Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-104/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iş üzrə Cavabdeh MMCnin qarşılıqlı iddia ərizəsi üzrə qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-443/2024 saylı qərardadından iş üzrə Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 13072023 saylı müqavilə üzrə 532 486,60 manat gecikdirilmiş əsas borc, ümumi məbləğin 5% həcmində 26 624.33 manat dəbbə pulu, əldən çıxmış fayda qismində ümumi məbləğin 5% həcmində, yəni 26 624.33 manat məbləğin və ödənilmiş 880 manat dövlət rüsumunun, ümumilikdə 586 615.26 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13072023 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş 324500 manatın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-dən tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-443/2024 saylı qərardadı ilə (hakim K.Vəliyev) qarşılıqlı iddia qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyindən qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət göndərərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-443/2024 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi vaxtında hazırlanmış, lakin elektron məhkəmə sistemində yaranmış uzunmüddətli problemlə əlaqədar həmin şikayət prosessual müddət ötürülərək elektron kabinetə yüklənmişdir. Elektron məhkəmə sisteminin çalışmaması ilə bağlı dəfələrlə qaynar xətlə əlaqə yaradılmış (880 qaynar xətt nömrəsi) onlar tərəfindən problemin onlardan əlaqəli olmadığı, sistemə daxil olmaq üçün istifadə edilən Asan İmzadan qaynaqlandığı bildirilmişdir. Problemlə bağlı bir çox vəkil həmkarı da öz şikayətlərini elektron məhkəmə sisteminin tabeliyində olduğu orqana yəni, Ədliyyə Nazirliyinə öz şikayətlərini bildirmişlər. Yaranmış problem uzun müddət davam etdiyindən və aradan qaldırıla blmədiyindən, Ədliyyə Nazirliyinin informasiya telekomunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə tərəfindən e.huquq.az-a açıqlama verilərək məsələyə aydınlıq gətirilmişdir. O bildirmişdir ki, Sistemə “Asan İmza” ilə daxil olan şəxslər sözügedən problemlə qarşılaşırlar. Bunu da qeyd etmişdir ki, elektron məhkəmə kabinetinə giriş yalnız Asan İmza vasitəsi ilə mümkündür və şikayət yüklənən zaman yaranan problemlərdən kabinetə digər giriş vasitələri ilə daxil olmaq mümkün olmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-443/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 443/2024 saylı qərardadından iş üzrə Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş və işə yazılı icraat qaydasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə işə tərəflərin iştirakı ilə şifahi məhkəmə iclasında baxılması qərara alınbmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) X2 şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib hesab edir ki, cavbadehin nümayəndəsinin verdiyi şikayət təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, е-2-2(115)-443/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2-2(115)-443/2024 saylı qərardadı ləğv edilərək qarşılıqlı iddia ərizəsı icrrata qəbul edilib baxılması üçün Gəncə Kommersiya Məhkəməsin göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından görünür ki, İddiaçı MMC 06 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin həmin tarixdə iddia ərizəsinin surətini cavabdehin Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərmişdir. Belə olan vəziyyətdə qarşılıqlı iddia ərizəsi ən geci 26 fevral 2024-cü il tarixədək verilməli idi. Cavabdeh isə qarşılıqlı iddianı qanunla nəzərdə tutulmuş 20 günlük müddətin keçməsindən sonra, yəni 01 mart 2024-cü məhkəməyə təqdim etmişdir. Müddətin son günündə, yəni 26 fevral 2024-cü il tarixdə qarşılıqlı iddianın konkret olaraq Cavabdeh MMC tərəfindən verilməsini mümkünsüz edən hallar barədə sübutlar təqdim edilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hazrkı halda qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan onlara birlikdə baxılması məqsədə müvafiqdir və mübahisələrə daha düzgün baxmaqla nəticələnə bilər. Həm də nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçının həmin iddia ilə müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Bu isə digər iddia üzrə işin icraatının dayandırılmasına, beləliklə iş üzrə icraatın daha da yubanmasına gətirib çıxaracaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşlıqlı iddianı qəbul edir. Kollegiya şikayəti təmin edərkən həm də nə 2024-cü ilin fevral ayının son tarixlərində elektron məhkəmə sistemində müəyyən texniki nasazlığın həqiqətən də olduğunu nəzərə alır. Ona görə də, kollegiya hesab edir ki, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil şikayəti təmin edilərək qarşılıqlı iddia ərizəsi icraata qəbul edilib baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 398.0, 398.0.2, 399 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, е-2-2(115)-443/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2-2(115)-443/2024 saylı qərardadı ləğv edilsin və İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iş üzrə Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsi icraata qəbul edilib baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şamil Rzaquliyev Hakimlər: Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2-2(104)-104/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-104/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver