling Services" MMC-nə qarşı “ödənilmiş 121550 manat məbləğin geri qaytarılması və 15193 manat cərimənin Ödənilməsi barədə” ilk iddia tələbinin təmin edilməməsi, “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən "xxxx" MMC-nə 121.550 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin MR-TD-021221- 047 saylı xx.xx.2022-ci il tarixli alış sifarişinə və tərəflər arasında bağlanmış BEOCL2022/011 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosu üçün 50% avans məbləği, yəni 121.550 manat İddiaçı tərəfindən qarşılıqlı iddiaçının bank hesabına daxil olmuşdur. Sifarişin icrası üçün qaışılıqlı iddiaçı tərəfindən X6 Firması ilə müqavilə bağlanılmışdır. Azelmaş ETF, Azinmaş TASC-nin törəmə müəssisəsi olaraq 1993-cü ildə yaranmış, yüksək peşəkar, təcrübəli, elmi dərəcələrə malik mütəxəssisləri və neft avadanlıqlarının istehsalını həyata keçirən dəzgahlara malik müəssisədir. Uzun illər boyu Azərbaycan neft sənayesində istehsal olunan bütün avadanlıqlar AZİNMAŞ TASC-də (institut) hazırlanmış eskiz və layihələrə əsasən aparılmışdır. Sifarişə əsasən hazırlanacaq 2 dəst vurucu nasos kompleksinin texniki müzakirələrin aparılması məqsədi ilə bir neçə dəfə texniki nümayəndələrin görüşləri keçirilmişdir, eskiz-layihə təsdiqlənmişdir. Komplektləşdirmə zamanı istifadə olunacaq mühərrik, surətlər qutusu, nasos və sair texniki suallar dəfələrlə müzakirə olunmuşdur. Bu sifarişə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosunun hazırlanması üçün, xx.xx.2022-ci tarixində ümumi dəyəri 204.000 manat olan 2 ədəd Caterpillar dizel mühərriki, 2 ədəd Allison mühərriki, həmçinin xx.xx.2023-cü il larixində dəyəri 23.839,14 manat (19,960,80 manat + gömrük xərcləri 3.878.34 manat) olan 2 ədəd SİN32 nasosu idxal olunmuşdur. 2023-cü ilin mart ayından avadanlığın komplekləşdirilməsi başlanılmışdır İstehsalın gedişatı zamanı, müxtəlif vaxtlarda qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri istehsal prosesi ilə yaxından tanış olmuşdur. Üzürlü səbəblərdən istehsal prosesi planlaşdırılan zamandan gec tamamlanmışdır. Gecikmələrə səbəb, sifarişin icrası müddətində BEOC lərəfindən daha vacib sifarişlər (barabanların təmiri, baraban dəstinin istehsalı) yerləşdirilmişdir və icra olunmuşdur. Avadanlıqlar təhvil verilmiş, sahədə quraşdınimiş, sınaq işləri aparılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin ərazisində yerləşən daha əvvəl təhvil verilmiş qaldırıcı qurğu dəstlərinə texniki xidmətlər, sazlama işləri aparılmışdır. Zavodun ərazisi .Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olduğundan, ərazidə böyük miqyaslı yenidənqurma işləri aparılmışdır. Belə ki, emalatxanalar, dəzgahlar başqa yerə köçürülmüşdür ki, köç zamanı böyük vaxt itkisi baş vermişdir. İstehsalçı müəssisənin mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dövlət sifarişi əsasında aparılan layihələrin həyaıa keçirilməsinə cəlb olunmuşdur. Bütün bu fasilələrə baxmayaraq, 1dəst vurucu nasos qurğusunun istehsalı xx.xx.2023-cü il tarixində bitmişdir. Digər nasos qurğusu da 60% komplektləşdiriİmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin iştirakı ilə ilkin sınaqlar aparılmışdır. Bəzi bərkitmə, sazlama işlərinə ehtiyac olduğu aşkar olmuşdur. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri avadanlıqla bağlı yeni təkliflər və tələblər irəli sürmüşlər. Qüsurlar Cavabdeh MMC tərəfindən aradan qaldırlmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin mütəxəssislərinin verdiyi təkliflərin, tələblərin həyata keçirilməsi üçün əlavə məsrəflər və vaxt sərf olunmasına baxmayaraq, bütün bu təkliflər, tələblər yerinə yetirilmişdir. Növbəti dəfə xx.xx.2023-cü il larixində. xx.xx.2023-cü il larixində, 03.11,2023-cü il tarixində sınaqlar aparılmışdır. Vurğulamaq zəruridir ki, hər dəfə baxış keçirərkən konragentin yeni mütəxəssisi iştirak etdiyindən, fərqli fikir, tələb və təkliflər irəli sürülmüşdür. Mütəxəssislərin irad bildirdiyi qüsurlar aradan qaldırılmış, verdiyi bütün təkliflər, tələblər yerinə yetirilmişdir. Avadanlıq tam hazır olduqdan sonra qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin iştirakı ilə növbəli dəfə xx.xx.2023- cü il tarixində avadanlıq yenidən sınaq olunmuşdur. 40 dəqiqə yüksək təzyiq altında sınaq işləri aparılmışdır. Sınaq zamanı mümkün xırda qüsurların olması (salniklər, termoslar) aşkarlanmışdır ki, bu qüsurlar qısa müddətdə aradan qaldırılmışdır və xx.xx.2024-cü il larixində mütəxəssislər avadanlığa baxış üçün dəvət olunmuşlar. Lakin qarşılıqlı iddia üzrə cavabdehln mütəxəssislər tərəfindən yeni tələblər (mühərrikin sökülərək visual və funksional inspeksiyası icraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilməlidir) irəli sürülmüşdür. Mühərrik dəvət olunmuş təcrübəli mütəxəssis tərəfindən visual və funksional inspeksiya olunmuşdur, müsbət rəy və təminat alınmışdır. Dəfələrlə sınaq olunmuş, tam işlək vəziyyətdə olan mühərrikin sökülərək sınaq olunması əlavə vaxt və böyük maliyyə məsrəfi olduğu üçün, buna ehtiyac olunmadığı bildirilmişdir. Lakin Sifarişçi sonuncu əsassız tələbi həyata keçirmədiklərini əsas gətirərək, nasos dəstinin alınmasından xx.xx.2024-cii il tarixində imtina etmişdir. Qeyd etmək zərundir ki, istehsal prosesində qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin irəli sürdüyü tələblər, tərəflər arasında müqavilə bağlanılarkən, icraçının öhdəliyi kimi təsbir edilməmişdir. Sifarişçinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində ikinci dəst nasos qurğusunun alınmasından imtina edilmişdir (sifarişdə olan 2-ci dəst nasos qurğusunun istehsalına tələbimizi saxlayırıq). Hazırda qarşılıqlı iddia üzrə iddiaçının emalatxanasında, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun, xüsusi parametrlərə,tələblərə (vuruculuq qabiliyyəti, ölçüləri və s.) əsasən istehsal olunmuş, sifarişçinin nümayəndələrinin iştirakı ilə dəfələrlə sınaq olunmuş, ümumi dəyəri 243.100,00 manat təşkil edən 2 dəst tam vurucu nasos dəsti mövcuddur. Nasos dəstlərinin hazırlanması üçün tələb olunan komplektləşdirici hissələrin alınması üçün qarşılıqlı iddiaçı bankdan kredit gotürmüş, Azelmaş ETF-nin mütəxəssisləri uzun müddət bu avadanlıqların yığılmasına cəlb olunmuş, bu səbəbdən bütün bu işlərin görülməsi üçün qarşılıqlı iddiaçının Azelmaş ETF-yə 83.000 manat kreditor borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "X4 Company Limted” Şirkətinin Azərbaycan Respublikasinda Nümayəndəliyinə pretenziya göndərərək, 121.550 manat borcun ödənilməsini tələb elmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh borcu ödəməkdən imtina etmişdir. Hesab edirlər ki, müqavilə üzrə qarşılıqlı iddiaçıya ödənilməli olan 121.550,00 manat vəsait də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməlidir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1212/2025 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən 121550 manat əsas borc, 5000 manat cərimə və ödənilmiş dövlət rüsumu kimi 420 manat məbləğin ilkin iddia üzrə iddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə ödənilməsi qət edilmişdir. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilə qiymətinin yarısını cavabdehin hesabına köçürmüşdür. Cavabdeh isə müqavilə şərtlərinə uyğun lazımı keyfiyyətdə mal ilə iddiaçını təchiz etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 121550 manat məbləğində avans ödənilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini - təqdim edilməsi nəzərdə tutulan nasosların onlara vaxtında və lazımı keyfiyyətdə təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə qeyd edib ki, qeyd edilən halın, yəni Cavabdeh MMC tərəfindən müqavilədə göstərilən müddətdə (80-90 gün) təhvil verilməli olan malların vaxtında və lazımı keyfiyyətdə təqdim edilməməsi məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla, şahid ifadəsi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış mallara baxış keçirilməsi barədə protokollar ilə tam təsdiqini tapmişdir, iddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-nə 121550 manat məbləğində pulun ödənilməsi ödəniş tapşırığı ilə təsdiqini tapmış, həmçinin tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Qeyd edilənlər, həmçinin ilkin iddia üzrə cavabdeh tərəfindən qeyd edilən halları təkzib edəcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini, qanunvericilik normalarını, həmçinin tərəflər arasında mövcud müqavilənin 4.1, 4.2.,4.3-cü bəndlərinin tələblərini, Mülki Məcəllənin 567, 569.2, 581,586, 587-ci maddələrinin tələblərini, müqavilədə malların təhvili ilə bağlı konkret vaxtın müəyyən edildiyini, alıcının alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu üçün alıcının ona marağının itməsini nəzərə alaraq məhkəmə hesab edib ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Bununla yanaşı iş materiallarından görünüb ki, iddiaçı iddia ərizəsində həmçinin 15193 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 5000 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi -"xxxx" MMC-nə 121.550 (yüz iyirmi bir min beş yüz əlli) manat borcun ödənilməsi- ilə bağlı məhkəmə qeyd edib ki, hazırkı halda qarşılıqlı cavabdeh tərəfindən mülki hüquq pozuntusuna, eləcə də müqavilə öhdəliklərinin pozulmasına yol verilməsi müəyyən edilmədiyindən məhkəmə hesab edib ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Hazırkı qətnamə ilə “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiası qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməlidir. Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, qarşılıqlı iddia üzrə 411.55 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 567, 569.2, 581.1, 581.2, 586.1, 587.1, 587.2, 462.1, 467, 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə çıxarılaraq, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
19. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasinda Nümayəndəliyniin MRTD-021221-047 saylı xx.xx.2022-ci il tarixlialış sifarişinə və tərəflər arasında bağlanmış BEOCL2022/011 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosu üçün 50% avans məbləği, yəni 121.550,00 manat İddiaçı tərəfindən qarşılıqlı iddiaçının bank hesabına daxil olmuşdur. Sifarişin icrası üçün qarşılıqlı iddiaçı tərəfindən X6 Firması ilə müqavilə bağlanılmışdır. Azelmaş ETF, Azinmaş TASC-nin törəmə müəssisəsi olaraq 1993-cü ildə yaranmış, yüksək peşəkar, təcrübəli, elmi dərəcələrə malik mütəxəssisləri və neft avadanlıqlarıın istehsalını həyata keçirən dəzgahlara malik müəssisədir. Uzun illər boyu Azərbaycan neft sənayesində istehsal olunan bütün avadanlıqlar AZİNMAŞ TASCdə(institut) hazırlanmış eskiz və layihələrə əsasən aparılmışdır. Sifarişə əsasən hazırlanacaq 2 dəst vurucu nasos kompleksinin texniki müzakirələrin aparılması məqsədi ilə bir neçə dəfə texniki nümayəndələrin görüşləri keçirilmişdir, eskiz-layihə təsdiqlənmişdir. Komplektləşdirmə zamanı istifadə olunacaq mühərrik, sürətlər qutusu, nasos və sair texniki suallar dəfələrlə müzakirə olunmuşdur. Bu sifarişə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosunun hazırlanması üçün, xx.xx.2022-ci il tarixində ümumi dəyəri 204.000 manat olan 2 ədəd Caterpillar dizel mühərriki, 2 ədəd Allison mühərriki, həmçinin xx.xx.2023-cü il tarixində dəyəri 23.839,14 manat (19.960,80 manat +gömrük xərcləri 3.878,34 manat) olan 2 ədəd SİN32 nasosu idxal olunmuşdur.2023-cü ilin mart ayından avadanlığın komplektləşdirilməsi başlanılmışdır. İstehsalın gedişatı zamanı, müxtəlif vaxtlarda qarşılıqlıiddia üzrəcavabdehin nümayəndələri istehsal prosesi ilə yaxından tanış olmuşdur. Üzürlü səbəblərdən istehsal prosesi planlaşdırılan zamandan gec tamamlanmışdır. Gecikmələrə səbəb, sifarişin icrası müddətində BEOC tərəfindən daha vacib sifarişlər (barabanların təmiri, baraban dəstinin istehsalı) yerləşdirilmişdir və icra olunmuşdur. Avadanlıqlar təhvil verilmiş, sahədə quraşdırılmış, sınaq işləri aparılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin ərazisində yerləşən daha əvvəl təhvil verilmiş qaldırıcı qurğu dəstlərinə texniki xidmətlər, sazlama işləri aparılmışdır. Zavodun ərazisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olduğundan, ərazidə böyük miqyaslı yenidən qurma işləri aparılmışdır. Belə ki, emalatxanalar, dəzgahlar başqa yerə köçürülmüşdür ki, köç zamanı böyük vaxt itkisi baş vermişdir. İstehsalçı müəssisəninmütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dövlət sifarişi əsasında aparılan layihələrin həyata keçirilməsinə cəlb olunmuşdur. Bütün bu fasilələrə baxmayaraq, 1 dəst vurucu nasos qurğusunun istehsalı xx.xx.2023-cü il tarixində bitmişdir. Digər nasos qurğusu da 60% komplektləşdirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin iştirakı ilə ilkin sınaqlar aparılmışdır. Bəzi bərkitmə, sazlama işlərinə ehtiyac olduğu aşkar olmuşdur. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri avadanlıqla bağlı yeni təkliflər və tələblər irəli sürmüşlər. Qüsurlar Cavabdeh MMC tərəfindən aradan qaldırılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin mütəxəssislərinin verdiyi təkliflərin, tələblərin həyata keçirilməsi üçün əlavə məsrəflər və vaxt sərf olunmasına baxmayaraq, bütün bu təkliflər, tələblər yerinə yetirilmişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində sınaqlar aparılmışdır. Vurğulamaq zəruridir ki, hər dəfə baxış keçirərkən konragentin yeni mütəxəssisiiştirak etdiyindən, fərqli fikir, tələb və təkliflər irəlisürülmüşdür. Mütəxəssislərin irad bildirdiyi qüsurlar aradan qaldırılmış, verdiyi bütün təkliflər, tələblər yerinə yetirilmişdir. Avadanlıq tam hazır olduqdan sonra qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin iştirakı ilə növbəti dəfə xx.xx.2023-cü iltarixində avadanlıq yenidən sınaq olunmuşdur. 40 dəqiqə yüksək təzyiq altında sınaq işləri aparılmışdır. Sınaq zamanımümkün xırda qüsurların olması(salniklər, termostat) aşkarlanmışdır ki, bu qüsurlar qısa müddətdə aradan qaldırılmışdır və xx.xx.2024-cü il tarixində mütəxəssislər avadanlığa baxış üçün dəvət olunmuşlar. Lakin qarşılıqlı iddia üzrə cavabdehin mütəxəssislər tərəfindən yeni tələblər (mühərrikin sökülərək visual və funksional inspeksiyasıicraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilməlidir) irəlisürülmüşdür. Mühərrik dəvət olunmuş təcrübəli mütəxəssis tərəfindən visual vəfunksional inspeksiya olunmuşdur, müsbət rəy və təminat alınmışdır. Dəfələrləsınaq olunmuş tam işlək vəziyyətdə olan mühərrikin sökülərək sınaq olunması əlavə vaxt və böyük maliyyə məsrəfi olduğu üçün, buna ehtiyac olunmadığı bildirilmişdir. Lakin Sifarişçi sonuncu əsassız tələbi həyata keçirmədiklərini əsas gətirərək, nasos dəstinin alınmasından xx.xx.2024- cü il tarixində imtina etmişdir. Qeyd edib ki, istehsal prosesində qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələrinin irəli sürdüyü tələblər, tərəflər arasında müqavilə bağlanılarkən, icraçının öhdəliyi kimi təsbit edilməmişdir. Sifarişçinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində ikinci dəst nasos qurğusunun alınmasından imtina edilmişdir (sifarişdə olan 2-ci dəst nasos qurğusunun istehsalına tələblərini saxlayırıq). Hazırda qarşılıqlı iddia üzrə iddiaçının emalatxanasında, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun, xüsusi parametrlərə, tələblərə (vuruculuq qabiliyyəti, ölçüləri və s.) əsasən istehsal olunmuş, sifarişçinin nümayəndələrinin iştirakı ilə dəfələrlə sınaq olunmuş, ümumi dəyəri 243.100 manat təşkil edən 2 dəst tam vurucu nasos dəsti mövcuddur. Nasos dəstlərinin hazırlanması üçün tələb olunan komplektləşdirici hissələrin alınması üçün qarşılıqlı iddiaçı bankdan kredit götürmüş, Azelmaş ETF-nin mütəxəssisləri uzun müddət bu avadanlıqların yığılmasına cəlb olunmuş, bu səbəbdən bütün bu işlərin görülməsi üçün qarşılıqlı iddiçının Azelmaş ETF-yə 83.000 manat kreditor borcu yaranmışdır. Cavabdeh, İddiaçınə pretenziya göndərərək, 121.550 manat borcun ödənilməsini tələb etmiş, lakin qarşılıqlı iddia üzrəcavabdeh borcu ödəməkdən imtina etmişdir. Qarşılıqlıiddia üzrə iddiaçı hesab etmişdir ki, müqavilə üzrə qarşılıqlı iddiaçıya ödənilməli olan 121550 manat vəsait də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməlidir. İlk iddia üzrə ödənilməsi tələb olunan əsas vəsait,müqavilə şərtlərinə əsasən avans olaraq ödənilmiş vəsaitdir və həmin vəsaitin qaytarılması üçün heç bir hüquqi əsas mövcud deyil. İlk iddiada cərimə qismində göstərilmiş vəsait, əsas vəsaitin tələbiəsassız olduğu üçün əsassıztələbdir. Göstərilən səbəblərdən cavabdeh, ilk iddianın rədd edilməsini xahişetmişdir. Birinci instansiya məhkəməsi, ilkin iddia üzrəiddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X4 CompanyLimited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ilkin iddiaüzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıCavabdehMMC-yə qarşı“pul”tələbinə dair ilkin iddia qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı"xxxx" MMC-dən 121.550 manat əsas borcun, 5000 manat cərimə və ödənilmiş dövlət rüsumu kimi 420 (dörd yüz iyirmi) manat məbləğin ilkin iddia üzrə iddiaçı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə ödənilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə çıxarmışdır. İş materiallarından görünür ki, iddiaçı, sifariş etdiyi nasosları qəbul etməyi və müqavilənin dəyərinin ödənilməmiş hissəsini təşkil edən 121.550 manat vəsaitin ödənilməsini öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh, iddiaçının öhdəliyini icra etməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə heç bir əsas olmadan qarşılıqlı iddianı təmin etməmiş, həmçinin, ilk iiddianı təmin etmiş, bununla da Mülki Məcəllənin 386.1 və 430.1-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi, iddiaçının hansı əsaslarla müqavilə üzrə sifariş etdiyi nasosu qəbul etməkdən və həmin nasosun dəyərini ödəməkdən imtinaetdiyini araşdırmamışdır. Bununla da yanlış nəticə çıxarmışdır. Məhkəmə baxışında, cavabdeh tərəfindən istehsal edilmiş nasosun yararsızolduğu yalnız iddiaçı tərəfin mülahizələrinə əsasən əsaslandırılmış, bununla bağlı cavabdehin təqdim etdiyi sübutları iddia tərəfinin sübutları ilə məcmu halında qiymətləndirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etdiyi işin hallarından məlumdur. İddiaçının ikinci nasosu sınaqdan keçirməkdən belə imtinası, onunmüqavilə şərtlərini pozduğunu əyani təsdiq edir. Bu səbəbdən, cavabdehin müqavilə öhdəliklərini icra etməməsi barədə məhkəmənin gəldiyi nəticə, işin hallarına uyğun deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi.
22. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Odur ki, kollegiya MPM-in 372.6cı maddəsinin tələblərini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində qətnaməni ilkin iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İlk növbədə qeyd edilir ki, iş üzrə tərəflərdən biri - “X4 Company Limited” AR Nümayəndəliyi xarici hüquqi şəxsin AR-dəki nümayəndəliyi olduğundan hazırkı mübahisə xarici elementlidir. Digər tərəfdən mübahisə tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli BEOCL/2022/011 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin 8ci bəndində tərəflər müqavilədən irəli gələn mübahisələrə AR Qanunvericiliyi tətbiq edilməklə AR Məhkəmələrində baxılması barədə razılaşmışlar. Odur ki, AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmaqla yanaşı mübahisəyə AR qanunvericiliyi tətbiq edilməlidir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh “X4 Company Limited” AR Nümayəndəliyi (alıcı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC (satıcı) arasında 01 iyun 2022-ci il tarixli BEOCL/2022/011 nömrəli alqısatqı müqaviləsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ilkin cavabdeh ilkin iddiaçının sifarişinə əsasən 2 dəst stasionar rama üzərində olan vurucu nasosun hazırlanaraq iddiaçıya təqdim edilməsini, ilkin iddiaçı isə bunun müqabilində 143.000 ABŞ dolları məbləğində pul vəsaitini ilkin cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq avans qismində 121.550 manat ödənilmişdir. Hazırda ilkin iddiaçı “X4 Company Limited” AR Nümayəndəliyi ilkin cavabdeh tərəfindən sözügedən müqavilədə nəzərdə tutulan müddət ərzində avadanlıqların onlara təqdim edilmədiyini, təhvil edilməsi təklif edilən 1 dəst nasos qurğusu komplektinin qüsurlu olduğunu, dəfələrlə sınaq keçirilməsinə baxmayaraq ilkin cavabdeh tərəfindən nasos qurğusundakı qüsurların aradan qaldırılmadığını, ikinci nasos qurğusunun ümumiyyətlə təqdim edilmədiyini, nəticədə 2024-cü ilin yanvarında tərəflərindən müqavilədən imtina edildiyini əsas göstərərək müqavilə üzrə ödənilmiş avansın geri qaytarılmasını tələb edir. Öz növbəsində ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC isə tərəflərindən iddiaçının sifarişinə uyğun 2 dəst nasosun idxal edilərək 1 ədəd nasos qurğusunun komplektləşdirildiyini, nasos qurğusunun sınaqları zamanı aşkar edilmiş qüsurların tərəflərindən aradan qaldırıldığını, ikinci nasos qurğusunun isə 60% komplektləşdirildiyini, lakin ilkin iddiaçının əsassız olaraq həmin nasos qurğularını qəbul etməkdən imtina etdiyini əsas göstərərək ilkin iddianın təmin edilməməsini və əksinə, müqaviləyə üzrə ödənilməsi nəzərdə tutulan qalan 121.550 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçıdan tutulmasını tələb edir.
31. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqısatqı müqaviləsi adlandırılsa və həmin müqavilənin şərtləri alqı-satqı müqaviləsinin xarakterik xüsusiyyətlərini özündə ehtiva etsə də, iş materiallarına əlavə edilmiş sübutlar, o cümlədən tərəflərin e-mail yazışmaları, sifariş edilən malların texniki şərtlərini əks etdirən “Vurucu nasos üçün ümumi tələblər”, eləcə də tərəflər verdiyi izahatlar əsasında müəyyən edilir ki, ilkin cavabdehin müqavilə üzrə öhdəlikləri nasos qurğularının alıcıya təqdim edilməsi ilə məhdudlaşmır, belə tərəflərin razılaşmasına əsasən ilkin cavabdeh tərəfindən nasos qurğuları və onların komplektləşdirici hissələri alındıqdan sonra həmin qurğuların ilkin iddiaçının müəyyən etdiyi texniki parametrlərə cavab verməsi üçün komplektləşdirmə işlərinin görülməli və yalnız bundan sonra sözügedən qurğular ilkin iddiaçıya təqdim edilməli idi. Odur ki, kollegiya mübahisəli müqaviləni Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən tərəflərin müqavilədən sonrakı yazışmaları və hərəkətləri nəzərə alınmaqla şərh edərək belə qənaətə gəlir ki, sözügedən müqavilə alqı-satqı və podrat müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir.
32. Digər tərəfdən qeyd edilməlidir ki, müqavilənin qiyməti müəyyən edilərək müqavilə üzrə alınması nəzərdə tutulan malların və görülməsi nəzərdə tutulan işlərin dəyəri ayrı-ayrılıqda müəyyən edilməmişdir. Belə olan halda isə cavabdehin ödənilməsi qaytarılması tələb edilən avans məbləği, eləcə də qarşılıqlı iddiaçının ödənilməsini tələb etdiyi müqavilə üzrə qalıq borc məbləği malların dəyəri ilə yanaşı işlərin görülməsinə görə haqqı da əhatə edir.
33. Odur ki, avansın qaytarılması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 599.3-cü, 759.2 və 1092.1-ci maddələri, qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci və 752.1-ci maddələri təşkil edir.
34. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 01 iyun 2022-ci tarixli müqavilədə malların 80-90 gün ərzində təqdim edilməsi nəzərdə tutulmuş və xx.xx.2022-ci il tarixdə ilkin iddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş müqavilənin qiymətinin 50%-i məbləğində avans ödənilmişdir. Lakin ilkin cavabdeh tərəfindən sifariş edilmiş qurğular yalnız xx.xx.2023-cü tarixdə AR-ə idxal edilmiş və 2023-cü ilin mart ayından komplektləşdirmə işlərinə başlanılmışdır.
35. Digər tərəfdən e-mail yazışmalara əsasən müəyyən edilir ki, 2023-cü ilin iyul ayının 11-də ilkin cavabdehin qanuni təmsilçisi (mailto:yagub@intdrill.comElektron ünvan 1) ilkin iddiaçının nümayəndəsinə müraciət edərək istehsalatda baş vermiş gecikmələri nəzərə alaraq sifarişdə qeyd edilən ikinci nasos qurğusunun sifarişdən çıxarılmasını xahiş etmişdir.
36. Digər 1 ədəd nasos qurğusunun razılaşdırılmış texniki şərtlərə və keyfiyyətə uyğun olmasının yoxlanılması məqsədilə üçün tərəflərin iştirakı ilə bir neçə dəfə sınaqlar keçirilmiş, qüsurlar aşkarlanmış, sınaqların nəticələrinə dair protokollar tərtib edilmiş və qüsurların aradan qaldırılması üçün ilkin cavabdehə dəfələrlə vaxt verilmişdir.
37. İş materiallarına əsasən o da müəyyən edilir ki, kompektləşdirilmiş nasos qurğusunun yararlılığını və qüsurların aradan qaldırılmasını yoxlamaq məqsədilə 26 yanvar 2024-cü ildə keçirilmiş sonuncu sınaqdan sonra 2024-cü ilin yanvar ayının 31-də ilkin iddiaçının nümayəndəsi tərəfindən (mailto:yunus.namazov@baharenergy.azElektron ünvan 2) cavabdehin qanuni təmsilçisi Nümayəndə2 (mailto:yagub@intdrill.comElektron ünvan 1) elektron poçt vasitəsilə ünvanlanmış məktubda tərəflər arasında əldə edilən razılığa əsasən ödənilmiş məbləğin geri qaytarılması xahiş edilmiş, martın 14-də isə Nümayəndə2 məktuba cavab verərək müqavilə üzrə göndərilmiş qeyd olunan avadanlığa dair göndərilmiş EBDH628222 elektron qaimənin geri qaytarılmasını təklif etmiş və geri qaytarmanın tərəflərindən təsdiqlənəcəyini bildirmişdir.
38. 29.03.2024-cü il tarixdə ilkin cavabdehin qanuni təmsilçisi tərəfindən 1 dəst vurucu nasos qurğusunun təqdim edilməsinə görə göndərilmiş EBDH 628222 saylı elektron qaimə-fakturanın ləğv edilməsi tələb edilmiş və həmin tarixdə elektron qaimənin ləğvi ilkin iddiaçının qanuni təmsilçisi tərəfindən təsdiqlənmişdir.
39. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi ilkin cavabdeh mübahisəli müqavilə üzrə nasos qurğularının komplektləşdirilməsi işlərinin görülməsi və 2 ədəd nasos qurğusu komplektinin ilkin iddiaçıya təqdim etmək öhdəliyini lazımi qaydada icra etməmiş, həmin qurğulardan biri ilə bağlı işlərin görülməsini 1 ildən artıq müddətə gecikdirmiş, eləcə də həmin işləri qüsurlu icra etmiş, əlavə vaxt ərzində qüsurları aradan qaldıra bilməmiş, digər qurğunu təqdim etməkdən isə ümumiyyətlə imtina etmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ilkin cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə öhdəliklərin əhəmiyyətli pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı müqavilə üzrə öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmuşdur.
40. Nasos qurğusundan aşkarlanmış qüsurların tam şəkildə aradan qaldırılması və 2024-cü ilin yanvarın 6-da keçirilmiş sonuncu sınaqla nasos qurğusunun yararlı olmasının müəyyən edilməsi, lakin ilkin iddiaçının yenə də qurğunu qəbul etməkdən imtina etməsi barədə ilkin cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sonuncu sınaq zamanı qurğunun qüsurlarının aradan qaldırılmasının müəyyən edilməsini təsdiq etmək üçün “AzELMAŞ” ETF tərəfindən (ilkin cavabdehin sifarişi ilə komplektləşdirmə işlərinin icra edən şirkət) təsdiq edilmiş akt məhkəməyə təqdim edilmişdir ki, göstərilən akt qarşı tərəfinin iştirakı olmadan tərtib edildiyindən qüsurların aradan qaldırılması faktının müəyyən edilməsi üçün yetərli deyildir. Digər tərəfdən sonuncu sınaq keçirildikdən sonra ilkin iddiaçının təqdim edilməsini 1 il yarım gözlədiyi qurğunu qəbul etməsindən imtina etdiyini və ilkin cavabdehin də müqavilənin ləğv edilməsi ilə razılaşdığını nəzərə alsaq həmin sınaq nəticəsində qurğunun tam yaralı olmasının müəyyən edilməsi barədə ilkin cavabdehin dəlilləri inandırıcı və ağlabatan görünmür. Bundan əlavə o da vurğulanmalıdır ki, ilkin cavabdehin qanuni təmsilçisi məhkəmədə verdiyi izahatında ilkin iddiaçı tərəfindən sonuncu sınaqdan sonra da onlara mühərriklə bağlı iradlar irəli sürülməsini təsdiq etmişdir.
41. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, tərəflərin sonuncu sınaqdan sonrakı yazışmaları və hərəkətləri - ilkin iddiaçının müqavilə üzrə öhdəliklərin ilkin cavabdeh tərəfindən pozulması əsası ilə müqavilədən imtina etməsi, ilkin cavabdehin buna etiraz etməməsi, əksinə müqavilənin ləğv edilməsinə razılıq verməsi, o cümlədən müqavilə üzrə elektron qaiməni ləğvə göndərməsi ona dəlalət edir ki, ilkin cavabdeh müqavilə üzrə öhdəliklərin tərəflərindən lazımi qaydada icra edilməməsini faktiki olaraq qəbul etmiş, həmin halı mübahisələndirməmişdir.
42. Odur ki, müqavilənin ləğv edilməsinin səbəbləri məhz ilkin cavabdehin, qarşılıqlı iddiaçının müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı olduğundan Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən ilkin cavabdeh (podratçı) yerinə yetirilmiş işin haqqını bu şərtlə tələb edə bilər ki, ilkin iddiaçının (sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı halda ilkin iddiaçı təhvil alınması təklif edilən nasos qurğusunun qəbul edilməsindən qüsurların mövcud olması və həmin qüsurların əlavə vaxt ərzində aradan qaldırılması əsası ilə imtina etmişdir, yəni ilkin cavabdeh tərəfindən görülmüş işlərə hər hansı marağı qalmamışdır. Bununla yanaşı ilkin cavabdeh sözügedən nasos qurğusu ilə bağlı ilkin iddiaçıya göndərdiyi elektron qaiməni ləğvə göndərməklə qurğunun ilkin iddiaçı tərəfindən qəbul edilməyəcəyi ilə razılaşmışdır. İkinci nasos qurğusuna münasibətdə isə qeyd edilməlidir ki, həmin qurğunun təqdim edilməsindən isə ilkin cavabdehin özü tərəfindən hələ müqavilə ləğv edilməmişdən öncə imtina edilmişdir.
43. Beləliklə, ilkin iddiaçı Mülki Məcəllənin 599.3, 759.2 və 1092.1-ci maddələrinə əsasən ləğv edilmiş müqavilə üzrə təqdim edilməmiş mallara və marağı qalmamış işlərə görə ödədiyi avansın qaytarılmasını tələb etməkdə haqlı olduğundan həmin hissədə ilkin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
44. Qarşılıqlı iddiaya gəldikdə qeyd edilməlidir ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində mübahisəli müqavilə üzrə ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəfindən təqdim edilmiş malların və görülməmiş işlərin dəyərinin ödənilməsini tələb edir. İşin yuxarıda göstərilən halları ilə ilkin iddiaçı, qarşılıqlı cavabdehin mal və işlərindən imtina etməsinin əsaslı olmasının müəyyən edildiyini, eləcə də ikinci nasosun təqdim edilməsindən qarşılıqlı iddiaçının özünün imtina etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
45. Qarşılıqlı iddia üzrə iddiaçının istehsalın gecikməsinin obyektiv səbəblərdən (digər sifarişlərin icrası, zavodun ərazisinin köçürülməsi, mütəxəssislərin işğaldan azad edilmiş ərazilərdə layihələrdə iştirak etməsi) baş verməsinə, habelə qarşılıqlı iddiaçının nasosların hazırlanması üçün kredit götürməsi və borcunun yaranmasına dair gətirdiyi dəlillər ilə bağlı bildirilir ki, göstərilənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilkin iddia üzrə cavabdehin iddiaçı ilə müqavilə bağlayarkən ehtimal edə və nəzərə ala bildiyi adi risklərə aid olduğundan həmin halların cavabdehin öhdəliyinin icrasının gecikdirilməsində təqsirli olmamasını təsdiq edən və öhdəliyin icrasına görə məsuliyyətdən azad edən hal kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
46. Müqavilə ləğv edildikdən sonra ilkin iddiaçının mübahisəli nasos qurğularının tərəflərindən başqa müştərilərə satılmasına mane olması (müştərilərə nasosların yararlı olmaması barədə məlumat verməsi və s.) iş materiallarında olan sübutlarla öz təsdiqi tamır, odur ki, məhkəmə həmin dəlilləri formal mülahizə kimi dəyərləndirir.
47. Digər tərəfdən ilkin iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən alqısatqı müqaviləsi üzrə malları təhvil vermək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 5000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
48. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Eyni zamanda kollegiya qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələblərinə üzrə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinə dair hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1212/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən qarşılıqlı iddiaçı, ilk Cavabdeh MMC tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov