Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-121/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 35000 manat borcun tutulmasını, iddiaçıya vurulmuş maddi ziyana görə 20000 manat və 400 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 55400 manat pul vəsaitinin cavabdehdən tutularaq, "xxxx" MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 35400 manat borcun tutulmasını, iddiaçıya vurulmuş maddi ziyana görə 20000 manat və 400 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 55800 manat pul vəsaitinin cavabdehdən tutularaq "xxxx" MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2-2(115)- 1431/2022 saylı (hakim K.Vəliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 35400 (otuz beş min dörd yüz) manat borc və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 35800 (otuz beş min səkkiz yüz) manatın tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2-2(115)- 1431/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2-2(115)- 1431/2022 nömrəli qəradadı ilə apellyasiya şikayəti poçt vasitəsilə kağız daşıyıcıda verilməsi və şikayətin forma və məzmununa riayət olunmaması əsası ilə geri qaytarılmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2-2(115)- 1431/2022 nömrəli qəradadı ilə apellyasiya şikayətinin forma və məzmununa riayət olunmaması və apelyasiya şikayətinin mətnində olan yazı şriftlərinin oxunaqlı olmaması əsası ilə geri qaytarılmışdır. Cavabdeh tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, lakin Gəncə Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 nömrəli qərardadı ilə apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdiyindən Cavabdeh geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə vermişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 nömrəli qəradadı ilə Cavabdeh ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 nömrəli qəradadından cavabdeh şikayət verərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini, əks halda ərizəyə baxılması üçün onun Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin qətnaməsindən onun xəbəri olmamışdır.Yalnız məhkəmə icraçısı onu İcra idarəsinə dəvət etdikdə həmin qətnamədən xəbərdar olmuşdur. Barəsində qanunsuz və ədalətsiz verilmiş qətnamənin sürətini almaq üçün dərhal Gəncə Kommersiya Məhkəməsinə getmiş, qətnaməni götürərək dərhal qətnamədən şikayət vermişdir. Lakin o, apelyasiya şikayəti vermə müddətini buraxmadığı halda ona zəng edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verməli olması bildirilmişdir. Məhkəmə iş üzrə onun xx.xx.2021-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçməyini və qətnamənin sistemə xx.xx.2022-ci il tarixdə yerləşdirilməsini əsas götürüb, şikayət vermə müddətinin həmin vaxtdan hesablanmasını göstərmişdir. O, məhkəmənin dəlili ilə razı deyildir. Belə ki, işin təxirə salınması barədə teleqramdan sonra o, məhkəməyə çağırılmamışdır. İşin baxılmasında çəkişmə prinsipi pozularaq qətnamə çıxarıldığından xəbəri olmamışdır. Məhkəmə ümumiyyətlə bu iş üzrə qərardadda göstərdiyi hallar həqiqətə uyğun deyil. "Həmin qətnamədən Cavabdeh tərəfindən kağız daşıyıcıda verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə daxil olmuşdur" cümləsidə həqiqətə uyğun deyil. O, şikayəti poçtla göndərməmişdir. Qətnaməni 26 dekabr 2022-ci ildə məhkəmədən götürmüşdür. Məhkəmə qeyd edir ki, qətnamə onun şəxsi kabinetinə yerləşdirilib. O zaman telefon işlətməmişdir. Əgər işlətmişsə, telefonuna yüklənibsə və oxunmuşsa yəqin ki, bunu müəyyən etmək olar. O, 30 sentyabr 2022-ci ildə ayağının sınması ilə əlaqədar məhkəməyə gələ bilməməsi, ayağının gipsdə olmasına baxmayaraq, məsulliyyət hiss edib, habelə işi ilə maraqlı olduğundan maşınla poçta gedib işin təxirə salınması barədə teleqram vurmasını, əgər onun elektron sistemə daxil olmaq imkanı olsa idi poçta niyə gedirdi, elə evdən elektron poçtdan istfadə edərdi. Beləliklə, ayağının sındığını, ayağı uzun müddət gipsdə qaldığından və sonra da müalicəsi davam etdiyindən apellyasiya şikayəti etməsi müddətini üzrlü səbəbdən ötürülmüş müddət hesab edərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 nömrəli qəradadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2-2(115)-1431/2022 nömrəli qətnaməsi Cavabdeh şəxsi elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə ilk dəfə 09 yanvar 2023-cü il tarixdə məhkməyə təqdim edilmişdir ki, bununla da qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasəmn “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, Cavabdeh şəxsi elektron kabineti 23 avqust 2021-ci il tarixdə yaradılmış və Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2- 2(115)-1431/2022 nömrəli qətnaməsi Cavabdeh şəxsi elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh şikayətinin dəlili kimi bildirmişdir ki, qətnamə elektron kabinetə yerləşdirildiyi zaman telefon işlətmədiyini, işlətdiyi və qətnamə elektron kabinetə yerləşdirildiyi təqdirdə isə qətnaməni həmin kabinetdən əldə etməmiş və oxumamışdır. Məhkəmə kollegiyası cavadbehin qeyd olunan dəlilini əsassız saymışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə sənədinin şəxsin elektron kabinetə yerləşdirilməsi həmin sənədin ona rəsmi qaydada verilməsi hesab olunur ki, şəxsin elektron kabinetinə yerləşdirilmiş sənədi oxuyub-oxumamasının hər hansı bir əhəmiyyəti olmamaqla, prosessual müddətin axımı da sənədin oxunduğu vaxtdan deyil, elektron kabinetinə yerləşdirildiyi vaxtdan başlanır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməməsinin üzrlü səbəbi kimi ayağının sınmasını, xeyli müddət müalicə almasının bildirsə də bununla bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh qətnamədən şikayət verə bilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsini sübut edə bilməmişdir. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-1431/2022 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-121/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-121/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver