Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-103/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2023 saylı qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 20 iyun 2019-cu ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (müqavilə üzrə “lizinq verən”) və cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (fərdi sahibkar) Cavabdeh (müqavilə üzrə “lizinq alan”) arasında bağlanmış MK 137 nömrəli lizinq müqaviləsinin ləğv edilməsini, lizinq predmetinin geri qaytarılmasını və 27777, 40 manat məbləğində borcun və 398 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ərizənin “xahiş edirəm” hissəsində “20 iyun 2019-cu il” sözlərinin “19 avqust 2019-cu il” kimi oxunmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1054/2022 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi, İddiaçıQapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 137 nömrəli “Lizinq Müqaviləsi”nin ləğv edilməsi, lizinq predmetinin geri qaytarılması və Cavabdeh 27777,40 (iyirmi yeddi min yeddi yüz yetmiş yeddi manat qırx qəpik) manat və 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə daxil olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 1054/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən Cavabdeh geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2022 saylı qəradadı ilə şikayət onu imzalamaq hüquqi olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. Cavabdeh vəkili Vəkil xx.xx.2023-cü il tarixdə şikayət və ötürülmüş müddətin bərpası barədə ərizə göndərmişdir. Cavabdeh müddətin bərpası barədə ərizəsini onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1054/2022 nömrəli qətnaməsini 11.12.203-cü il tarixdə almışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 1054/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin şikayətdə texniki səhv olaraq apellyasiya şikayəti verən şəxs kimi "xxxx" MMC göstərilmiş, eyni zamanda adı göstərilən MMC-yə aid order və etibarnamə əlavə edilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişlər və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətim geri qaytarılmış, səbəb kimi guya qətnamənin onun tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilərək götürülməsi barədə poçt qəbzinin olması göstərilmişdir. Halbuki, o, apellyasiya şikayəti verməmişdən əvvəl Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1054/2022 saylı qətnaməsinin ona çatmadığını, onun Mingəçevir şəhərində yaşadığını və işlədiyini, ona görə də qətnamənin ona çatmamasını bildirmiş və rəsmi olaraq qətnaməni xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmə qərardadda qeyd edir ki, işdə olan poçt qəbzindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imza edərək qəbul edilmişdir. Məhkəmə bu qənaətə gəlsə də qəbzdəki imzanın həqiqətən ona məxsus olubolmamasını aydınlaşdırmamışdır. Poçt qəbzində olan imzaya və müqaviləyə nəzər yetirilsə aydın görünür ki, həmin imzalar başqa-başqa şəxslər tərəfindən icra olunmuşdur Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2023 saylı qərardadından Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilib-verilməməsinin yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan poçt göndərişinin verilməsinə dair xəbərnamədən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 1054/2022 nömrəli qətnaməsi cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Sonradan onun xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən qətnamənin bir surəti də Mingəçevir şəhərində olan ünvana xx.xx.2022-ci il tarixli məktubla təkrarən göndərilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil şikayətində xx.xx.2022-ci il tarixdə Cavabdeh poçt xəbərnaməsinə imza etmədiyini, cavabdehin 24 avqust 2022-ci ildən Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi ev 1/1 mənzil 1 də yaşadığını bildirərək xx.xx.2022-ci ildə Cavabdeh adından imzalanmış xəbərnamədəki imzanın Cavabdeh aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddaç tərəf iş materiallarının 121-ci vərəqində olan xəbərnamədəki imzanı mübahisələndirdiyindən, Cavabdeh xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə həqiqətən imza etməklə birinci instansiya məhkəməsinin qətnaməsini qəbul etməsini müəyyən etmək üçün iş materialı birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinin vaxtında verilib-verilməməsinin yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçinin nümayəndəsi Vəkil şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1054/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya şikayətinin vaxtında verilib-verilməməsinin yoxlanılması üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-103/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-103/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver