Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-984/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-4170/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 29 may 2024-cü il tarixli, BS-20/24 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 2.1-ci bəndinə əsasən satıcı adı və sayı hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə fakturalarda göstərilən malı alıcının mülkiyyətinə ötürməyi, alıcı isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə əsasən malların vaxtlıvaxtında yerinə yetirilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən Əlavələrdə göstərilən malların dəyəri mallar alıcıya təhvil verildikdən sonra 30 (otuz) bank günü ərzində alıcı tərəfindən satıcının hesablaşma hesabına köçürülməsi yolu ilə ödənilir. 5.3-cü bəndinə əsasən alıcı satıcıya, ona təqdim edilmiş malın dəyərini vaxtında ödəmədiyi halda, hər gecikdirilmiş gün üçün gccikdirilmiş malın dəyərinin 0,1 % məbləğində cərimə ödəyir. M Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli, 30 may 2024-cü il tarixli X1 malların adı,markası,qiyməti razılaşdırılmışdır.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli, 04 iyun 2024-cü il tarixli X1 malların adı, markası, qiyməti razılaşdırılmışdır.
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 21865.40 manat məbləğində mal verilmişdir.
5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 16153.02 manat məbləğində mal verilmişdir.
6. İddiaçı MMC tərədindən Cavabdeh MMC-yə MT2405 seriyalı 11374654 nömrəli xx.xx.2024-cü il tarixli 21865.40 manat, MT2406 seriyalı 10339781 nömrəli xx.xx.2024-cü il tarixli 16153.02 manat məbləğində elektron qaimələr göndərilmişdir.
7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşrığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3000 manat köçürülmüşdür.
8. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildirişə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 540 manat ƏDV ödənişi edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış BS 20/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 34478.42 (otuz dörd min dörd yüz yetmiş səkkz manat qırx iki qəpik) manat əsas borc, hər gecikdirilmiş gün üçün vurulmuş 0.1% ziyan (cərimə) üçün 8274 (səkkiz min iki yüz yetmiş dörd) ümumilikdə 42752.42 manat, 10% pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 (üç min dörd yüz qırx yeddi manat,səksən dörd qəp.) manat və dövlət büdcəsinə köçürülmüş 228.60 (iki yüz iyirmi səkkiz manat almış qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 45428.56 (qırx beş min dörd yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat məbləğində pulun cavabdeh "xxxx" MMC -dən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış BS 20/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1 il müddətinə müqavələnin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (razılaşdırma protokoluvə təhvil təslim aktı) göstərilən malı (tikinti materiallarını) alıcı "xxxx" MMC-yə təhvil verməyi, alıcı isə müqaviləyə edilmiş əlavələrdə göstərilən mallları təhvil aldıqdan sonra 30 (otuz) bank günü ərzində həmin malların dəyərinin satıcı "xxxx" MMC-nin heabına ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ümumi dəyəri (ƏDV daxil) 21865,4 (iyirmi bir min səkkiz yüz altmış beş manat qırx qəpik) manat olan 54.5 taxta, xx.xx.2024-cü il tarixdə isə ümumi dəyəri (ƏDV daxil) 16153,02 (on altı min bir yüz əlli üç manat sıfır iki qəpik)manat olan 341 ədəd 10 taxta olmaqla ümumilikdə 38018, 42 (otuz səkkiz min on səkkiz manat qırx iki qəpik) manat məbləğində mal cavabdehə təhvil verilmiş, bunula bağlı tərəflər arasında müvafiq protokol və təhvil-təslim imzalanmışdır. BS 20/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı mallar ona təhvil verildikdən sonra 30 (otuz) bank günü ərzində malların dəyərini satıcının hesablaşma hesabına ödəməlidir. Müqavilə əsasında mallar təqdim edilən gündən,bu günədək cəmi 3540 manat (ədv daxil) ödniş olunmuşdur. Eyni zamanda həmin müqavilənin 5.3-cü bəndinə görə alıcı satıcıya ona təqdim edilmiş malın dəyərini vaxtında ödəmədiyi haldahər gecikdirilmiş gün üçün malın dəyərinin 0,1% məbləğində cərimə ödəyir. Eyni zamanda qənaətinə görə iddaçı cəmiyyətə məxsus pul vəsaitini əsassız saxlamağa (əldənçıxmış faydaya) görə də cavabdeh cəmiyyət tərəfindən iddiaça cəmiyyətə vurulmuş ziyanın 10 % məbləğində əlavə pul ödənilməlidir. Cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirməməsi və iddiaçı cəmiyyətə olan borcunu qaytamaması həmçinin, ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq borcunu ödəməkdən yayınması səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Hesab edir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 34478.42 manat əsas borc, hər gecikdirilmiş gün üçün vurulmuş 0.1% ziyan (cərimə) üçün 8274 manat ümumilikdə 42752.42 manat, 10% pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 manat və dövlət büdcəsinə köçürülmüş 228.60 manat dövlət rüsumu olmaqla ümumilikdə 45428.56 (qırx beş min dörd yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat məbləğində pul cavabdeh cəmiyyətdən alınaraq iddiaçı cəmiyyətəödənilməli, bununla da aramızdakı müqavilə ləğv edilməlidir.
11. Cavabdeh iddia tələbinə qismən etiraz edərək ərizəsində bildirmişdir ki, iddiaçının heç bir sübut təqdim etmədən əldən çıxmış fayda tələbini əsassız hesab edir, çünki əldən çıxmış faydanın tələb edilməsi üçün konkret olaraq hansı formada faydanın itirilməsi, buna səbəbin cavabdehin əməllərinin olub-olmaması aydınlaşdırılmalıdır. Bununla bağlı isə heç bir sübut təqdim edilməmişdir. Son olaraq, hesablanan cərimə məbləğində də yanlışlıq olduğunu qeyd edir, məbləğin əsassız olaraq şişirdilərək tələb edildiyini qeyd etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4170/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 34478.42 (otuz dörd min dörd yüz yetmiş səkkiz manat qırx iki qəpik) manat əsas borc,illik 5% hesablanmış 1725 (min yeddi yüz iyirmi beş) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək cavabdehin özü tərəfindən təsdiqlənmiş elektron qaimələrlə, qiymət razılaşdırma protokolları və təhviltəslim aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 34478.42 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 34478.42 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünüb ki, iddiaçı iddia ərizəsində həmçinin 8274 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 1725 manat dəbbə pulu tutularaq iddiaçının xeyrinə ödənilməlidir..Daha sonra iddiaçı pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 manat pulun tutulmasını xahiş etmişdir.Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünüb ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələblə dair hüç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 228.60 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 180 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
14. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 462.1, 467, 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən məbləğin şirkətin üçün əmlak mənafeyinə uyğun deyildir və bu məbləğin ödənilməsi iddiaçının əsassız olaraq varlanmasına səbəb olacaqdır. Mülki qanunvericiliklə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən cərimə məbləğinin azaldılmasına icazə verilir. Belə olan halda məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Hesab edir ki, məhkəmə mülki iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, iddia olunan məbləğlər şişirdilmişdir və belə olan halda məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurəti vardır. Mülki prosessual məcəllənin 77.3-cü maddəsinə əsasən mövcüd olan sübutlar əsasında obyektiv işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə qeyd olunanları nəzərə almalı və hazırki işə baxarkən hərtərəfli və obyektiv qətnamə qəbul etməsi üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan mütəxəssisisin yardımından istifadə edilməsi üçün qərardad qəbul edilməsinə zərurət vardır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hazırkı iş üzrə də Bakı Kommersiya Məhkəməsi qanunvericiliyin prosessual normasının tələbini düzgün tətbiq etməyərək pozmuş, bu pozuntu qanunsuz qətnamə qəbuledilməsiilə nəticələnmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini etiraz etdi, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.
20. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır
Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli, BS- 20/24 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdeh tərəfindən təqdim edilmiş mallara görə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun ƏDV daxil 34478,42 manat olmasını iddia edir və həmin borcun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun və illik 10%-lə əldən çıxmış faydanın tutulmasını (əldən çıxmış faydanın tutulması hissəsi apellyasiya baxışının predmeti deyil) tələb edir. Cavabdeh isə tələb edilən məbləğin şirkətin əmlak mənafeyinə zidd olduğunu əsas gətirir və iddia tələbinin rədd edilməsini xahiş edir.
29. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567-ci və 598.1-ci maddələri təşkil edir.
30. İddianın həmin hissəsi bağlı olaraq kollegiya əvvəla qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar həmin hissədə iddianın əsaslı olduğunu təsdiq edir. Belə ki, ümumilikdə ƏDV daxil 38.018,42 manat məbləğində malların təhvil verilməsini təsdiq edən aktlar, həmin mallara dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş və təsdiqlənmiş elektron qaimələr, habelə cavabdeh tərəfindən həmin qaimələr əsasında qismən ödənişin (ƏDV daxil 3540 manat) həyata keçirilməsi faktı malların təhvil verildiyini sübut edir. Digər tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənildiyi isə iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda, birinci instansiya məhkəməsi həmin hissədə iddianın təmin ekməklə düzgün nəticəyə gəlmişdir.
31. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 1725 məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4170/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov