Məhkəmə qərarları › İş №2-2(103)-982/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-982/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-982/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı yük daşınması müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2733/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (ekspeditor) ilə Cavabdeh MMC (sifarişçi) arasında 31 yanvar 2023cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqavilə bağlanmış, ekspeditor sifarişçinin tapşırığı ilə və onun hesabına müqavilə ilə müəyyən edilmiş ərazidə yüklərin dəmir yolu nəqliyyat vasitəsi ilə daşınması, onlarla əməliyyatların, o cümlədən yüklərin göndərilməsi üçün naryadın alınması, vaqonların, konteynerlərin verilməsi, daşınma haqlarının ödənilməsi və onlarla əməliyyatların təşkili ilə bağlı xidmətlər göstərməyi, sifarişçi isə daşımanın dəyərini ekspeditora ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akt tərtib olunmuş, həmin aktda 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqavilə üzrə 254 248,6 manat dəyərində xidmətlərin göstərildiyi, 154.680 manat dəyərində ödənişlərin edildiyi qeyd edilmiş, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 99568,6 manat məbləğində təsdiq edilmişdir. Eyni zamanda adıçəkilən aktla Cavabdeh MMC qalan məbləğdən 2023-cü ilin oktyabr ayının 31-dək 33000 manat, noyabr ayının 30-dək 33000 manat, dekabr ayının 31-dək 33568,8 manat məbləğində ödənişləri etməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 99568,6 manat əsas borcun, 224 029 manat dəbbə pulunun, audit xidməti üçün ödənilmiş 750 manat məbləğində pulun və ödənilmiş 615 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2023-cü il tarixli dəmiryol nəqliyyatekspedisiya xidmətləri haqqında AST-03/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin tapşırığı və onun hesabına müqavilə ilə müəyyən edilmiş ərazidə yüklərin dəmir yolu nəqliyyat vasitəsi ilə daşınmasının təşkili ilə bağlı nəqliyyatekspedisiya xidmətlərinin təşkili, onlarla əməliyyatlarının, o cümlədən yüklərin göndərilməsi üçün naryadın alınması, vaqonların, konteynerlərin verilməsi, daşınma haqlarının ödənilməsi habelə, tərəflərin razılaşdırdığı şərtlərlə yüklərin beynəlxalq və ya daxili daşımalarının və onlara əməliyyatlarının təşkili ilə bağlı digər xidmətlərin icra edilməsi iddiaçıya həvalə edilmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam icra edilmiş, razılaşdırılmış xidmət və yüklərin daşınması həyata keçirilmiş, lakin görülmüş işlərin dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Belə ki, iddiaçı tərəfindən 2023-cü ilin fevral ayında cavabdehə EBDA 431837 nömrəli elektron qaimə üzrə 55533,90 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009809 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 6800 manat məbləğində ödəniş edilmişdir. 2023-cü ilin mart ayında iddiaçı tərəfindən cavabdehə EBDC 534448 nömrəli elektron qaimə üzrə 51717,40 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009811 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 34000 manat məbləğində ödəniş edilmişdir. 2023-cü ilin aprel ayında iddiaçı tərəfindən cavabdehə EBDD 735275 nömrəli elektron qaimə üzrə 81178,40 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009815 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 10880 manat və xx.xx.2023-cü il tarixdə 18000 manat məbləğində ödənişlər edilmişdir. 2023-cü ilin may ayında iddiaçı tərəfindən cavabdehə EBDG 655350 nömrəli elektron qaimə üzrə 58967,90 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009817 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 15300 manat, KMO GDĞ/1 009818 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 18700 manat, KMO GDĞ/1 009819 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 37400 manat və KMO GDĞ/1 009820 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 5100 manat məbləğində ödənişlər edilmişdir. 2023-cü ilin iyun ayında iddiaçı tərəfindən cavabdehə EBAD 213815 nömrəli elektron qaimə üzrə 6 851 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009825 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 8500 manat məbləğində ödəniş edilmişdir. 2.3. Beləliklə, 2023-cü ilin fevral – iyun ayları müddətində iddiaçı tərəfindən cavabdehə cəmi 254 248,60 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən cəmi 154 680 manat məbləğində ödəniş edilmiş və bu günə qədər sonuncunun 99568,60 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaçı qarşısında ödənilməmiş qalan 99568,60 manat məbləğində qeyd olunan borcu elektron qaimələr, görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akt, dövriyyə cədvəli, üzləşmə aktları, kassa mədaxil orderlər və hesabfakturalarla təsdiq olunur. Eyni zamanda tərəflər arasında 01/23 nömrəli xx.xx.2023-cü il, 02/23 nömrəli xx.xx.2023-cü il, 03/23 nömrəli xx.xx.2023-cü il, 04/23 nömrəli xx.xx.2023- cü il və 05/23 nömrəli xx.xx.2023-cü il tarixli üzləşmə aktları tərtib edilmiş və sonuncu – 05/23 nömrəli xx.xx.2023-cü il tarixli üzləşmə aktında 99568,60 manat ödənilməmiş borc qalığının olduğunu cavabdeh imza və möhürü ilə təsdiq etmiş və qalıq borcun qısa müddət ərzində ödəniləcəyi haqqında cavabdeh məktubunda bildirmişdir. Görülmüş işlərin dəyərinin ödənilməsi barədə iddiaçı tərəfindən dəfələrlə cavabdehə məktubla və pretenziya qaydasında müraciət edilmiş, cavabdeh hər dəfə borcunu etiraf edərək cavabında bildirmişdir ki, yaxın zamanda yaranmış borcunu ödəyəcək, lakin bu günə qədər borcu ödənilməmiş qalmışdır. Bununla da tərəflər arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi cavabdeh tərəf icra etməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən sonra 31 yanvar 2023-cü il tarixli müqavilə əsasında görülmüş işlərin və xidmətlərin, həmçinin müqavilə əsasında göstərilmiş xidmətlərin qarşılığında ödəniləcək məvaciblərin düzgünlüyünün auditi aparılmışdır. "xxxx" MMC-nin müstəqil auditor hesabatının 11 iyun 2024-cı il tarixli rəyində göstərilir ki, yaranmış borc 99568,60 manat təşkil edir və rəyə əsasən yaranmış borc tam və vaxtında ödənilməzsə, iddiaçının hər gecikmə gün üçün qalmış borcun məbləğinin 1% dəbbə pulu hesablamağa hüququ vardır və cavabdeh həmin dəbbə pulun ödənilməsini öz öhdəsinə götürdüyünü bildirmişdir. Hər gecikmə günü üçün qalmış borc məbləğinin 1% dəbbə pulu xx.xx.2024-cı il tarixinə (99568,60 x 1% x 225 gün) 224 029 manat təşkil edir. Həmçinin audit yoxlamasının keçirilməsinə görə 750 manat ödəniş edilmişdir.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 448-ci və s. maddələri göstərilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2733/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında AST-03/23 saylı müqavilə üzrə 99 568 (doxsan doqquz min beş yüz altmış səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 4900 (dörd min doqquz yüz) manat cərimə məbləği olmaqla ümumilikdə 104 468 (bir yüz dörd min dörd yüz altmış səkkiz) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh nağd qaydada edilən bəzi ödənişlərin nəzərə alınmadığı ilə bağlı etirazına münasibətdə isə göstərir ki, tərəflər arasında 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyatekspedisiya xidmətlərinə dair akt tərtib olunmuş, həmin aktla cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, 2023-cü ilin dekabr ayının 31-dək ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman həmin aktda cavabdeh tərəfindən nağd və nağdsız qaydada edilən bütün ödənişlər əks olunmuş, sonuncu isə həmin aktı təsdiq etmişdir. Eyni zamanda iş materiallarına əlavə olunan KMO GDĞ/1 009809 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009811 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009815 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009817 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009818 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009819 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009820 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009825 nömrəli xx.xx.2023-cü il tarixli kassa mədaxil orderləri əsasında cavabdeh tərəfindən edilən nağd ödənişlər 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyatekspedisiya xidmətlərinə dair aktda əks olunmuş, cavabdeh isə hər hansı əlavə edilmiş ödənişlər bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Qeyd edilən sübutetmə vəzifəsinin reallaşması üçün cavabdehə prosessual imkan yaradılmış, işin mahiyyəti üzrə baxılması xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə etmişdir. Lakin cavabdehin nümayəndələri əvvəlcə borc məbləğini qəbul etmiş, yalnız iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq dəbbə pulu tələbi irəli sürdükdən sonra əsas borc məbləğini mübahisələndirmiş, edilmiş ödənişlərlə bağlı isə hər hansı sübut təqdim edə bilməmişlər. Həmçinin məhkəmə icraatının gedişində cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, sonuncu tərəfindən hansı həcmdə ödənişlərin edildiyinin yalnız təqdim edilmiş müvafiq sübutlar əsasında, xüsusi bilik tələb edilmədən müəyyənləşdirilə biləcəyini nəzərə almadan cavabdeh sübutetmə vəzifəsini öz üzərindən ekspertə yönəltməyə çalışmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2733/2024 nömrəli qərardadı ilə sözügedən vəsatət rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin etirazları formal mülahizələrdən ibarətdir və təmin edilə bilməz

8. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2733/2024 nömrəli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.

9. Bundan sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2733/2024 nömrəli qətnaməsi ləğv edilməsini və apellyasiya şikayəti təmin edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəbbə pulu hissəsində iddiaçının mövqeyi əsassızdır və 31 yanvar 2023-cü il tarixli dəmiryol nəqliyyatekspedisiya xidmətləri haqqında AST-03/23 nömrəli müqavilə üzrə borc məbləğinin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən iddia qaldırılarkən cavabdeh tərəfindən nağd edilən bəzi ödənişlər nəzərə alınmamışdır.

11. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı AST-M- TRANS MMC tərəfindən müqavilə əsasında daşınma xidməti göstərilsə də, həmin şirkətlər arasında qeyd olunan müqavilə əsasında daşınan mallarla bağlı Belarusiya sirkəti olan ALFA EKSPEDİTİON MMC ilə də müqavilə bağlanmış və eyni malların daşınmasına görə müqavilə bağlanmış və 150 vaqondan çox mallar daşınmışdır. Lakin üzləşmə aktları və digər sənədlər tam hərtərəfli araşdırıldıqda görünür ki, həmin üzləşmə aktları başqa vaxtları əhatə edir və nağd ödənilmiş pul məbləğləri mövcuddur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və etirazında apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin formal mülahizələrdən ibarət olduğunu əsas göstərərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini xahiş etdi.

1. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Tətbiq edilən hüquq:

15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-ci maddəsinə görə ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

16. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında nəqliyyat xidmətləri göstərilmiş, lakin göstərilmiş xidmətlərin dəyəri cavabdeh tərəfindən tam ödənilməmişdir. Hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmiş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akta əsasən cavabdehin iddiaçıya göstərilmiş xidmətlərə görə borcunun 99568,6 manat olması təsdiq edilmişdir.

22. Aktda tərəfindən edilmiş bəzi nəğd ödənişlərin nəzərə alınmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh müqavilə üzrə aktda öz əksini tapmayan nəğd ödənişlərin edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin dəlillər əsassızdır.

23. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 850.1ci və 852.4-cü maddələrinə əsasən cavabdehdən 99568,6 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Eyni zamanda, dəbbə pulunun tutulmasına dair iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Hazırkı halda Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında imzalanmış xidmətlərin göstərilməsinə dair aktda müqavilə üzrə qalıq borcu ödəmək öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

26. Digər tərəfdən kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq 4900 manat məbləğində müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2733/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar