Məhkəmə qərarları › İş №2-2(103)-983/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-983/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-983/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025-093 nömrəli qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Firması (bundan sonra-iddiaçı) Cavabdehnə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı Firması iddia tələbinin həcminin artırılması barədə ərizə verib 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin, 748006,68 (yeddi yüz qırx səkkiz min altı manat altmış səkkiz qəpik) manat məbləğində ARDNŞ-nin “X5" Tresti tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın və 976812,63 manat məbləğində gecikmə faizinin, cəmi 2476493,68 (iki milyon dörd yüz yetmiş altı min dörd yüz doxsan üç manat altmış səkkiz qəpik) manat, 2694,08 (iki min altı yüz doxsan dörd manat səkkiz qəpik) manat dövlət rüsumu məbləğinin, cəmi 2479187,76 (iki milyon dörd yüz yetmiş doqquz min bir yüz səksən yeddi manat yetmiş altı qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, malların çatdırılması öhdəliyi vaxtında icra edilmədiyi üçün 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində dəbbə pulu və 1041,67 (bir min qırx bir manat altmış yeddi qəpik) manat dövlət rüsmunun İddiaçı Firmasından tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı firmasından qarşılıqlı iddia ərizəsi ilə tələb edilən 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) cərimə məbləğinə əlavə olaraq 400396,33 (dörd yüz min üç yüz doxsan altı manat otuz üç qəpik) məbləğində İddiaçı firması tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın (inflyasiya faizinin) və 246559,72 (iki yüz qırx altı min beş yüz əlli doqquz manat, yetmiş iki qəpik) manat məbləğində gecikmə faizinin, boşdayanma xərci qismində ******* manat, cəmi 2657 430,42 manat ( iki milyon altı yüz əlli yeddi min dörd yüz otuz manat qırx iki qəpik), 2118,72 manat (iki min bir yüz on səkkiz manat, yetmiş iki qəpik) dövlət rüsumu məbləğinin, beləliklə də cəmi 2659549,14 manat (iki milyon altı yüz əlli doqquz min beş yüz qırx doqquz manat on dörd qəpik) məbləğin İddiaçı firmasından tutularaq SOCAR Cavabdeh nəfinə tutulması və SOCAR Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdehndən 1299,90 manat dəbbə pulu, 33 manat dövlət rüsumu, ümumilikdə 1332,90 (bir min üç yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, çəkilmiş qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmişdir.

6. İlkin iddia üzrə iddiaçı tərəfindən vaxtında verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)- 638/2025 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir.

7. İlkin iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qərardadı ilə ilk İddiaçı Firması tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilərək ilk İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. İlk iddia üzrə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 nömrəli qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 nömrəli qərardadının ləğv olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qərardadı ilə ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

10. İlk iddia üzrə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 nömrəli qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 nömrəli qərardadının ləğv olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qərardadı ilə ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

11. İlk iddia üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1085/2025-093 saylı qərardadı ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1085/2025 nömrəli qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş ərizənin (vəsatətin) təmin edilməməsi qərara alınmışdır.

13. Hazırda ilk iddia üzrə cavabdeh AR DNŞ-nin “X5 Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1085/2025-093 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdehndən 1299,90 manat dəbbə pulu, 33 manat dövlət rüsumu, ümumilikdə 1332,90 (bir min üç yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, çəkilmiş qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən vaxtında verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-638/2025 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. İlkin iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1085/2025 №- li qərardadı ilə İddiaçı Firması tərəfindən verilmiş iddia müddətinin bərpa edilməsi ilə əlaqədar ərizə (vəsatət) təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1085/2025 №-li qərardadını aşağıdakılara əsasən qanunsuz hesab etdiyimiz üçün şikayət vermişdik: İlkin iddia üzrə iddiaçıya peşəkar hüquqi yardım AR Vəkillər Kollegiyasının üzvü tərəfindən göstərilir. Vəkillər və vəkillik fəaliyyəti haqqında AR qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Qeyd edək ki, dövlət rüsumunun hesablanması və onların ödənilməsi məsələsi də yüksək keyfiyyətli hüquqi yardımı ehtiva edir. ARZU-NNN firmasının dövlət rüsumunu ya vəkil yanlış hesablayıb, ya da ki , vəkil hesablamasa belə sənədləri məhkəməyə təqdim edərkən ən azından yoxlamalı idi. Çünki apellyasiya şikayəti vəkil tərəfindən imzalanmışdır. Bu baxımdan məhkəmə tərəfindən vəsatətin təmin edilməsi barədə qərardadda hər hansı üzrlü səbəbə istinad edilməmişdir. Çünki belə bir üzürlü səbəb mövcud olmamışdır. Məhkəmə AR Konstitusiya Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrına istinad edir. AR KM-in Plenumunun müvafiq qərarında qeyd edilir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzürlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzürlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. AR KM-in Plenumunun qərarından görünür ki, prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаyan hallarda prosessual müddəti məhkəmə bərpa edə bilərdi. Bu baxımdan məhkəmə prosessual müddəti o halda bərpa edə bilərdi ki, dövlət rüsumunun az ödənilməsi ARZU NNN firmasının təqsiri ucbatından baş verməyib, müvafiq Firma rüsumu ödəməyə cəhd etmiş lakin bu mümkün olmayıb. Lakin təəssüflər olsun ki, qərardada baxarkən belə bir halın (halların) mövcud olmadığı ortaya çıxır. Əgər dövlət rüsumunun düzgün hesablanmaması və ya hesablanmaması vəkilin məsuliyyətindədirsə və bu, iddiaçının iradəsindən asılıdırsa, məhkəmənin müddətin bərpası ilə bağlı qərar çıxarması qanunsuzdur. Hesab edirik ki, prosessual müddətin bərpa edilməsilə bağlı ARZU-NNN firmasının ərizəsinin təmin olunması ilə əlaqədar çıxarılmış məhkəmə aktı zahirən (formal olaraq) uyğunluq təəssüratı yaratsa da, mülki işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən MPM-in 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1085/2025 №- li qərardadını aşağıdakılara əsasən qanunsuzdur: Məhkəmə qərardadda qeyd edir ki, mən nümayəndə olaraq xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti təqdim etmişəm. Lakin buna baxmayaraq şikayətin xx.xx.2025-ci il tarixdə edildiyi e-məhkəmə sistemindən bəlli olur. Hakim tərəfindən həmin şikayətim nəzərə alınmadığı üçün mən məcbur xx.xx.2025-ci il tarixdə təkrar şikayət təqdim etdim. Məhkəmə heç bir əsas olmadan dövlət rüsumunu az ödəyən ilkin iddia üzrə iddiaçının vəsatətinə baxmış və müddətin ötürülməsini əsaslı saymışdır. Mən isə üzrlü səbəblər təqdim etməyimə baxmayaraq hakim tərəfindən nəzərə alınmamışdır. Qərardadda qeyd edilir ki, məhkəmə qərardadı xx.xx.2025-ci il tarixdə saat 17:55-də təqdim edilmişdir. Mənim iş vaxtım 18:00-da yekunlaşdığı üçün həftənin 5-ci günü yəni, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə normal olaraq görmüşəm və 10 gün müddət ərzində şikayətimi məhkəməyə təqdim etmişəm. Sənədlərdən də görünür ki, üzürlü hesab edilən bütün hallarla bağlı məhkəməyə sənəd təqdim etmişəm. Lakin Arzu-NNN firması heç bir sənəd təqdim etməyib.

15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

22. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

23. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

24. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

25. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

26. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1085/2025-093 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

28. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən təmsil edilmş və cavabdehin nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur.

30. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1085/2025 nömrəli qərardadı ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 17:55-də yerləşdirilmiş, bu barədə sistem vasitəsilə cavabdehin nümayəndəsi və vəkilinin “Elektron ünvan ” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmişdir.

31. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1085/2025 nömrəli qərardadı ilk iddia üzrə cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən ilk iddia üzrə cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.

32. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin ilk iddia üzrə cavabdeh sözügedən qərardaddan ilk dəfə apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir.

33. Beləliklə, apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.

34. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsi apellyasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur.

36. Həmin Məcəllənin 363.4-cü maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” apellyasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir.

37. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

38. Belə ki, Cavabdeh hüquqi şəxsdir və birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili tərəfindən təmsil edilmişdir.

39. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Ədliyyə Akademiyasında keçiriləcək icbari təlimə cəlb edilməsinin apellyasiya şikayətinin verilməsinə hansı formada maneə yaratdığı əsaslandırılmamışdır.

40. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

42. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1085/2025-093 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar