Məhkəmə qərarları › İş №2-2(103)-996/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-996/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-996/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı daşıma müqaviləsi üzrə borcun tutulması barədə kommersiya mübahisəsinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadından işdə iştirak etməyən şəxs X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8469 manat məbləğində zərər, 60 manat məbləğində daşıma haqqı, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin (hakim Emin Əliyev) xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-2314/2021 nömrəli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işlə bağlı xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq olunmuş və e-2-2(113)-2314/2021 nömrəli iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2314/2021 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpasına dair ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2314/2021 nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-2314/2021 nömrəli qərardadından işdə iştirak etməyən X2 tərəfindən verilən buraxılmış müddətin bərpasına dair ərizə təmin edilmişdir. Qərardaddan Cavabdeh MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2314/2021 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpasına dair ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2314/2021 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2314/2021 nömrəli qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-2314/2021 nömrəli qərardadından işdə iştirak etməyən şəxs X2 tərəfindən verilmiş şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə rədd edilmişdir. İşdə iştirak etməyən şəxs X2 həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, işdə iştirak etməyən şəxs X2 tərəfindən müvafiq qərardad barədə məlumat xx.xx.2023-cü il tarixində Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-335/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qərarını əldə etdikləri gün yox, həmin qərarın məhkəmə prosesi zamanı, yəni artıq 12 yanvar 2023-cü il tarixində qərardad ona proses zamanı elan edildiyi gün məlum olmuşdur. Lakin sonuncu müddəti ötürərək 02 fevral tarixində şikayət ilə müraciət etmiş və müddətin bərpa ərizəsi də təqdim etməmiş, yalnız 8 ay keçdikdən sonra müddətin bərpası ərizəsini vermişdir. Halbuki, şəxs həmin müddət ərzində qərardadın məzmunu və mahiyyəti barədə məlumatlı olmuş, qərardad ona çatmış və şəxs həmin müddətdə şikayət və ərizəsini məhkəməyə verməyərək 10 günlük şikayət müddətini ötürmüşdür. X3 yalnız aylar sonra bərpa ərizəsi vermiş və bu ərizəni verən zaman şikayət ərizəsini də işə əlavə etməmiş və müvafiq müddət axımınında məhkəməyə şikayət ərizəsi ilə müraciət etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, ötən 8 ay müddətin üzürlü hal kimi hesab edilməsi qanun normalarının kobudcasına pozulması deməkdir. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İşdən görünür ki, işdə iştirak etməyən şəxs X2 ilk dəfə xx.xx.2023-cü il tarixdə kağız daşıyıcıda və xx.xx.2023-cü il tarixdə elektron formada Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2314/2021 nömrəli qərardadından şikayət vermiş, həmin tarixlərdə artıq qərardaddan məlumatları olmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-559/2023 nömrəli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, buna baxmayaraq X2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2314/2021 nömrəli qərardadından ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, ötürülmüş müddətin bərpası üçün hər hansı üzürlü səbəb yoxdur. Şikayət ərizəsində məhkəmənin qəbul etdiyi qərardadın məzmunu köçürülmüş, məhkəmə tərəfindən hansı pozuntuya yol verildiyi, müddətin hansı əsasla bərpa edilməli olduğu qeyd edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X2 iş üzrə tərəflərdən biri olmadığından Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 2314/2021 nömrəli qərardadı ilə İddiaçı ilə Cavabdeh arasında təsdiq edilmiş barışıq sazişi şərtləri həmin şəxs üçün hər hansı hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İşdə iştirak etməyən şəxs X1 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar