Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-972/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı borcun ödənlməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı pulun geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkilin Nümayəndə1, ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-289/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 21 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, çeşidi, kəmiyyəti, qiyməti ilə bağlı məlumatlar bu müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan razılaşma protokolunda əks olunur.
3. Tərəflər arasında bağlanmış müqavilənin 001 saylı X3ndan görünür ki, tərəflər 4 ədəd mebel dəstinin alqı-satqısı barədə razılığa gəlmişlər. Qeyd edilmiş 4 ədəd mebel dəstlərinin ümumi dəyəri ƏDV daxil 72.990 manat təşkil etmişdir.
4. Qeyd edilmiş 001 saylı X3nun “ödəniş qaydaları” adlanan 2- ci bəndindən görünür ki, alıcı sifariş qəbul olunan gün əsas məbləğ üzrə 30.927,97 manat, ƏDV üzrə 5.567,03 manat, mebel 1 təhvil verildikdən sonra əsas məbləğ üzrə 9.533,9 manat, ƏDV üzrə 1.716,1 manat, mebel 2 təhvil verildikdən sonra 7.118,64 manat, ƏDV üzrə 1.281,36 manat, mebel 3 təhvil verildikdən sonra 3.495,76 manat, ƏDV üzrə 629,24 manat, mebel 4 təhvil verildikdən sonra 10.779,66 manat, ƏDV üzrə 1.940,34 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.
5. Cavabdeh MMC tərəfindən avans olaraq İddiaçı MMC-yə 30.927,97 manat əsas məbləğ və 5.567 manat ƏDV məbləği ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21 fevral 2023-cü il tarixli TK-004 saylı müqavilə üzrə ödənilməmiş 36.495 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250 manat pulun, mediasiya xərcinin əvəzi kimi 200 pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi mövcuddur. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən məhsulların Cavabdeh MMC-yə çatdırılması, Cavabdeh MMC tərəfindən isə həmin məhsulların dəyərinin İddiaçı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə ödənişlərinin ödənilməsi üçün “X3” tərtib edilmiş, və ödəniş qrafiki müəyyən edilmişdir. İddiaçı tərəfindən öhdəliklər icra edilmiş və sifariş edilmiş mebellər cavabdehin bildirdiyi ünvanda quraşdırılmışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 72.990 manat əvəzində cəmi bir dəfə 30.927,97 manat borc və 5.567 manat ƏDV dəyəri ödənilmişdir.
8. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə sifariş olunan mallar üçün ödənilmiş əsas məbləğ 30.927,97 manat, ƏDV üçün ödənilmiş 5.567,03 manat, cəmi ödənilmiş 36.495 manat məbləğində pulun, mediasiya sesiyasında iştirak etmək üçün ödənilmiş 200 manat pulun Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 21 fevral 2023-cü il tarixli, 001 №-li X3 ilə 4 dəst mebelin alqı-satqısına, qiymətinə və malların əlçatan olma vaxtlarına dair razılığa gəlinmişdir. 4 dəst mebelin dəyəri ƏDV daxil olmaqla 72.990 manat məbləğində müəyyənləşdirilmişdir. 4 dəst mebel 60-70 gün müddətində cavabdeh tərəfindən iddiaçıya təhvil veriləcəkdir. Müqaviləyə əlavə olan “X2” ilə müəyyən olunmuşdur ki, sifarişin qəbul olunduğu gün 30.927,97 manat əsas məbləğ və 5.567,03 manat ƏDV ödəniləcəkdir. Digər ödənişlərin isə mebellərin təhvil verilməsindən sonra ödənilməsi razılaşdırılmışdır. Razılaşmış qaydada malların sifariş olunması ilə cavabdehə 22 fevral 2023-cü il tarixdə 36.495 manat məbləğində pul ödənilmişdir. Sifariş olunmuş 4 dəst mebel müqavilənin tərkib hissəsi olan X3 ilə müəyyən edilmiş 60-70 gün müddətində cavabdeh tərəfindən təhvil verilmədiyindən həmin müddət bitdikdən sonra satıcının nümayəndələri ilə əlaqə saxlanılmış və müqavilə ilə razılaşdırılmış şərtlərə əməl etmələri, mebellərin təhvil verilməsi xahiş olunmuşdur. Malları təhvil verməsinə dair tələbdən sonra bir neçə dəfə danışıqlar olmuşdur. Cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetrilməsi tələb edilmişdir. Cavabdeh ən geci 70 gün müddətində 03 may 2023-cü il tarixinə sifariş edilmiş malları təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyin icra müddəti bitdikdən 22 gün sonra, 25 may 2023-cü il tarixdə mətbəxt dəsti, uşaq otağı üçün, hall üçün və geyim otağı üçün mebelləri gətirilmişdir. Cavabdeh tərəfindən gətirilmiş mebel dəstləri sifariş olunmuş mebellər olmadığından, malların keyfiyyətsiz olması, standartlara uyğun olmadığından mallar qəbul olunmamışdır. Belə ki, cavabdeh sifarişləri əsasında “LİNEA DECOR” firmasının mebellərini gətirməyi, təhvil verməyi öhdəsinə götürmüşdür. Sifariş edilmiş “LİNEA DECOR” firmasının mebelləri gətirilməmiş, həmin firmaya məxsus olması adı ilə mənşəyi, istehsal ölkəsi və istehsal fabriki məlum olmayan mallar gətirmişdir. Cavabdeh gətirdiyi malların “LİNEA DECOR” firmasına məxsus mebəllər olmasını bildirmişdir. Cavabdeh MMC “LİNEA DECOR” firmasına məxsus mebellərin ölkəyə göndərilmə invoys sənədləri, gömrük bəyannamələri tələb edilmişdir. Cavabdeh tərəfindən malların ölkəyə gətirilmə sənədləri, mebellərin mənşəyi barədə sənədlər təqdim edilməmişdir. Təsadüf nəticəsində İddiaçı MMC-nin mebellərin yığıldığı sexin yerini öyrənildi. Cavabdehdən mebelləri qəbul etməkdən imtina edib, geri götürməsini tələb edildi. İddiaçı MMC-nin müqavilə ilə satmaq istədiyi malların qüsurları barədə 25 may 2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən akt tərtib edilmişdir. Onlara çatdırılmış malların kontrafakt mallar olması ilə yanaşı çatdırılan mətbəxt mebel dəstinin “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, qapıların quraşdırılmasımn düzgün olmadığı, mebelin rənglənməsinin sifariş edilmiş rəngdə və sifariş edilmiş keyfiyyətdə olmadığı, mebelin yapışdırılmasında istifadə olunan yapışdırıcının düzgün şəkildə istifadə olunmaması, siyirtmələrin açılıb-bağlanmasında sürtünmələrin olması, siyirtmələrin istehsalı və quraşdırılmasımn düzgün yerinə yetrilmədiyi, mebelin tinlərinin bəzi yerlərinin PVC ilə deyil, digər keyfiyyətsiz inşaat materialı ilə üzlənməsi, mebelin orta məsafəsinin 60 sm olmalı olduğu halda 69 sm olması qüsurları olmuşdur. Uşaq otağı mebelinin “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, mebeldəki hissədə vintlə bərkitmə zamanı mebelə deşilmiş xəsarət yetirilməsi qüsuru olmuşdur. Hall üçün mebelin “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, qapılarının düzgün ölçülərdə olmaması, yumşaq oturma və digər mebel hissələrindəki parçanın keyfiyyətsiz və sifariş olunan olunan materialdan hazırlanmaması, siyirtmələrin sifariş olunan və ölçü götrülən zaman düzgün ölçü işlərinin aparılmaması səbəbindən açılan zaman hərəkət məhdudiyyətinin yaranması, rəflərin düzgün bərkidilməməsi, işıqlandırmanın yerləşdirildiyi MDF hissənin qazıldıqdan sonra üzlənməsi qüsurları olmuşdur. Geyim otağı mebeli “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, mebelin bəzi yerlərində xəsarətlərin olması, xəsarətləri düzəltmək üçün rəngləmə apanisada qüsurlu olmuşdur. Cavabdeh tərəfindən müqavilə ilə razılıaşdınlmış şərtlərə və müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-289/2024 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.495 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş 250 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, qalan hissədə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birincisi, iş materiallarına qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən əlavə edilmiş, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktublardan görünür ki, sifariş verilmiş mebel dəstlərində nöqsanlar aşkar olunmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, sifariş verilmiş 4 ədəd mebel dəsti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin göstərmiş olduğu sahəyə quraşdırılmışdır. Belə ki, Cavabdeh MMC-nin özü tərəfindən tərtib etmiş olduğu aktdakı göstərmiş olduğu nöqsanları ancaq mebellər quraşdırılmış olduğu halda müəyyən etmək mümkündür. Quraşdırılmış 4 ədəd mebel dəstində qüsurların olub-olmaması, qüsurlar mövcuddursa, aradan qaldırıla bilən qüsur olub-olmaması və aradan qaldırıla bilən qüsurdursa, qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunması halının araşdırılması üçün 30. məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, aşkar olunan qüsurların böyük hissəsi aradan qaldırıla bilər. Qüsurların aradan qaldırılması üçün mebel dəstlərinin bəzi hissələri sökülərək fabrika geri aparılmalı və yenidən bərpa olunmalıdır. Bu səbəbdən qüsurların aradan qaldırılmasına təxmini 7.000- 8.000 manat xərc tələb olunur. Göründüyü kimi, 4 ədəd mebel dəstində müəyyən qüsurlar olmuş və qeyd edilən qüsurlar da, aradan qaldırıla bilən qüsurlardır. Ona görə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar Mülki Məcəllənin 587.2.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığından qarşılıqlı iddia təmin edilə bilməz. Eyni zamanda ilkin iddiaçı tərəfindən təqdim edilmiş 4 ədəd mebel dəstində qüsurlar olduğundan, tələb etdiyi 36.495 manat məbləğində puldan, qüsurların aradan qaldırılması xərci olaraq 8.000 manat çıxılmalı və 28.495 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 567, 581, 587, 600.4 və 751.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin sifariş etdiyi malların İddiaçı MMC tərəfindən gətirilməsi, sifarişçinin tələb etdiyi obyektə çatdırılması, yığılması və quraşdırılması malların təhvil verilməsi kimi qəbul olunmamalıdır. Belə ki, İddiaçı MMC tərəfindən mallar təqdim edilərkən müqavilə şərtlərinə zidd olaraq cavabdeh tərəfindən malların sənədləri təqdim edilmədiyindən, tərəflər arasında razılaşdırılmış mallar ("xxxx" firmasına məxsus mebellər) təqdim edilmədiyindən, razılaşdırılmış keyfiyyətdə və müvafiq standartların tələblərinə uyğun olmayan mallar təqdim olunduğundan, malların satışına dair hesab-faktura təqdim olunmadığından malların təhvil-təslim olunması aparılmamışdır. Bununla yanaşı iddiaçı Cavabdeh MMC-yə satılmış 4 ədəd mebel dəstinin qiymətləndirmə rəyində müəyyən edilmiş bazar dəyəri məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı Cavabdeh MMC-nin 4 ədəd mebel dəstində olan qüsurların mübahisəyə məhkəmə baxışı zamanı təyin olunmuş ekspertizanın xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə təsdiq olunmasına məhkəmə tərəfindən qiymət verilməmiş, qüsurlu, keyfiyyətsiz və standartlara cavab verməyən malların istehlakşı tərəfindən məcburi istifadə edilməsinə dair qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC-nin yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş, mebellər quraşdırılmış, cavabdeh müqavilə üzrə ödənişləri tam şəkildə həyata keçirməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə sifariş edilmiş mebellərin "xxxx" şirkətinə aid mebellər olması razılaşdırılmamış, ümumiyyətlə həmin şirkət yalnız mətbəx üçün mebellər istehsal edir. Odur ki, qarşılıqlı iddia əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkilin Nümayəndə1 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. -762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -765.1-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. -766-cı maddəsinə görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmiş, ilkin cavabdeh, qarşılıqlı iddiaçı apellyasiya şikayətində ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, ilkin iddiaçı, qarşılıqlı cavabdeh isə apellyasiya şikayətini verməmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı ilkin iddianın təmin olunması hissəsində və qarşılıqlı iddiaya dair hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, mübahisələndirilən hissədə iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
24. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC arasında 21 fevral 2023-cü il tarixli “alqı-satqı müqaviləsi” adlandırılmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC tərəfindən sifariş edilmiş 4 ədəd mebel dəstini cavabdehə çatdırmağı və quraşdırmağı, cavabdeh isə həmin mebel dəstlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 36.494,97 manat məbləğində avans ödənilmişdir.
25. Hazırda ilkin İddiaçı MMC müqaviləyə əsasən ilkin cavabdeh tərəfindən sifariş edilmiş, ümumi dəyəri ƏDV daxil 72.990 manat məbləğində razılaşdırılmış 4 ədəd mebel dəstini ilkin cavabdehə təqdim etdiyini əsas göstərməklə mebellərin dəyərinin ödənilməmiş hissəsinin – ƏDV daxil 36.495 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC sifariş edilmiş mebellərin "xxxx" MMC-nin istehsal edilməli olduğu halda yerli istehsal olan mebelləri təqdim edildiyini, təqdim edilmiş mebellərdə üsurlar olduğunu əsas göstərərək müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını tələb edir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, aşağıdakı göstərilən əsaslara görə həmin müqavilə mahiyyət etibarilə podrat müqaviləsidir.
27. Birincisi, podrat müqaviləsi ilə alqı-satqı müqaviləsi arasında birinci fərq həmin müqavilənin məqsədi ilə bağlıdır, podrat müqaviləsinin məqsədi işlərin görülməsi və görülmüş işlərinin nəticəsi olaraq məmulatın hazırlanması olduğu halda, alqı-satqının məqsədini əşyaya mülkiyyət hüququnun alıcıdan satıcıya verilməsi təşkil edir. Podrat zamanı əşya (məmulat) ilkin olaraq konkret sifarişçi üçün sifarişə əsasən hazırlanır, alqısatqıda isə əşya müqavilə bağlandıqdan sonra hazırlansa belə, konkret alıcı üçün deyil, bazara çıxarılmaq məqsədilə istehsal olunur.
28. Hazırkı halda müqavilənin predmeti olan 4 dəst mebel dəstləri ilkin cavabdehin sifarişi əsasında dəstlərin quraşdırılacağı mənzilin ölçüləri nəzərə alınmaqla sifarişçi tərəfindən seçilmiş dizaynda və materiallardan hazırlanmışdır. Yəni müqavilənin predmeti sifarişçinin sifarişi əsasında hazırlanmış fərdi müəyyən edilmiş əşyadır. Belə olan halda isə Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən həmin müqaviləyə alqısatqı qaydalarının tətbiqi istisna edilir.
29. İkincisi, podrat müqaviləsindən fərqli olaraq tərəflərin alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlər əşyanın hazırlanması prosesini əhatə etmir, yalnız əşyanın alıcıdan satıcıya verilməsi prosesinə şamil edir.
30. Hazırkı halda işin mübahisəsiz halları ondan ibarətdir ki, müqavilə bağlanarkən ilkin cavabdeh tərəfindən təqdim ediləcək mebellərin dizaynı seçilmiş, mənzilin ölçüləri götürülmüş və ona uyğun olaraq tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavə ilə X3nu tərtib edilərək mebellərin qiymətləri və təqdim edilməsi (60-70 gün) müddətləri müəyyən edilmişdir.
31. Bundan əlavə iş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələri arasında (tərəflər sözügedən danışıqların aparılmasını mübahisələndirməmişlər) aparılmış “whatsapp” yazışmalarından da müəyyən edilir ki, ilkin cavabdehə mebellərin qulplarının seçilməsi təklif olunmuş, mebellərin rənglənməsi prosesinin gedişi barədə məlumatlar verilmişdir.
32. Odur ki, yuxarıda göstərilən hallar yazılı müqavilədə öz əksini tapmasa da, müqavilədən irəli gələn münasibətlərin əşyanın hazırlanması prosesinin də əhatə etdiyini sübuta yetirir.
33. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərindən təqdim ediləcək mebellərin satıcı (podratçı) tərəfindən deyil, digər şəxslər tərəfindən hazırlanacağı görünsə də, göstərilən hal da bağlanmış müqavilənin podrat müqaviləsi olmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 755.1-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin maddənin məzmunundan göründüyü kimi podrat işin şəxsən podratçı tərəfindən deyil, digər şəxslər tərəfindən də icra edilə bilər.
34. Odur ki, məhkəmə kollegiyası Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərini təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını , o cümlədən tərəflər arasında aparılmış danışıqları nəzərə alaraq təfsir edir və belə qənaətə gəlir ki, tərəflər arasında mübahisəli bağlanmış müqavilə podrat müqaviləsinin əlamətlərini özündə cəmləşdirir.
35. Belə olan halda mübahisəyə podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.
36. Beləliklə, ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsini təşkil edir. Həmin maddənin məzmunundan da göründüyü kimi həmin müqavilənin şərtlərinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməlidir.
37. Həmin hissədə işin mübahisəli halını isə ilkin cavabdeh müqavilədə nəzərdə tutulmuş podrat işinin icra edilib-edilməməsi təşkil edir.
38. İlkin cavabdeh müqavilədə nəzərdə tutulmuş işlərin (mebellərin hazırlanması və quraşdırılması) icra edilməsini inkar edir və mövqeyini iki halla əsaslandırır:
39. Birincisi, Müqavilə üzrə sifarişçinin sifarişinə uyğun olaraq "xxxx" firması tərəfindən istehsal olunacaq mebellər təqdim edilməli olduğu halda yerli istehsallı mebellər təqdim edilmiş, yəni podratçı sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etmişdir.
40. İkincisi, təqdim edilmiş podrat işi qüsurlu olmaqla keyfiyyət tələblərinə cavab vermir.
41. Birinci halla bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, tərəflər arasında bağlanmış müqavilə və müqavilənin X3nda mebellərin məhz "xxxx" şirkətinə aid mebel olmalı olması barədə hər hansı bir bənd nəzərdə tutulmayıb. Həmçinin də, açıq internet resurslarından edilmiş axtarış nəticəsində də görünür ki, Türkiyə markası olan "xxxx" şirkəti ancaq mətbəx mebellərinin istehsalı ilə məşğuldur. Odur ki, müqaviləyə əsasən tərəflərin sifariş olunan mebellərin məhz "xxxx" firması tərəfindən istehsal olunması barədə razılaşmaları öz təsdiqini tapmır.
42. İkinci halla bağlı kollegiya qeyd edir ki, hər iki tərəf apellyasiya instansiya məhkəməsində verdikləri izahatlarda mebellərin 2023-cü ilin may ayında mənzildə quraşdırılmasını və sonradan məhz ilkin cavabdeh, qarşılıqlı cavabdeh tərəfindən sökülərək sonuncuya məxsus anbara yerləşdirilməsi təsdiq etdiyindən bu işin mübahisəsiz halıdır.
43. Quraşdırılmış mebellərdə mövcud qüsurlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki 763.1-ci və 765-ci maddələrinin mənasına görə məmulatın qüsuru olduqda sifarişçi əlavə icra tələb etməli, bu zaman podratçıya qüsuru aradan qaldırmaq, ya da yeni məmulat hazırlamaq seçimi verilməlidir. Və yalnız müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra məmulatın qüsuru tamamilə aradan qaldırılmadığı təqdirdə, sifarişçinin müqavilədən imtina etmək hüququ yaranır.
44. İş materiallarına əsasən isə ilkin cavabdeh tərəfindən mebellərdə mövcud qüsurlar barədə ilkin iddiaçıya məlumat verilməsi, qüsur aktının surətinin ilkin iddiaçıya çatdırılması, əlavə icra üçün ilkin iddiaçıya müddət verilməsi, əlavə icranın həyata keçirilməsi üçün şərait yaradılması müəyyən edilmir. Bundan əlavə mebellərin quraşdırıldığı vaxtdan qarşılıqlı iddia ilə bağlı pretenziya göndərilənədək keçən 3 ay ərzində ilkin iddiaçı tərəfindən təqdim edilmiş mebelləri geri götürülməsini də tələb etməmişdir. Əksinə tərəflər arasında aparılmış yazışmalardan da göründüyü kimi iddiaçı mebellərin hazırlanması və quraşdırılması prosesinin yekunlaşdırmasını ləngitmişdir(mebellərin qulplarını seçməmişdir və s.).
45. Bu baxımdan ilkin iddiaçı müqavilədən imtina edərək ödənilmiş avans məbləğinin qaytarılmasını tələb etməkdə haqlı deyil. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir.
46. Digər tərəfdən məhkəmə kollegiyası podratçının podratın nəticəsi olaraq sifarişçiyə sifariş edilmiş məmulatları təqdim etdiyini, sifarişçinin isə məmulatda mövcud qüsurların aradan qaldırılmasını tələb etmədiyini, əlavə icra üçün vaxt müəyyənləşdirmədiyini və şərait yaratmadığını, belə olan halda sifarişçinin Mülki Məcəllənin 765.1-ci maddəsinin tələbləri baxımından qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsindən imtina etmək hüququnun yaranmadığını nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı Mülki Məcəllənin 752.1 və 766-cı maddəsinin tələbləri nəzərə alınmaqla qüsurların aradan qaldırılmasına tələb edilən xərclər çıxılmaqla (8000 manat) podrat işinin dəyərinin ödənilməsini tələb etmək hüququna malikdir.
47. Odur ki, mübahisələndirilən hissədə iddia təmin edilməlidir.
48. Məhkəmə xərclərinin tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən hissədə iddia təmin edildiyindən məhkəmə xərcləri Mülki Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən bölüşdürülərək mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul və hüquqi yardım üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul vəsaiti ilkin cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia isə rədd edildiyindən qarşılıqlı iddiaya baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri qarşılıqlı iddiaçıya aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-289/2024 saylı qətnaməsi qismən - mübahisələndirilən hissədə ləğv edilsin. İlkin iddia həmin hissədə təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.495 manat məbləğində pul, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul və hüquqi yardım üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov