Məhkəmə qərarları › İş №2-2(103)-979/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-979/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-979/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X6 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “Caspian Logistics” LTD-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Caspian Logistics” LTD-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən 20837 euro ( günün məzənnəsi 39845 azn), 17000 manat (10000 ABŞ dolları) maddi zərər görə (itirilmiş nüfuza və əldən çıxmış fayda),dövlət rüsumu 261 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət ünvanlayaraq hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə uyğun olaraq iş üzrə Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyətə malik olmaması səbəbilə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5268/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “Caspian Logistics” LTD-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh “Caspian Logistics” LTD tərəfindən verilmiş “iş üzrə icraata xitam verilməsi” barədə ərizə (vəsatət) təmin edilməmişdir.

4. Daha sonra cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5268/2025 saylı qərardadından cavabdeh “Caspian Logistics” LTD tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.

6. Daha sonra cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5268/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5268/2025 saylı qərardadından cavabdeh “Caspian Logistics” LTD tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili hakimə yazılı etiraz verərək, işə baxılmasının başqa hakimə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “Caspian Logistics” LTD-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh “Caspian Logistics” LTD tərəfindən Bakı Kommersiya Məhkəməsinin hakimi X2 edilmiş etirazın baxılmamış saxlanılması qərara alınmışdır.

10. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2- 2(113)-5268/2025 saylı qərardadından şikayət verib həmin qərardadın ləğv edilməsini xahiş edir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, cabdehdən 20837 evro (günün məzənnəsi 39845 azn), 17000 manat (10000 ABŞ dolları) maddi zərərə görə (itirilmiş nüfuza və əldən çıxmış fayda), dövlət rüsumu 261 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi İş üzrə cavabdeh – xarici hüquqi şəxs “Caspiane Logistics LTD” tərəfindən işin məhkəmə aidiyyəti üzrə Azərbaycan Respublikasının məhkəmələrində baxılmasına yol verilməməsi ilə əlaqədar icraata xitam verilməsi barədə vəsatət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 nömrəli qərardadı ilə cavabdehin “iş üzrə icraata xitam verilməsi” barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 nömrəli qərardadından şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5268/2025 saylı qərardadından cavabdeh “Caspian Logistics” LTD tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh “Caspian Logistics” LTD tərəfindən yenidən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5268/2025 saylı qərardadından cavabdeh “Caspian Logistics” LTD tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Yuxarıda qeyd olunan hər üç qərardadın “Qərara aldı” hissəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, qərardaddan şikayət verilə bilməz. Məhkəmə həm xx.xx.2025-ci il, həm də xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-5268/2025 nömrəli qərardadlarının “qərara aldı” hissələrində “qərardaddan şikayət verilə bilməz” nəticəsinə gəlsə də, bu nəticənin hüquqi əsasını göstərməmiş və Prosessual Məcəllədə həmin hərəkətə yol verən normaya istinad etməmişdir. Hesab edirik ki, məhkəmənin xx.xx.2025-ci il il tarixli qərardadından verdiyimiz şikayətin geri qaytarılması və həmin qərardaddan şikayət verilməsinin nəzərdə tutulmaması barədə xx.xx.2025-ci il tarixli qərardad kobud prosessual pozuntularla qəbul edilmiş hesab edilməli və bu səbəbdən həmin qərardad ləğv edilməlidir.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5268/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

13. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

14. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

15. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:

16. Maddə 395.1.1. bu Məcəllədə göstərilən hallarda;

17. Maddə 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

18. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Məhkəmənin mövqeyi

19. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

20. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5268/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin yalnız ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından şikayət verilə bilər. Həmin qərardadlarından isə iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

22. Lakin hazırda mübahisələndirilən qərardaddan şikayət verilə bilməz.

23. Çünki Mülki Prosessual Məcəllədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur.

24. Cavabdeh isə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət vermiş və birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarması barədə qərardad qəbul etmişdir. Bundan sonra cavabdeh şikayətin geri qaytarılması barədə qərardaddan da şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmış və sonradan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

25. Halbuki həmin qərardaddan verilən şikayətə baxmalı deyil idi.

26. Belə ki, Mülki Prosessual Məcəllənin 363.3-cü maddəsində apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulsa da, həmin maddə şikayət verilməsi mümkün olan, lakin qanunla müəyyən olunmuş qaydaya və formaya riayət edilmədən verilmiş şikayətlərə aiddir. Şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayət geri qaytarıldığı halda isə həmin qərardaddan şikayət verilə bilməz. Əks yanaşma prosessual qanunvericiliyin şərh olunan müddəalarını əhəmiyyətsiz edir. Ona görə də, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilən şikayət geri qaytarıldığı halda, həmin şikayətin geri qaytarılması barədə qərardaddan şikayət verilə bilməz.

27. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir.

28. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

30. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh “Caspian Logistics” LTD tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5268/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar