Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-954/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı “X3 Co., Ltd” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair ilkin, Cavabdeh iddiaçı “X3 Co., Ltd” şirkətinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi və bu pulun geri qaytarılması barədə qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-91/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından ilkin iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı “X3 Co.,” LTD Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2.978.526,40 ABŞ Dolları məbləğində pulun, bu məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində faizin və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq iddiaçı “X3 Co., Ltd” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 Co., Ltd” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 21/18/SA saylı Satınalma Müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə üzrə artıq ödənilmiş 4.886.216,00 ABŞ dolları məbləğində pulun “X3 Co., Ltd” şirkətindən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, 22 may 2024 və 27 iyun 2024-cü il tarixli məktublarında (həmin məktublar daha əvvəl iş üzrə sübut qismində məhkəməyə təqdim edilmişdir) Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Mehman Hümmətov bildirmişdir ki, qeyd edilən cinayət işinin ibtidai istintaqı zamanı X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMC-nin baş direktoru vəzifəsində işləyərkən “X3 Co. Limited” şirkətinin faktiki rəhbəri ilə cinayət əlaqəsinə girərək bazar qiymətlərinə uyğun olmayan, şişirdilmiş qiymətlərlə mal alışını rəsmiləşdirmiş və həmin qanunsuz əməliyyatlarla qiymətlərin fərqi hesabına "xxxx" MMC-yə məxsus 9333390,75 manat pul vəsaitini mənimsəmə yolu ilə talamış, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifə saxtakarlığı törətmişdir. Hazırkı iş üzrə mübahisələndirilən əqdləri bağlamış X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193- 1.3.2, 308.2, 313 və 32.4-cü maddələri ilə yekun ittiham elan edilmişdir və 18 may 2024-cü il tarixdə ibtidai istintaq başa çatdırılmışdır. Qeyd edilən cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsində 29 iyul 2024-cü il tarixə saat 15:10-a hazırlıq iclası təyin edilmişdir. Bu haqda zərərçəkmiş şəxs Cavabdeh MMC-nin nümayəndələrinə göndərilmiş məhkəmə bildirişini əlavədə qeyd edilmişdir. X7 qeyd edilən ittiham aktı ilə öz qulluq mövqeyindən istifadə etməklə qeyrilərinin köməkçiliyi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talamaqda, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israfetmə yolu ilə talamaqda, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlamaqla və konversiya etməklə maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə xeyli miqdarda pul vəsaitini leqallaşdırmaqda vəzifəli şəxs kimi qeyrilərinin köməkçiliyi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifəli şəxs kimi qeyrilərinin köməkçiliyi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətməkdə, vəzifəli şəxsləri üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadəyə və rəsmi sənədlərə biləbilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etməkdə təqsirləndirilir. Göründüyü kimi, indiki kommersiya mübahisəsinə "xxxx" MMC-nin 2008-2020-ci illər ərzində baş direktoru vəzifəsini icra etmiş X7 barəsində qaldırılmış cinayət işi yekunlaşmadıqca baxılması ədalətsiz və yanlış qərarın çıxarılmasına səbəb olacağından, mülki prosessual qanunvericilik baxımından dayandırılması zəruridir. e-2- 2(113)-91/2024 saylı məhkəmə işi üzrə icraat X7 barəsində məhkəmə icraatı qaydasında baxılan cinayət işi üzrə hökm qüvvəyə minənə qədər hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-91/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X4 Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4, 308.2 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan ilkin iddiaçı şikayət verərək qərardadın ləğv edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, cinayət üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. İttiham aktının əldə edilməsi ilə bağlı vəsatətimiz isə rədd edilib. Birinci instansiya məhkəməsi isə ittiham aktını əldə etmədən yalnız prokurorluq orqanın məktubu əsasında “işə baxılmanın mümkünsüzlüyü” qənaətinə gəlmişdir. Halbuki prokurorluq orqanının məktubunda iddiaçının “faktiki rəhbəri”nin X7 ilə cinayət əlaqəsini girdiyi qeyd olunmuşdur. Faktiki rəhbəri dediyi şəxsin iddiaçıya necə aidiyyəti olduğu həmin məktubdan aydın deyil. İttiham aktı olmadan bu əlaqənin iddiaçıya və hazırkı işin baxılmasına necə təsir etdiyini aydınlaşdırmaq mümkün deyildir. Ona görə də, hesab edirik ki, qərardadda istinad edilən cinayət işi üzrə icraatın hazırkı kommersiya mübahisəsi üzrə işə baxılmasını necə mümkünsüz etməsi isə cavabdehin ərizəsindən və iş materiallarında olan sənədlərdən aydın deyil. Belə ki, bu sənədlərin heç birində iddiaçının (və ya onun qanuni nümayəndəsinin) bu cinayət işi ilə necə əlaqəli olduğu və bu əlaqənin də bu kommersiya işinə baxılmanı necə mümkünsüz etdiyi ilə bağlı heç bir əsaslı sübut təqdim edilməyib. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbləri düzgün tətbiq edilmədən icraatın dayandırılması barədə qərardad qəbul edilmişdir. Nəticədə, müvafiq prosessual hüquq normasının düzgün tətbiq edilməməsi düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili ilkin iddiaçının qərardadan verdiyi şikayətlə bağlı məhkəməyə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini və mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-91/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-2048/2024 saylı qərarından məlum olur ki, təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4, 308.2 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X4 cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatəti təmin edilməmiş, cinayət işi məhkəməyə verilərək məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin 2-2- 02/3/2-232026224/2024 saylı 27 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMC-nin baş direktoru vəzifəsində işləyərkən digər eyni xarakterli cinayət əməlləri ilə yanaşı “X3 Co.,” şirkətinin faktiki rəhbəri Tan Ting adlı Çin Xalq Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olaraq bazar qiymətlərinə uyğun olmayan, şişirdilmiş qiymətlərlə mal alışını rəsmiləşdirmiş və həmin qanunsuz əməliyyatlarla qiymətlərin fərqi hesabına Cavabdeh MMC-yə məxsus 9.333.390,75 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamış, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İbtidai istintaq zamanı Ramin İsayevin həm “X3 Co.,”, həm də digər təşkilatlar vasitəsilə Cavabdeh MMCyə məxsus xüsusilə külli miqdar təşkil edən pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə etdiyi əmlakı leqallaşdırması tam sübuta yetirildiyindən ona Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4, 308.2 və 32.4,313-cü maddələri ilə yekun ittiham elan edilmiş və 18 may 2024-cü il tarixdə ibtidai istintaq başa çatdırılmaqla hazırda cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış edilməsi həyata keçirilir. Beləliklə, sadalanan materiallar əsasında müəyyən edilir ki, Cavabdeh MMC-nin keçmiş direktoru X7 barəsində Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4, 308.2 və 32.4,313-cü maddələri ilə yekun ittiham elan edilmiş və ibtidai istintaq başa çatdırılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə Ramin İsayevin həm “X3 Co.,”, həm də digər təşkilatlar vasitəsilə Cavabdeh MMC-yə məxsus xüsusilə külli miqdar təşkil edən pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması ittihamı da məhkəmə araşdırmasının predmetini təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən cinayət işinə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı kommersiya işi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-91/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2-2(103)-954/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-954/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver