Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-98/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının iştirakı ilə, İddiaçı-nin (əvvəlki adı: “xxxx” X3 ASC) cavabdeh “Cavabdeh Sığorta” ASC-yə qarşı pul tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 1037/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” X3 ASC Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən xx xxxx 2016-cı il tarixli, EA-C00898-03/1 nömrəli “Həyat Sığortası” müqaviləsinə əsasən müəyyən edilmiş X4 ödənilməsi nəzərdə tutulan 89.023,32 (səksən doqquz min iyirmi üç manat otuz iki qəpik) manat məbləğdə sığorta ödənişinin müqaviləyə əsasən faydalanan şəxs olan “xxxx” X3 ASC-yə ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən X4 ödənilməsi nəzərdə tutulan 89.023,32 manat məbləğində sığorta ödənişinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-nin bank hesabında olan, X4 ödənilməsi nəzərdə tutulan 89.023,32 manat sığorta ödənişinin üzərinə həbs qoyulmuşdur. Daha sonra, iddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiadan imtina qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Sığorta Şirkəti ASC-nin bank hesabında olan, X4 ödənilməsi nəzərdə tutulan 89.023,32 manat sığorta ödənişinin üzərindən həbsin götürülərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının həmin ərizəsi təmin edilmiş, sığorta ödənişinin üzərindən həbs götürülmüş və məhkəmənin iddianı təmini tədbiri barədə xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və xx.xx.2019-cu il tarixli qərardadın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 163.1-ji addəsinə əsasən iddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxlıması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 146-cı və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Həmin Məcəllənin 162.2 ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Məcəllənin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının MPM-in 163.1-ci maddəsinə istinadən, dolayısı ilə məhkəmənin iddianı təmin tədbirinin ləğv olunması barədə qərardaddından proses iştirakçısı olaraq şikayət vermək hüququna malik olduğunu vurğulamaqla, həmin qərardadın ləğvini tələb etməsi tamamilə əsassızdır. Birincisi ona görə ki, məhz, onun öz ərizəsinə əsasən iş üzrə icraata xitam verilmiş və sığorta ödənişinin üzərinə qoyulmuş həbs götürülmüş və məhkəmənin iddianı təmin tədbiri barədə qərardadı ləğv edilmişdir. İkinci bir tərəfdən, MPM-in 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İşin qeyd olunan hallarından isə göründüyü kimi, həm də iddiaçının öz ərizəsinə əsasən iddiasından imtinası məhkəmə tərəfindən qəbul edilərək iş üzrə icraata xitam verilmişdir. Belə olan təqdirdə, tərəflər arasında artıq məhkəmə mübahisəsi və bununla bağlı icra olunacaq məhkəmə aktı mövcud olmadığı təqdirdə, ilkin mərhələdə tətbiq olunmuş iddianı təmini tədbiri də öz qüvvəsini itirir. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının şikayətinin MPM-in 162.4-cü maddəsinə istinad olunan formal xarkterli dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edlimədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1037/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı-nin şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1037/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-98/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-98/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver