Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-954/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-819/2021 nömrəli iş üzrə 13 aprel 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 10.12.2018-ci il tarixli AZTX/264 nömrəli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə əsasən cavabdeh tərəfindən tikinti texnikalarına texniki xidmət göstərilməsi üzrə borc və gecikdirilmiş günlər üzrə cərimələr daxil olmaqla, ümumilikdə 34.713,16 manat məbləğdə pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 31.557,43 manat məbləğdə əsas borcun, 500 manat məbləğdə cərimə olmaqla ümumilikdə 32.057,43 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılmamışdır. Qətnamədə işlərin görülməsinin təsdiq edən sənədlərə istinad olunmamışdır. İddia edildiyi qədər məbləğdə iş görülməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 10.12.2018-ci il tarixdə AZTX/264 saylı tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icraçı (iddiaçı) Bakı şəhəri Şamaxı şosesi 15-ci km ünvanda yerləşən “VOLVO” avadanlıqlarının ixtisaslaşdırılmış texniki xidmət mərkəzində sifarişçinin (cavabdeh) təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh hesab-fakturanın təqdim olunduğu gündən 30 gün müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür İddiaçının tərtib etdiyi 27.12.2018-ci il tarixli EAAO 748539 saylı elekron qaiməyə əsasən 5.306,83 manat, 05.02.2019-cu il tarixli EAAP 988227 saylı elektron qaiməyə əsasən 82,25 manat, 13.07.2019-cu il tarixli EAAX 112873 saylı elektron qaiməyə əsasən 2.236,88 manat, EAAX 113086 saylı elektron qaiməyə əsasən 1.879,02 manat, EAAX 112897 saylı elektron qaiməyə əsasən 238,36 manat, EAAX 113020 saylı elektron qaiməyə əsasən 12.436,98 manat, EAAX 116385 saylı elektron qaiməyə əsasən 196,05 manat, EAAX 116388 saylı elektron qaiməyə əsasən 4.868,44 manat, EAAX 116391 saylı elektron qaiməyə əsasən 30,03 manat, EAAX 116392 saylı elektron qaiməyə əsasən 163,31 manat, EAAX 116393 saylı elekron qaiməyə əsasən 3.389,90 manat, 08.05.2020ci il tarixli EBAJ 649094 saylı elektron qaiməyə əsasən 6.614,42 manat, EBAJ 648519 saylı elektron qaiməyə əsasən 1114,86 manat dəyərində cavabdehə xidmətlər göstərilmişdir. İddiaçının təqdim etdiyi 17.01.2019-cu il tarixli 33 saylı invoysa əsasən 82,25 manat, 27.02.2019-cu il tarixli 145 saylı invoysa əsasən 2.236,88 manat, 19.04.2019-cu il tarixli 299 saylı invoysa əsasən 12437,11 manat, 11.04.2019-cu il tarixli 275 saylı invoysa əsasən 238,36 manat, 08.05.2019-cu il tarixli 368 saylı invoysa əsasən 196,05 manat, 03.06.2019-cu il tarixli 419 saylı invoysa əsasən 4868,45 manat, 10.06.2019-cu il tarixli 430 saylı invoysa əsasən 30,03 manat, 12.06.2019-cu il tarixli 443 saylı invoysa əsasən 163,31 manat, 19.06.2019-cu il tarixli 446 saylı invoysa əsasən 3.389,91 manat, 24.04.2020-ci il tarixli 272 saylı hesaba əsasən 6.614,42 manat, 25.04.2019-cu il tarixli 314 saylı invoysa əsasən 1.879,02 manat, 01.05.2020-ci il tarixli 301 saylı hesaba əsasən 1.114,86 manat dəyərdə cavabdehə xidmətlər göstərilmişdir. 12.08.2020-ci il tarixli maliyyə arayışına görə icraçı tərəfndən sifariçiyə 33.393,98 manat əsas məbləğ və 6.010,92 manat ƏDV məbləği dəyərində servis xidməti göstərilmiş və ehtiyyat hissələri təhvil verilmişdir. Sifarişçi tərəfindən icraçıya ümumilikdə 3.015,59 manat əsas məbləğ və 4831,87 manat ədv məbləği ödənilmiş, 30.378,39 manat əsas məbləğ və 1.179,04 manat ƏDV məbləği ödənilməmiş borc qalmış, müqavilənin 4.2-ci bəndinə əsasən gecikən müddət üzrə 3.037,84 manat əsas məbləğ, 546,81 manat ƏDV cərimə məbləği cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur; 757-ci maddəsinə görə, əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər; 767.1-ci maddəsinə əsasən, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır; 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda iddiaçıya borcu yarandığını mübahisə etmir. Onun şikayətinin ilk dəlili məhkəmə iclasları barədə məlumatlandırılmaması barədədir ki, bu dəlil 13.04.2021-ci il tarixli məhkəmə iclasının vaxtı ilə bağlı məhkəmə bildirişi göndərilən Poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə təkzib olunur (iş vərəqi - 81). Bundan əlavə, cavabdehin ərizəsində göstərilmişdir ki, o, qeydiyyatda olduğu hüquqi ünvanda fəaliyyət göstərmir və qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərməmədən irəli gələn məsuliyyəti hüquqi şəxs daşıyır (i.v-133). Şikayətin qətnamədə işlərin görülməsini təsdiq edən sənədlərə istinad olunmaması barədə dəlili əsassızdır. Belə ki, qətnamədən göründüyü kimi, məhkəmə öz aktında 10.12.2018-ci il tarixli müqaviləyə əsasən tərtib olunmuş elekron qaimə və invoyslara istinad etmişdir. Digər tərəfdən, cavabdeh ona göndərilmiş elektron qaimələri də mübahisələndirmir. Şikayətin iddia edildiyi qədər məbləğdə iş görülməməsinə dair dəlili də əsaslı deyil. Belə ki, dəlilin özündə belə hansı məbləğdə işin görüldüyü göstərilməmişdir. Bu kontekstdə, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsinə əsasən podratçının icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-819/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-954/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-954/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver