Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-955/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2330/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli e-2-2(113)-2330/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və "xxxx" ASC-yə qarşı xidmət haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini Nümayəndə imzalamışdır. Lakin işin 14-cü vərəqəsində olan iddiaçı "xxxx" MMC-nin adından Nümayəndə adına verilmiş 14.04.2021-ci il tarixli etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusilə göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə adına verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilmədiyindən, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2330/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-955/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-955/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver