Məhkəmə qərarları › İş №2-2(104)-130/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-130/2023

28.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-130/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlərHüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsindən ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 148769,66 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 148769,66 manat məbləğində (o cümlədən, vergilər üzrə 1506,76 manat, maliyyə sanksiyası üzrə 1960 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 145302,9 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş mаteriаllarınа əlаvə edilmiş xx.xx.2016-cı il tarixli **********519900 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş mаteriаllarınа əlаvə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1979-cu il, ünvan 1 ünvanı Xocalı rayonu Cəmilli kəndidir. İş mаteriаllarınа əlаvə edilmiş şəxsi hesaab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin 1(004)-31/2016 saylı hökmü ilə təyin edilmiş 145262,90 manat azaldılaraq vergilər üzrə vərəqdən məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqə keçirilmiş, vergi ödəyicisinin həmin tarixə 36916,58 qalıq borcu, 65982,82 manat faiz üzrə qalıq borcu qalmışdır. Həmin borc məbləği xx.xx.2017-ci il tarixdə xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 65982,82 manat məbləğində silinmiş, vergi ödəyicisinin 36916,58 manat borcu qalmışdır. Qalan borc məbləği Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə 33447,62 manat, xx.xx.2019-cu il tarixdə 506,76 manat və 1960 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat məbləğində silinmiş, xx.xx.2018-ci il tarixdə 2,20 manat ödəniş edilmişdir və ümulikdə xx.xx.2020-ci il tarixə 100 manat qalıq borcu qalmışdır. Həmçinin məhkəmənin 1(004)-31/2016 saylı hökmü ilə təyin edilmiş 145302,90 manat qalıq borcu Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə 40 manat silinmiş, hökmlə təyin edilmiş qalıq borc məbləği 145262,90 manat olmuşdur. İş mаteriаllarınа əlаvə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 31/2016 nömrəli hökmündən görünür ki, vergi ödəyicisi kimi qeydiyyta alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş X4 Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddələri ilə məhkum olunmuş, ona həmin maddələrlə Cinayət Məcəlləsinin 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən qəti olaraq 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası təyin edilmiş, həmçinin iş üzrə mülki iddia təmin edilmiş, 480393,28 manat məbləğində pul X1 alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsindən ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 148769,66 manat (o cümlədən, vergilər üzrə 1506,76 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 1960 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 145302,9 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixli **********519900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu baxımdan Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi öhdəliyinin yerinə yetirilməsinin üsulu kimi həm hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs oğunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə Gəncə Kommersiya ərizə ilə müraciət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-407/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmır və xx.xx.2023-cü il tarixli, e-2-2(115)-407/2023 nömrəli qətnaməni əsassız hesab edir. İş üzrə vergi ödəyicisi olan "KRİSTAL SƏNAYE İNŞAAT' MMC-nin 148769,66 manat məbləğində olan borcu onun icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmənin vergi orqanının ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırmaması "KRİSTAL SƏNAYE İNŞAAT' MMC-nin dövlət büdcəsinə olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-407/2023 nömrəli qətnaməsi qanuni və əsaslı deyil. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməməsi halına səbəb olacağına görə əsassızdır. Məhkəmə yalnız borc olmadığı, yaxud həmin borc artıq ödənildiyi təqdirdə, bu tədbirin tətbiqinə zərurətin qalmadığı nəticəsinə gələ bilər. Vergi ödəyicisinin faktiki olaraq ödənilməli borcu olduğu və hüquqi şəxsin icra orqanının rəhbəri maraqlı şəxs olduğu halda məhkəmə ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul edə bilməzdi. "xxxx" MMC xx.xx.2011-ci il tarixli "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında" ərizə ilə vergi orqanına müraciət etmiş və xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında" ərizədən də göründüyü hüquqi şəxs qeydiyyata alınarkən hüquqi şəxsin rəhbəri Maraqlı şəxs olmuş və həmin tarixdən sonra Cəmiyyətdə rəhbər dəyişikliyi olmamışdır. İş üzrə ərizəçi olan Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə söykənərək, "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməmiş borcu olduğuna görə Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə ona verilmiş hüquqdan istifadə etmişdir. Lakin ərizəyə baxan məhkəmə yuxarıda qeyd olunan normaların işığında baxmamış, iş üçün əhəmiyyətli olan hallar məhkəmə araşdırmasından kənarda qalmışdır. Gəncə Kommersiya Məhkəməsi işin hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. Şikayətin dəlillərindən də göründüyü kimi,"xxxx" MMC-nin şəxsi hesab vərəqəsində ödənilməli vergi borcu mövcuddur və hüquqi şəxsin rəhbəri yarandığı andan Maraqlı şəxsdur. Bu baxımdan ərizəni təmin etməməkdə məhkəmə haqlı olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya: 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. 78.4. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsindən ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı ərizəsində vergi ödəyicisi olan hüquqi şəxsin xx.xx.2018-ci il tarixə 3466,76 manat məbləğində vergi borcunun olmasını qeyd etsə də şəxsi hesab vərəqəsində həmin borc məbləğinin Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə 506,76 manat və 1960 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat məbləğində silindiyi, xx.xx.2020-ci il tarixə qalıq borcun 100 manat olması göstərilmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixə vergilər üzrə vərəqədə 100 manat borcunun olması qeyd edilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ərizədə məhkəmə hökmü ilə qərara alınan 145302,9 manat məbləğində vergi borcuna görə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilsə də, həmin borcun tutulmasının qərara alındığı hökm hüquqi şəxs barəsində deyil, həmin hüquqi şəxsin əvvəllər icra orqanının rəhbəri olmuş X4 barəsindədir və həmin cinayət işi üzrə mülki iddiaçı kimi tanınmış vergi orqanının mülki iddiası təmin edilmiş, 480393,28 manat məbləğində pulun “KRİSTAL SƏNAYE İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətindən deyil, X1 alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Belə olan halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizənin əsaslı sayılmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2016 nömrəli hökmündən görünür ki, “KRİSTAL SƏNAYE İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki olaraq rəhbəri X4 olmuşdur. Hərçənd ki, o, istintaq zamanı Maraqlı şəxs xx.xx.2011-ci il tarixədək “KRİSTAL SƏNAYE İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmasını bildirməklə, həmin tarixdən sonrakı dövrlərdə cəmiyyətin direktorunun rəsmi olaraq özü olmasına dair izahat vermişdir ki, qeyd olunanlar X2 xx.xx.2011-ci il tarixdən etibarən həmin cəmiyyətin direktoru təyin olunmasını deməyə əsas vermişdir. Həmin şəxsin qanundan irəli gələn vəzifələrini yerinə yetirməyərək icra oqranının rəhbəri qismində özünü vergi orqanında qeydə aldırmaması isə Maraqlı şəxs hüquqlarının məhdudlaşdırımasına səbbə ola bilməz. Belə olduğu təqdirdə isə ərizəçinin hazırkı tələbinin vergi borcunun tutulmalı olan cəmiyyətin direktoruna qarşı yönəldilməsi əsaslı hesab oluna bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsindən ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-2(115)-407/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar