Məhkəmə qərarları › İş №2-2(103)-991/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-991/2023

06.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-991/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxsə qarşı fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 181347,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 15,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3996/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-874/2023 saylı qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3996/2023 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizəylə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3996/2023 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3996/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-ct və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maraqlı şəxs isə apellyasiya şikayətini vaxtında versə də, şikayətə görə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün ödənilməli dövlət rüsumlarının məbləği konkret və aydın şəkildə göstərilmişdir. Buna baxmayaraq maraqlı şəxs tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmiş və nəticədə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasına səbəb olmuşdur. Qanunu bilməmək məsuliyyətdən azad etmədiyini əsas götürmüşdür. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü i i tarixli e-2-2(113)- 3996/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vaxtında verilmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmədiyi üçün geri qaytarılmışdır. Dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənildikdən sonra bir daha ərizə ilə müraciət edilmişdir. Lakin nəticədə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş halları əsas gətirsə ona sms, elektron poçt vasitəsi ilə xəbərdarlıq edilməmişdir. Maraqlı şəxsin isə hər an sistemə girərək xəbərdarlıqları yoxlamaq imkanının olması bir az çətindir. Qanunu bilməmək məsuliyyətdən azad etmədiyini əsas gətirərək qəbul olunmuş Qətnamədən haqlı şikayətini mübahisələndirməyə imkan yaranmamışdır. Qətnamənin əsassız olması ilə bağlı ərizəyə əlavə edilmiş sübut və dəlillər araşdırılmadan qalmışdır. Rüsum isə artıq 3-cü dəfə ödənilmişdir. Ərizəsində rüsumun müəyyən edilmiş məbləğdə ödənilməməsini texniki səhv olaraq göstərərərək müddətin bərpa edilərək ərizənin qəbul edilməsini xahiş etmişdir. Beləliklə hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən buraxılmışdır. İşə baxmış məhkəmə, ancaq özünün fikir və mülahizələri ilə qərardad qəbul etmişdir. Çünki ilk dəfə iş Apelyasiya məhkəməsinə göndərilərkən texniki səhv olaraq rüsumun az ödənilməsi, qanuni olaraq işin baxılmasından imtinaya səbəb olmuşdursa da həmin hal aradan qaldırılaraq bir daha müraciət edilmişdir. Əsas sənədlərlə birlikdə prossesual müddətin bərpasına görə müraciət də sənədlərə əlavə etmişdir. Yenidən məhkəmə işə baxmış, lakin rüsumun ödənilməsini görərək bu məsələyə heç bir reaksiya verməmiş, bu ödənişin işin davam etdirilməsi üçün əsas kimi görməmişdir. Digər məqam isə, üçüncü dəfə eyni qaydada apelyasiya şikayətinin verilməsi və rüsumun ödənilməsi ilə yanaşi ərizədə müddətin texniki səhv olaraq az ödənilməsi bir daha qeyd edilmişdirsə də, işə baxan məhkəmə öz mülahizə və fikirlərini üstün tutaraq işə mahiyyəti üzrə baxılmasına maneə yaratmışdır. Ümumiyyətlə göndərilən ərizələrin davamiyyətinə nəzər yetirsək görərik ki, müddətin buraxılması halı mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(82)-3996/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3996/2023 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması şikayət hüququnu məhdudlaşdırmamalıdır. Məhkəmə hazır iş üzrə maraqlı şəxsin ilk dəfə müddəti ötürmədən apellyasiya şikayəti ilə müraciət etdiyini, həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə rüsumun məbləği az ödənildiyi üçün qeyri-mümkün hesab edildiyini, maraqlı şəxsın həmin qərardad elektron kabinetə yerləşdirildiyi günxx.xx.2023-cü il tarixdə qüsuru aradan qaldıraraq yenidən apellyasiya şikayəti verdiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda maraqlı şəxs tərəfindən ötürülmüş müddətin bərpasından imtina edilməsi Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilmiş “həddindən artıq formalizm” olduğundan buraxılmış müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3996/2023 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3996/2023 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3996/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar