Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-980/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunması, pulun tutulması X2 Qocayevin sədrliyi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1453/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 28 iyul 2023-cü il tarixli, YB-0048-23 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə "Satıcı" sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb "Alıcı" ya təhvil verməyi, "Alıcı" isə malı qəbul edib əvəzində onun qiymətini "Mal göndərən"ə ödəməyi öhdəsinə götürür. - 2.4.2-ci bəndinə əsasən, "Satıcı" tərəfindən göndərilmiş Malın qiymətini bu müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək alıcının vəzifəsidir. - 2.2.5-ci bəndinə əsasən, malın uyğunluq sertifikatını tələb olunanda təqdim etmək “Satıcı”nın vəzifəsidir. - 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə Malın qiyməti "Satıcı" nin preyskurantı əsasında müəyyənləşdirilən və tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə " Qiymət razilaşma protokolu"nda göstərilən qiymətdir. - 3.4-cü bəndinə əsasən, bu müqavilə üzrə malın dəyəri ma bu bu müqavilənin 2.2-ci bəndinin tələblərinə müvafiq surətdə “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verildikdən sonra 5 (beş) bank günü ərzində “Alıcı” tərəfindən “Satıcı”ya nağd və ya bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. - 5.1-ci bəndinə əsasən, tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni Malın göndərilməsi "Satıcı" tərəfindən , ödəniş isə "Alıcı" tərəfindən gecikdirilirsə , təqsirli tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümümi dəyərinin 0,1% məbləğində cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği Sifarişin ümumi məbləğinin 5% dən artıq ola bilməz. "Alıcı" sifariş əsasında "Satıcı" tərəfindən göndərilmiş malı qəbul etmədikdə malın dəyərini ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
2. Müqaviləyə 1 saylı əlavədə satrılan malın hazır beton qarışığı olduğu, beton qarışığının siniflərinə görə bir m3 beton qarışığının qiymətləri qeyd edilmişdir. Əlavədə betonun qiymətlərinə nəqliyyat xərclərinin daxil olduğu, pompa xərcinin 5 manat/m3, bu qiymətlərə ƏDV-nin daxil olmadığı da qeyd edilmişdir.
3. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 28 iyul 2023-cü il tarixli müqavilə üzrə ödənilməsi üçün EBDN 496222 nömrəli xx.xx.2024-cü il tarixli 203089.80 manat, EBDP 531981 nömrəli xx.xx.2024-cü il tarixli 115082.45 manat, EBDR 990853 nömrəli xx.xx.2023-cü il tarixli 88429.20 manat, EBDU 162471 nömrəli xx.xx.2023-cü il tarixli 195455.20 manat, EBDV 567238 nömrəli xx.xx.2023-cü il tarixli 85706.35 manat, EBDW 320859 nömrəli xx.xx.2023-cü il tarixli 58309.70 manat, EBEB 359076 nömrəli xx.xx.2024-cü 85998.40 manat, EBEC 776251 nömrəli xx.xx.2024-cü il tarixlİ 98521.15 manat, MT2402 00058695 nömrəli xx.xx.2024-cü il tarixli 1038.4 manat, MT2403 00099069 nömrəli xx.xx.2024-cü il tarxli 122873.4 manat, MT2405 10680575 nömrəli xx.xx.2024-cü il tarixli 32326.1 manat, MT2406 10083525 nömrəli xx.xx.2024-cü il tarixli 21328.5 manat, MT2406 11039839 nömrəli xx.xx.2024-cü il tarixli 18986.2 manat, MT2407 10067616 nömrəli xx.xx.2024-cü il tarixli 21942.1 manat, MT2407 11142753 nömrəli xx.xx.2024-cü il tarixli 1150.5 manat məbləğində elektron qaimələr göndərilmişdir.
4. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, həmin tarixə cavabdehin iddiaçıya olan borcu 238964.75 manat təşkil edir.
5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 60 000 manat köçürülmüşdür.
6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 60 000 manat köçürülmüşdür.
7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 100 000 manat köçürülmüşdür.
8. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 120 000 manat köçürülmüşdür.
9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 292265 manat köçürülmüşdür.
10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 40 000 manat köçürülmüşdür.
11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 50 000 manat köçürülmüşdür.
12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 50 000 manat köçürülmüşdür.
13. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 7200 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
14. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 7627.12 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
15. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 8897.70 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
16. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 9000 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
17. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 10800 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
18. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 10800 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
19. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 14796.83 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
20. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 18000 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
21. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 42889.05 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat:
22. İddiaçı İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 28 iyul 2023-cü il tarixli YB-0048-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 202.512,50 manat əsas borc, 36.452,25 manat ƏDV borcunun, 4.219,01 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 533,18 manat dövlət rüsumunun, ümumilikdə 243.716,94 manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 28 iyul 2023-cü il tarixli YB- 0048-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında mallar davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə əsas məbləğ 974.777,50 manat, əlavə dəyər vergisi məbləği 175.459,95 manat olmaqla ümumlikdə 1.150.237,45 manat dəyərində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 772.265,00 manat, ƏDV məbləğindən 139.007,70 manat olmaqla ümumilikdə 911.272,70 manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş "xxxx" MMC tərəfindən 10 iyul 2024-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə hal-hazırkı dövrə iddiaçının cavabdehə müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 202.512,50 manat, ƏDV borcu 36.452,25 manat olmaqla ümumilikdə 238.964,75 manat təşkil edir. Artıq 5 aydan artıq bir müddətdir ki, iddiaçı tərəfindən təhvil verilən mallara və elektron qaimə-fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC-nin müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. 03 oktyabr 2024-cü il tarixində iddiaçı İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanmış olan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin "xxxx" QSC-yə 03 oktyabr 2024-cü il tarixinə olan ümumi borc məbləği 238.964,75 manat təşkil edir.
24. Cavabdeh iddiaya yazılı etiraz edərək, ərizənin təmin edilməməsini xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddiaçıya daimi ödənişlər etmişdir və ödənişlərdən yayınmamışdır. Şirkətdə struktur dəyişikliyi və kadr islahatları aparılaraq yeni prosedur qaydalar tətbiq edilməkdədir. Hazırda ödənişlər qarşılıqlı olaraq hər iki tərəfin imzaladığı təhvil-təslim aktına əsasən icra edilir. Təhvil-təslim aktları imzalanmadığına görə ödənişin icrası dayandırılmışdır.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-1453/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 iyul 2023-cü il tarixli YB-0048-23 saylı alqısatqı müqaviləsi üzrə Cavabdeh MMC-dən 202512.50 manat məbləğində borc, 36452.25 manat məbləğində ƏDV borcu, ödənişlərin gecikdirlməsinə görə 3500 manat dəbbə pulu, 533.18 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmiş iddia qalan hissədə rədd edilmişdir.
27. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, cavabdeh isə aldığı malların dəyərini ödəməmiş, bununla da öhdəliyi pozmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə öhdəıliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu nəzərdə tutulduğundan cavabdehdən dəbbə pulunun tutulması üçün də əsaslar mövcuddur. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq dəbbə pulunun məbləğini azaldaraq 3500 manat müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir.
28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1453/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayət verilmişdir.
29. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış müqavilə üzrə tələb olunan məbləğə münasibətdə təhvil-təslim aktları natamamdır, tələbin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud deyildir. Göstərilən səbəblərə görə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər ərizədə göstərilən həcmdə yerinə yetirilməmiş və buna görə də cavabdeh tərəfindən ödənişin icrası dayandırılmışdır. Satıcı alıcının tələbinə əsasən mallarla bağlı bütün növ sertfikat, şəhadətnamə və digər növ sənədləri təqdim etməyə borcludur və qeyd olunan öhdəlik iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən prosessual normalar düzgün tətbiq edilməmiş, sübutlar kifayət qədər hərtərəfli araşdırılmamış, əlavə sübutların işə əlavə olunması üçün hər hansı tədbir görülməmiş və mövcud sübutlar düzgün qiymətləndirilməmiş, düzgün olmayan qətnamə qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən iddiaya etirazda da qeyd olunduğu kimi iddia tələbində göstərilən 202512.50 manat məbləğində borca dair iddiaçı tərəfindən birtərəfli olaraq təsdiq edilmiş maliyyə sənədləri təqdim edilsə də, həmin borca, o cümlədən həmin borcun həqiqiliyini əks etdirən təsdiqedici sənədlərə dair hər hansı məlumat əlavə edilməmişdir. Bununla da müqavilədə qeyd olunan malların həqiqətən də tikinti sahəsinə təhvil verilməsi, iddia olunan məbləğlərə uyğun həcmdə olmasını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı və cavabdeh arasında müqavilə üzrə hər hansı təhvil-təslim aktı imzalanmamışdır və qeyd olunan məbləğdə mal-materialın həqiqətən təhvil verilməsini təsdiq hər hansı sənəd mövcud deyildir. Cavabdeh MMC həm məhkəmə prosesindən əvvəlki dövrdə, həm də iddia tələbinə dair mübahisənin məhkəmənin icraatında olduğu dövrdə iddiaçı İddiaçı QSC-ni müqavilə üzrə yaranmış borc məbləğinin dəqiqləşdirilməsi üçün razılaşmaya dəvət etsə də, qarşı tərəf bundan imtina etmişdir. Əlavə olaraq, Cavabdeh MMC tərəfindən aparılan tikinti obyektinin tədqiqinə əsasən iddiaçı tərəfindən real olaraq təqdim edilən və obyektdə istifadə olunan mal-materialın həcmi iddia olunan həcmlərə uyğun gəlmir. Belə ki, İddiaçı QSC tərəfindən tərtib olunan qaimə-fakturalarda qeyd olunan təhvil verilmiş betonun ümumi həcmi 6362 m2 təşkil edir. Buna baxmayaraq tikinti layihəsi üzrə layihə-smeta sənədlərində nəzərdə tutulan betonun həcmi 5919 m2dır. Bununla da beton qarışığının həcminə dair layihə-smeta sənədləri ilə qaimə-fakturalar arasında yaranan fərq 443 m2 təşkil etmişdir. Qeyd olunanlara əsasən "xxxx" QSC tərəfindən beton qarışığının qaimə- fakturalarda göstərilən həcmdə təmin edilməsi ağlabatan deyildir və təqdim edilən beton qarışığının həcmini müəyyən etmək üçün tikinti obyektinin tikinti-texniki tədqiqinin aparılması zəruridir. Əlavə olaraq qanunvericiliklə nəzərdə tutulan, təmin edilən mal-materiallara dair zəruri sənədlər (texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və i.a.) təqdim edilməmişdir. Göstərilən əsasa görə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və buna görə də cavabdeh tərəfindən ödənişin icrası dayandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qət edilən 3500 manat gecikdirmə borcu əsassızdır və tətbiq oluna bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
31. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
Maddə 567. Alğı-satqı müqaviləsi 567.1. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. ... Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 631. Malların çatdırılması 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. ...
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. İddia qismən təmin edilsə də iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdehin şikayəti qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Tərəflər arasında müxtəlif siniflərdən olan hazır beton qarışığının çatdırılma şərti ilə alqı-satqısına dair müqavilə bağlanmışdır. Hər iki tərəf kommersiya hüquqi şəxsi olduğundan və alıcı alqı-satqı predmeti olan hazır beton qarışığını sahibkarlıq fəaliyyətində istifadə üçün əldə etdiyindən bu müqavilə alqı-satqının xüsusi növü olan göndərmə müqaviləsi hesab edilir.
40. Həmin müqavilə üzrə iddiaçı tərəfindən müxtəlif siniflərdən olan beton qarışığından ibarət mallar cavabdehə təqdim edilmiş, malların qiymətinin ödənilməsi üçün elektron qaimə-fakturalar göndərilmişdir. Cavabdeh həmin elektron qaimələrin əksər hissəsi üzrə ödənişlər etsə də, 202512,50 manat məbləğində əsas vəsait və 36452,25 manat məbləğində ƏDV-ni iddiaçıya ödəməmişdir.
41. Cavabdeh apellyasiya şikayətində pulun ödənilməməsinin səbəbi kimi, malların keyfiyyət sertifikatının və s. təqdim edilməməsini, təhvil-təslim aktlarının olmamasını, iddia edildiyi miqdarda beton qarışığının verilməsinin inandırıcı olmamasını göstərmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, müqavilədə malların uyğunluq sertifikatının tələb edildiyi halda təqdim ediləcəyi razılaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıdan sertifikatın tələb edilməsi, iddiaçının isə bundan imtina etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Təhvil-təslim aktlarının olmaması və verilmiş beton qarışığının həcminin düzgün hesablanmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh beton qarışığı verilərkən və elektron qaimə-fakturalar göndərilərkən qeyd edilən halların heç birini bildirməmiş, elektron qaimə-fakturalar təsdiq edilmiş, əlavə olaraq da 3 oktyabr 2024cü il tarixli üzləşmə aktı ilə tələb edilən borc məbləğinin mövcudluğu etiraf edilmişdir. 43.Şikayətin dəbbə pulunun tutulmasının əsassız olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.3-cü bəndlərində alıcı tərəfindən malın dəyərini ödəmək öhdəliyinin vaxtında icra edilməməsinə görə hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi, lakin bu məbləğin ümumilikdə gecikdirlən məbləğin 5 faizindən artıq ola bilməyəcəyi razılaşdırılmışdır. Dəbbə pulunun tutulması barədə tərəflər arasında yazılı razılaşma olduğundan, cavabdehin isə öhdəliyin icrasını gecikdirməsi sübuta yetirildiyindən dəbbə pulunun tutulmasının əsassız olması barədə şikayətin dəlili öz təsdiqini tapmır. 44.Dəbbə pulunun miqdarının düzgün hesablanmamasına gəldikdə isə qeyd edilir ki, iddiaçı gecikdirmə müddətini hər bir qaimə-faktura üçün ayrıca deyil, sonuncu qaiməfakturanın ödənilmə tarixindən hesablamışdır. Sonuncu qaimə-faktura xx.xx.2024-cü il tarixdə verilmişdir. Ödəniş 5 bank günü ərzində, yəni ən geci xx.xx.2024-cü il tarixədək edilməli idi. İddia ərizəsinin məhkəməyə verildiyi tarixədək (20 dekabr 2024) 150 gün keçmişdir. Ödənişi gecikdirilən borc məbləği 238964,75 manat, həmin məbləğin 0,1 faizi 238,96 manatdır. 150 gün üçün dəbbə pulunun miqdarı isə 35844 manat olacaqdır. Müqavilə şərtlərinə görə dəbbə pulunun ümumi miqdarı gecikdirilən məbləğin 5 faizindən yuxarı ola bilməz. Gecikdirilən məbləğin 5 faizi 11948,23 manat təşkil edir. İddiaçı dəbbə pulu kimi ən çoxu bu məbləği tələb edə bilərdi. İddiaçı 4219,01 manat dəbbə pulu tələb etmiş, məhkəmə həmin məbləği azaldaraq 3500 manat dəbbə pulunun cavabdehdən tutulmasını qət etmişdir. Göründüyü kimi cavabdehin dəbbə pulunun miqdarının düzgün hesablanmaması barədə dəlili də əsassızdır.
45. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
47. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Cavabdeh "Ricon” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(113)-1453/2025 saylı nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova