Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-110/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-18/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-18/2025 saylı qətnaməsi qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 18/2025 saylı xx.xx.2025 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, 2078,55 manat borcun və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 131 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu Ergi kəndi ərazisində 33 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 25248,56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 160 manat məbləğində çöp doğrama, 170 manat məbləğində mala, 200 manat məbləğində diskli mala, 510 manat məbləğində çiyid səpini, 832 manat məbləğində dərman səpini, 4830 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 4848,36 manat məbləğində gübrə/dərman, 2589,20 manat məbləğində çiyid, 3032 manat məbləğində kultivasiya, 697 manat məbləğində gübrə ilə kultivasiya, 4500 manat məbləğində pambığın maşınla 1-ci üz yığımı, 2880 manat məbləğində pambığın maşınla 2-ci üz yığımı, cəmi: 25248.56 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 23170,01 manat məbləğində 33721.27 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 2078,55 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə-faktura və ödəmə tapşırıqları, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilir. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia tələbində göstərilənlər tamamilə əsassızdır. Onun iddiaçı təşkilata borcu yoxdur, müqavilə üzrə öhdəlikləri yerinə yetirmişdir. İddia ərizəsində göstərilənlərə etiraz edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh izahatında ona məxsus olan təsərrüfartlarda sifariş əsasında "xxxx" MMC-ti tərəfindən əkin işlərinin aparıldığı, lakin üzləşmə aktında müəyyən edilən kultivasiya işlərinin artıq yazıldığını, dərmanlama işlərinin isə görülmədiyini, sonrakı məhkəmə iclaslarında iş və xidmətlərin görüldüyü müddətlərdə işlərinin çox olması səbəbindən təsərrüfatın başında olmadığı, pambıq yığımı zamanı isə təhvil verilən pambığın qəbulu qəbzlərinin yalnız birində onun imzasının olduğunu, digər imzaların isə kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə aqrotexniki işlərin görülməsinə dair aktlarda və malların təhvil-qəbul qəbzlərində olan imzaların cavabdehə məxsus olub-olmaması ilə bağlı öz təşəbbüsü ilə xətşünaslıq ekspertizası təyin etmiş və ekspertin rəyi ilə bəzi akt və qaimələrdə olan imzanın Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imza edilməsinə dair rəy verilmişdir. Məhkəmə aqrotexniki işlərin görülməsinə, gübrə və dərmanların təhvil verilməsinə dair qaimələrdə olan imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertiza təyin etsə də, görülən işlərə görə çəkilən xərcdən təhvil verilən pambığın xərcini çıxılmaqla yekunda borcu müəyyən edən pambıq qəbul qəbzlərində müəyyən edilən imzanın cavabdehə məxsus olub-olmasını araşdırmamışdır. Bəzi akt və qaimələrdə imzanın cavabdehə məxsus olmaması ilə bağlı ekspertin rəyindən sonra pambıq qəbulu qəbzlərində olan imzaların cavabdehə məxsus olub-olmaması ilə bağlı məhkəməyə vəsatət təqdim edilmişdir. Məhkəmə vəsatəti növbəti iclasda müzakirə ediləcəyini bildirərək, işi məhkəmə baxışına təyin etmiş, növbəti məhkəmə baxışı zamanı isə vəsatəti əsassiz olaraq rədd etmişdir. Onlar cavabdehin izahatına əsaslanaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə ərizəni qəbulundan imtina etmişdir. Məhkəmə baxışı zamanı aqrotexniki işləri görmüş mexanizator, əmtəəşünas, baş aqronomun məhkəmə baxışına dəvət edilib dindirilmələri, eyni zamanda təsərrüfatda görülmüş kultivasiya və dərmanlama işlərinin 33,00 ha sahəyə uyğun olub-olmaması ilə bağlı kənd təsərrüfatı üzrə mütəxəssisin prosesə cəlb edilib rəy verilməsinə dair vəsatət təqdim edilmişdir. Məhkəmə vəsatəti təmin etsə də, şahidlərin bir qismi məhkəməyə gətirilmiş, mütəxəssisin isə məhkəməyə gətirilməsini təmin edilməmişdir. Məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində cavabdehin izahatına əsaslanaraq işlərin görülməsinə dair akt və qaimələrdə imzanın ona məxsus olmadığını, kimlər tərəfindən imza edildiyindən xəbəri olmadığını, məhkəmə hazırlıq iclası zamanı izahatlarında işlərinin çoxluğu ilə bağlı təsərrüfatın başında olmadığını etiraf etmiş, eyni zamanda iş üzrə şahidlərin izahatlarında əkin vaxtı cavabdehin xarici ölkədə istirahətdə, yaxud müalicədə olması, bəzi vaxtlarda təsərrüfatda işləyən şəxslərin əkində iştirak etməsi səbəbindən, aktların bəzilərində cavabdehin imzasının olmadığı müəyyən edilmişdir. Şahidlərin izahatlarına əsasən aqrotexniki xidmətlərin görülməsi aqrotexniki qaydalara uyğun ardıcıllıqla həyata keçirildiyindən, vaxtında işlərin görülməməsi, xam pambığın becərilməsi ilə bağlı böyük itkilərə səbəb olacağından, aqrotexniki işləri görməyə məcbur qaldıqlarını bildirmişlər. Eyni zamanda şahidlər məhkəmə baxışı zamanı sənədlər tədqiq edilərkən aktlarda imzaların onlara məxsus olan işlərin görüldüyünü və cavabdehin mübahisə etdiyi kultivasiya və dərmanlama işlərinin onlar tərəfindən icra edildiyini etiraf etmişlər. Məhkəmə iş üzrə cavabdehin gübrəli kultivasiya işlərinin görülmədiyini və yaxud səpin işlərinin görülüb-görülmədiyinə dair izahatına qiymət verərkən dindirilən Şahid2 və Şahid4 izahatlarında işlərin görüldüyünü və aqrotexniki xidmətlərin göstərildiyini etiraf etmişlər. Şahid X4 izahatında əkin işlərini görərkən cavabdəhə zəng edildiyini, gələcəyini bildirsə də, gəlmədiyini, Şahid1 İldırım oğlu isə dərmanlama işlərini gördüyünü, təsərrüfata gələrkən cavabdeh olmadığından aqronomla danışdığını, aqronom ona işini görməyini, cavabdehin işin sonunda gələcəyini bildirsə də, əkin sahəsinə gəlmədiyini, təsərrüfatın başında işə onun suçusu və yaxud fəhlələrinin dayandığını bildirmişdir. Beləliklə, işlərin aqrotexniki qaydalara uyğun olaraq görüldüyünü, cavabdehin əkin zamanı təsərrüfatın başında olmaması və aktlarda imza etməməsi, işlərin görülməsini gələcəkdə şübhə altına almaq və məsuliyyətdən yayınmaq məqsədi daşımışdır. Həmçinin məhkəmə pambıq qəbulu qəbzlərində olan imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertizanın təyin edilməsinə dair vəsatəti rədd edərkən bu qənaətə gəlmişdir ki, Cavabdeh pambıq qəbulu qəbzlərinə imza etməməsi və yaxud qəbzi onun adından kiminsə imza etməsi cavabdehin həmin qəbzlərdə qeyd edilən şəkildə pambıq təhvil verməsini şübhə altına almır. Əgər bu məntiqlə məsələyə yanaşsaq aqrotexniki işlərin görülməsinə dair aklarda və gübrə dərmanların verilməsinə dair qəbul qəbzlərində cavabdehin imza etməməsi həmin işlərin görülməsini və dərmanların verilməsinə də şübhə ilə yanaşıla bilməz. Belə ki, aqrotexniki və dərmanlama işlərinin görülməsi şahidlərin izahatları ilə tam şəkildə təsdiq edilir. Təsərrüfat mövsümündə sahədə 6-7 dəfə kultivasiya işlərinin görülməsi aqrotexniki qaydalara uyğun olmuş, bu hal məhkəməyə dəvət edilmiş şahidlərin izahatları ilə təsdiqini tapmışdır. Lakin bu halın araşdırılması üçün iş üzrə mütəxəssis məhkəməyə dəvət edilməmiş, cavabdehin izahatı isə məhkəmə üçün yetərli və əsaslı hesab edilmişdir. Akt və qaimələrlə bağlı məhkəmə xətşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh pambığın onun tərəfindən təhvil verildiyini və pambıq-qəbulu qəbzlərində imzanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə işin obyektiv və hərtərəfli araşdırılmasından imtina etməklə, ədalətli məhkəmə araşdırılması hüququnu kobudcasına pozmuşdur. Borclu Cavabdeh ilə bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən aqrotexniki tədbirlərin görülməsi, mineral gübrə və pestisidlərin vaxtında verilməsi öhdəliyi müqavilə üzrə onun vəzifəsi olmuşdır. Tərəflər arasında bağlanmış müqavilə xam pambığın alğı-satqı müqaviləsi olmaqla alıcıya pambıq təhvil verilməsini nəzərdə tutur. Cavabdeh isə aqrotexniki işlərin Cəmiyyət tərəfindən görülməsi ilə bağlı hər-hansı maneələr və pozuntular barədə məlumat verməmiş və etiraz bildirməmişdir. Görülmüş işlər və göstərilmiş xidmətlər isə aqrotexniki norma və qaydalara uyğun aparılmış və təsdiqini tapmışdır. Bununla bağlı məhkəmə işin faktiki hallarını hərtərəfli və tam olaraq araşdırmadan, maddi hüquq normalarının tələblərini tətbiq etmədən iddianı əsassız olaraq rədd etmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə mütəxəssis və şahidlərin məhkəməyə dəvət edilib dindirilmələri və işin hallarının tam və hərtərəfli araşdırılması baxımından əhəmiyyət kəsb edir. Hesab edirlər ki, şahidlərin dindirilməsindən imtina edilməsi, mütəxəssisin məhkəməyə dəvət edilib dindirilməsi təmin edilmədən ədalətsiz məhkəmə qətnaməsi qəbul edlmişdir. Həmçinin məhkəmə pambıq-qəbulu qəbzlərində olan imzaların cavabdehə məxsus olub-olmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etmədən yekun borcun müəyyən edilib, iddia tələbinin artırılması ilə bağlı hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinin müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsinin izahatını dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli 131 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu Ergi kəndində yerləşən 33 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 27 aprel 2021-ci il tarixdə 2300 manat, 31 may 2021-ci il tarixdə 1610 manat, 09 iyul 2021-ci il tarixdə 920 manat olmaqla 4830 manat məbləğində avans verilmişdir. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2021-ci il tarixdə 10 ha çöpdoğrama, xx.xx.2021-ci il tarxidə 10 ha mala çəkmə, xx.xx.2021-ci il tarixdə 9,50 ha gübrəli çiyid səpini, xx.xx.2021-ci il tarixdə 14,5 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə diskli mala, xx.xx.2021-ci il tarixdə 10 ha səpin, 10 ha mala, 10 ha diskli mala, xx.xx.2021-ci il tarixdə 7 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 6 ha gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha kultivasiya, 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 6.50 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha gübrə ilə kultivasiya, xx.xx.2021-ci il tarixdə 6 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, 06. 07. 2021-ci il tarixdə 9 ha kultivasiya, 10.07. 2021-ci il tarixdə 12 ha gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 24 ha dərmanlama, xx.xx.2021-ci il tarixdə 12 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 14 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə 13 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə 10 ha dərmanlama, xx.xx.2021-ci il tarixdə 7 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə 10 ha dərmanlama, 10 dərmanlama işləri, 14,50 ha gübrəli çiyid səpini, xx.xx.2021-ci il tarixdə 6 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 2 ha 2-ci yığım, xx.xx.2021-ci il tarixdə 10 ha dərmanlama, xx.xx.2021-ci il tarixdə 6 ha 2-ci yığım, xx.xx.2021-ci il tarixdə 11 ha pambıq yığımı, 3 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha yığım, xx.xx.2021-ci il tarixdə 1 ha birinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 2 ha yığım, xx.xx.2021-ci il tarixdə 3 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 2 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 3 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 6 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 5 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 9 ha ikinci üz pambıq yığımı işləri görülməsi qeyd edilmişdir. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür, xx.xx.2021ci il atrixdə vahidinin qiyməti 2 manatdan olmaqla 725 kq çiyid R-2, xx.xx.2021-ci il tarixdə vahidinin qiyməti 5,12 manat olmaqla 125 kq çiyid R-1, xx.xx.2021-ci il tarixdə 20 kq goldplan, xx.xx.2021-ci il tarixdə 10 lt goldplan, xx.xx.2021-ci il tarixdə 20 lt torpedo, 20 kq goldplan, xx.xx.2021-ci il tarixdə 26 lt dishans, xx.xx.2021-ci il tarixdə 7.5 lt plemax, 6 kq goldplan,xx.xx.2021-ci il tarixdə 800 kq gübrə amofos, xx.xx.2021-ci il tarixdə 3 lt plemax, xx.xx.2021-ci il tarixdə 2 lt plemax, 3 kq goldplan, 2.5 lt plemax, 3 kq goldplan mallarının verilməsi qeyd edilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 1615,11 manat, xx.xx.2021-ci il tarixdə 1265,73 manat, 1120,23 manat, 487,58 manat, xx.xx.2021ci il tarixdə 1530,90 manat, 1626,25 manat, 1937,60 manat, 1980,34 manat, xx.xx.2021-ci il tarixdə 567,21 manat, 767,40 manat, 606,24 manat, 960 manat, 2045,71 manat, 919,32 manat, xx.xx.2021-ci il tarxidə 818,98 manat, xx.xx.2021-ci il tarixdə 1569,08 manat, xx.xx.2021-ci il tarxidə 1414,03 manat, 558,41 manat, 525,90 manat, 248,42 manat, xx.xx.2021-ci il tarixdə 605,60 manat dəyərində pambıq təhvil verilmişdir. İş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli 4/1067 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci tarixli (işin həcmi 10 ha), xx.xx.2021- ci il tarixli (işin həcmi 14,5), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 6 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 7 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021- ci il tarixli (işin həcmi 24 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha) Aktlarda “3. Fermer Cavabdeh” yazıları qarşısındakı imzalar; xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031245 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Ns 031244 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031238 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031240 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031239 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031242 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031241 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031243 nömrəli İddiaçı MMC-nin Malların fiziki şəxslərə təhvil - qəbul qəbzlərin sonunda “Təhvil aldım Cavabdeh” yazıları qarşısındakı imzalar - HACİYEV NADİR İSLAM oğlu tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli (işin həcmi 10 h), xx.xx.2021- ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 hek), 09 aprel 2021-ci il tarixli (işin həcmi 9,50 h), 09 aprel 2021-ci il tarixli (işin həcmi 14,50 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 6 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 6.50), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 8 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 8 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 12 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 12 hek), xx.xx.2021-ci il tarixli (işin həcmi 9 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 13), xx.xx.2021-ci il tarixli (işin həcmi 14 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 12 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 1 hek), xx.xx.2021-ci il tarixli (işin həcmi 11 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 3 hektar), xx.xx.2021-ci il tarixli (işin həcmi 6 hektar), xx.xx.2021-ci il tarixli (işin həcmi 3,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 2,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 3,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 1 hektar), xx.xx.2021-ci il tarixli (işin həcmi 9 h) Aktlarda “3. Fermer haҹыјев надир” və “3. Fermer Cavabdeh” yazıları qarşısındakı imzalar; xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031237 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı N° 030856 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 030857 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 030858 nömrəli İddiaçı MMC-nin Malların fiziki şəxslərə təhvil - qəbul qəbzlərin sonunda “Təhvil aldım Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (işin həcmi 6,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 5,00) Aktlarda “3. Fermer Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəssinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 131 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu Ergi kəndi ərazisində 33 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı cavabdehə 25248,56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq verdiyini göstərmiş olsa da, lakin həmin xüsusat məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş bəzi aktlardakı və təhvil-qəbul qəbzlərindəki imzaların cavabdehə məxsus olmadığı müəyyən olunsa da, iddiaçı həmin aktlarda və qəbzlərdə göstərilmiş xidmətlərin həqiqətən də göstərildiyini və ya da malların verildiyini təsdiq edən digər mötəbər sübut təqdim edə bilməmişdir. İddianı təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə iddiaçı tərəfindən təqdim edilən xidmətin və eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən qəbul edilmiş pambığın məbləği ilə bağlıdır. Belə ki, iddiaçı özü tərəfindən məhkəməyə təqdim edilən pambıq qəbul qəbzlərinin cavabdeh tərəfindən imzalanmadığını bildirərək cavabdehin iddia tələbində, maliyyə arayışında qeyd edilən məbləğdən az pambıq təhvil verdiyini göstərmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən və iddiaçı müəssisə tərəfindən tərtib edilən pambıq qəbul qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 33721,27 kq çəkidə 23170,01 manat məbləğində pambıq təhvil vermişdir. Həmin qəbzləri iddiaçı müəsissə tərtib etmiş, müəsissənin əməkdaşları tərəfindən imzalanmış və müəsissənin möhürü ilə möhürlənmişdir. Cavabdeh həmin qəbzlərə imza edib-etməməsi və yaxud həmin qəbzi onun adından kimsə imza etməsi cavabdehin həmin qəbzlərdə qeyd edilən çəkidə pambıq təhvil verməsini şübhə altına almır. Bundan başqa məhkəmə fermerə verilən mallarla bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş 12 ədəd malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən yalnız 4936,18 manat məbləğində 8 ədəd qəbzdə malın verilməsini fermer öz imzası ilə təsdiq etmişdir. Belə ki, "xxxx" MMC tərəfindən fermer Cavabdeh xx.xx.2021ci il tarixli qəbzə əsasən vahidinin qiyməti (qiymətlər iddiaçının təqdim etdiyi qiymət cədvəlində müəyyən edilmiş məbləğlərdir) 2 manatdan olmaqla 1450 manat dəyərində 725 kq çiyid R-2, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 5,12 manat olmaqla 640 manat dəyərində 125 kq çiyid R1, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 15,33 manat olan 306,20 manat dəyərində 20 kq goldplan, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 15,33 manat olan 153,30 manat dəyərində 10 kq goldplan, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 14,96 manat olan 299,20 manat dəyərində 20 lt torpedo, vahidinin qiyməti 15,33 manat olan 306,20 manat dəyərində 20 kq goldplan, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 15,95 manat olan 319 manat dəyərində 26 lt dishans, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 182,6 manat olan 1369,5 manat dəyərində 7.5 lt plemax, vahidinin qiyməti 15,33 manat olan 91,98 manat dəyərində 6 kq goldplan olmaqla 4936,18 manat məbləğində məhsullarının verilməsi iş materialları ilə təsdiq olunur. Digər dörd qəbz üzrə malların fermerə verilməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin məhkəmə göstərilmiş xidmətlərlə bağlı bildirir ki, iş materialları ilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh 1805,50 manat dəyərində 13 ədəd akt əsasında xidmət göstərildiyi iş materialları ilə təsdiq edilir. Belə ki, xx.xx.2021-ci il tarixdə 130 (10 ha x 13 manat) manat dəyərində (qiymətlər iddiaçının təqdim etdiyi qiymət cədvəlində müəyyən edilmiş məbləğlərdir) 10 ha çöpdoğrama, xx.xx.2021-ci il tarxidə 140 (10 ha x 14 manat) manat dəyərində 10 ha mala çəkmə, xx.xx.2021-ci il tarixdə 188,50 (14,5 ha x 13 manat) manat dəyərində 14,5 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə 170 (10 ha x 17 manat) manat dəyərində diskli mala, xx.xx.2021-ci il tarixdə 91 (7 ha x 13 manat) manat dəyərində 7 ha kultivasiya, xx.xx.2021ci il tarixdə 78 (6 ha x 13 manat) manat dəyərində 6 ha gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 169 (13 ha x 13 manat) manat dəyərində 13 ha kultivasiya, 169 (13 ha x 13 manat) manat dəyərində 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 130 (10 ha x 13 manat) manat dəyərində 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 240 (24 ha x 10 manat) manat dəyərində 24 ha dərmanlama, xx.xx.2021-ci il tarxidə 100 (10 ha x 10 manat) manat dəyərində 10 ha dərmanlama, xx.xx.2021-ci il tarxidə 100 (10 ha x 10 manat) manat dəyərində 10 ha dərmanlama, 100 (10 ha x 10 manat) manat dəyərində 10 ha dərmanlama xidmətlərinin göstərilməsi fermer tərəfindən təsdiq edilmişdir. Bundan başqa fevmer tərəfindən imza ilə təsdiq edilməsə də X2 xx.xx.2021-ci il tarixdə 660 (6 ha x 110 manat) manat (qiymətlər iddiaçının təqdim etdiyi qiymət cədvəlində müəyyən edilmiş məbləğlərdir) dəyərində 6 ha, xx.xx.2021-ci il tarixdə 330 (3 ha x 110 manat) manat dəyərində 3 ha, xx.xx.2021-ci il tarixdə 110 (1 ha x 110 manat) manat dəyərində 1 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 70 (1 ha x 70 manat) manat dəyərində ikinci pambıq yığımı 1 ha, cəmi 1170 manat məbləğində xidmətlərin göstərilməsi, Şahid2 xx.xx.2021-ci il tarixdə 114 (9,5 ha x12 manat) manat dəyərində çiyid səpini 9,5 ha xidmətin göstərilməsi, Şahid4 xx.xx.2021-ci il tarixdə 174 (14,5 ha x 12 manat) manat dəyərində çiyid səpini 14,5 ha, xx.xx.2021-ci il tarixdə 120 (10 ha x 12 manat) manat dəyərində çiyid səpini 10 ha xidmətin göstərilməsi, Şahid6 xx.xx.2021-ci il tarixdə 156 (12 ha x13 manat) manat dəyərində gübrəli kultivasiya 12 ha xidmətin, cəmi 1614 manat xidmətin göstərilməsi şahidlərin ifadələri tərəflərin izahatları ilə təsdiq edilir. Bununla belə məhkəmə qeyd edir ki, Şahid2 ifadəsində Cavabdeh sahələrində kultivasiya işləri apardığını qeyd etsə də, həmin sahələr üzrə kultivasiya işlərinin hamısının onun tərəfindən aparılmadığını bildirmişdir. Fermerin imzası ilə təsdiq edilmiş aklarda da həmin şəxsin kultivasiya işləri görməsi müəyyən edilir. Onun fermer tərəfindən imzalanmayan, habelə başqa şəxs tərəfindən imzalanan aklar üzrə kultivasiya işləri görməsi isə təsdiq edilmir. Şahid1 da ifadəsində Cavabdeh sahələrində dərmanlama işlərini görməsini qeyd etsə də, fermerin imzası ilə təsdiq edilmiş aklarda həmin şəxsin dərmanlama işləri görməsi müəyyən edilir. Onun fermer tərəfindən imzalanmayan, habelə başqa şəxs tərəfindən imzalanan aklar üzrə dərmanlama işləri görməsi isə təsdiq edilmir. Beləliklə İddiaçı MMC tərəfindən fermer Cavabdeh 4830 manat pul köçürülməsi, 4936,18 manat məbləğində məhsullarının verilməsi, 3419,50 manat dəyərində xidmətlərin göstərilməsi, cəmi 13185,68 manat məbləğində avans verilməsi, cavabdehin isə 23170,01 manat pambıq təhvil verməsi iş materialları ilə təsdiq edilir. Qeyd edilənlərdən artıq mal verilməsi, xidmət göstərilməsi, fermerin iddiaçıya borcunun qalması ilə bağlı iddiaçı məhkəməyə başqa sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borcunun qalması iş materialları ilə təsdqi edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı təşkilat arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh üzərinə düşən öhdəliyi öhdəliyi lazımınca yerinə yetirmişdir. Belə ki, iş materialları ilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh 4830 manat pul köçürülməsi, 4936,18 manat məbləğində məhsullarının verilməsi, 3419,50 manat dəyərində xidmətlərin göstərilməsi, cəmi 13185,68 manat məbləğində avans verilməsi, cavabdehin isə 23170,01 manat pambıq təhvil verməsi iş materialları ilə sübut edilmişdir. Yuxarıda qeyd edildiyi kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həm də sübutlar şübhədən kənar olmalıdır. İddiaçı cavabdehin 25248,56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürdüyünü iddia edir. Belə olan halda cavabdeh tərəfindən 25248,56 manat məbləğində vəsaitin (iş və xidməti) avans olaraq götürüldüyünü sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə ki, cavabdeh 25248,56 manat məbləğində vəsaitin (iş və xidmətin) avans olaraq ona verildiyini inkar edir və həmin məbləğdə vəsaitin cavabdehə həqiqətən də verildiyi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarının hərtərəfli araşdırması ilə qəbul olunmuşdur. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini onun formal mülahizəsi kimi qiymətləndirərək təmin edilməsini mümkün hesab etmir. Bundan başqa apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi pambıq-qəbulu qəbzlərində olan imzaların cavabdehə məxsus olubolmamasını yoxlamaq üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində özü cavabdeh tərəfindən 23170,01 manat məbləğində 33721.27 kq xam-pambıq təhvil verildiyini göstərdiyindən və cavabdeh həmin halı mübahisələndirmədiyindən birinci instansiya haqlı olaraq yenidən məhkəmə xətşünaslıq ekspertizası təyin etməmişdir. Əgər iddiaçı 23170,01 manat məbləğində 33721.27 kq xam-pambıq təhvil verildiyini inkar, cavabdeh isə həmin miqdarda xam pambığın verildiyini bildirmiş olsaydı, onda xətçünaslıq ekspertizasının təyin edilməsinə zərurət yaranardı. Hazırkı halda isə iddiaçı 23170,01 manat məbləğində 33721.27 kq xam-pambıq təhvil verildiyini etiraf etmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-18/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-110/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-110/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver