Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-955/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-612/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-612/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh "xxxx" ASC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 2.1. Sığortaçı ("xxxx" ASC) öhdəsinə götürür ki, 2.1.1. Daşınmaz əmlaka dəymiş zərərlə bağlı müqavilə şərtlərində nəzərdə tutulan 100 manat azadolma məbləği çıxdıqdan sonra 11517 manat, daşınar əmlaka dəymiş zərərlə bağlı müqavilə şərtlərində nəzərdə tutulan 480 manat azadolma məbləği çıxıldıqdan sonra 16483 manat, ümumilikdə 28000 (iyirmi səkkiz min) manat sığorta ödənişini 10 (on) iş günü müddətinə ödənilməsini öhdəsinə götürür. 2.2. Sığortalı (İddiaçı) öhdəsinə götürür ki, 2.2.1. Ümumilikdə 28000 (iyirmi səkkiz min) manat sığorta ödənişini qəbul edir, qalan 7237 (yeddi min iki yüz otuz iki) manat məbləğdən imtina etməsi ilə və həmin məbləğin hazırki sazişin 2.1-ci bəndi ilə nəzərdə tutulan qaydada ödənilməsi ilə razılaşır. 2.2.2. 2.2.1-ci bənddə qeyd edilən məbləğ ödənildikdən sonra bu iş üzrə sığortaçıya qarşı olan iddialarından, 11 aylıq müddət ərzində əldən çıxmış faydadan, mənəvi zərərə görə ödəniş tələbindən, iddia ərizəsinə görə ödənilən dövlət rüsumu və mediasiya xərcləri tələbindən imtina edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-612/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-955/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-955/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver