Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-120/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-106/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-106/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli 275 saylı alğı-satqı müqaviləsi üzrə 17340 manat 94 qəpik əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 17740 (on yeddi min yeddi yüz qırx) manat 94 (doxsan dörd) qəpik məbləğində pul, 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 143 (bir yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Kоmmеrsiyа Məhkəməsinin 12 fеvrаl 2024-cüil tаriхli, 2(115)-106/2024 nömrəli qətnаməsini ləğv еdərək, iddiа tələbinin təmin еdilməməsinə dаir yеni qətnаmə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17340.94 manat məbləğində əsas borc, 1734.09 manat dəbbə pulu və ödənilmiş 210 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 09 fevral 2023-cü il tarixdə 275 saylı alqı-satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı məhsullara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-yə olan 17340.94 manat borcunu ödəməmiş və aralarında bağlanmış alqısatqı müqaviləsinin şərtlərini pozmuşdur. 09 fevral 2023-cü il tarixli 275 saylı alıqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı təhvil aldığı məhsullara görə ən geci 30 (otuz) gün ərzində ödəniş etməli idi. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.5-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 1734.09 manat məbləğində dəbbə pulu yaranmışdır. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 17340.94 manat əsas borcu və 1734.09 manat dəbbə pulu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin fаktiki hаllаrı аydınlаşdırılmаmış və həmin fаktiki hаllаrı, həmçinin sübutlаrı düzgün qiymətləndirməmişdir. Belə ki, işin hаllаrındаn və işdə оlаn müqаvilədən də görünür ki, onunla iddiаçı аrаsındа оlаn müqаvilə əslində аlqı-sаtqı müqаviləsi dеyil, vаsitəçilik müqаviləsi аnlаmını təmin еdir. Əslində məhkəmə tərəfindən müqаvilədə göstərilən şərtlər təsvir еdilməlidir. Bеlə ki, müqаvilə şərtlərinə əsаsən qеyd оlunаn mаllаr ona vеrilməklə həmin mаllаr mаğаzаlаrа sоyuduculаrlа birlikdə təhvil vеrilir. Təhvil vеrildikdən sоnrа isə qеyd оlunаn mаllаrın pullаrının təhvil аlınmаsı ona aid dеyil. О, cümlədən onun tərəfindən təhvil vеrilmiş mаllаrın bir çох hissəsi yığılаrаq iddiаçıyа təhvil vеrilmişdir. Əgər bеlə оlmаsаydı iddiаçı ona dаyаnmаdаn qеyd оlunаn mаllаrı təhvil vеrməzdi. İşdə оlаn qаimələr və təhvil аktlаrdan görünür ki, mаllаrın dəyərləri kiçik məbləğlərdən ibаrətdir. İddiaçı ona bir dəfəyə bоrc оlаrаq hеsаblаdığı məbləğdə mаl vеrməmişdir. Sаdəcə оlаrаq iddiаçı tərəfindən təhvil vеrilmiş ödənişlərin məbləğləri bаrədə sübutlаr məhkəməyə təhvil vеrilməmişdir. Həmçinin qеyd оlunаn təhvil аktlаrındа оlаn imzаlаrın tədqiq еdilməsi də zəruridir. Məhkəmə tərəfindən onun iştirаkı təmin еdilməmiş və məhkəmə tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərəzli qətnаmə çıхаrmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrar xəbərdar edilsə də, cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdeh və iddiaçı tərəfin nümayəndələrinin izahatlarını dinəyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli 275 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh sifarişi əsasında malları alıcıya satır, alıcı isə məhsulların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında öncədən razılaşdırıldığı hallarda satıcıya məxsus məhsulların alıcının ticarət öbyektlərində sərinləşdirilməsi, sərgilənməsi və satışını təmin etmək məqsədilə satıcıya məxsus adı, modeli, inventar nömrəsi və digər xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-qəbul aktlarında qeyd edilən soyuducular satıcı tərəfindən alıcıya əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İş materillarında olan malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2023-cü il tarixli 617188 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617187 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617186 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617185 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617184 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617183 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617182 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617181 nömrəli akta əsasən 3469,21 manat, xx.xx.2023-cü il tarixli 617180 nömrəli akta əsasən 1300,59 manat, xx.xx.2023-cü il tarixli 617179 nömrəli akta əsasən 1300,59 manat, xx.xx.2023-cü il tarixli 617178 nömrəli akta əsasən 328,31 manat, xx.xx.2023-cü il tarixli 617189 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 627697 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627698 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627699 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627700 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627701 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627702 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627703 nömrəli akta əsasən 3601,44 manat, xx.xx.2023-cü il tarixli 627696 nömrəli akta əsasən 579,67 manat dəyərində mallar satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli 563704 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563706 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563707 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563709 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563712 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563714 nömrəli elektron qaiməyə əsasən 579,65 manat, xx.xx.2023-cü il tarixli 563716 nömrəli elektron qaiməyə əsasən 579,68 manat, xx.xx.2023-cü il tarixli 563718 nömrəli elektron qaiməyə əsasən 3601,45 manat, xx.xx.2023-cü il tarixli 593473 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593474 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593475 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593476 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593477 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593478 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593479 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593480 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593481 nömrəli elektron qaiməyə əsasən 3469,15 manat, xx.xx.2023-cü il tarixli 593482 nömrəli elektron qaiməyə əsasən 1300,60 manat, xx.xx.2023-cü il tarixli 593483 nömrəli elektron qaiməyə əsasən 1300,60 manat, xx.xx.2023-cü il tarixli 593484 nömrəli elektron qaiməyə əsasən 328,32 manat dəyərində malların satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi barədə elektron qaimələr ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 09 fevral 2023-cü il tarixdə 275 saylı alqı-satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Alıqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı təhvil aldığı məhsullara görə ən geci 30 (otuz) gün ərzində ödəniş etməli olduğu halda, təhvil aldığı məhsullara görə tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, İddiaçı MMC-yə olan 17340.94 manat borcunu ödəməmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, 1734.09 manat məbləğində dəbbə pulu yaranmışdır. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 17340.94 manat əsas borcu və 1734.09 manat dəbbə pulu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 fevral 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, məhsulları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş, aldığı məhsulun pulunu tam olaraq ödəməmiş və onun iddiaçıya 17340 manat 94 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1734,09 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, ona görə də cərimə azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 17340 manat 94 qəpik əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 17740 manat 94 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı təşkilat arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, İddiaçı MMC özünə məxsus müxtəlif adlı, çeşidli məhsulları cavabdehə vermiş, lakin cavabdeh təhvil aldığı məhsullara görə tam ödəniş etməmiş, öhdəliyə lazımi qaydada əməl etməmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Borc vaxtında ödənilmədiyinə görə hesablanmış cəriməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 1734,09 manat məbləğində dəbbə pulunun (cərimə) tutulmasını xahiş etmiş olsa da, məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan normasına əsaslanaraq və işin hallarını nəzərə alaraq həmin məbləği azaldaraq ödənilməsi üçün cavabdehin üzəridə 400 manat məbləğində cərimə saxlamışdır ki, iddiaçı da həmin xüsusatı da mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, mallar ona təhvil vеrildikdən sоnrа qеyd оlunаn mаllаrın pullаrının təhvil аlınmаsı ona aid dеyil. О, cümlədən onun tərəfindən təhvil vеrilmiş mаllаrın bir çох hissəsi yığılаrаq iddiаçıyа təhvil vеrilmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 275 saylı müqavilənin 3.3-cü bəndinə əsasən alıcı məhsulların dəyərini nağd və ya bu müqavilənin tərkib hissəsi hesab edilən müvafiq qiymət razılaşma protokolunun ödəniş müddəti şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Göründüyü kimi müqavilədə aldığı malların dəyərini satıcıya ödəmək vəzifəsi cavabdehin, yəni alıcının vəzifəsi kimi müəyyən edilmişdir. Apellyasiya bşikayətinin digər dəlili təhvil аktlаrındа оlаn imzаlаrla bağlıdır ki, cavabdeh həmin imzaların tədqiq еdilməsini zəruri hesab etmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə iclasını təxirə salmış, lakin cavabdeh özü məhkəmə iclaslarında iştirak etmədiyindən hansı imzaları mübahisələndirdiyi iş materialları ilə, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə müəyyən olunmamışdır. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh məhkəmə bildirişi göndərmiş, cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-106/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-120/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-120/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver