Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-125/2024 04.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: pu tələbi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-452/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC “X8” MMC, xx.xx.2022-ci il tarixdə “X8” MMC Cavabdeh MMC kimi qeydiyyata alınmışdır.
2. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC İddiaçı MMC kimi qeydiyyata alınmışdır.
3. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2018-ci il tarixli, 0015-HGC- GM/18 saylı “Ehtiyat hissələrin satışı” müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcı "xxxx" MMC-nə satmağı, alıcı isə bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 il müddətində etibarlıdır.
4. 05.06.2018-ci il tarixli, 639683 nömrəli elekrton qaiməyə əsasən 40769,30 manat, xx.xx.2018-ci il tarixli, 428360 nömrəli elekrton qaiməyə əsasən 19801,57 manat, xx.xx.2018-ci il tarixli, 070748 nömrəli elekrton qaiməyə əsasən isə 17880,19 manat olmaqla, cəmi 78451,06 manat dəyərində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilməsinə dair qaimələr ötürülmüşdür.
5. 16 noyabr 2018-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən “X8” MMC-nin xx.xx.2018-ci il tarixə "xxxx" MMC-yə əsas borc üzrə 90320,60 manat, ƏDV üzrə 10038,21 manat olmaqla, cəmi 100358,81 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
6. “X8” MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 15 iyul 2020-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə 1120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1321,60 manat borcun olmasını qeyd edilmişdir.
7. 15.12.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı müqaviləyə əsasən 30315,16 manat borcun və ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 30515,16 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilə və onun əlavələrinə əsasən Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən ümumi dəyəri 78451,06 manat olan mal satılmışdır. Bu müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 40 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 48135,90 manat hissəsini ödəmiş, 30315.16 manat hissəsini isə ödəməmişdir. Cavabdehə göstərilən borc məbləğinin tam ödənilməsi tələbi ilə əlaqədar xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir.
10. Cavabdeh MMC iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ilə iddia tələbinə dair müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı MMC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə iddiaçı arasında olan müqavilə əsasında 78451 manat məbləğində ehtiyyat hissələrinin alğı-satqısı həyata keçirilmişdir, bu barədə elektron qaimələr də mövcuddur. Cavabdeh 48135 manat məbləğində borcunu ödəmiş, qalan borcunu isə ödəməmişdir. Cavabdehin 30315 manat borcu qalmışdır. Bu məbləğ ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. O cümlədən hesabdan çıxarışlar məhkəməyə təqdim edilmişdir. Cavabdehin 3 qaimə əsasında borcu qalmışdır. Həmin qaimələr üzrə cavabdeh 48135.90 manat ödəniş etmiş, 30315,60 manat məbləğində isə borcu qalmışdır. Borcunu ödəməsi üçün cavabdehə pretenziya göndərlimişdir, lakin cavabdeh borcunu ödəməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd edir ki, borclu İddiaçı MMC 30 iyun 2020-ci il tarixdə iddiaçıya üzləşmə aktı göndərərək əsassız yerə 1312,60 manat borcun təsdiq edilməsini onlardan tələb etmişdir. Qeyd edilən üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmiş və borclunun sözügedən tarixə olan hüquqi münasibətlərini qəbul etdiyini göstərmişdir. Həmin üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir, çünki iddiaçı həmin borc məbləği ilə razı olmamışdır. İddia ilə məhkəməyə iddia müddəti ərzində müraciət edilmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Belə ki, tərəflər arasında olan üzləşmə aktı xx.xx.2018-ci il tarixdə imzalanmış, iddiaçı tərəfindən sonuncu elektron qaimə xx.xx.2018ci ildə göndərilmişdir, sonuncu ödəniş barədə sənəd təqdim edilməmişdir. Sonradan əlavə edilən xx.xx.2020-ci il tarixli üzləşmə aktını onlar qarşı tərəfə göndərsələr də, həmin üzləşmə aktında kimin kimə nə qədər borcunun olması bilinmir. Ola bilər ki, cavabdeh tərəfindən artıq ödəniş edilmiş və iddiaçının cavabdehə borcu qalmışdır. Onlar bunu xx.xx.2020-ci il tarixli aktla müəyyən edə bilmir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq göstərmişdir ki, tərəflər arasında yalnız bir müqavilə bağlanılmışdır. Cavabdehin iddiaçıya borcunun olması maliyyə sistemində də görünür, ancaq borcun nə qədər olması barədə dəqiq məlumatı yoxdur. Təxmini olaraq 18000-20000 manat arası borcları vardır. Sonuncu ödəniş isə 2019-cu ildə edilmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2023-cü il tarixli, e- 2-2(115)-452/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı alğı-satqı müqaviləsi üzrə 30315 (otuz min üç yüz on beş) manat 16 (on altı) qəpik borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 180 (bir yüz səksən) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 377.1, 377.2, 379.4, 379.4-1, 375.1, 380.1, 380.2, 386.1, 442, 445.1, 445.2, 448.2, 567, 600.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 32.4.2, 35.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.2, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-452/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin hallarına düzgün qiymət verməmiş və iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 0015-HGC-GM/18 saylı, 13 mart 2018-ci il tarixli alğı-satqı müqaviləsi ilə əlaqədar müvafiq üzləşmə aktı 16 noyabr 2018-ci il tarixdə imzalanmış, cavabdeh isə 04 oktyabr 2019-cu il tarixdə iddiaçıya son ödənişi həyata keçirmişdir. İddiaçı 12 yanvar 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün cavabdehə təklif göndərmişdir. Göründüyü kimi, iddiaçı son ödəniş tarixindən 3 il müddət keçdikdən sonra cavabdehə müvafiq təklif göndərmişdir ki, bu da iddiaçının hazırki tələbi üzrə iddia müddətinin keçməsinə dəlalət edir. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə verilmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almamış, beləliklə işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Halbuki, iddiaçı cavabdehin borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş 15 iyul 2020-ci il tarixli üzləşmə aktına istinadən belə hesab etmişdir ki, cavabdeh borcunun bir hissəsini etiraf etmiş, bununla da iddia müddəti ötürülməmişdir. Qeyd etmişlər ki, 15 iyul 2020-ci il tarixli üzləşmə aktında iddiaçının və cavabdehin biri-birilərinə olan kreditor/debitor borcları aydın görünmür. Bu baxımdan həmin üzləşmə aktı cavabdehin iddiaçıya borcunun etirafı kimi qiymətləndirilə bilməz.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-199/2023 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-452/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Həmin qətnamədən Cavabdeh MMC kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-199/2023 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)- 89/2024 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim B.Qəribov, hakimlər B.Məmmədli və E.Şamayev) Cavabdeh MMC-nin kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)- 199/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-452/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixli üzləşmə aktı qarşı tərəfə göndərilsə də, həmin üzləşmə aktında kimin kimə nə qədər borcunun olması bilinmir. Maliyyə sənədlərində və arxiv sənədlərində qeyd edilən aktın əsli tapılmamışdır. Həmin üzləşmə aktı göndərilən zaman Vüqar Süleymanov sədr olmuşdur və həmin vaxt cəmiyyətin işçisi olmuş Elgün Əliyev adlı şəxs tərəfindən göndərilmişdir. Onunla əlaqə saxlamağa çalışsalar da, bu mümkün olmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 izahat verərək bildirdi ki, tərəflər arasında yalnız 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. xx.xx.2020-ci il tarixli üzləşmə aktında qeyd olunan 1324.60 manat məbləğ hazırda onların tələb etdiyi 30.315,16 manat pulun tərkib hissəsidir. Daha sonra xx.xx.2020-ci il tarixli üzləşmə aktı onlara email vasitəsilə gəlmişdir. Aktı işləyən vaxt görmüşdür. Lakin ona heç bir münasibət bildirilməmişdir. Hesab edir ki, üzləşmə aktına tərəflərindən münasibət bildirilməməsi onlar üçün hər hansı hüquqi nəticələrə səbəb olmur. Onlar aktı qəbul etdikdən sonra şifahi şəkildə borcun tam ödənilməsi cavabdehdən tələb edilmişdir. Üzləşmə aktına hər hansı münasibət bildirilməməsi aktda göstərilən məbləğin onlar tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməməlidir. İddiaçının 30.315,16 manat borcunun olması işdə olan qaimələrdə, ödəniş qəbzləri ilə tam təsdiq edilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 452/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilmədiyi olduğu gündən başlanır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 567. Alğı-satğı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.
30. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə və onun əlavələrinə əsasən Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən göndərilmiş malların dəyərinin 30315.16 manat hissəsi ödənilməmişdir. Cavabdehə göstərilən borc məbləğinin tam ödənilməsi tələbi ilə əlaqədar xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmə kollegiyası, kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi zamanı göstərdiyi araşdırılmalı halları nəzərə alaraq hesab edir ki, ilk əvvəl 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi”indən başqa tərəflər arasında digər öhdəlik münasibətiləri üzrə yaranmış borcun olubolmaması aydınlaşdırılmalıdır.
35. İş materialları ilə, həmçinin tərəflərin məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarla müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranmasına səbəb 13 mart 2018-ci il tarixli, 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” olmuş, bütün qaimə və hesablaşmalar məhz bu müqavilə əsasında aparılmışdır. Digər öhdəlik münasibətlərindən yaranmış hər hansı debitor və ya kreditor borcunun olması müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qeyd edilən 1321,60 manat hazırda tələb olunan 30.315,16 manat pul vəsaitinin tərkib hissəsidir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qeyd edilmiş 1321,60 manat pul vəsaiti cavabdehin iddiaçıya bəyan etdiyi borc məbləğini göstərir. Belə ki, həmin üzləşmə aktında qeyd edilən məbləğ cavabdeh müəssisənin kredit qrafasında, yəni borcu kimi göstərilmişdir.
37. Kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin işə baxılması zamanı araşdırılmalı olduğu digər məsələ kimi iddiaçının 2020-ci il 15 iyul tarixli üzləşmə aktını qəbul edib-etməməsi, aktı qəbul etdiyi halda ona qarşı hər hansı etiraz verilib-verilməməsi ilə bağlıdır.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “X8” MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 15 iyul 2020-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə 1120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1321,60 manat borcun olmasını qeyd edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, üzləşmə aktına tərəflərindən münasibət bildirilməməsi onlar üçün hər hansı hüquqi nəticələrə səbəb olmur. Onlar aktı qəbul etdikdən sonra şifahi şəkildə borcun tam ödənilməsini cavabdehdən tələb etmişlər. Üzləşmə aktına hər hansı münasibət bildirilməməsi aktda göstərilən məbləğin onlar tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməməlidir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, xx.xx.2018-xx.xx.2018-ci il dövrü ərzində dövriyyə 136.333,19 (115.536,60 əsas məbləğ+20.796,59 ƏDV) təşkil etmişdir. İddiaçı tərəfindən isə həmin məbləğ məhkəməyə təqdim edilmiş məlumatda 136.332,60 manat olaraq qəbul edilmişdir. Hesab üzrə çıxarışlar və ödəniş tapşırıqları ilə cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alınmaqla, sadə riyazi hesablama yolu ilə iddiaçının tələb etdiyi məbləğdə borcunun olması iş materialları ilə təsdiq olunur. Belə ki, hesab üzrə çıxarışlar və ödəniş tapşırıqları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən ümumi 136.332,60 borcdan cəmi 106.012,59 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən isə həmin məbləğ məhkəməyə təqdim edilmiş məlumatda 106.017,60 manat olaraq qəbul edilmişdir. Nəticədə cavabdehin 30.315,16 manat (136.332,60-106.017,60) olduğu müəyyən edilir.
40. Digər bir məsələ xx.xx.2020-ci il tarixli üzləşmə aktının məhkəmə tərəfindən etiraf kimi qəbul edildiyi təqdirdə, onunla əlaqədar 3 illik iddia müddətinin iddia tələbini (30.315,16 manat) tam həcmdə əhatə edib-etməməsi məsələsinin mülki qanunvericiliyin iddia müddətləri ilə bağlı tənzimlədiyi qaydalara uyğun olaraq qiymətləndirilməsi ilə bağlıdır.
41. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli üzləşmə aktının cavabdeh tərəfindən iddiaçıya göndərilməsi iş materialları ilə təsdiq olunur.
42. Həmçinin kollegiya 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qeyd edilən 1321,60 manat pulun hazırda tələb olunan 30.315,16 manatın tərkib hissəsi olmasını nəzərə alaraq qeyd edir ki, hazırkı tələb müqavilə öhdəliklərindən irəli gələn tələbdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qanunvericilikdə müqavilə üzrə tələblərə iddia müddətinin qismən tətbiq edilməsi, yəni tələbinin bir hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi, digər hissəsinə münasibətdə isə tətbiq edilməməsi ilə bağlı hər hansı müddəa yoxdur. Buna görə də, müqavilə tələbləri ilə müəyyən edilmiş 3 illik iddia müddətinin hazırkı tələbə münasibətdə tam şəkildə tətbiq edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Üzləşmə aktında borcun hansı məbləğdə göstərilməyindən asılı olmayaraq, xx.xx.2020-ci il tarixli üzləşmə aktının cavabdeh tərəfindən göndərilməsi borcun etirafına yönəlmiş hərəkətdir. Qanunvericiliyin tələbinə əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
43. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.
44. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.
45. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
46. Hazırkı halda iş materiallarından göründüyü kimi cavabdeh müəssisənin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş üzləşmə aktını xx.xx.2020-ci il tarixdə iddiaçıya göndərməklə iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Ona görə də birinci instansiya məhkəməsi hazırkı tələbə iddia müddətini tətbiq etməməkdə haqlı olmuşdur.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-452/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.