Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-949/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-767/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4183 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə “SPECTRA DUAL” cihazının təhvil götürülməsi və ümumi borc məbləği olan 22000 (iyirmi iki min ) manat borcun, 156 (yüz əlli altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 22156 (iyirmi iki min yüz əlli altı) manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6212/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(008)- 6212/2024 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 19 avqust 2024-cü il tarixli, 4183 nömrəli nisyə alqı-satqı müqaviləsinin Cavabdeh tərəfindən imtina edilməsi əsası ilə müqaviləyə xitam verilmiş hesab edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3000 (üç min) AZN məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) AZN məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 50 AZN məbləğində pulun cavabdehdən İddiaçındən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iş məhkəmənin icraatında olan İddiaçı Cavabdeh “borcun tutulması” tələbinə dair işlə (iş № e-2-2(113)- 8044/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-767/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh iddiası təmin edilmiş, xx.xx.2024-cü il tarixli 4183 nömrəli alqısatqı müqaviləsi ləğv edilmiş hesab edilmiş, 3.000 (üç min) manat məbləğində pul İddiaçındən tutularaq Cavabdeh verilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul İddiaçındən tutularaq Cavabdeh verilməsi, dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul İddiaçındən tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
6. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 361.3-cü maddəsinə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.
Məhkəmənin mövqeyi
9. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
10. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.
11. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
12. İlk iddia üzrə İddiaçı isə apellyasiya şikayətini həmin formaya uyğun tərtib etsə də, şikayətin tələb hissəsində qətnamənin tamamilə ləğv edilməsini xahiş etmiş, ancaq qarşılıqlı iddiaya münasibətdə tələbini qeyd etməmişdir.
13. Həmçinin ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş üzrə ilkin iddia qiyməti 22.000 manat, birləşdirilmiş iş üzrə iddianın qiyməti isə 3.000 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, ilk iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 103 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.
14. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 75 manat dövlət rüsumu ödənilmişdir.
15. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.
16. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
17. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-767/2025 nömrəli, xx.xx.2025-ci il qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.