Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-998/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "OBA Market” MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-65/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26.500,88 manat məbləğində borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 565,39 manat və malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 24442,20 manat məbləğində, ümumilikdə 25007,59 manat məbləğində borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-65/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “Cavabdeh MMC-dən ƏDV daxil 7.804,55 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 130 məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
4. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi imzalanmış və İddiaçı MMC iddiaçıdan qeyri-ərzaq mallarını almışdır. Həmin alğı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab(zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565 (beş yüz altmış beş) manat 39 (otuz doqquz) qəpik təşkil etmişdir. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 24442 (iyirmi dörd min dörd yüz qırx iki) manat 20 (iyirmi) qəpik təşkil etmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə, həmin vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMCyəbir neçə dəfə, xx.xx.2022- ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə üzrə ödəniləcək məbləğ 11348,61 AZN, xx.xx.2022-ci il 588720 №-li qaimə üzrə ödəniləcək məbləğ 7804,55 AZN, və xx.xx.2022-ci il 334534 №- li qaimə üzrə ödəniləcək məbləğ isə 7347,72 AZN təşkil etmişdir. xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylıƏlavəsində göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında AR NK-nin 02 fevral 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.1-ci bəndinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə) elektron qaiməfaktura tərtib edilir. Qaydaların 3.3-cü bəndinə əsasən Cari elektron qaiməfaktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaiməfaktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İddia ərizəsinə əlavə edilən elektron çıxarışa nəzər yetirdikdə görünür ki, İddiaçı MMC tərəfindən göndərilən elektron qaiməfakturalardan ikisi, xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə və xx.xx.2022-ci il 334534 №-li qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, xx.xx.2022-ci il 588720 №-li qaimə isə Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır. Bakı Kommersiya Məhkəməsi bu qənaətə gəlmişdir ki, tələbin malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə 24442,20 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdeh tərəfindən malların mağazalara deyil, mərkəzi anbara çatdırılmasını, həmin malların tərəflərindən mərkəzi anbardan mağazalara çatdırılmasını, malların bir hissəsinin cavabdeh tərəfindən mərkəzi anbara çatdırılması ehtimal edildiyi halda mərkəzi anbara çatdırılmış malların həcmini və dəyərini, malların mağazalara çatdırılmaması ilə bağlı cavabdeh tərəfindən malların qiymətinə endirim tətbiq edilməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavab olaraq bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi imzalanmış və İddiaçı MMC iddiaçıdan qeyriərzaq mallarını almışdır. Həmin alğı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565 (beş yüz altmış beş) manat 39 (otuz doqquz) qəpik təşkil etmişdir. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 24442 (iyirmi dörd min dörd yüz qırx iki) manat 20 (iyirmi) qəpik təşkil etmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə, həmin vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə bir neçə dəfə, xx.xx.2022- ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə üzrə ödəniləcək məbləğ 11348,61 AZN, xx.xx.2022-ci il 588720 №-li qaimə üzrə ödəniləcək məbləğ 7804,55 AZN, və xx.xx.2022-ci il 334534 №- li qaimə üzrə ödəniləcək məbləğ isə 7347,72 AZN təşkil etmişdir. xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma, güzəşt və sair kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Bütün bu sadalanan faktlar və sübutlar iş materiallarına əlavə edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
10. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
12. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
13. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
16. İşin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə qeyri-ərzaq malları təqdim etmiş, İddiaçı MMC isə aldığı malların dəyərini tam ödəmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən müqavilə üzrə təqdim edilən mallar satıcı tərəfindən mağazalara çatdırılmadığı (yəni mərkəzi anbara çatdırıldığı) halda satıcının malların qiymətinə 5% endirim tətbiq etməli olduğunu, lakin cavabdeh alqı-satqı predmeti olan malları mağazalara çatdırılmasa da (mərkəzi anbara çatdırsa da), müqavilədə nəzərdə tutulmuş endirimi tətbiq etmədiyini əsas göstərərək malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə tərəflər arasında mal dövriyyəsinin 5%-i - 24442,20 manat məbləğində xidmət haqqının, eləcə də iddiaçı tərəfindən cavabdehə qaytarılmış zədəli malların dəyəri olan 565,39 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir.
17. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir. Malların çatdırılmasına görə 5 faiz endirim və bəzi malların zədəli olmasına görə onların dəyəri cavabdehdən tələb olunmuşdur.
18. Tələbin malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə 24442,20 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdeh tərəfindən malların mağazalara deyil, mərkəzi anbara çatdırılmasını, həmin malların tərəflərindən mərkəzi anbardan mağazalara çatdırılmasını, malların bir hissəsinin cavabdeh tərəfindən mərkəzi anbara çatdırılması ehtimal edildiyi halda mərkəzi anbara çatdırılmış malların həcmini və dəyərini, malların mağazalara çatdırılmaması ilə bağlı cavabdeh tərəfindən malların qiymətinə endirim tətbiq edilməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
19. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xidmət göstərilməsinə dair elektron qaimə-fakturalara gəldikdə məhkəmə qeyd etmişdir ki, 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura (ƏDV daxil 7804,55 manat dəyərində) istisna olmaqla digər elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində təqsiqlənmədiyindən sistem tərəfindən təsdiqlənməmişdir. Odur ki, həmin qaiməfakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir.
20. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ƏDV daxil 7804,55 manat dəyərində 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiqlənmiş, bununla da cavabdeh həmin qaimədə göstərilmiş ƏDV daxil 7804,55 manat dəyərində xidmətlərin iddiaçı tərəfindən göstərilməsi faktını qəbul etmişdir.
21. Məhkəmə 5 faiz endirimlə bağlı tələbi qismən təmin etmişdir.
22. Zədəli olduğundan cavabdehə qaytarılmış malların dəyərinin - 565,39 manat məbləğində pulun qaytarılması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin hissədə də iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları, o cümlədən cavabdeh tərəfindən ona zədəli mal təqdim edilməsini, həmin malların dəyərinin tərəfindən ödənilməsini, eləcə də sözügedən malların cavabdehə qaytarılmasını sübuta yetirə bilməmişdir.
23. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli, 2-2(105)- 10/2024 saylı qətnaməsindən müəyyən edilir ki, həmin mübahisə çərçivəsində məhkəmələr tərəfindən mübahisəli alqı-satğı müqaviləsi üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə borcunun olub-olmaması müəyyənləşdirilərkən Cavabdeh MMC tərəfindən İddiaçı MMC–yə təqdim edilmiş malların 47.630,29 manat dəyərində olan hissəsinin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qaytarılması nəzərə alınmış və müqavilə üzrə qaytarılmış malların dəyəri ümumi borcdan çıxılmışdır. Belə olan halda isə qaytarılmış malların dəyərinin Cavabdeh MMC-dən yenidən tələb edilməsi üçün əsasların mövcud olmaması açıq-aşkardır.
24. Apellyasiya şikayətinin dəlillərinə nəzər yetirdikdə, onların qətnamənin əsassızlığına və qanunsuzluğuna yönəlmədiyi aydın olur. Belə ki, 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-fakturanın cavabdeh tərəfindən təsdiqlənməsi şikayətdə qəbul edilir.
25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "OBA Market” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-65/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.