Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-962/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecişdirilməsinə görə 230000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı vermiş olduğu apellyasiya şikayəti AR MPM-nin 362-364, 133-cü maddələrinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli məktubla Bakı Kommersiya məhkəməsinə göndərilmiş və qeyd edilən apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilərək apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə elektron kabinetinə yerləşdirilsə də iddiaçının təmsil edildiyi vəkil bu barədə məlumatlandırılmamışdır. Hazırda iddiaçının birbaşa olaraq maraqlarına toxunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququnu əlindən almır. Hazırki şikayət edilən qərardadla isə məhkəmə əsassız olaraq iddiaçını şikayət etmək hüququndan məhrum edir. Eləcə də, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət səhhəti ilə əlaqədar üzrlü səbəblərdən buraxılıb. İddiaçının səhhətində olan problemlərlə bağlı təqdim edilən arayışlar müddətin buraxılmasının səbəbini üzrlü hesab etmək üçün əsas sayılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2- 2(113)-326/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi təqdim edilmişdir. Apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı xx.xx.2023-cü ildə başlamış, xx.xx.2023-cü ildə bitmişdir. İşdəki “X1 – Bakı” QSC tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həkim müayinəsində olmuşdur. Şikayətə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş “X1 – Bakı” QSC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 2023-cü il aprel ayında ağır vəziyyətdə “X1 – Bakı” QSC-nin tabeçiliyində olan “X2” klinkasına “Beyin qan dövranının kəskin pozulması” sindromu ilə gətirilmiş, həkim müayinəsini nəticəsində İddiaçı “Tranzitor işemik ataka” diaqnozu qoyularaq onun özünü ifadə edə bilmək qabiliyyətindən məhrum olduğu müşahidə olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı 2023-cü ilin aprel ayında səhhətində yaranmış problemlərlə əlaqədar apellyasiya şikayəti verilməsi üçün vəkillə yeni müqavilə bağlamaq və ona bu barədə göstəriş vermək imkanı olmadığından müddətin buraxılması səbəbi üzrlü hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-326/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2- 2(113)-326/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-962/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-962/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver