Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-990/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı lizinq müqaviləsinin ləğv edilməsi və sair tələblərə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, lizinq borcunun ödənilməsi və lizinq predmeti əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı lizinq müqaviləsinin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1311/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 199 nömrəli müqaviləyə əsasən, lizinq verən ümumi məbləği 264.412,04 manat olan və müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (cavabdehin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin: - 1.2. Lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 264.412,04 manat dəyərindən 89.179,04 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödəniş məbləği lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; - 5.1.6. Lizinq alan texnikadan istifadə üçün bu müqaviləyə əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə bu lizinq alan tərəfindən müqavilə şərtlərinin kobud pozuntusu hesab edilir; - 5.2. Göstərilən hallardan biri mövcud olduqda, lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni birtərəfli surətdə ləğv etmək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir; - 5.6. Lizinq alan bu müqavilənin 5.2-5.5-ci bəndlərinin tələblərini yerinə yetirmədikdə lizinq verən birtərəfli qaydada bu müqavilənin ləğv edilməsi, texnikanın və ya onun qalıq dəyərinin, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, vurulmuş zərərin, bu müqavilənin 5.2-5.5-ci bəndlərində nəzərdə tutulmuş cərimələrin lizinq alandan alınması üçün məhkəməyə müraciət etmək hüququna malikdir; - 9. Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.
2. Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Texnikaların təhvil verilməsinə dair aktdan görünür ki, lizinq alan tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 199 nömrəli lizinq müqaviləsinə əsasən onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş Traktor Beİarus-2022.30 Şassi/Zavod nömrəsi ******* Mühərrik nömrəsi 161254, Traktor Belarus-1523 Şassi/Zavod nömrəsi ******* Mühərrik nömrəsi 165796, Kotan 5 gövdəli sama (təkərli) SP145 Şassi/Zavod **********, Kotan 5 gövdəli sama (təkərli) SP145 Sassi/Zavod **********, Kotan 5 gövdəli sama (təkərİi) SP144 Şassi/Zavod **********, Taxılsəpən gübrəsəpənlə AG-TS24 Şassi/Zavod 181816, Taxılsəpən gübrəsəpənlə AG-TS24 Sassi/Zavod 181822, Taxılsəpən gübrəsəpənlə AG- TS24 Şassi/Zavod 181826, Traktor Belarus 2022.30 Sassi/Zavod nömrəsi ******* Mühərrik nömrəsi 164099, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa sola boşaldan 2ÖTQ-6 Şassi/Zavod nömrəsi 0841, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa və sola boşaldan) 2ÖTQ-6 Şassi/Zavod nömrəsi 0845, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa və sola boşaldan) 2ÖTQ-6 Şassi/Zavod nömrəsi 0836, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa və sola boşaldan) 2ÖTQ-6 Şassi/Zavod nömrəsi 0836, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa və sola boşaldan) 2ÖTQ-6 Şassi/Zavod nömrəsi 0842, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa və sola boşaldan) 2ÖTQ-6 Şassi/Zavod nömrəsi 0849, Traktor qoşqulu ikioxlu 4 təkərli (sağa və sola boşaldan) 2QTQ-6 Şassi/Zavod nömrəsi 0851, Mala lazer LZR-3- JUZİOR Şassi/Zavod nömrəsi 1710094, Ot dırmığı 4-lü GR-04 P Sassi/Zavod nömrəsi 1925019, Ot dırmığı 4-lü GR-04 P Sassi/Zavod nömrəsi 1925019, Ot dırmığı 4-İü GR-04 P Şassi/Zavod nömrəsi 1925014, Ot dırmığı 4-lü GR-04 P Şassi/Zavod nömrəsi 1925001, Asma gübrəsəpən 8001 (2 diskli) AKC/PD800H Şassi/Zavod nömrəsi 1091, Asma gübrəsəpən 8001 (2 diskli) AKC/DD800H Şassi/Zavod nömrəsi 1105, Otbiçən-xırdalayıcı rotorlu qoşulan KİP-1.5 Şassi/Zavod nömrəsi 16 markalı texnika saz və işlək vəziyyətdə cavabdehə təhvil verilmişdir.
3. Maraqlı şəxs MMC (hüquq ötürən şəxs), İddiaçı ASC (qəbul edən şəxs) və "xxxx" MMC (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli İmişli-003 nömrəli “xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş”ə əsasən, hüquq ötürən şəxs 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə ötürür, həmçinin hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixə qədər lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği lizinq alandan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixdən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. Sazişin: - 1.2. Lizinq alan şəxs 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli müqavilə üzrə lizinq verənin əvəz edilməsi ilə və bu sazişin bütün müddəaları ilə razıdır; - 1.3. 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli müqavilə üzrə hüquq ötürən şəxsə məxsus olan bütün hüquq və öhdəliklər qəbul edən şəxsə ötürülür; - 1.4. 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsidir və sazişin imzalanması ilə qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz öhdəsinə götürür; - 1.7. Bu saziş 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli müqaviləyə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxs qarşısında xx.xx.2020-ci il tarixinə qədər olan borc öhdəliyini əhatə etmir; -2.1. Tərəflər razılaşırlar ki, lizinq alan şəxs xx.xx.2020-ci il tarixinə qədər hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir; - 4.1. “Müqavilə”nin digər müddəalar dəyişilməz olaraq qalır.
4. Maraqlı şəxs MMC, İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 99/0199/NBKT nömrəli müqaviləyə 1 nömrəli əlavə üzləşmə və təhvil-təslim aktı”na görə, cavabdehə ümumilikdə 175.233 manat məbləğdə texnika verilmiş, xx.xx.2020-ci il tarixə cavabdehin qalıq borcu 157.709,7 manat təşkil edir.
5. xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə sazişə dəyişiklik edilməsinə dair 02 nömrəli xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, buraxılmış texniki səhvlərin aradan qaldırılması məqsədilə tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin preambulasında 1.1; 1.2; 1.3; 1.7; 2.10; 2.12-ci bəndlərində, həmçinin 1 nömrəli Əlavəsində qeyd olunmuş 03 sentyabr 2019-cu il tarixli 99/0199/NBKT nömrəli müqavilə mətni 23 avqust 2019-cu il tarixli 119 nömrəli müqavilə mətni ilə dəyişdirilmişdir.
6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli PLX-22/0006 nömrəli xəbərdarlıq məktubuna görə, xx.xx.2020-ci il tarixli 003 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə üçtərəfli sazişə əsasən xx.xx.2022-ci il tarixinə yaranmış 175.19,50 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli PLM-22/0033/2 nömrəli maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixli 003 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə üçtərəfli sazişə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçı qarşısında 20.440,05 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
8. xx.xx.2020-ci il tarixli hesabdan çıxarışa görə, cavabdehin dövrün sonuna qalıq borcu 20.440,05 manat təşkil edir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
9. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Maraqlı şəxs MMC) məhkəməyə müraciət edərək, üçüncü şəxs və cavabdeh arasında xx.xx.2019-cu il tarixli 199 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli sazişin ləğv edilməsi, 20.440,05 manat gecikdirilmiş əsas borcun və 100 manat məbləğdə ödənilmiş mediasiya xərcinin və 52 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 2 ədəd “Belarus-2022.3” markalı traktor, 1 ədəd “Belarus-1523” markalı traktor, 2 ədəd “SP145” markalı 5 gövdəli kotan, 1 ədəd “SP144” markalı 4 gövdəli kotan, 3 ədəd “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd “2ÖTQ-6” markalı ikioxlu 4 təkərli (sağa və sola boşaldan) traktor qoşqusu, 1 ədəd “LZR-3-juzior” markalı mala lazer, 3 ədəd “GR-04P” markalı dördlü ot dırmığı, 2 ədəd “AKC/DD800H” markalı asma gübrəsəpən, 1 ədəd “KİP-1.5” markalı otbiçən-xırdalayıcı rotorlu qoşulanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırkı mülkiyyətçi olan ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı və cavabdeh arasında xx.xx.2019-cu il tarixli 199 nömrəli Kənd təsərrüfati texnikasının lizinqə verilməsi barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli sazişin ləğv edilməsi və lizinq obyekti olan 2 ədəd “Belarus-2022.3” markalı traktorun, 1 ədəd “Belarus-1523” markalı traktorun, 2 ədəd “SP145” markalı 5 gövdəli kotanın, 1 ədəd “SP144” markalı 4 gövdəli kotanın, 3 ədəd “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd “2ÖTQ-6” markalı iki oxlu 4 təkərli (sağa və sola boşaldan) traktor qoşqusunun, 1 ədəd “LZR-3juzior” markalı mala lazerin, 3 ədəd “GR-04P” markalı 4-lü ot dırmığının, 2 ədəd “AKC/DD800H” markallı asma gübrəsəpənin, 1 ədəd “KİP-1.5” markalı otbiçən-xırdalayıcı rotorlu qoşulanın cavabdehdən alınaraq iddiaçıya qaytarılması, cavabdehdən 20,440.05 manat əsas borcun və ödənilmiş 152 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, “Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 27 iyul 2020-ci il tarixli İmişli-003 nömrəli sazişə və xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 20440,05 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 20440,05 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 199 nömrəli müqavilə və 27 iyul 2020-ci il tarixli İmişli-003 nömrəli xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Maraqlı şəxs MMC (hüquq ötürən şəxs), İddiaçı ASC (qəbul edən şəxs) və "xxxx" MMC (lizinq alan) arasında bağlanmış üçtərəfli müqavilənin ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektlərinin saz və işlək vəziyyətdə cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.”
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.12.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Şikayətin dəlillərinə görə, qətnamə qəbul olunarkən cavabdehin iştirak hüququ məhdudlaşdırılıb və bunun nəticəsi olaraq işi düzgün və hərtərəfli araşdırmadan ədalətsiz bir qətnamə qəbul edilmişdir. Məhkəmə onun ödənişlərinin və hesablanmış maliyyə arayışı əsasında olan borcun hesablanması üçün mühasibatlıq ekspertizası təyin etmədən borcun məbləğini təsdiq etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
18. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı: “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. İşdə olan mötəbər sübutların məcmusu (lizinq müqaviləsi, üçtərəfli saziş, təhviltəslim aktı, maliyyə arayışı) və cavabdehin sözügedən halları mübahisə etməməsi ilə təsdiq olunur ki, lizinq müqaviləsinə əsasən avadanlıqlar cavabdehə təhvil verilmiş, lakin sonuncu, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya müqavilə üzrə əsas borcu yaranmışdır.
24. Lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməli idi.
25. Belə olan halda, lizinq müqaviləsinin şərtlərini və Mülki Məcəllənin normalarını pozan cavabdehə münasibətdə Kənd təsərrüfati texnikasının lizinqə verilməsi barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə üçtərəfli sazişin ləğv edilməsi, lizinq obyekti əmlakların cavabdehdən alınaraq iddiaçıya qaytarılması və cavabdehdən əsas borcun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
26. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, işdə olan onlayn kargüzarlıqdan çıxarışlardan görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, bu barədə cavabdehin direktoru X1 **********63 nömrəli mobil telefonuna sms, habelə cavabdehin hüquqi ünvanı İmişli şəhəri N.ünvan 1avabdeh birinci instansiya məhkəməsində iştirak etməməsini məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qeyd etsə də, apellyasiya şikayətində də hər hansı inandırıcı və ağlabatan dəlillərə istinad etməmiş və artıq bu dəfə də tam imkanında olduğu halda Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
27. Şikayətin məhkəmənin ödənişlərin və hesablanmış maliyyə arayışı əsasında olan borcun hesablanması üçün mühasibatlıq ekspertizası təyin etməməsinin qanunsuz olması barədə dəlili də əsaslı deyil. Belə ki, cavabdeh iddiaçıya nə qədər ödəniş etdiyini və nə məbləğdə borcunun qaldığını bildirməyib, etirazını ümumi qaydada ifadə edərək, öz arqumentlərini konkret faktlarla (hansı ödənişlərin əslində nə qədər hesablanmalı olması və hansılarının cavabdeh tərəfindən maliyyə arayışında nəzərə alınmaması, ekspertiza ilə hansı faktın yoxlanılmasının zəruri olması və sair) dəqiqləşdirməmiş, heç bir rəqəm və hesablamaya istinad etməmişdir. Tərəflər arasında razılaşdırılmış ödəniş qrafikində əks olunan dövri borc məbləğləri ilə bağlı hesablama həlləri də sadə riyazi məsələlərdən ibarət olduğundan, bu sahədə xüsusi bilik tələb etmir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasını keçirməməsi qanunsuz olmamışdır, belə bir ekspertizaya, indiki apellyasiya araşdırmasında da ehtiyac duyulmamışdır.
28. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1311/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova