Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-964/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3159/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14 sentyabr 2023-cü il tarixli 10-saylı Müqaviləyə uyğun olaraq göstərilmiş daşıma xidmətinə görə 16.150 manat, gecikdirilmiş günlərə uyğun olaraq hesablanmış 1.734,85 manat dəbbə pulunun, mütəxəsis rəyinin alınmasına görə ödənilmiş 1.153 manat pulun, utilizasiya aktının alınmasına görə ödənilmiş 186 manat pulun, avtomobillərin gözləmədə olduğu günlərin sayına uyğun olaraq 400 manat pulun, dövlət rüsumunun ödənilməsinə görə 148,87 manat pulun və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş zərərin əvəzi olaraq 20.279,37 manat məbləğində\ pulun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3159/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, 16.150 (on altı min bir yüz əlli) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3159/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinininforrnasiya sistemində yaradılmış ilkin iddia üzrə cavabdehə aid kabinetdəki məlumatlardan (tarixçədən) müəyyən edilir ki, EBDZ seriyalı, 354240 nömrəli, EBDZ seriyalı, 354245 və MT2402 seriyalı, 00096175 nömrəlielektron qaiməfakturalar üzrəxidmətlərin təqdim edilməsisübuta yetirilmir. Ocümlədən, məhkəmətərəfindən xurma məhsullarının yükdaşıyıcının təqsirisəbəbindən zədələnməsi və yararsız hala düşməsi ilə əlaqədar məsələ aydınlaşdırılmamış, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bununla bağlısübutların təqdim edilməsi nəzərə alınmamışdır. Məhkəmə qətnaməsinin 32-ci bəndində birinciyanaşma olaraq qeyd edilmişdirki, Rusiya şirkəti olan Grand Trade tərəfindən CavabdehMMC-yə pretenziya məktubunun ünvanlanması ilə sonuncudan pulun tələb edilməsi ilə, İddiaçı tərəfindən həyata keçirilən daşımanın icrası ilə səbəbli əlaqəsinin olması iş materialları ilə sübuta yetirilmir. Məhkəmə qətnaməsinin 33-cü bəndində isə ikinci yanaşma olaraq qeyd edilmişdir ki, izah edilsin ki, qarşılıqlı iddiaçının məhsula dəymiş zərərin tələb edilməsi hüququ vardır. Məhkəmə qətnaməsinin 32-ci və 33-cü bəndlərində qeyd edilənlər arasında ziddiyyət də mövcuddur. Belə ki, məhkəmə ikinci yanaşmasında qarşılıqlı iddiaçının məhsula dəymiş zərərin tələb edilməsi hüququnun mövcud olmasını izah etsə də, birinci yanaşmasında zərərin tələb edilməsi ilə əlaqədar məsələyə mahiyyəti üzrə qiymət vermiş, həmin tələbi əsaslandıran halların sübuta yetirilmədiyinə istinad etmişdir. Məhkəmə qətnaməsinin 17-ci bəndində göstərilmişdir ki, qeyd edilmiş sənədlərdən və cavabdeh tərəfin də, bildirdiklərindən görünür ki, 3 ədəd nəqliyyat vasitəsində cavabdehə aid olan xurma məhsulunun daşınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qətnamənin 15-ci və 16-cı bəndlərində qeyd edilənlərə, yəni ilkin iddia üzrə iddiaçı tərəfindən 3 ədəd və cəmi dəyəri 16.150 manat təşkil edən elektron qaimə fakturanın göndərilməsinə istinad etmişdir. Lakin məhkəmə həmin elektron qaimələrin müvafiq elektron sistemdə qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib-edilmədiyinə diqqət yetirməmiş, o cümlədən qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib və təsdiq edilməməsini, bu barədəsübutların təqdim edilməməsini və bu səbəblərdən həmin qaimələrin xidmətlərin təhvilverilməsini (təqdim edilməsini) təsdiq edən sənədlər kimi qiymətləndirilməli olmamasını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inforrnasiya sistemində yaradılmış ilkin iddia üzrə cavabdehə aid kabinetdəki məlumatlardan (tarixçədən) müəyyən edilir ki, EBDZ seriyalı, 354240 nömrəli və EBDZ seriyalı, 354245 nömrəli elektron qaimə fakturalar ilkin iddia üzrəcavabdeh tərəfindən təsdiq edilməmişdir və həmin elektron qaimə fakturalar hələ də “düzəlişə qaytarıldı” statusundadır. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin infornasiya sistemində yaradılmış ilkin iddia üzrə cavabdehə aid kabinetdəki digər məlumatlardan (tarixçədən) da müəyyən edilir ki, MT2402 seriyalı,00096175 nömrəli elektron qaimə faktura xx.xx.2024-cü il tarixdə, saat 21:31-də təsdiq üçün göndərilmiş və cəmi 2 dəqiqə sonra, yəni eyni tarixdə, saat 21:33-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021- ci il 2 fevral tarixli 26 nömrəli Qərarıilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinin tələblərinə zidd olaraq, sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Yuxarıda qeyd edilənlərdən və müvafiq informasiya sistemindən çıxarışlardan görünür ki, daşıyıcı tərəfindən yüklərin daşınması xidmətlərinin yükgöndərənə təqdim edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmişdir və həmin xidmətlər yükgöndərən tərəfindən təhvil alınmamışdır. Tərəflər arasında bağlanmış 10 nömrəli, 14 sentyabr 2024-cü il tarixli yük daşınma müqaviləsinin 4.1-ci bəndində də qeyd edilmişdir ki, sifarişçi məhz razılaşdığı qaimələr üzrə ödənişləri fakturanın təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq daşıyıcı tərəfindən ona təqdim olunan bank hesabına köçürməlidir. Lakin şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi icraçının (yük daşıyıcısının) təqdim etdiyi qaimələrlə razılaşmamışdır. Bu halda sifarişçidən ödənişlərin tutulması müqavilənin şərtlərinə də uyğun deyildir. Məhkəmə Rusiya Federasiyasının X2 Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış təftişin nəticələrinə, ümumiyyətlə, münasibət bildirməmiş, həmin ekspert rəyi ilə daşınmış məhsulların zədələnməsinin sürücünün yükdaşıma rejiminə ehtiyatsız münasibəti nəticəsində baş verməsinin sübuta yetirilməsini nəzərə almamışdır. Məhkəmə qətnaməsinin 17-ci bəndində göstərilmişdir ki, qeyd edilmiş sənədlərdən və cavabdeh tərəfin də, bildirdiklərindən görünür ki, 3 ədəd nəqliyyat vasitəsində cavabdehə aid olan xurma məhsulunun daşınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə qətnaməsinin 14-cü bəndində isə göstərilmişdir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, 3 ədədnəqliyyat vasitəsində olan xurma məhsulunun Rusiyaya çatdırıldığını qeyd etsə də, 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyini bildirir. Hesab edir ki, ilkin iddia üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında xurma məhsulunun Rusiya Federasiyası ərazisinə çatdırılması barədə izahatı EBDZseriyalı, 354240 nömrəli, EBDZ seriyalı, 354245 nömrəli və MT2402 seriyalı, 00096175 nömrəli elektron qaimə fakturalar ilə birlikdə qiymətləndirilməli, həmin qaimələrin qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənməməsi səbəbindən müvafiq izahat xidmətlərin yük göndərənə təqdim edilməsinin rəsmiləşdirilməsi qənaətinə gəlmək üçün kifayət deyildir və həmin izahatda göstərilən hallar yalnız müvafiq elektron qaimələrlə də öz təsdiqini tapdığı halda sübuta yetirilmiş hesab edilə bilər. Hesab edir ki, ilkin iddia üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında xurma məhsulunun Rusiya Federasiyası ərazisinə çatdırılması barədə məhkəmə qətnaməsinin 14-cü bəndində göstərilmiş izahatı EBDZseriyalı, 354240 nömrəli, EBDZ seriyalı, 354245 nömrəlivə MT2402 seriyalı, 00096175 nömrəli elektron qaimələrin qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənməməsi səbəbindən xidmətlərin yük göndərənə təqdim edilməsinin rəsmiləşdirilməsi qənaətinə gəlmək üçün kifayət deyildir. Məhkəmə qətnaməsinin 29-cu bəndində qeyd edilmişdir ki, daşıyıcı yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı dəymiş zərərə görə məsuliyyət daşıyır. Ancaq indiki halda qarışılıqlı iddiaçı 5.510,5 kq olan yükə dəymiş zərərin əvəzini yox, məhz üçüncü şəxsin onlara qarşı olan pretenziya sənədinə istinad edərək pul tələb edir. Məhkəmə qətnaməsinin 33-cü bəndində qeyd edilmişdir ki, izah edilsin ki, qarşılıqlı iddiaçının məhsula dəymiş zərərin tələb edilməsi hüququ vardır. Məhkəmə yuxarıda qeyd edilən qənaətə gələrkən nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində sürücünün təqsiri üzündən mala ziyan vurulmasına istinad etmiş, yalnız yükün çatdırılmalı olduğu şəxsin pretenziyasını deyil, müvafiq halları təsdiq edən yazışmaları, audit (ekspert) rəyini, fotoşəkilləri də qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə təqdim etmişdir. Belə ki, Rusiya Federasiyasının X2 Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış təftişin nəticələrindən müəyyən edilir ki, **-LT-*** / **-ZA-*** nömrəli nəqliyyat vasitəsində daxil olan yükə baxış keçirilərkən palletlərin ilişməsi və nəticədə 4510.5 kiloqram yükün zədələnməsi qeydə alınmışdır. Zədələnmə sürücünün yükdaşıma rejiminə ehtiyatsız münasibəti nəticəsində baş verib. Qüsurlu məhsulların əsas problemi paletlərin və konteynerlərin bütövlüyünün pozulması nəticəsində yaranan zədələnmədir. Paletin ilişmə səbəbindən biri sürücünün hərəkət edən zaman əyləci təcili basması ola bilər. Qüsurlu məhsulları sonrakı saxlanma, satış üçün yararsızdır və utilizasiya edilməlidir. Ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdə zədələnmiş, çürümüş və təsirlənmiş meyvələrin miqdarı, eləcə də ümumi yükün vəziyyəti göstərilmişdir. Məhkəmə isə öz qətnaməsində təqdim edilmiş ekspert rəyinə, ümumiyyətlə, münasibət bildirməmişdir. Yuxarıda qeyd edilənlərdən başqa, məhkəmə iddia ərizəsinə əlavə edilməklə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə də münasibət bildirməmiş, bunun səbəblərini və əsaslarını da öz qətnaməsində göstərməmişdir. Məhkəmə o halı da nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə istinad etmişdir. Məhkəmə qətnaməsinin 17-ci bəndində göstərilmişdir ki, qeyd edilmiş sənədlərdən və cavabdeh tərəfin də, bildirdiklərindən görünür ki, 3 ədəd nəqliyyat vasitəsində cavabdehə aid olan xurma məhsulunun daşınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qətnamənin 15-civə 16-cı bəndlərində qeyd edilənlərə, yəni ilkin iddia üzrə iddiaçı tərəfindən 3 ədəd və cəmi dəyəri 16.150 manat təşkil edən elektron qaimə fakturanın göndərilməsinə istinad etmişdir. Lakin məhkəmə həmin elektron qaimələrin müvafiq elektron sistemdə qanunvericiliyin tələblərinə uyğun olaraq (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ciil 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.3-cü və 3.4-cü bəndlərinə) təsdiq edilib-edilmədiyinə diqqət yetirməmiş, o cümlədən qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib və təsdiq edilməməsini, bu barədə sübutların təqdim edilməməsini və bu səbəblərdən həmin qaimələrin xidmətlərin təhvil verilməsini (təqdim edilməsini) təsdiq edən sənədlər kimi qiymətləndirilməli olmamasını nəzərə almamışdır. Məhkəmə qətnaməsində xurma məhsullarının yükdaşıyıcının təqsiri səbəbindən zədələnməsi və yararsız hala düşməsi ilə əlaqədar məsələ aydınlaşdırılmamış, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bununla bağlı sübutların təqdim edilməsi nəzərə alınmamışdır. Məhkəmə qətnaməsinin 32-ci bəndində birinci yanaşma olaraq qeyd edilmişdir ki, Rusiya şirkəti olan Grand Trade tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubunun ünvanlanması ilə sonuncudanpulun tələb edilməsi ilə, İddiaçı tərəfindən həyata keçirilən daşımanın icrası ilə səbəbli əlaqəsinin olması iş materialları ilə sübuta yetirilmir. Məhkəmə qətnaməsinin 33-cü bəndində isə ikinci yanaşma olaraq qeyd edilmişdir ki, izah edilsin ki, qarşılıqlı iddiaçının məhsula dəymiş zərərin tələb edilməsi hüququ vardır. Məhkəmə qətnaməsinin 32-ci və 33-cü bəndlərində qeyd edilənlər arasında ziddiyyət də mövcuddur. Belə ki, məhkəmə ikinci yanaşmasında qarşılıqlı iddiaçının məhsula dəymiş zərərin tələb edilməsi hüququnun mövcud olmasını izah etsə də, birinci yanaşmasında zərərin tələb edilməsi ilə əlaqədar məsələyə mahiyyəti üzrə qiymət vermiş, həmin tələbi əsaslandıran halların sübuta yetirilmədiyinə istinad etmişdir. Şikayətə əlavə edilmiş **********7521 sorğu nömrəli gömrük bəyannaməsi iləmüəyyən edilir ki, **-LT-***/**-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələri ilə istehsalçı "xxxx" MMC tərəfindən Rusiya Federasiyası ərazisində AO “QRAND-TREYD” adlı müəssisəyə çatdırılması üçün təmizçəkisi 18800 kiloqram olan xurma məhsulu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına (gömrük orqanına) bəyan edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin infornasiya sistemində yaradılmış Cavabdehnə aid kabinetdəki məlumatlardan (tarixçədən) çıxarışlar (cəmi 3 ədəd) – İlkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə göndərilmiş hazırkı mübahisəyə aid elektron qaimələrin təsdiqlənməsi barədə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyinə görə, Cavabdehnə aid kabinetdəki məlumatlardan (tarixçədən) çıxarışların məhkəməyə təqdim olunmasına zərurət olmadığı qənaətinə gəlinmişdir. **********7521 sorğu nömrəli gömrük bəyannaməsi – məhkəməyə malların müvafiq riyazi göstəriciləri barədə digər sübutlar təqdim edildiyindən bəyannamənin məhkəməyə təqdim olunmasına zərurət olmadığı qənaətinə gəlinmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
13. Həmin Məcəllənin 855.1-ci maddəsinə əsasən yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır.
14. Həmin Məcəllənin 855.2-ci maddəsinə əsasən öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.
15. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir.
16. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
18. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.
19. Həmin Məcəllənin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.
20. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
28. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı (daşıyıcı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli 10 saylı yükdaşıma müqaviləsi bağlanmışdır. İlkin iddia ərizəsinin məzmunundan da, göründüyü kimi, ilkin iddia üzrə ilk tələb göstərilmiş daşıma xidmətinə görə 16.150 manat pulun tələb edilməsi ilə bağlıdır.
29. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf 3 ədəd nəqliyyat vasitəsi (TİR) ilə cavabdehə aid xurma məhsulunun Şəmkir şəhərindən Rusiyaya çatdırıldığını və buna görə də, daşıma haqqının tutulmasını xahiş etmişdir.
30. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi isə, 3 ədəd nəqliyyat vasitəsində olan xurma məhsulunun Rusiyaya çatdırıldığını qeyd etsə də, 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyini bildirmişdir.
31. İşdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 00096175 saylı dəyəri 5.610 manat olan, xx.xx.2024-cü il tarixli 354240 saylı dəyəri 5.440 manat olan, xx.xx.2024-cü il tarixli 354245 saylı dəyəri 5.100 manat olan elektron qaimələr göndərilmişdir. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimədə göstərilən məbləğlərin cəmi 16.150 manat təşkil edir.
32. Cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi elektron çıxarışlardan görünür ki, qeyd edilən 3 qaimə təsdiq edildikdən sonra düzəliş üçün geri qaytarılmış, düzəliş edildikdən sonra yenidən cavabdehə göndərilmişdir. Cavabdeh qaimələri mübahisələndirsə də, birinci instansiya məhkəməsində yüklərin həqiqətən Rusiya Federasiyasına iddiaçı tərəfindən göndərilməsini qəbul etmişdir. Ona görə məhkəmə əsaslı olaraq ilk iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin müvafiq dəlilləri əsassızdır.
33. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf 1 ədəd ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyinə görə, Rusiyada cavabdeh tərəfindən satılmalı olan şirkət tərəfindən onlara pul tələbinə dair pretenziya göndərdiklərinə görə və mala dəymiş ziyana görə yox, məhz xurma məhsullarını satmalı olduqları şirkət tərəfindən, onlara məhsul tam verilmədiyinə görə, onlardan dəymiş zərərlə bağlı pretenziya göndərdiklərinə istinad edərək, daşıma xərclərini ödəməkdən imtina edir.
34. Cavabdeh apellyasiya qeyd etmişdir ki,iddiaçının sürücüsünün səhlənkarlığı üzündən mallara zərər dəymişdir. Sübut kimi Rusiya Federasiyasının X2 Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış təftişin nəticələrinə əsaslanmışdır. Həmin təftişin nəticə hissəsində müəyyən edilmişdir ki, tədqiq olunan qabların, altlıqların nümunələri, onların avtomobilin qoşqusunda yerləşməsi, habelə yükün zədələnməsinin xüsusiyyəti tara, altlıqlar və lent əlavələrinin hazırlanması və onlarda olan yükün çəkisinə uyğunluğu qaydalarına və tez xarab olan malların uzunmüddətli daşınması şərtlərinə əməl edilmədiyini təsdiqləyir.
35. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, cavabdehin əsaslandığı təftişdə zərərin səbəbi kimi qablaşdırmanın yanlış aparılması göstərilmiş, sürücünün təqsirli hərəkətləri müəyyən edilməmişdir.
36. Mülki Məcəllənin 855.1-ci maddəsinə əsasən yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır.
37. Göründüyü kimi qanuna əsasən qarşılıqlı iddia verən cavabdeh qablaşdırmaya görə yük göndərən kimi məsuliyyət daşıyır. Qarşılıqlı iddia tələbi sübuta yetirilmədiyinə görə əsaslı olaraq məhkəmə tərəfindən təmin edilməmişdr.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3159/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.