Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-112/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)- 2369/2022 saylı qətnaməsindən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 272325,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 15015,56 manat, İşsizlikdən sığorta fonduna olan 633,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)- 2369/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022cı il tarixli, e-2-2(115)- 2369/2022 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 633,17 manat, dövlət büdcəsinə 267896,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 107976,32 manat, faizlər üzrə 39473,56 manat, maliyyə sanksiyası üzrə 120446,35 manat), Dövlət Sosial Müdafiə Fonduna 15015,56 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 825,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 530,12 manat, faizlər üzrə 195,79 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3602,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 2394,82 manat, faizlər üzrə 1108,06 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 287973,75 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********099500, xx.xx.2021-ci il tarixli **********381900, xx.xx.2021-ci il tarixli **********098800 xx.xx.2021-ci il tarixli **********948200 xx.xx.2021-ci il tarixli **********73500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Maraqlı şəxs icra orqanının rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" (VÖEN **********) MMC-nin və "xxxx" MMC-nin (VÖEN **********) mövcud borcların alınması ilə əlaqədar bir sıra təmin tədbirləri görülmüşdür. Belə ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildirişlərin verilməsinə, bank hesablarına sərəncamların qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir (Qeyd olunan cəmiyyətlər üzrə bank hesablarına qoyulmuş sərəncamların surəti şikayətə əlavə edilir). Lakin Məhkəmə Baş İdarənin ərizəsinin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, “hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması o məqsədlə tətbiq olunur ki, rəhbərliyi həyata keçirən şəxs rəhbəri olduğu hüquqi şəxsin borcların ödənilməsinə daha məsuliyyətlə yanaşsın, məcburi dövlət ödənişlərinin təmin edilməsi barədə tədbirlər görməli olsun. Vergi orqanı tərəfindən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair tədbir seçilərkən yalnız daxili məlumatlarla kifayətlənməməli, işin faktiki hallarını araşdırılmalı, yoxlama prosesində tədbir yönələcək şəxsin vəziyyəti öyrənilməli, zərurət olduğu halda araşdırmada maraqlı şəxsin iştirakı təmin edilməli, vergi borcunun yaranmasında həm onun, həm də digər şəxslərin fəaliyyətinin nə dərəcədə olması yoxlanılmalıdır. Mahiyyət etibarilə görülən tədbir o məqsədə yönəlməlidir ki, dövlətin büdcəsinə ödənilməli olan pul vəsaiti kənarda qalmasın və təyinatı üzrə büdcəyə daxil edilsin. Əgər seçilən tədbir bu məqsədə çatılmasına təsir etmək imkanına malik deyildirsə yararlı sayılmır. Həmçinin müsbət təsir vermək ehtimalı əvvəlcədən uğurlu görünmürsə, bu kimi tədbirin seçilməsi zahirən mövcud görünsə də səmərəsiz sayılır.” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir. Hazırki mülki işin materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin X1 Sistemində qeydiyyatdan keçmiş "xxxx", "xxxx" və "xxxx" MMC-lər üzrə ümumilikdə, 287973,75 manat borc hələ də qalmaqda davam edir (qeyd edilən cəmiyyətlərin şəxsi hesab vərəqəsi apellyasiya şikayətinə əlavə edilmişdir). Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2369/2022 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılımasını xahiş etmişlər. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməlii və ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarındakı sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü astroloqların fəaliyyətidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü mobil telefonların pərakəndə satışıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü kimya sənayesi və gübrə istehsalı üçün mineral xammal hasilatıdır. Bu hüquqi şəxlərin rəhbəri kimi Tovuz rayonu Çeşməli kəndində yaşayan xx.xx.1928-ci il tarixdə anadan olmuş Maraqlı şəxs göstərilir. İş materiallarında olan şəxsi hesab vərəqələrindən görünür ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 633,17 manat, dövlət büdcəsinə 267896,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 107976,32 manat, faizlər üzrə 39473,56 manat, maliyyə sanksiyası üzrə 120446,35 manat), Dövlət Sosial Müdafiə Fonduna 15015,56 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 825,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 530,12 manat, faizlər üzrə 195,79 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3602,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 2394,82 manat, faizlər üzrə 1108,06 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 287973,75 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********099500, xx.xx.2021-ci il tarixli **********381900, xx.xx.2021-ci il tarixli **********098800 xx.xx.2021-ci il tarixli **********948200 xx.xx.2021-ci il tarixli **********73500 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicilərindən yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb olunmuşdur. Ərizəni təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması o məqsədlə tətbiq olunur ki, rəhbərliyi həyata keçirən şəxs rəhbəri olduğu hüquqi şəxsin borcların ödənilməsinə daha məsuliyyətlə yanaşsın, məcburi dövlət ödənişlərinin təmin edilməsi barədə tədbirlər görməli olsun. Vergi orqanı tərəfindən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair tədbir seçilərkən yalnız daxili məlumatlarla kifayətlənməməli, işin faktiki hallarını araşdırılmalı, yoxlama prosesində tədbir yönələcək şəxsin vəziyyəti öyrənilməli, zərurət olduğu halda araşdırmada maraqlı şəxsin iştirakı təmin edilməli, vergi borcunun yaranmasında həm onun, həm də digər şəxslərin fəaliyyətinin nə dərəcədə olması yoxlanılmalıdır. Mahiyyət etibarilə görülən tədbir o məqsədə yönəlməlidir ki, dövlətin büdcəsinə ödənilməli olan pul vəsati kənarda qalmasın və təyinatı üzrə büdcəyə daxil edilsin. Əgər seçilən tədbir bu məqsədə çatılmasına təsir etmək imkanına malik deyildirsə yararlı sayılmır. Həmçinin müsbət təsir vermək ehtimalı əvvəlcədən uğurlu görünmürsə, bu kimi tədbirin seçilməsi zahirən mövcud görünsə də səmərəsiz sayılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, yuxarıda göstərilən hüquqi şəxslərin rəhbəri kimi göstərilmiş xx.xx.1928-ci il tarixdə anadan olmuş, Tovuz rayonu Çeşməli kəndində yaşayan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbir yararlı hesab edilmir və bu tədbirin həmin hüquqi şəxslərin ümumilikdə 272325,02 manat borcunun ödənilməsinə müsbət təsir etməsi ehtimalı heçə bərabərdir Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 633,17 manat, dövlət büdcəsinə 267896,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 107976,32 manat, faizlər üzrə 39473,56 manat, maliyyə sanksiyası üzrə 120446,35 manat), Dövlət Sosial Müdafiə Fonduna 15015,56 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 825,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 530,12 manat, faizlər üzrə 195,79 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3602,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 2394,82 manat, faizlər üzrə 1108,06 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 287973,75 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********099500, xx.xx.2021-ci il tarixli **********381900, xx.xx.2021-ci il tarixli **********098800 xx.xx.2021-ci il tarixli **********948200 xx.xx.2021-ci il tarixli **********73500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə araşdırmasının predmetini yaranmış borcun vaxtında ödənilməməsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun yubadılmadan ödənilməsinə xidmət edir. Məhkəmənin maraqlı şəxsin doğum tarixini qeyd edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının rəhbəri olduğu borclu hüquqi şəxslərin borclarının ödənilməsinə müsbət təsir etməsi ehtimalının heçə bərabər olmasına dair ehtimalı əsassızdır. Ona görə ki, əvvəla ərizəçinin bu kimi ərizə ilə müraciət etmək hüququ Vergi Məcəlləsinin 23.1-ci maddəsindən, MPM-in 355-5-ci maddəsindən irəli gəlir. Digər tərəfdən maraqlı şəxsin 3 hüquqi şəxsin icra orqanının rəhbəri olması onun işgüzarlığına dəlalət edir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, kollegiya ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-2369/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri Maraqlı şəxs (doğulduğu tarix – xx.xx.1928-ci il, doğulduğu yer - Azərbaycan Respublikası Tovuz rayonu Çeşməli kəndi, şəxsiyyət vəsiqəsinin seriya – nömrəsi AZE 0*******, FİN xxxxxxx) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan ümimilikdə 272325,02 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-112/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-112/2023
15.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver