Məhkəmə qərarları › İş №2-2(104)-127/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-127/2023

12.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-127/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2-(115)-290/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinəGəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan şəxslər tərəfindən ümumilikdə 2594,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2-(115)-290/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2-(115)-290/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 16,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 422,55 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1970,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 1347,74 manat; faizlər üzrə 522,52 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 184,45 manat olmaqla, ümumilikdə 2594,08 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********018200, xx.xx.2021-ci il tarixli ******************.07.2021-ci il tarixli **********356100, xx.xx.2020-ci il tarixli **********215300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Gəncə şəhəri Kardioloji xəstəxana Müəssiəsi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X3 dilatasion kardiomiopatiya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafə Fondu tərəfindən verilmiş vəsiqədən də görünür ki, X5 İ qrup Qarabağ əlilidir. İş materiallarında olan maraqlı şəxsin və onun nümayəndəsinin pasportlarının surətindən görünür ki, Maraqlı şəxs əri X5 ilə müəyyən vaxtlarda ölkədən gedib qayıtmışlar. MPM-in tələblərinə əsasən vergi ödəyicisinin borcunun olması kifayət edir ki, vergi orqanı tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təqdim edilsin. Yuxarıda qeyd olunan hal MPM-in tələblərinə əsasən ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Müvafiq büdcələrə ödənilməmiş borcu olan şəxsin nəinki yaxın qohumunun sağlamlıq vəziyyəti ilə, heç öz sağlamlıq vəziyyəti ilə əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin rədd edilməsi əsası MPM-də nəzərdə tutulmamışdır. Digər tərəfdən maraqlı şəxsin və onun əri X2 müəyyən vaxtlarda ölkədən gedib qayıtmış olmaları heç də sübut etmir ki, onlar müalicə məqsədilə və ya hər hansı digər məqsədlə ölkə xaricində olublar. Məhkəmənin digər bir dəlili isə mütənasiblik prinsipi ilə bağlıdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 oktyabr 2010-cı il tarixli qərarında qeyd edilmişdir ki, mütənasiblik prinsipinə müvafiq olaraq fiziki və hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. MPM-in 355-5.1-ci maddəsinin də tələblərindən göründüyü kimi, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq büdcələrə borcunun olması kifayətdir ki, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunsun. Həmçinin Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanlarının hüquqlarında müvafiq büdcələrə olan borcların alınması üçün hər hansı ardıcıllıq nəzərdə tutulmamışdır. Yəni əgər vergi ödəyicisininin müvafiq büdcələrə ödənilməmiş borcları vardırsa, vergi orqanları öz hüquqları çərçivəsində istənilən tədbiri həyata keçirə bilər. Nəzərə alsaq ki, qeyd olunan tədbirlərdən ən effektlisi şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır, vergi orqanı müvafiq büdcələrə borcu olan ödəyicilər barəsində bu tədbiri sırf büdcə ödənişlərinin vaxtında və tam həcmdə ödənilməsini təmin etmək üçün tətbiq edir. Bu səbəbdən də vergi orqanı tərəfindən mütənasiblik prinsipi pozulmur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi Maraqlı şəxs həm "xxxx" MMC-nin (VÖEN: **********) icra orqanının rəhbəri, həmçinin fərdi sahibkardır (VÖEN: **********). Hər iki vergi ödəyicisinin müvafiq büdcələrə ödənilməmiş borcları mövcuddur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxs nümayəndə vasitəsilə təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2-(115)-290/2023 saylı qətnaməsini ləğv edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəliləri ilə bağlı ərizəçinin və maraqlı şəxsin nümayəndələrini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməlii və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarındakı hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Leyla-İ" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2015-ci ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışıdır. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdır. İş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2018-ci ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü layihə işləridir. İş materiallarında olan şəxsi hesab vərəqələrindən görünür ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 16,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 422,55 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1970,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 1347,74 manat; faizlər üzrə 522,52 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 184,45 manat olmaqla, ümumilikdə 2594,08 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********018200, xx.xx.2021-ci il tarixli ******************.07.2021-ci il tarixli **********356100, xx.xx.2020-ci il tarixli **********215300 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicilərindən yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb olunmuşdur. İş materiallarından olan Gəncə şəhəri Kardioloji xəstəxana Müəssiəsi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin xəstəxanada “dilatasion kardiomiopatiya” diaqnozu ilə müalicə almışdır. İş materiallarından olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafə Fondu tərəfindən verilmiş vəsiqədən də görünür ki, X5 İ qrup Qarabağ əlilidir. İş materiallarında olan maraqlı şəxsin və onun nümayəndəsinin pasportlarının surətindən görünür ki, Maraqlı şəxs əri X5 ilə müəyyən vaxtlarda ölkədən gedib qayıtmışlar. Ərizəni təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını və maraqlı şəxsin vəziyyətini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 16,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 422,55 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1970,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 1347,74 manat; faizlər üzrə 522,52 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 184,45 manat olmaqla, ümumilikdə 2594,08 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********018200, xx.xx.2021-ci il tarixli ******************.07.2021-ci il tarixli **********356100, xx.xx.2020-ci il tarixli **********215300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə araşdırmasının predmetini yaranmış borcun vaxtında ödənilməməsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və vergi ödəyicisi olan sahibkarın özünün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun yubadılmadan ödənilməsinə xidmət edir. Təsadüfi deyil ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin borcu kimi müəyyən edilmişdir. Maraqlı şəxsin pasportunun surətini təqdim edərək müharibə əlili olan həyat yoldaşı ilə birlikdə xarici dövlətlərə müalicəyə gedib-gəlməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, maraqlı şəxs ölkədən çıxışı və girişini təsdiq eədn pasportunun müvafiq vərəqələrinin surətini məhkəməyə təqdim etmiş olsa da, lakin onun bu giriş-çıxışının ərinin tibbi yardım alması ilə əlaqəli olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. İşdən həm də görünür ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində maraqlı şəxsi X5 təmsil etmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, kollegiya ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-290/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 16,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 422,55 manat və Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1970,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 1347,74 manat; faizlər üzrə 522,52 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 184,45 manat olmaqla, ümumilikdə 2594,08 (iki min beş yüz doxsan dörd manat səkkiz qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar